ALET
ALEYKÜMSELAM
OBASTAN VİKİ
Alev Alatlı
Alev Alatlı (16 sentyabr 1944, Menəmən, İzmir ili – 2 fevral 2024, İstanbul) – Türkiyə yazıçısı. == Həyatı == 1944-cü ildə Fürüzan və Ərtuğrul Alatlının qızı olaraq İzmirin Menemen ilçəsində anadan olmuşdur. Atası zabitdir. İbtidai məktəbi Anakara Memar Kemal İbtidai Məktəbində başlamış, bir müddət Karakösədə oxuduqdan sonra Ərzurum Mədəniyyət Qurumu İbtidai Məktəbindən məzun olmuşdur. Anakara Namıq Kəmal Orta Məktəbini bitirdikdən atasının Yaponiyaya hərbi ateşe kimi təyin olunmasına görə liseyi Tokio şəhərindəki Yaponiya Amerika Məktəbində oxumuşdur. Burada ingilis və yapon dillərini öyrənmişdir. Orta Şərq Texniki Universitetinin statistika fakültəsinə daxil olmuş və 1963-cü ildə məzun olmuşdur. "Fullbright" təqaüdü ilə ABŞ-yə gedərək orada Vanderbilt Universitetində rifah iqtisadiyyatı və ekonometriya üzrə magistr təhsili almışdır və 1965-ci ildə universitetdən məzun olmuşdur. Daha sonra iqtisadiyyatı buraxaraq Nyu-Hempşirdə yerləşən Dartmut Kollecində fəlsəfə üzrə təhsil almış və düşüncə tarixi, ilahiyyat biliklərinə yiyələnmişdir (1968). Təhsili zamanı alman və rus dillərini də öyrənmişdir.
Alev Altın
Alevrit
Alevrit — ölçüləri əsasən 0,01-0,1 mm (bəzi müəlliflərə görə, 0,005-0,05 mm) olan mineral dənələrdən (kvars, çöl şpatı, mika və b.) ibarət yumşaq, xırdaqırıntılı çöküntü. Üstünlük təşkil edən dənələrin ölçülərindən asılı olaraq iri alevrit (0,05-0,1 mm), xırda və ya incə alevrit (0,01-0,05 mm) növləri ayrılar. Sinonim: Silt. == Alevrit çöküntüləri == Alevrit çöküntüləri tərkibi əsasən 0,01-0,1mm ölçülü hissəciklərdən təşkil olunmuş çöküntülər. Termin qranulometrik tərkibi göstərir. == Alevrit fraksiyası == Alevrit fraksiyası alevrit ölçülü qırıntılı dənələrindən təşkil olun­muş çöküntü süxurun əsas tərkib hissəsi. == Alevrit quruluşu == Alevrit quruluşu alevrit ölçülü dənələrdən təşkil olunmuş xırda qırıntılı süxurların quruluşu. Üstünlük təşkil edən qırıntıların ölçülərinə görə iri alevrit (0,05¸0,1 mm) və xırda alevrit (0,01¸0,05 mm) quruluşları ayırırlar. Alevrit quruluş xırda qırıntılı çöküntü süxurların (alevrit, alevrolit və lösslər, bəzi piroklastik süxurlar) yumşaq və sementləşmiş növləri üçün səciy­yəvidir. == Alevrolit == Alevrolit Baturin, 1935 - 50%-dən çox hissəsi alevrit ölçülü (0,01-0,1 mm) (başqa müəlliflərə görə, 0,05-0,005 mm) hissəciklərdən təşkil olunmuş sementləşmiş çöküntü süxur.
Alevtina Çernikova
Аlevtina Anatolyevna Çernikova (22 may 1966, Şatalovka[d], Belqorod vilayəti) — Rusiya iqtisadçı alimi, iqtisad elmləri doktoru, "MİSİS" - Milli tədqiqat texnoloji universitetinin rektoru (21 may 2013-cü ildən).