ALPİNİST
ALT
OBASTAN VİKİ
Alpinizm
Alpinizm — dağlara dırmanmanı əhatə edən qeyri-olimpiya idman növüdür. Alpinizm eyni zamanda aktiv istirahəti əhatə edir. 18–19-cu əsrlərdə avropalı (ingilis və fransızlar başda olmaq üzrə) zənginlərin boş zamanlarını qiymətləndirmə və həyatlarının təkrarlananlarını yeni macəralarla bəzəmə axtarışı alpinizmin meydana gəlməsinə səbəb oldu. Bu idman növü XX əsrin əvvəllərindən digər xalqların da diqqətini çəkmişdır. Beynəlxalq bir idman halına gəlməsi isə, 1931-ci ildə, mərkəzi Cenevredə olan Beynəlxalq Alpinistlər Birliyinın qurulması ilə mümkün olmuşdur. Sonrakı illərdə, müəyyən texniki və təhlükəsizlik üsullarının inkişaf etdirilməsi ilə özünə xas intizamı və qanunları olan bir idman halına çevrilən alpinistlik, bir çox təbiət idmanının da önünü açmışdır. Müasir dövrdə ən çox rəğbət görən təbiət idmanlarından biri olsa da, bu idmana əlavə oluna biləcək yeniliklərin azalması, yeni nəsillərin yeni təbiət idmanlarına daha çox maraq duyması səbəbi ilə, XX əsrin əvvəllərindəki məşhurluğunu itirməyə başlamışdır. Hər il 8 avqustda bütün dünya Beynəlxalq alpinizm gününü qeyd edir. Yeni zirvələrə biganə qalmayan hər bir kəsin qeyd etdiyi bu bayram iki nəfərin – həkim Mişel Qabriel Pakkard (Michel Gabriel Paccard) və dağ bələdçisi Jak Balmatın (Jacques Balmat) sayəsində yaranmışdır. 1786-cı il məhz avqustun 8-də onlar Alp dağlarının ən yüksək nöqtəsi olan Monblan zirvəsinə uğurla qalxdılar.
Azərbaycan Alpinizm Federasiyası
Azərbaycan Alpinizm Federasiyası — 1963-cü ildə yaradılmış, 1997-ci ildən rəsmi şəkildə dövlət qeydiyyatına alınmış idman federasiyası. == Haqqında == Azərbaycanda alpinizmin yaranması XX əsrin otuzuncu illərinə təsadüf edir. O vaxtlar müxtəlif peşə sahiblərini alpinizmə cəlb edirdilər. İlk dəfə "Neftçi" idman klubu neftçiləri özündə birləşdiribdir. 1936-cı ildə ümumittifaq alpiniada tərkibində "Neftçi"nin böyük alpinist qrupu "Elbrus" dağını fəth etmək üçün Kabardin-Balkariyaya yola düşüblər. Müharibə və müharibədən sonrakı dövrlərdə Azərbaycan alpinizmi ağır dövrlərini yaşayıb. Uzun illər alpinizm yalnız bir neçə nəfərin ruh yüksəkliyi nəticəsində inkişaf edirdi. Bunlardan Leonid Zorin, Oleq Tereşenko, Oleq Drozdovski, Georqiy Qvozdev, Nəcməddin Hacıyev, Talıb Səlimxanov, Şərqiyyə Abbasova və daha bir neçə nəfərin adını çəkmək olar. Qrup rəhbəri E. Manuçarov idi. 1952-ci ildə Azərbaycan SSR Nazirlər Kabineti ölkədə alpinizm məsələsinə baxaraq qərara aldı ki, bu idman növü Həmkarlar İttifaqının tabeliyinə verilsin.
Türkiyə Alpinizm Federasiyası
Türkiyə Alpinizm və Qış İdmanları Federasiyası 1936-cı ildə qurulmuşdur. Təsisçisi və ilk prezidenti Lətif Osman Çıkıgildir. Alpinizm və Qış İdmanları Federasiyası 21 iyul 1966-cı ildə Alpinizm Federasiyası və Xizək Federasiyası olaraq iki hissəyə ayrıldı. 1966-ci ildə yeni qurulan Türkiyə Alpinizm Federasiyasının təsisçisi və rəhbəri İsmət Ülkər, ilk başçısı isə Latif Osman Çıkıgil olmuşdur. Alpinistlik İdman dırmanışı Dağçılıq xizəyi Dağçılıq qaçışı Buz dırmanması Kanyoning Dağçılıq gəzintisi və gəzinti rəhbərliyi Lətif Osman Çıkıgil (1936 - 1941) Nizaməddin Kırşan (1941 - 1944) Asım Kurt (1944 - 1966) Lətif Osman Çıkıgil (1966 - 1973) Dr. Bozkurt Ergör (1973 - 1976) Dr. Güner Ünal (1977 - 1978) Müzəffər Tıraş (1978 - 1979) Prof. Dr. Əbdülməcid Doğru (1980 - 1990) Erdem Büyükbingöl (1990 - 1992) Dr. A. Tayfun Tercan (1993 - 1995) Ziya Mengenecioğlu (1996 - 1997) Alaattin Karaca (1997 - 2016) Prof.Dr.

Digər lüğətlərdə