ALLAHVERƏN
ALMAR
OBASTAN VİKİ
Allahyar Cavanşirov
Allahyar Aslan ağa oğlu Cavanşirov (5 fevral 1907, Şuşa – 17 fevral 1972, Bakı) — Azərbaycan musiqiçisi, tarzən. == Həyatı == Allahyar Cavanşirov 1907-ci ildə Şuşada Aslan ağanın ailəsində anadan olub. Kiçik yaşlarından qrammafon vallarında və el şənliklərində o dövrün böyük sənətkarlarına qulaq asa-asa özü də tarzənliyə böyük həvəs göstərib. Çalışqanlığı, əzmkarlığı sayəsində 15 yaşından başlayaraq qardaşı Xanı tarda müşayiət edib. Bu musiqiçi qardaşların sorağı tez bir zamanda bütün Qafqazda yayılıb. A.Cavanşirov keçən əsrin 30-cu illərinin əvvəllərində Bakıda keçirilən dövlət konsertlərinin birində Xan Şuşinskini tarda müşayiət edirmiş. Qardaşların gözəl ifası konsertə tamaşa edən M.C.Bağırovun o qədər xoşuna gəlir ki, səhəri gün onları Bakıya dəvət edib evlə təmin olunmaları haqqında göstəriş verib. Bakıya köçən A.Cavanşirov Azərbaycan Dövlət Filarmoniyasına işə düzəlib. 1939-cu ildən 1969-cu ilə kimi – 30 il filarmoniyada çalışıb. İkinci Dünya müharibəsi zamanı ön cəbhədə əsgərlər qarşısında dəfələrlə çıxış edib, filarmoniyanın kollektivi ilə birlikdə bir çox ölkələrdə qastrol səfərində olub.
Allahyar Musayev
Allahyar Musayev (1917, Əhmədli – 1997, Bakı) — Azərbaycan SSR maarif nazirinin müavini, Azərbaycan Kommunist Partiyası Mirbəşir Rayon Komitəsinin ikinci katibi, Azərbaycan Kommunist Partiyası Mardakert Rayon Komitəsinin əvvəlcə ikinci katibi, sonra isə birinci katibi, Ağdam Rayon Zəhmətkeş Deputatları Soveti İcraiyyə Komitəsinin sədri. == Həyatı == 1917-ci ildə Laçın rayonunun Əhmədli kəndində anadan olub. 1937-ci ildə Quba Müəllimlər İnstitutununu bitirib. Sadınlar kəndində 7-illik orta məktəbində direktor işləyib. Bu zaman Azərbaycanda represiyyanının qızğın çağları idi. Bu gərginlikdən çıxmaq üçün Allahyar Musayev Qarabağa gəlir və bir müddət orada yaşayır. 1940-cı ildə Laçında Komsomol komitəsinin katibi olur. 19941-ci ildə müharibəyə gedir. 1943-cü ilin yanvarına qədər mayor rütbəsində İrana göndərilən Sovet ordusu birləşməsinin siyasi rəhbəri kimi xidmət edir. 1943-cü ildə ordudan geri çağrılır.
Allahyar Nəsibov
Allahyar İsgəndər oğlu Nəsibov — 20 Yanvar şəhidi. == Həyatı == Allahyar İsgəndər oğlu Nəsibov 1952-ci il aprelin 6-da Ermənistan SSR Amasya rayonunun Oxçuoğlu kəndində anadan olub. Ermənistandan, Rusyanın Krasnodar şəhərinə köçmüşdür. 1989 cu ilin Avqust ayında ailəsi ilə birlikdə Azəbaycanda, ermənilərlə olan münaqişəni eşidib, Vətəninə sahib çıxmaq üçün Krasnodardan Bakıya köçmüşdür. İxtisasca tarix müəllimi idi və Azərbaycanın, Türklərin tarixini çox gözəl bilirdi. Vətəninə və millətinə bağlı vətənpərvər insan idi. Dörd övladı qalıb. Şəhidlər xiyabanında dəfn edilib. Qardaşı Tariyelin dediklərindən: == Həmçinin bax == "20 Yanvar Şəhidi" fəxri adı alanların siyahısı Azərbaycan Respublikasının Azadlıq uğrunda mübarizlərinin siyahısı Şəhidlər Xiyabanında dəfn olunanlar == İstinadlar == == Xarici keçidlər == Qulu Kəngərli. 20 Yanvar şəhidləri (PDF).
Allahyar Telmanlı
Allahyar Elman oğlu Telmanlı (1 sentyabr 1992, Şərur rayonu, Naxçıvan Muxtar Respublikası – 9 oktyabr 2020, Cəbrayıl rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Allahyar Telmanlı 1992-ci il sentyabrın 1-də Şərur rayonunun Yengicə kəndində anadan olub. 2010-2014-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) ali hərbi təhsil alıb. == Hərbi xidməti == Azərbaycan Ordusunun baş leytenantı olan Allahyar Telmanlı 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Allahyar Telmanlı oktyabrın 9-da Cəbrayılın azad edilməsi zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Allahyar Telmanlı ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Allahyar Telmanlı ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Allahyar Telmanlı ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi.
Allahyar Yolçuyev
Yolçuyev Allahyar Bəxtiyar oğlu — Kimya elmləri doktoru, professor Allahyar Bəxtiyar oğlu Yolçuyev 1938-ci ilin iyulun 27-də Qərbi Azərbaycanm Kirovakan şəhəri, Qukark rayonunun (Qaraisə) Arçut kəndində müəllim ailəsində anadan olmuşdur. 1952-ci ildə Arçut yeddi illik məktəbini, 1955-ci ildə isə Spirak (Hamamlı) rayonunun Saral orta məktəbini bitirmişdir. 1957–62-ci illərdə indiki N. Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetinin kimya-biologiya fakültəsində təhsil aldıqdan sonra, öz doğma kəndində müəllim və dərs hissə müdiri vəzifəsində işləmışdir. 1962–64-cü illərdə keçmiş SSRI Sovet ordu sıralarında qulluq etmişdir. 1965-ci il-dən indiki Azərbaycan dövlət Neft Akademiyasının (ADNA) "Analitik kimya" kafedrasında assisent (1965–67), baş müəllim (1977–81), dosent (1981–92) vəzifəsində çalışmışdır. 1992-ci ildən "Analitik və fızikı kimya" kafedrasının professoru olmuşdur. 1975-ci ildə elmi rəhbərsiz "İtterbiumun bəzi müşayiət edən və digər metalların iştirakı ilə miqdarca təyini" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. Xüsusi olaraq qeyd etmək yerinə düşər ki, Yolçiyev Allahyar Bəxtiyar oglu elmi rəhbərsiz oldugu üçün, 22 aprel 1976-cı ildə, Moskva şəhəri, SSRİ AAK-nin ekspert elmi şurasında yenidən namizədlik dissertasiyasını müvəffəqiyyətlə müdafiə etmişdir. 1991-ci ildə isə "Bis-dördlü ammonium duzlarının, morfolinlərin və funksional-əvəzli kraun-efirlərin makromolekulyar ion-assosiatlarının sintezi və analitik tətbiqi" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. 1994-cü ildə "Analitik kimya" ixtisası üzrə professor adına layiq görulmüşdur.
Allahyar xan
Allahyar xan Dəvəli-Qacar — İranın baş naziri Allahyar xan Qılıncçı — Qılıncçı tayfasının başçısı.
Allahyar Əmircanov
Allahyar Əmircanov -ŞTAB – ROTMİSTRİ == Həyatı == 1897-ci il mayın on birində Nuxada (Şəki) bəy ailəsində anadan olub. 1907-ci ildən 1914-cü ilədək Vladiqafqaz kadet korpusunda hərbi təhsil alıb. Birinci Cahan müharibəsində "Dikaya diviziya"a qulluq edib. Göstərdiyi hərbi şücaətlərə görə dördüncü dərəcəli "müqəddəs Georgi"xaçı ilə təltif olunub. == Mənbə == Şəmistan Nəzirli . Arxivlərin sirri açılır. Bakı: "Elm və həyat" nəşriyyat, 1999, 750 səh.
Allahyar bəy Zülqədərov
Allahyar bəy Mehralı bəy oğlu Zülqədərov (Yelizavetpol – 3 yanvar 1918, Annino) — mülkədar, ictimai-siyasi xadim, Şəmkir qəzasının rəisi, Gəncə Şəhər Dumasının üzvü. == Haqqında == Peterburqda Meşəçilik Akademiyasını bitirmişdir. Gəncə Şəhər Dumasının üzvü olmuşdur. Azərbaycan Xalq Cümhuriyyəti dönəmində Gəncə quberniyasının Şəmkir qəzasının rəisi olmuşdur. Bolşeviklər tərəfindən provokasiyaya cəlb olunmuş kəndlilər tərəfindən evinə basqın nəticəsində arvadı Səid-Nisə xanım gülləylə öldürülmüş, özü isə tutularaq diri-diri yandırılmışdı. == Ailəsi == Qardaşı Lütvəli bəy Zülqədərov — Azərbaycan Xalq Cümhuriyyəti dövründə Göyçay qəzasının rəisi, Gəncə üsyanının iştirakçısı. Oğlu Kamran bəy Zülqədərov — general. Bacısı oğlu Qara bəy Qarabəyov — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü, İttihad Partiyası və İttihad fraksiyasının sədri.
Allahyar xan Qılıncçı
Allahyar xan Qılıncçı (1735-?)—Qılıncçı tayfasının başçısı, Səbzivarın hakimi. == Həyatı == Allahyar xan Qılıncçı 1735-ci ildə Xorasanda anadan olmuşdu. Mükəmməl mədrəsə təhsili almışdı. Qılıncçı elinə başçılıq etmişdi. Səbzivarı da əlinə keçirmişdi. Bu ərazi üstündə Hüseynqulu xan Məhəmmədhəsən xan oğlu Qovanlı-Qacarla üz-üzə gəlmişdi. Hüseynqulu xan Kərim xan Zəndin sərkərdələri tərəfindən oldürüləndən sonra Allahyar xan Xorasandan Xəzər dənizi sahillərinə qədər ərazilərə iddia etmişdi. Allahyar xan Qılıncçı Köklən türkmənlərinə qarşı vuruşaraq, Qorqanı, Astrabadı və digər yerləri müdafiə etmişdi. Allahyar xan Qılıncçı 1796-cı ildə Ağaməhəmməd şah Qovanlı-Qacara qarşı vuruşmuşdu. == Ədəbiyyat == Əzüdüddövlə, Tarix-eʿAzodi, 2nd ed., ed.
Allahyar xan Çavuşlu
Allahyar xan Süleyman xan Çavuşlu (1850–1916) — İran hərbçisi. == Həyatı == Allahyar xan Süleyman xan oğlu 1850-ci ildə Xorasan əyalətinin Dərgəz vilayətində doğulmuşdu. Mükəmməl hərbi təhsil almışdı. Orduya qatılmışdı. Allahyar xan Çavuşlu 1881-ci ildə polkovnik (sərhəng) rütbəsi almışdı. 1885-ci ildə briqadir-general rütbəsinə layiq görülmüşdü. Allahyar xan Çavuşlu 1916-cı ildə vəfat edib. == Mənbə == Ənvər Çingizoğlu, Qacarlar dövrünün hərbçiləri, Bakı, "Mütərcim", 2013. 334 səh.
Allahyar bəy Zülqədərov (II)
Allahyar bəy Mehralı bəy oğlu Zülqədərov (Yelizavetpol – 3 yanvar 1918, Annino) — mülkədar, ictimai-siyasi xadim, Şəmkir qəzasının rəisi, Gəncə Şəhər Dumasının üzvü. == Haqqında == Peterburqda Meşəçilik Akademiyasını bitirmişdir. Gəncə Şəhər Dumasının üzvü olmuşdur. Azərbaycan Xalq Cümhuriyyəti dönəmində Gəncə quberniyasının Şəmkir qəzasının rəisi olmuşdur. Bolşeviklər tərəfindən provokasiyaya cəlb olunmuş kəndlilər tərəfindən evinə basqın nəticəsində arvadı Səid-Nisə xanım gülləylə öldürülmüş, özü isə tutularaq diri-diri yandırılmışdı. == Ailəsi == Qardaşı Lütvəli bəy Zülqədərov — Azərbaycan Xalq Cümhuriyyəti dövründə Göyçay qəzasının rəisi, Gəncə üsyanının iştirakçısı. Oğlu Kamran bəy Zülqədərov — general. Bacısı oğlu Qara bəy Qarabəyov — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü, İttihad Partiyası və İttihad fraksiyasının sədri.
Allahyar bəy Zülqədərov (meşəçi)
Allahyar bəy Mehralı bəy oğlu Zülqədərov (Yelizavetpol – 3 yanvar 1918, Annino) — mülkədar, ictimai-siyasi xadim, Şəmkir qəzasının rəisi, Gəncə Şəhər Dumasının üzvü. == Haqqında == Peterburqda Meşəçilik Akademiyasını bitirmişdir. Gəncə Şəhər Dumasının üzvü olmuşdur. Azərbaycan Xalq Cümhuriyyəti dönəmində Gəncə quberniyasının Şəmkir qəzasının rəisi olmuşdur. Bolşeviklər tərəfindən provokasiyaya cəlb olunmuş kəndlilər tərəfindən evinə basqın nəticəsində arvadı Səid-Nisə xanım gülləylə öldürülmüş, özü isə tutularaq diri-diri yandırılmışdı. == Ailəsi == Qardaşı Lütvəli bəy Zülqədərov — Azərbaycan Xalq Cümhuriyyəti dövründə Göyçay qəzasının rəisi, Gəncə üsyanının iştirakçısı. Oğlu Kamran bəy Zülqədərov — general. Bacısı oğlu Qara bəy Qarabəyov — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü, İttihad Partiyası və İttihad fraksiyasının sədri.
Allahyar xan Dəvəli-Qacar
Allahyar xan Mirzə Məhəmməd xan оğlu Dəvəli-Qacar (1757-?) — İranın baş naziri == Həyatı == Allahyar xan Mirzə Məhəmməd xan оğlu Astrabad civarında anadan оlmuşdu. Müкəmməl mədrəsə təhsili almışdı. Asəfəddövlə ləqəbi daşıyırdı. Fətəli şahın vəziri vəzifəsinədəк yüкsəlmişdi. Əminə Pakrəvan yazir: "Şahın qohumu olan Allahyar xan, yenicə Asəfəddövlə ləqəbini almış və başvəzir olmuşdu. O da savaşdan yana tutumunu ortaya qoydu.. Onun kimi xarakterlər daha çox din xadimlərinin verdikləri fitvalara görə davranırdılar. Din xadimləri fitva vermişdilər ki, savaşa qarşı çıxan kafirdir, dindən çıxmışdır və ölümü caizdir". Allahyar xan Rus-İran savaşında iştirak etmişdi. Əminə Pakrəvan daha sonra yazir: "Bu sırada çaparlar Başvəzir Allahyar Asəfəddövlənin gəldiyini duyurdular.
Hacı Allahyar ağa Dilbazov
Hacı Allahyar ağa Dilbazov ( ? - 1866-cı il) - Azərbaycan nəqşbəndi, Hacı Rəhim ağa Dilbazov "Vəhidi"nin atasıdır. == Həyatı == Qazax mahalında nəqşbəndiliyi ilk qəbul etmiş şəxslərdən olan Allahyar ağa öz zəmanəsinə görə savadlı və təhsili bir adam olmuşdur. Əlində olan məlumatlara əsaslanaraq Firidun bəy Köçərli Allahyar ağa barəsində "dəyanətkirdar və səxavətşüar bir bəy" deyə xarakteristika verir. 1827-28 ci il Rus-İran müharibəsində Qazax Süvari Alayının tərkibində iranlılara qarşı döyüşlərdə iştrak etmişdir. Şamxor döyüşünün, Əsrik döyüşünün, Gəncə ətrafındakı döyüşün qəhrəmanlarından biridir. 3 sentyabr 1826-cı il tarixdə baş vermiş Şamxor döyüşündə şəxsi igidlik göstərdiyi üçün Anna lenti üzərində gümüş medal layiq görünmüşdür. Firidun bəy Köçərlinin yazdığına görə, Allahyar ağanın Qafqaz nəqşbəndilərinin təriqət başçılarından olan Mirhəmzə Nigari ilə qədimi dostluğu varmış. Mirhəmzə Nigarinin Osmanlıya mühacirəti ərəfəsində bir ilə yaxın Xanlıqlar kəndində Allahyar ağanın evində qalması yalnız bu şəxsi dostluq münasibəti ilə izah edilə bilər. == Ailəsi == Allahyar ağa Dilbazovun şəxsi həyatı barədə məlum olan budur ki, onun üç oğlu və bir qızından sonra həyat yoldaşı vəfat edir.
Allahyar Sayyedmanes
Allahyar Səyyadmaneş (29 iyun 2001, Amul, Mazandaran ostanı) — "Hall Siti" və İran milli komandasında hücumçu kimi çıxış edən iranlı peşəkar futbolçu.
Allahyarlı
Allahyarlı (Beyləqan) — Azərbaycanın Beyləqan rayonunda kənd. Allahyarlı (Masallı) — Azərbaycanın Masallı rayonunda kənd. Allahyarlı (Siyəzən) — Azərbaycanın Siyəzən rayonunda kənd. 5 oktyabr 1999-cu ildə ləğv olunmuşdur.
Allahyarlı (Beyləqan)
Allahyarlı — Azərbaycan Respublikasının Beyləqan rayonunun inzibati ərazi vahidində qəsəbə. Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı ilə Beyləqan rayonunun faktiki mövcud olan Allahyarlı kəndi dürüstləşdirmə qaydasında rayonun yaşayış məntəqələri siyahısına daxil edilmiş, bu kənd mərkəz olmaqla Allahyarlı kənd Soveti yaradılmışdır. == Toponimikası == 1986-cı ildə Biləsuvar rayonunun Səmədabad kəndindən köçmüş allahyarlı nəslinə mənsub ailələrin məskunlaşması nəticəsində salınmışdır. Allahyarlılar vaxtilə Birinci Şahsevən kəndinin yaxınlığında Allahyarlı obası deyilən yerdə yaşamış, sonralar Səmədabad kəndinə köçmüşdülər. == Tarixi == == Coğrafiyası və iqlimi == Kənd Mil düzündə yerləşir. == Əhalisi == Əhalisi 672 nəfərdir (2010). Kənd əhalisi türkmənlərdən ibarətdir.
Allahyarlı (Germi)
Allahyarlı (fars. اللهيارلو‎) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 93 nəfər yaşayır (17 ailə).
Allahyarlı (Masallı)
Allahyarlı — Azərbaycan Respublikasının Masallı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 mart 2013-cü il tarixli, 590-IVQ saylı Qərarı ilə Masallı rayonunun Allahyarlı kəndi Yeyənkənd kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq Ərkivan qəsəbə inzibati ərazi dairəsi tərkibinə verilmişdir. == Toponimikası == Yaşayış məntəqəsi öz adını eyvazlılar elinə mənsub allahyarlı nəslinin adından almışdır. == Əhalisi == Əhalisi 295 nəfərdir.
Allahyarlı (Siyəzən)
Allahyarlı — Azərbaycan Respublikasının Siyəzən rayonunun Ərziküş kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Siyəzən rayonunun Ərziküş kənd inzibati-ərazi vahidi tərkibindəki Allahyarlı kəndi rayonun yaşayış məntəqələri uçot məlumatından çıxarılmışdır.
Allahyarlı bələdiyyəsi
Beyləqan bələdiyyələri — Beyləqan rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Allahyarı (Qürvə)
Allahyarı (fars. الهياري‎) — İranın Kürdüstan ostanı Qürvə şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 76 nəfər yaşayır (20 ailə). Əhalisini kürdlər təşkil edir.
Habil Allahyarov
Habil Allahyarov — Qarabağ müharibəsi şəhidi. == Həyatı == 2 noyabr 1973-ci ildə Gədəbəy rayonunun Soyuqbulaq kəndində anadan olmuşdur. 1980-ci Soyuqbulaq kənd orta məktəbinidə daxil olmuş, 1990-cı ildə 10-cu sinifi bitirmişdir. == Döyüşlərdə iştirakı == 1992-cı ildə könüllü olaraq torpaqlarımızın müdafiəsinə qatılmışdır. Döyüş yoluna öz doğma Gədəbəy rayonunundan başladı, bir çox qızğın döyüşlərdə iştirak edib.1992-ci il 30 sentyabr tarixində Gədəbəyin Şınıx bölgəsi istiqamətində düşmənlə gedən döyüşlərin birində Allahyarov Habil qəhrəmancasına şəhid oldu. Subay idi. Hazırda təhsil aldığı Soyuqbulaq kənd orta məktəbi Habil Allahyarovun adını daşıyır.
Kamil Allahyarov
Kamil Allahyarov — Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin "Elmi inkişaf və tədris layihələri" şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor. == Həyatı == 22 sentyabr 1950-ci ildə Naxçıvan MR-nın Babək rayonunda anadan olmuşdur. Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Şərqşünaslıq fakültəsinin Fars filologiyası bölməsini fərqlənmə diplomu ilə bitirmişdir. 1973–1975-ci illərdə Sovet ordusu sıralarında Əfqanıstanda tərcüməçi-zabit kimi xidmət etmişdir. == Elmi fəaliyyəti == 1975-ci ildə AMEA Əlyazmalar İnstitutunun aspiranturasına daxil olub, 1978-ci ildə "Əmir Şahi Səbzəvari divanının teksoloji tədqiqi" mövzusunda namizədlik dissertasiyası, 1996-cı ildə isə "Azərbaycan şeir sənətinin genezisi, formalaşması və təkamül yolları" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. 2014-cü ildə professor elmi adı almışdır. 14 kitabın və 200-ə yaxın elmi məqalənin müəllifidir. Əsərləri Rusiyada, İranda, Türkiyədə, Koreyada və başqa ölkələrdə çap olunmuşdur. == Kitabları == Nizami Gəncəvi əsərlərinin əlyazmaları dünya kitab xəzinələrində. (C. Qəhrəmanovla birlikdə) Bakı: Elm, 1987 (rus di-lində).-84 s.
Rüstəm Allahyarov
Allahyarov Rüstəm Söhrab oğlu — Qarabağ müharibəsi şəhidi. == Həyatı == Allahyarov Rüstəm Söhrab oğlu 1973 Ağdaş rayonu Yenicə (Ağdaş) kəndində anadan olub. 1981-ci ildə Yenicə kənd tam orta məktəbinin birinci sinifinə daxil olub. 1991-ci ildə həmin məktəbin 11-ci sinifini bitirib. 1992-ci il martın 2-də hərbi xidmətə çağırılıb. 4 iyul 1992-ci ildən Sumqayıt batalyonunun tərkibində ağdam rayonunda vuruşub. Ağdərə ətrafında döyüşlərdə olub. 11 oktyabr 1992-ci il tarixdə Ağdam rayonu Qazançılar kəndi uğrunda gedən döyüşdə qəhrəmancasına həlak olub. == Təltifləri == Ağdaş rayonu Yenicə (Ağdaş) kəndi tam orta məktəbi Rüstəm Allahyarov adını daşıyır.
Tahirə Allahyarova
Tahirə Allahyarova – Azərbaycan filosofu, fəlsəfə elmləri doktoru. == Həyatı == Tahirə Bəkir qızı Allahyarova 5 aprel 1959-cu ildə Qəbələdə anadan olmuşdur. 1981-ci ildə Bakı Dövlət Universitetini bitirmişdir. 1986-cı ildən Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Hüquq İnstitutunun dissertantı olmuş,1993-cü ildə "Ekoloji mədəniyyət" mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir. 1998-ci ildə İnstitutun "Qloballaşma və sosial ekologiyanın fəlsəfi problemləri" şöbəsində elmi işçi, 2003-cü ildən böyük elmi işçi, 2005-ci ildən isə aparıcı elmi işçi vəzifələrində çalışmışdır. O, Azərbaycan Memarlıq və İncəsənət Universitetində, 1999–2009-cu illərdə Bakı Dövlət Universitetinin Fəlsəfə və sosiologiya kafedrasında müəllim işləmişdir. Alim AMEA-nın Fəlsəfə, politologiya və sosiologiya elmləri üzrə Problem Şurasının üzvüdür. Tahirə Allahyarova Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin Daxili siyasətin təhlili şöbəsinin müdiri vəzifəsində çalışır. == Elmi fəaliyyəti == Tahirə Allahyarova "Sosial sinergetika cəmiyyət haqqında elmlərin yeni metodoloji əsası kimi" mövzusunda doktorluq dissertasiyasını 2007-ci ildə müdafiə edərək fəlsəfə elmləri doktoru alimlik dərəcəsini almışdır.Tahirə Allahyarovanın elmi tədqiqatı ən müasir elmi paradiqmanın – sinergetikanın cəmiyyətşünaslıq, sosial idrak sahəsində metodoloji potensialının aşkara çıxarılması, yeni sintez metodologiyanın – sosial sinergetikanın formalaşdırılması zərurətinin əsaslandırılmasına həsr olunmuşdur. O hesab edir ki, mürəkkəb humanistik sistem kimi cəmiyyətdə sosial-siyasi dinamikanı, inkişaf proseslərini, xüsusilə də baş verən dəyişiklikləri, bir mərhələdən digərinə keçid məqamlarını sinergetik model, indiyə qədər mövcud olan bütün modellərdən daha adekvat əks etdirə bilir.
авантюри́новый а́трий винт набеди́ть остеоартро́з по неча́янности расплавля́ться руково́дство стати́ческий фа́брика феррозо́нд зашиби́ться измельча́ться неприю́тность отжим полупальто́ пробст bypass combing wools non-aggression prejudice tenue thousand-legs замызганный припаяться