Aleut adaları
Aleut adaları (ing. Aleutian Islands) — Alyaska yarımadasının cənub-qərb ucundan Kamçatka yarımadasının ətəyinə qədər qövs əmələ gətirən vulkanik mənşəli arxipelaq. Adalar Berinq dənizinin cənub sərhəddidir. ABŞ-nin Alyaska ştatının tərkibindədir.
== Coğrafiyası ==
Arxipelaq 110 adadan və çoxlu qayalardan ibarətdir. Ümumi sahəsi 17,7 min km²-dir.
Arxipelaq 5 qrupa bölünür:
1) Near adaları - Attu adası, Aqattu adası və Semiçi adaları.
2) Siçovul adaları- Buldır, Kıska, Balaca Kıska, Sequla, Siçovul, Xvostov adası, Piramida, Davıdov adası, Kiçik Sitkin, Amçitka, Yeddiçəkməli adalar
3) Andreyanov adaları: Qarelıy, Kanaqa, Kaqalaska, Adak, Tanaqa, Atka adası, Amlya, Siquam və s.
4) Dörd Dağ adaları: Amukta, Çaqulak, Yunaska, Qerbert, Karlayl, Çuqinadak, Uliaqa və Kaqamil adaları.
5) Tülkü adaları: Unimak, Akutan, Unalaşka, Umnak və Din xadimi adası.