Almandin
Almandin - mineral
== Haqqında ==
Almandin piralspit seriyasından qranat. Fe2+3Al2[SiO4]3. Adətən pirop və spessartin qatışıqları olur. Rəngləri çəhrayı, qırmızı, qonurdan qarayadək. Xüsusi çəkisi 3,9-4,3, a=11,526 Å, p=1,77-1,83. Xlorit, epidot, amfibol və hematitə çevrilir. Regional metamorfizmə uğramış gil süxurları üçün səciyyəvidır, həmçinin termik metamorfizm süxurlarında və skarnlarda rast gəlir.
== Mənbə ==
Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press, 2006, 679 səh.