allerqoloq
alleyalı
OBASTAN VİKİ
Balina alleyası
Balina alleyası — Qədim zamanlarda Eskimosların müqəddəs məbədi və ya ibadətgahıdır. Çukotka Muxtar Dairəsinın ərazisinə daxil olan İttiqran adasında yerləşir. Bu arxeoloji kompleks Qrenlandiya balinasının sümüklərindən təşkil olunub. İlk dəfə bu tapıntı SSRİ Etnoqrafiya Universitetinin üzvü M.A.Clenov tərəfindən tətqiq edilir. == Ədəbiyyat == Arutyunov, Sergey Aleksandroviç, İ. İ. Krupkin, Clenov, Mixail Anatoleviç. "Balina alleyası". Senyavin boğazına daxil olan adaların qədimi tarixi 1982.
Qlaqolitsa alleyası
Qlaqolitsa alleyası (xorv. Aleja glagoljaša) — İstriya yarımadasının mərkəzi hissəsində, Xorvatiyada ən qədim slavyan əlifbası olan qlaqolitsa abidəsi ilə bağlı turistik görməli yer. == Haqqında == Uzunluğu 6 km olan bu turistik alleyada dünyanın ən kiçik şəhəri Xumu Roç kəndi ilə birləşdirən yol boyunca hər iki tərəfdə yerləşən qlaqolitsa yazıları olan abidələr yerləşir. Alleyanın inşasına Çakavia kilsəsinin təşəbbüsü ilə 1976-cı ildə başlanılıb. Yazıçı Zvane Çrnya və professor Yosip Bratuliç abidənin ideologiyasını işləyib hazırladılar, heykəltaraş Jelimir Yaneş isə 1977-ci ildən 1983-cü ilə qədər onun daşlarını işləmişdir. Alleya boyunca yerləşən 11 abidə bu qədim slavyan yazı növünün inkişafının əsas nişanələrini xatırladır. === 1. Çakavski parlamentinin sütunu === 2 metr hündürlükdəki sütun qlaqolitik "S" hərfi formasında hazırlanıb. Qədim slavyan dilində "Söz" mənasını verir. Semantik baxımdan isə "sağlam düşüncə" və "ağıl" mənasını ifadə edir.

Значение слова в других словарях

дистрибу́торский ине́рция мерченда́йзинг направля́ющая перезаключа́ть переобмундиро́вываться преступле́ние середня́чество штабс-ро́тмистрский бобро́вый глазе́ние кососло́й наозорнича́ть ни́зменно сотрясти́сь кренить скопа abc altostrati handicraftsman jewel paperweight varan изыск сказываться