ALQIŞ

is.
1. Birini təbrik üçün və ya bir şeyi bəyənmə ifadəsi olaraq əl çalma. Sürəkli alqışlar. Gurultulu alqışlar. Alqış səsləri. – Xanəndə zilə çəkdiyindən, hamının gözü onda idi.
Birdən alqışlar qopdu. M.Hüseyn.
Alqış səsləri zalı doldurdu. Ə.Vəliyev.

// Nida mənasında. Əhsən, afərin, mərhəba.
[Yanardağ:] Alqış odlar gəlininə! Elə isə, bir yerdə son ibadətə başlayaq… C.Cabbarlı.
Alqış deyir mənim doğma yurdum Azərbaycan da. R.Rza.
Min nemət yetirir Vətən torpağı; Alqış mərd, qabarlı, qadir əllərə! Ə.Cəmil.

2. folk. Şifahi ədəbiyyatda nəcib, xeyirxah diləyi ifadə edən və müəyyən mərasimlərlə bağlı arzuları bildirən söyləmə.

Sinonimlər (yaxın mənalı sözlər)

  • ALQIŞ əhsən — afərin — mərhəba

Etimologiya

  • ALQIŞ Dilimizdə al feili olub və “блогославлять” mənasında işlədilib. Alqış da həmin kök əsasında yaranıb. Buna uyğun olaraq qarğış kəlməsi də qayğı sözündə
ALKOQOLSUZ
ALQIŞLAMA
OBASTAN VİKİ
Alqış Həsənoğlu
Alqış Həsən oğlu Musayev (1969, Nüvədi, Meğri rayonu) — filologiya elmləri namizədi, Azərbaycan Respublikası Milli Məclisinin II çağırış deputatı. == Həyatı == 1969-cu ildə Zəngəzur mahalının Meğri rayonunun Nüvədi kəndində anadan olub. Ermənistandan azərbaycanlıların deportasiya olunması nəticəsində 1991-ci ildə ailəsi ilə birlikdə Azərbaycan Respublikasına köçmək məcburiyyətində qalıb. 1994-cü ildə Bakı Dövlət Universitetinin filologiya fakültəsini bitirib. Filologiya üzrə fəlsəfə doktorudur. Evlidir, iki oğlu, bir qızı var.[mənbə göstərin] == Siyasi-ictimai fəaliyyəti == 1993-cü ildən "Yeni Azərbaycan" qəzetində jurnalist kimi fəaliyyətə başlayıb. 1997–2008-ci illərdə bu qəzetin baş redaktoru olub. 2021-ci ildə yenidən həmin qəzetin baş redaktoru təyin olunmuşdur. Azərbaycan Respublikası II çağırış Milli Məclisin deputatı seçilib. I, II, III qurultaylarda Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü seçilib.
Alqış Musayev

"Alqışlar ən böyük mükafatımdır". Əli Zeynalov (film)
"Alqışlar ən böyük mükafatımdır". Əli Zeynalov — qısametrajlı, sənədli televiziya filmi. Rejissor Salar Aslanov tərəfindən çəkilmişdir. Azərbaycan televiziyasında istehsal edilmişdir. Film Azərbaycan xalq artisti, görkəmli aktyor Əli Zeynalov haqqındadır. == Məzmun == Film Azərbaycan xalq artisti, aktyor, Əli Zeynalovun həyat və yaradıcılığından bəhs edir.
Alqışlar, alqışlar... (film, 1985)
Alqışlar, alqışlar... — rejissor Viktor Buturlinin 1984-cü ildə çəkdiyi film. Əsas rolları Lüdmila Qurçenko və Oleq Tabakov ifa edirlər. == Məzmun == Valeriya Qonçorava estrada artistidir. Bir gün əlinə bir ssenari keçir. O, filmdə çəkilmək üçün daima rejissoru izləyir və sonda rejissor onu kinoprob etmək qərarına gəlir. Problarda aktrisanın istedadı üzə çıxdıqca rejissor baş rolun ifaçısını tapdığını zənn edir. Lakin əksinə Valeriya bu problarda başa düşür ki, dramatik rol onluq deyil.

Digər lüğətlərdə

камбиа́льный компью́тер перемета́ться ре́ктор Та́лия водосбро́сный вы́красться гормо́ны наце́ленный ни за грош обособля́ть батог удоробь amic bollocks cicatricle newt portrayist victualling-yard кизиль омертвить подогреть статья топорщиться шельф