ALIKE
ALIMENTARY
OBASTAN VİKİ
Aliment
Aliment (lat. alimentum — "yemək", "qidalanma") aralarında olan izdivac və ya qohumluq əlaqələrinə görə bir şəxsin digər şəxsə qanuna uyğun olaraq verməli olduğu dolanacaq xərci mənasında işlədilir. Aliment- latın dilində "alimentium" sözündən götürülərək saxlama üçün vəsait, öhdədə olmaq deməkdir. Aliment hüququ münasibətlərinə görə ailənin bir üzvləri ailənin digər üzvlərini maddi cəhətdən təmin etməlidir. == Aliment öhdəliyi == Aliment öhdəliklərini yaranma əsasları aşağıdakılardır: Subyektlər arasında ailə münasibətlərinin olması; Qanunla müəyyən edilmiş qaydada alimentin ödənilməsinin zəruriliyi; Alimentin ödənilməsi barədə saziş və ya alimentin tutulması haqqında məhkəmə qərarı. == Aliment Azərbaycan qanunvericiliyində == Ailə Məcəlləsi və Mülki Məcəlləyə uyğun olaraq aliment öhdəlikləri daşıyanları subyekt tərkibinə görə aşağıdakı kimi təsnif etmək olar: 1) Valideynlər yetkinlik yaşına çatmayan uşaqlarını və əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlarını saxlamağa borcludurlar.2) Əmək qabiliyyəti olan yetkinlik yaşına çatmış övladlar maddi yardıma ehtiyacı olan əmək qabiliyyəti olmayan valideynlərini saxlamağa və onlara qayğı göstərməyə borcludurlar.3) Ər arvad və keçmiş ər arvad qanunla müəyyən olunmuş hallarda bir birinə aliment ödəməyə borcludurlar.4) Zəruri vəsaitə malik yetkinlik yaşına çatmış qardaş və bacılar yetkinlik yaşına çatmayan yetkinlik yaşına çatmayan və yardıma ehtiyacı olub valideynlərindən saxlanılması üçün yardım ala bilməyən qardaş və bacılarını saxlamağa borcludurlar. Zəruri vəsaitə malik yetkinlik yaşına çatmış qardaş və bacılar valideynlərindən, yaxud da ərindən (arvadından) və ya yetkinlik yaşına çatan uşaqlarından saxlanmaq üçün maddi yardım ala bilməyən, əmək qabiliyyəti olmayan və yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış qardaş və bacılarını saxlamağa borcludurlar.5) Zəruri vəsaitə malik baba və nənə saxlanmaq üçün öz valideynlərindən maddi yardım ala bilməyən yardıma ehtiyacı olan nəvələrini saxlamağa borcludurlar.M.V. Antokolskaya göstərir ki, alimentin ödənilməsi barədə saziş mülki-hüquqi müqavilələrin növlərindən biridir. Belə saziş ümumi və xüsusi qanunvericiliyin qaydalarına muvafiq surətdə mülki və ailə qanunvericiliyinin normaları ilə tənzimlənir.M.V.Antokolskaya elə hesab edir ki, alimentin ödənilməsi barədə saziş həm məhkəmə qaydasında aliment almaq hüququ olan şəxslər arasında, həm də hüquqa malik olmayanlar arasında bağlana bilər, ona görə ki, bu halda söhbət könüllü surətdə aliment öhdəliklərinin öz üzərinə götürülməsindən gedir. Belə öhdəliklərə Ailə Məcəlləsinin alimentin ödənilməsi barədə saziş fəslinin normaları qanunun analogiyası üzrə tətbiq edilir. Bizə elə gəlir ki, M.V.Antokolskayanın bu fikri ilə razılaşmaq olmaz, belə ki, aliment ödəməyə boclu olmayan şəxslə məhkəmə qaydasında aliment almaq hüququ olan şəxs arasında bağlanan aliment öhdəlikləri icra vərəqəsi qüvvəsinə malik olmayacaq.

Значение слова в других словарях

берке́лий бракера́жный затыкать наво́зный праздномы́слие предрека́ться раскомандиро́вочный ситцепеча́тник студи́ться ю́товый выме́шивать на что́? синхро́нный скова́ть со́бственно говоря ружье arhythmic consilient heathenry ill-treat иена прорыв ракетостроение стройка террористка