ALOV
ALPAN
OBASTAN VİKİ
ALP
Azərbaycan Liberal Partiyası — Azərbaycanda mövcud siyasi partiyalardan biri. == Tarixi == === Lalə Şövkət dövrü (1995–2003) === Azərbaycan Liberal Partiyası 3 iyun 1995-ci ildə sabiq dövlət katibi professor Lalə Şövkətin rəhbərliyi ilə Bərdə şəhərində təsis konfransında yaradılmışdır. Təsis konfransında partiyanın nizamnaməsi və proqramı qəbul edilmiş, ali orqanları seçilmişdir. Lalə Şövkət ALP-nin sədri seçilmişdir. 14 avqust 1995-ci ildə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin kollegiyasının qərarı ilə dövlət qeydiyyatına alınmışdır. Azərbaycan Liberal Demokrat Partiyasının ilk sədri Zakir Məmmədov Azərbaycan Liberal Partiyasının üzvü olmuşdur, lakin 1998-ci ildə sədr Lalə Şövkətin apardığı siyasətə etiraz etmiş və partiyadan istefa vermişdir. 1999-cu ildə 60%-i ALP-lilərdən ibarət Azərbaycan Liberal Demokrat Partiyası qurulmuşdur. === 2003-cü il prezident seçkiləri === === Əvəz Temirxan dövrü === 24 iyun 2023-cü il tarixində partiya fəaliyyətini dayandırması ilə bağlı bəyanat yaydı. == İdeologiyası == İdeologiyasının əsasında insan haqlarının müdafiəsi, qanunun aliliyi durur. Proqramının hədəfi insan haqlarının üstünlüyünü təmin edən cəmiyyətin qurulmasıdır.
Alp Arslan
Alp Arslan (20 yanvar 1029 – 15 dekabr 1072, Ceyhun, Qövr) — Səlcuq sultanı. == Həyatı == Alp Arslanın doğum tarixi müxtəlif mənbələrdə 1029–1032-ci illər arasında götürülür. Böyük Səlcuq Dövlətinin qurucularından olan Çağrı bəyin oğlu və Səlcuqlu sultanı Toğrul bəyin qardaşı oğlu olan Alp Arslan, kiçik yaşlarından hərbi işlərlə məşğul olurdu. Şərqin və Qərbin hakimi Toğrul bəy 1063-cü ildə təxminən 70 yaşında dünyasını dəyişəndə, onun övladı olmadığı üçün hakimiyyətə Alp Arslanın ögey qardaşı Əmir Süleyman keçdi. Lakin onun hakimiyyəti uzun sürmədi. Alp Arslan öz tərəfdarlarının köməyi ilə Reyə gələrək Əmir sultanı və onun yaxın köməkçisi olan Qutalmışın silahlı qüvvələrini məğlub edərək hakimiyyəti ələ aldı. 1064-cü il aprelin 27-də 36 yaşlı Alp Arslan sultan elan olundu. Onun dövründə Səlcuq dövləti qüdrətli bir dövlətə çevrildi. == Hakimiyyəti == === Xarici siyasət === Alp Arslan bacarıqlı döyüşçü nüfuzunu hakimiyyətə gəldikdən bir il sonra Heratı tutmaqla qazandı. Növbəti il ərzində o, ulu babası Səlcuq bəyin məzarının yerləşdiyi ərazini fəth etdi.
Alp Qorxmaz
Alp Qorxmaz (d. 2 Mart 1981, Ankara), Türk kinoteatr və serial aktyorudur. İlk təhsilini İstanbulda tamamlamışdır, orta təhsilini isə Çanaqqalada Tamamlamışdır. Amerikada Universitet həyatına başladı. University of South Florida Radio Televiziya bölməsindən məzun olduqdan sonra Nyu-Yorka aktyorluq təhsili almağa getdi. Nyu-Yorkun ən lazımlı Broadvay muzikal məktəblərindən Neighborhood Playhouse School of Theatre də təhsilini tamamladıqdan sonra 2006-cı ildə Türkiyəyə qayıtdı. Gəldiyi hələ 1 ay olmamış Türkər İnanoğlu tərəfindən kəşf edilən Qorxmaz, Erler Filmin istehsalı olan Arxa Küçələr adlı serialda "Ali" obrazını canlandırmaqdadır. 2010-cu il Aprel ayının 2-ci həftəsində əsgərlik səbəbi ilə serialdan bir müddətliyinə ayrılmışdır. Vətənə olan borcunu qaytarıb, qısa dönəm olaraq Aprel 2010-cu ildə başlayıb Sentyabr 2010-cu ildə Bingöldə tamamlamışfır. İndi də Erler Filmin istehsalıı olan Arxa Küçələr serialında "Ali" roluna davam etməkdedir.
Alp Tarxan
Alp Tarxan — VIII əsrdə baş verən Xəzər-ərəb müharibələrində xəzər qoşunlarına başçılıq etməsi ehtimal olunan, Məslamənin komandası altında Şimali Qafqaza soxulmuş ərəb qoşunlarına qarşı vuruşan sərkərdə. Alp Tarxan ifadəsinin bu şəxsin adı və ya ləqəbi olması mübahisəlidir. Bəzi mənbələrə görə, Şimali Qafqaza soxulmuş ərəb qoşunlarına qarşı əməliyyatlarda Məslamənin ordusunu Dağıstan ərazisində sıxışdıran məhz Alp Tarxan olub. M.Kaqankatvatsi bildirir ki, 713-714-cü illərdə Alp Tarxanın komandanlığı altında olan Xəzər ordusu, Məsləmə ibn Əbdülmalikin komandanlığı altında olan ərəb ordusunu Dərbənd ətrafında sıxışdırdı və Məsləmə ibn Əbdülmalik bütün ordusunu və hətta hərəmini tərk edərək qaçmalı oldu..
Alp Təkin
Alp Təkin (962-963) — Qəznənin ilk türk hakimi. == Həyatı == Bəlxdə anadan olmuşdu. Həyatının ilk illəri Xorasan valisinin ordusunda muzdlu döyüşçü olmaqla keçmişdir. 961-ci ildə Samani əmiri I Əbdülmalikin ölümündən sonra taxtda hərc-mərclik yaranmışdı. Alp Təkin bu mübarizədə Faiq adlı bir şahzadəni dəstəkləsə də taxta I Mənsurun çıxması ilə mövqeyi zədələnmiş, Xorasandan Qəznəyə keçmiş, yerli sülalə olan Lavik sülaləsini devirərək oranın hakimi olmağa davam etmişdir. O hələ də Samani vassalı idi. == Ailəsi == Oğlu: Əbu İshaq İbrahim - onu əvəz etdi. Qızı: Adı bilinməyən bir qızı olmuş, Səbuk Təkin ilə evlənmişdir.
Alp boymadərəni
Alp boymadərəni (lat. Achillea alpina) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin boymadərən cinsinə aid bitki növü. == Yarımnövləri == Achillea alpina subsp. camtschatica (Heimerl) Kitam. Achillea alpina var. discoidea (Regel) Kitam. Achillea alpina subsp. japonica (Heimerl) Kitam. Achillea alpina subsp. pulchra (Koidz.) Kitam.
Alp danaayağı
Arum cylindraceum (lat. Arum cylindraceum) — bitkilər aləminin baqəvərçiçəklilər dəstəsinin aroidkimilər fəsiləsinin danaayağı cinsinə aid bitki növü.
Alp dağları
Alp dağları (alm. Alpen‎, fr. Alpes, it. Alpi, sloven. Alpe) — Qərbi Avropanın nisbətən hündür dağ sistemi. Alp dağlarının ərazisi tamamilə və ya qismən 8 ölkənin coğrafi sərhədlərinin daxilində olur. Ümumi ərazisinin payı Alp ərazisinə düşməsi nisbətinə görə dövlətlərin sıralamsı aşağıdakı qaydada yerləşir: Lixtenşteyn (100%), Monako (100%), Avstriya (65%), İsveçrə (60%), Sloveniya (40%), İtaliya (17%), Fransa (7%), Almaniya (3%). Uzunluğu təxminən 1.200 kilometr, eni 261 kilometrdir. Alp dağları Avropanın mühüm iqlim ayırıcı sahəsidir. Onun şimal və qərbində mülayim iqlimə malik ərazilər, cənubda isə subtropik Aralıq dənizi iqlimi olan ərazilər yerləşir.
Alp doqquzdonu
Alp doqquzdonu (lat. Lonicera alpigena) — bitkilər aləminin fırçaotuçiçəklilər dəstəsinin doqquzdonkimilər fəsiləsinin doqquzdon cinsinə aid bitki növü.
Alp edelveysi
Alp edelveysi (lat. Leontopodium alpinum) - edelveys cinsinə aid bitki növü.
Alp hörücüsü
Alp qarsərçəsi və ya Alp vüroku (Montifringilla nivalis) Sərçəkimilər dəstəsindən olan bir quş növüdür. Yayılma arealı Avropa və Asiya-nın cənubundakı yüksək dağlıq (1900-3000 m) ərazilərdir. Qışda daha alçaq ərazilərə enirlər. Ortalama uzunluğu 16.5-19 sm-dir. Qidasını əsasən toxumlar, bəzən də müxtəlif həşəratlar təşkil edir.
Alp kərtənkələsi
Alp kərtənkələsi (lat. Darevskia alpina) — heyvanlar aləminin xordalılar tipinin sürünənlər sinfinin pulcuqlular dəstəsinin əsl kərtənkələlər fəsiləsinin qayalıq kərtənkələsi cinsinə aid heyvan növü. == Təsviri == Orta ölçüyə malik olan kərtənkələ 65 mm uzunluğa malik olur. Quyruq isə iki dəfə uzundur. Başı nisbətən sıxılmış formaya malik olur. Boğazın orta nahiyəsində 18-27 pulcuq olur. Bədəninin orta hissəsində isə 40-45 pulcuq vardır. Bədəninin yuxarı hissəsi ot-yaşılı, sarı-yaşılı, qəhvəyi-boz rənglərdə olur. Bu hissədə tünd nöqtələr vardır. Qarın nahiyəsi sarı və ya yaşılı-sarı rəngdə olur.
Alp marmotu
Alp marmotu və ya Avropa marmotu (lat. Marmota marmota) — gəmiricilər dəstəsinin sincablar fəsiləsinə aid məməli heyvan növü. Mərkəzi və Cənubi Avropanın yüksək dağ rayonlarında yayılmışdır. Alp marmotuna daş qayalıqlarında dəniz səviyyəsindən 600–3200 m yüksəkliklərdə rast gəinir.Əlverişli şəraitdə 1 km2 ərazidə 40-80 fərd yaşayır.
Alp qarağatı
Alp qarağatı (lat. Ribes alpinum) — bitkilər aləminin daşdələnçiçəklilər dəstəsinin motmotukimilər fəsiləsinin qarağat cinsinə aid bitki növü. == Təbii yayılması == Bütün Avropa üzrə, Qafqazda, Qərbi Türkiyədə, Şimali Afrikada və Mərakeşdə yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü təxminən 1,5 m-ə çatan, möhkəm yarpaqlı, sıx yerləşmiş budaqları olan alçaqboylu koldur. Yarpaqları üç qanadlı, tünd yaşıl, parlaq, eni 4 sm-dək, üstü cod, vəzicikli tükcüklərlə örtülmüşdür. Yarpağın əks tərəfi açıq hamar, çılpaqdır. Çiçəkləri yaşılımtıl, sarı rənglidir. Çiçək saplaqlarında vəzicikli tükcükləri vardır. Çiçək qrupları 15-30 ədəd erkək çiçəklərdən və ya 1-5 ədəd dişi çiçəklərdən ibarətdir, sallaq olmayan salxımlar əmələ gətirir. Meyvələri dadına görə şirin, unlu, ölçüsü 6-8 mm olan çəhrayı giləmeyvədir.
Alp qurşağı
Alp qurşağı — dağda qısaboylu ot bitkilərindən ibarət çəmənlik (yaylaq) deməkdir. == Ədəbiyyat == R.Ə.Əliyeva, Q.T.Mustafayev. “Ekologiya” dərs vəsaiti. Bakı, “Bakı Dövlət Universiteti” nəşriyyatı, 2004, s. 379 – 384.
Alp qırışıqlığı
Alp qırışıqlığı — Yer qabığı təbəqələrində kaynozoy və qismən mezozoy eralarında əmələ gəlmiş qırışıqlıq. İlk dəfə Alp dağlarında öyrənildiyindən "Alp qırışıqlığı" adlandırılmışdır. Mezozoyun əvvəlindən başlamış, neogendə şiddətlənmiş və kaynozoyun sonunda zəifləmişdir. Alp qırışıqlığı yenə də davam edir. Cavan dağ silsilələri, onlara bitişik çökəkliklər və su hövzələri Alp qırışıqlığı nəticəsində əmələ gəlmişdir. == Zolaqları == İki zolağdan ibarətdir: 1-ci zolaq Aralıq dənizi və Qara dəniz hövzələrini, Xəzər dənizinin cənub yarısını, Afrikanın şimalındakı dağları, Alp, Pireney, Əndəlüs, Apennin, Dinar, Karpat, Krım, Qafqaz, Kiçik Asiya, İran, Pamir, Himalay və Birmanın dağ silsilələrini, 2-ci zolaq isə uzaq şərqdə meridional istiqamədə uzanan Sakit okean ətrafı dağ silsilələrini-Koryak silsiləsini, Kamçatka yarmadasını, Saxalin, Yapon adalarını və Malay arxipelaqını, And dağlarını, Mərkəzi Amerika, Alyaskanın cənubu və Aleut adalarındakıdağ silsilələriini və dərin sualtı yarğanları əhatə edir.Alp qırışıqlığı zolaqları tektonik hərəkətlər nəticəsində baş verən qırışıqlar, örtüklər və üstəgələmələrlə, intruziyaların yayılması, seysmikliyi və vulkanizmi ilə xarakterizə olunur.
Alp relyefi
Alp relyefi — kəskin parçalanmış, geniş yayılmış buzlaq formaları ilə (karlar, sirklər, təknələr, karlinqlər və b.) səciyyələnən dağlıq relyef. Alp relyefi yamacları sıldırım qayalı, zirvələri və suayrıcıları iti və diş-diş olur. Alp relyefi dağların yüksəkliyindən daha çox qar xəttinin mütləq yüksəkliyindən asılıdır. Bu xətdən yuxarı, aktiv ekzarasion və nivatsion buzlaq proseslərinin fəaliyyəti kəskin olur. Qütblərə doğru qar xətti get-gedə dəniz səviyyəsinədək endiyindən yüksək en dairələrində Alp relyefi bu səviyyədən başlanır. == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press, 2006, 679 səh.
Alp rozaliyası
Alp rozaliyası (lat. Rosalia longicorn / Rosalia alpina) — sərtqanadlılar dəstəsinin uzunbığlar fəsiləsinə aid növ. Təbii şəraitdə sayı azalır. == Təsviri == Bədənin uzunluğu 15 – 28 mm-dir. Ön döş bozumtul – mavidir, ön tərəfdə iri qara ləkəlidir. Bədən boz və ya göyümtül – bozdur, qanadüstlükləri bozumtul – mavi olub, qara ləkəlidir, ləkələrin kənarları açıq rənglidir. İri qara ləkələr qanadüstlüklərin ortasında, kiçik qara ləkələr isə arxasında yerləşir. Ləkələrin şəkli müxtəlif fərdlərdə dəyişkən ola bilər. Bığcıqlar 11 buğumludur, mavidir. Hər buğumun qalın hissəsi qara rəngli olub, tükcüklüdür.
Alp sarıcası
Alp sarıcası (lat. Colias thisoa) — pulcuqqanadlılar dəstəsinə, ağ kəpənəklər fəsiləsinə aid nadir kəpənək növü. == Qısa təsviri == Kəpənək qanadları açılmış halda 45-50 mm-ə çatır. Rəngi müxtəlifdir. Erkək fərdlərin rəngi açıq narıncı olub, qanadlarının xarici kənarı ensiz qara haşiyəlidir. Dişi fərdlərin rəngi tünd narıncı olub, qanadlarının kənarındakı haşiyə enlidir. == Yayılması == Qafqaz, Orta Asiya dağlarında, Azərbaycanda Dərəlyəz və Zəngəzur dağ silsiləsində (Kiçik Qafqaz) və Şahdağda (Böyük Qafqaz) yayılmışdır. == Həyat tərzi == Dəniz səviyəsindən 2000-2500 m yüksəklikdə tikanlı gəvən qarışıqlı alp otları bitən sıldırım yamaclarda yaşayır. İyunda və iyulun əvvəlində uçur, şığıyır və yer səthindən çox yüksəyə qalxmır. Dişi fərdlər nadir hallarda uçur, əksər hallarda otlar üzərinə qonur.
Alp satiri
Alp stereokaulonu
Alp stereokaulonu (Sterecaulon alpinum Laur. (S. tomntosum Fr. Var. alpinum Th. Fr., S. paschale (L) Hoffm. Var. alpinum Mudd.) IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar"kateqoriyasına aiddir – VU D2. Nadir növdür. == Qısa morfoloji təsviri == Tallom yastıq formalı, yumşaq və ya sıx çimlər əmələ gətirir. Psevdopodesiləri açıq-boz, hündürlüyü 1-8 sm, qalınlığı 1–2 mm-dir.
Alp unutma
Alp unutma (lat. Myosotis alpestris) — Çoxillik, bozumtul-yaşıl bitkidir. == Qısa morfoloji təsviri == Kökümsovu qısa, qalın, sürünən; saplağı düz, budaqsız, yarımsıxılmış tükcüklərlə sıx sallanmış, hündürlüyü 15–30 sm-dir. Gövdə yarpaqları oturaq, enli özüllü uzunsov, gövdəni yarıməhatə edən, ölçü və formasına görə müxtəlifdir, hər iki tərəfdən yumşaq, uzun tükcüklərlə sıxılmış və ya yarımsıxılmış tükcüklərlə sıx sallanmışdır. Kasacığın uzunluğu çiçəkləmə dövründə 2,5 mm, meyvəsi ilə birgə isə 4–5 mm-dir, solğunbozumtuldur. Çiçək tacı tünd-mavi, iri, diametri 7–8 (9) mm, yumurtaşəkilli-dairəvi dilimlidir. Meyvə saplağı qısa, uzunluğu 3–5 mm, yuxarı çəpəki istiqamətlənmiş, sıxılmış və yarımsıxılmış seyrək tükcüklərlə sıx sallanmışdır. == Yayılması == BQ qərbi, BQ şərqi, BQ Quba sahəsinin rayonlarında alp qurşağında yayılmışdır. Çəmənlərdə bitir.
Alp vudsiyası
Alp vudsiyası (lat. Woodsia alpina) — vudsiyakimilər fəsiləsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Təhlükəli həddə yaxın olanlar" kateqoriyasına aiddir. Azərbaycanın nadir növüdür. == Qısa morfoloji təsviri == Çoxillik, 6–8 sm hündürlüyündə, kiçik bitkidir. Yarpaqları tutqun-yaşıl, pərdəşəkilli, pulcuqlu, saplağı sarımtıl-boz, yarpaq ayasından qısa, qaidəsində bir ötürücü topalı, seqmentləri 6–8 cüt ovalşəkilli, sorusları yetişəndə öz aralarında qovuşandır, sporun səthi xırda yuvacıqlıdır. == Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri == Sporların yetişmə dövrü iyul-sentyabr aylarına təsadüf edir. Yüksək dağ və alp qurşaqlarında, nadir hallarda meşə zolaqlarında, qayalıqlar və daşlıq ərazilərdə rast gəlinir. Dekorativ bitkidir. == Yayılması == Böyük Qafqazın Quba sahəsi, Böyük Qafqazın şərq hissəsi (Oğuz rayonu, Fil-Fil kənd ətrafı), Böyük Qafqazın qərb hissəsi (Sidlov dağı), Kiçik Qafqazın Şimal hissəsi (Göygöl və Cəbrayıl qəsəbəsi ətrafı), Diabar(Lerik rayonu), Lənkəranın dağlıq hissəsi (Yardımlı rayonu).
Alp vüroku
Alp qarsərçəsi və ya Alp vüroku (Montifringilla nivalis) Sərçəkimilər dəstəsindən olan bir quş növüdür. Yayılma arealı Avropa və Asiya-nın cənubundakı yüksək dağlıq (1900-3000 m) ərazilərdir. Qışda daha alçaq ərazilərə enirlər. Ortalama uzunluğu 16.5-19 sm-dir. Qidasını əsasən toxumlar, bəzən də müxtəlif həşəratlar təşkil edir.
Alp Ürək
Alp Ürək və ya Alp Ürək bəy (türk. Alp Yürek, Alp Yürek Bey; Rum Səlcuqlu dövləti – 1280) — Çobanoğullarının 3-cü bəyi (hökmdarı). == Hökmdarlığı (bəyliyi) == Hökmranlıq dövrünün qısa olduğu və bu dövrdə Bəylikdə əhəmiyyətli bir inkişaf olmadığı düşünülür. Bu susqunluğun səbəbi kimi, Çobanoğulları bəyliyinin Kösedağ Döyüşündən sonra Anadolunun yeni hakimi Elxanilərə tabe olması, heç bir problem yaratmadan və vergi ödəməyi qəbul etməsi misal kimi göstərilə bilər.Alp Ürəyin nə zaman və necə öldüyü bilinməsə də, qaynaqlarda şəhid kimi anıldığına görə savaşda öldüyü qəbul edilə bilər. Ondan sonra dövlətin başına oğlu Yavlak Arslan keçmişdir.
Abdullah Alpdoğan
Hüseyin Abdullah Alpdoğan (1 yanvar 1878 – 9 aprel 1972, Kadıköy, İstanbul ili) — türk əsgər və siyasətçi. 1878-ci ildə Abdullah Əfəndinin oğlu olaraq anadan olub. Əsgər və siyasətçi Nurəddin Paşanın qızı Məmduh Xanım (1904–1970) ilə evlənən və iki uşaq sahibi olan Alpdoğan 1972-ci ildə İstanbulda vəfat etdi və Karacaahmet Qəbiristanlığında dəfn edildi. == Hərbi və Siyasi Karyerası == 1902-ci ildə Hərbi Akademiyanı Mülazım (Leytenant) rütbəsi ilə piyada sinfinin on ikincisi olaraq bitirdi. 1905-ci ildə Erkan-ı Hərbi Məktəbini Baş qərargah kapitanı rütbəsi ilə bitirib Osmanlı Ordusuna qatıldı. Səyyar Topçu Alayı 1-ci Tabur Məmuru, Nizamiyə 3. Alayı 3. Tabur 3. Bölük i, Erkan-ı Harbiye 1. Şöbə Sorumlusu, Edirne İstilası Komissiyası Üzvü, 2.
Achillea alpicola
Adi boymadərən (lat. Achillea millefolium) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin boymadərən cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Çoxillik, ot bitkisi olub, gövdəsinin hündürlüyü 20-50 sm, düzqalxan, budaqlanan, dəyirmi, nazikşırımlı, yuxarı budaqcığındakı yarpaqları qısalmışdır. Yarpaqları növbəli, xətti-neştərvari, ikiqat lələkşəkilli yarılmış, iki-üçqat kəsilmiş seqmentli və demək olar ki, kürəkşəkilli, sonluğu xətti formalıdır. Kökümsov yarpaqları saplaqlı uzunluğu 35-50 sm-dir. Kökləri nazik, sürünəndir. Çiçəkqrupu kiçik, çoxsaylı olub, gövdənin zirvəsində mürəkkəb çiçəkqrupunda formalaşan, kənarları ağ dilşəkilli (bəzən çəhrayı) daxili çapıqlı olmaqla, sarı rənglidir. Qalxanşəkilli çiçəklərinin uzunluğu 4 sm-ə (çiçək səbətciyinin əsası) bərabərdir. Hər bir səbətcik kənar dişicikli, (əsasən sayı 5 olan), orta boruşəkilli, ikicinsli (3-30 qədər sayı olan), 5 erkəkcikli və aşağı yumurtalıqlı çiçəklərdən ibarətdir. Çiçəyin əsası qabarıq olmaqla, çiçək yatağı bölünmüşdür.
Achillea alpina
Alp boymadərəni (lat. Achillea alpina) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin boymadərən cinsinə aid bitki növü. == Yarımnövləri == Achillea alpina subsp. camtschatica (Heimerl) Kitam. Achillea alpina var. discoidea (Regel) Kitam. Achillea alpina subsp. japonica (Heimerl) Kitam. Achillea alpina subsp. pulchra (Koidz.) Kitam.
Allium alpinum
Mala soğanı (lat. Allium schoenoprasum) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin nərgizçiçəyikimilər fəsiləsinin soğan cinsinə aid bitki növü. == Sinonimləri == Allium acutum Spreng. Allium alpinum (DC.) Hegetschw. Allium broteroi Kunth Allium buhseanum Regel Allium carneum Schult. & Schult.f. [Illegitimate] Allium coloratum Dulac [Illegitimate] Allium foliosum Clairv. ex DC. Allium glaucum DC. Allium glaucum Ledeb. [Illegitimate] Allium idzuense H.Hara Allium lusitanicum Link ex Regel [Invalid] Allium montanum Schrank Allium palustre Chaix Allium palustre Salisb. [Illegitimate] Allium palustre Pourr.
Allium schoenoprasum subsp. alpinum
Mala soğanı (lat. Allium schoenoprasum) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin nərgizçiçəyikimilər fəsiləsinin soğan cinsinə aid bitki növü. == Sinonimləri == Allium acutum Spreng. Allium alpinum (DC.) Hegetschw. Allium broteroi Kunth Allium buhseanum Regel Allium carneum Schult. & Schult.f. [Illegitimate] Allium coloratum Dulac [Illegitimate] Allium foliosum Clairv. ex DC. Allium glaucum DC. Allium glaucum Ledeb. [Illegitimate] Allium idzuense H.Hara Allium lusitanicum Link ex Regel [Invalid] Allium montanum Schrank Allium palustre Chaix Allium palustre Salisb. [Illegitimate] Allium palustre Pourr.
Allium schoenoprasum var. alpinum
Mala soğanı (lat. Allium schoenoprasum) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin nərgizçiçəyikimilər fəsiləsinin soğan cinsinə aid bitki növü. == Sinonimləri == Allium acutum Spreng. Allium alpinum (DC.) Hegetschw. Allium broteroi Kunth Allium buhseanum Regel Allium carneum Schult. & Schult.f. [Illegitimate] Allium coloratum Dulac [Illegitimate] Allium foliosum Clairv. ex DC. Allium glaucum DC. Allium glaucum Ledeb. [Illegitimate] Allium idzuense H.Hara Allium lusitanicum Link ex Regel [Invalid] Allium montanum Schrank Allium palustre Chaix Allium palustre Salisb. [Illegitimate] Allium palustre Pourr.
Alp (Türk mifologiyası)
Alp - türk və altay əfsanələrində və nağıllarında ümumi olaraq cəngavər mənasını verən söz. Alıp və ya Alpagut (Alpavut) da deyilir. == Məna == Döyüşçü, igid adam, cəsur, cəsarətli, qorxmaz mənalarını saxlayar. Orduya lazım olduğunda qatılan yarı milisləri də ifadə edər. Xaqanın yanında olduqları yerə görə fərqli adlarla xatırlanarlar. Dağların çox yüksək yamaçlarıdan yetişən bir bitkiyə "Alp ulduzu" adı verilməsi təsadüf olmayıb, bu adın ucalıq ehtiva edən möhtərəmliyi ilə əlaqəlidir. Alplar, xaqanın yanında olduqları yerə görə fərqli adlarla xatırlanarlar. Coro (Sağ yanında olan) Yoro (Sol yanında olan)Bundan başqa; Alpəren, döyüşçü dərviş deməkdir. Tanrının əmrinə uyaraq onun uğrunda döyüşər. Döyüşlərdə dəqiqliklə uyğun gəldikləri insani qaydaları vardır.
Alp Dağları Tipi
Alp Dağları Tipi -"alplar", nisbətən yaxşı saxlanılmış, parçalanmnağa yenicə başlamış, orta yüksəkliyi kifayət qədər olan, süxurların müxtəlif növ strukturları və formaları müşahidə edilən dağ qurumları, sistemi.
Alp Tipli Buzlaq
Alp Tipli Buzlaq- sadə dərə buzlağı, müasir mərhələdə geniş yayılmış iri dağ-dərə buzlaq tipi olub, dağ sirkindən dərə boyu aşağı enir. Buzlağın birinci (qidalanma) hissəsi iqlim qar xəttindən yuxarıda, ikinci (ərimə) hissəsi isə aşağıda yerlışir.
Alp dağ keçisi
Alp dağ keçisi (lat. Capra ibex) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin boşbuynuzlular fəsiləsinin dağ keçisi cinsinə aid heyvan növü.

Digər lüğətlərdə

ви́лка промока́ние форсу́ночный чаи́ шпало... благоскло́нно поросёночек разнозна́чный самонаводя́щийся це́ховость колонна пруг al- cradleboard dean fenestration glosseme ironic leaf bridge neuropathy pulmonate Queen-mother выдубить импрессионистский крякать