ALP
ALPAR
OBASTAN VİKİ
Alpan
Alpan — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. Eyniadlı bələdiyyənin tərkibindədir. == Tarixi == Alpan kəndi Quba rayonunda yerləşir. Alpan Azərbaycanın ən qədim kəndlərindən biri hesab olunur. Tarixçilərə görə Alpan adının mənşəyi qədim Albaniyanın adı ilə bağlıdır. Kənddə 2000-də artıq ev var. Həmçinin Alpanda qədim qəbirstanlıqlar, XVI əsrə aid Subaba türbəsi və Qalacıq kimi tarixi abidələr var. Kəndin əhalisi etnik olaraq əsasən türk mənşəlidir. Kəndin qədimdən bu günümüzə qədər gələn özünəməxsus adət-ənənələri var. Novruz bayramı ərəfəsində son çərşənbə axşamı ("Şamqoyulan" günü) kənd əhalisi tərəfindən özünəməxsus qaydada – pirləri ziyarət edərək, yaxınlarının qəbirləri yanında şam yandırmaqla, xüsusən də gənclərin pirlərdəki ələm ağaclarına ələm bağlaması, onların ətrafında 7 dəfə dövrə vurmaqla murad tutmaları şəklində qeyd olunur.
Alpan bələdiyyəsi
Quba bələdiyyələri — Quba rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis edilib. == Siyahı == == Qeydlər == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Alpan məscidi
Alpan məscidi — Azərbaycanın Quba rayonunun Alpan kəndində yerləşən tarixi-memarlıq abidəsi. Alpan məscidi miladi təqvimlə 1806-cı ildə İbrahim bəyin rəhbərliyi ilə kənd camaatının iştirakı ilə usta Pirqulu tərəfindən tikilmişdir. 1814-cü ildən dini ayinlərin icrası üçün istifadəyə verilən kənd məsçidi SSRİ-nin yarandığı ilk dövrlərə qədər dini məqsədlər üçün istifadə edilmişdir. Amma, sonrakı illərdə məlum səbəblərdən kənd məsçidi 70 il ərzində kolxoz və sovxozun taxıl anbarı kimi istifadə edilmişdir. (tarixi məlumatlar daş kitabəyə istinadən verilmişdir) SSRİ dağıldıqdan sonra kənd camaatının öz dini etiqadlarına gizlin sitayiş etmələri artıq tarixdə qaldı və camaatın dini ayinlərin icrası üçün anbar kimi istifadə edilən məsçidin yenidən bərpasına ehtiyac duyuldu. 1995-96-cı illərdə kənd əhalisinin təkidi ilə məsçidin anbar kimi istifadə edilməsinə son qoyuldu. Bu qərarın verilməsində həmin dövrdə sovxozun direktoru olmuş Tofiq Qubatovun da əməyi olmuşdur. Məsçidin təmiri ilə əlaqədar təkliflə ilk çıxış edənlərdən biri də kənd sakini Əlipaşa Murtuzov olmuşdur. 1996-cı ildə həmkənlilərimiz hüquq elmləri doktoru Ələsgər Ələsgərov və şəqsünas Vidad Ələsgərov məsçidin təmir edilməsində yaxından iştirak etmiş və kənd camaatının yanında olmuşdur. 1998-ci ildən etibarən kənd məsçidi Dini İcmanın Qərargahı və ibadət mərkəzi kimi fəaliyyət göstərir.
Alpan xalçaları
Alpan xalçaları — Quba xalçaçılıq məktəbinə aid Azərbaycan xalçaları. == Təsnifatı == Bu xalça kompozisiyası Quba rayonunun Alpan, Susay və Səbət kəndlərində yayılmışdır. == Bədii xüsusiyyətləri == === Birinci nümunə === Alpan xalçalarının ara sahəsinin kompozisiyası kvadrat şəbəkə prinsipi əsasında qurulub. Kompozisiyanın əsas elementlərindən biri olan kiçik və orta çoxbucaqlı göllər rapport oxlarının təpələri boyunca keçən künc nöqtələrini təşkil edir. «Xərçəng» adlanan element göllərin ətrafında diaqonal xətt boyunca yerləşərək xalçanın kompozisiya əsasını təşkil edir. «Alpan» qrupundan olan bütün xalçaların bütövlükdə köbəsi və ayrılıqda hər bir zolağı Azərbaycanın digər xalçalarının köbə zolaqları ilə oxşardır. Birinci variantda olan «Alpan» xalçalarının ara sahəsi əksər hallarda göy və ya mavi olur. Bəzən qırmızı və ya açıq – şabalıdı fonlu xalçalara da rast gəlinir. Köbə zolaqlarının rəngi ara sahənin rənginə uyğunlaşdırılmışdır. === İkinci nümunə === «Alpan» xalçasının ikinci variantının kompozisiyası birinci variantın kompozisiyasından tamamilə fərqlənir.

Значение слова в других словарях

двухкра́сочный друг на дру́га крити́чный недовершённый недоразви́ть поко́йничек по́ртерная скругля́ть шприцо́вщик биза́нь-ма́чта бочка данаи́д вырожде́ние име́ть цель косору́кость культу́рно-ма́ссовый ае цензор agrocoenosis die set janitress metachromatism relocate tater городки напускать