ALŞAN
ALTINBAY
OBASTAN VİKİ
Altay
Altay — kişilərə verilən ad. Şəxslər Altay Yusifoğlu — nasir, dramaturq, ədəbiyyatşünas, tərcüməçi, Altay Zahidov — Azərbaycan jurnalisti. Fəxrəddin Altay — Türkiyəli hərbçi və siyasətçi.Yerlər Altay Respublikası — Rusiya Federasiyası subyektlərindən biri, muxtar inzibati- ərazi vahidi. Altay diyarı — Rusiya Federasiyası subyektlərindən biri, inzibati- ərazi vahidi. Altay vilayəti — Çində bir vilayət. Altay — Altay vilayətinin paytaxtı. Altay dağları — Asiyada dağ sistemi.Digər Altay tankı — Türkiyədə istehsalı planlaşdırılan tank. Altay — Türkiyənin futbol klubu. Altaylılar — türk xalqlarından biri. Altay dilləri — Ural-Altay dillərinin Altay qoluna verilən ad.
Altay (tank)
Altay — Türkiyənin inkişaf etdirməkdə olduğu 3+ nəsil əsas döyüş tankı. Türkiyənin Milli Tank İstehsal Layihəsi (MİTÜP-Milli Tank Üretim Projesi) dairəsində 30 mart 2007-ci ildə Müdafiə Sənayesi İcra Komitəsi iclasının nəticəsində Müdafiə Sənayesi Müstəşarlığı tərəfindən proyektə əsas yüklənici kimi Otokar Otomotiv ve Savunma Sanayi A. Ş. seçildi. Tankın adı İstiqlaliyyət müharibəsində 5. Süvari Kopusuna komandanlıq edən Fəxrəddin Altayın adından alınmışdır. Fəxrəddin Altaya isə soyadı Altay İdman Klubundan ilhamlanaraq Mustafa Kamal Atatürk tərəfindən verilmişdir. == Tarixi == "Altay" tankları Türkiyənin inkişaf etdirdiyi 3+ nəsilə aid əsas döyüş tankıdır. Altay layihəsinin texniki dəstəyi Cənubi Koreyaın Rotem firmasıdır. "Altay" olaraq adlandırılan tankın dizaynı, təkmilləşdirilməsi, prototip istehsalı, test ve lisenziyalaşdırılması mərhələləri üçün 500 milyon dollar maddi vəsait ayrılmışdır. Üçüncü nəsil əsas döyüş tankı olaraq dizayn edilən texnikanın prototip testləri və kalifikasiya işləri 2013-cü ildə bitirilməsi, kütləvi istehalına isə 2016-cı ildə başlanılması planlaşdırılırdı. Dizayn mərhələsində Cənubi Koreya istehsalı XK-2 əsas döyüş tankı proyektindən əldə edilmiş təcrübələrdən də istifadə olunması nəzərdə tutulur.
Altay (şəhər)
Altay şəhəri (uyğ. قۇمۇل, Altay shehiri; çin. 阿勒泰市, Pinyin: Ālètài) — Çinin Sintszyan-Uyğur Muxtar rayonunun İli-Qazax Muxtar dairəsində yerləşən bir şəhərdir. == Tarixi == Verilən digər adlar: Chenghwasze, Altay-Sharasume, Cheng-hua-sze, Sharasume, A-lo-t'ai-chen, Chenghwa, A-shan, A-lo-t'ai, Tulta, Ch'eng-hua, Çenxua, Ç'eng-hua-ssu, A-lo-t'ai-hsien, T'u-lo-t'a, A-le-t'ai, Ch'eng-hua-hsien, A-erh- t'ai, Shara-Sumu və Altay.Kobdan Hebei-Amban-ın Altay bölgələrindəki köçərilərə nəzarət etməkdə çətinlik çəkdiyindən, 20-ci əsrin əvvəllərində başında müstəqil bir amban ilə yeni bir bölgə yaratmaq təklifi ilə Pekinə üz tutdu. Təklif qəbul edildi və 1908-ci ildə yeni qubernatorun iqamətgahı olaraq Cungar monastırı Şara-sume (Çin. 承 化寺 p p all all all all all p p) yerində bir qala inşa edildi. Monastır və qala ətrafında tədricən bir qəsəbə böyüdü. Chenghua County (承 化 县) 1921-ci ildə yaranmışdır. 1953-cü ildə Atai County (阿泰 у), 1954-cü ildə Altay County (阿勒泰 县) adlandırıldı. 17 noyabr 1984-cü ildə Altay County bir şəhər mahalına çevrildi [1].
Altay Bayındır
Altay Bayındır (14 aprel 1998) — Türkiyəli milli futbolçu. Fənərbaxça PFK futbol klubunun qapıçısıdır. == Klub Karyerası == Altay Super Liqadakı ilk maçına 30 noyabr 2018-ci ildə MKE Ankaragücündə Çaykur Rizəspora qarşı 1–1 bitən qarşılaşmada çıxmışdır. 8 iyul 2019-cu ildə Altay dörd illik müqavilə ilə Fənərbaxça PFKya qatıldı. Altay, komanda yoldaşı Harun Təkin ilə performans fərqindən sonra ilk seçim qapıçısı oldu. Fənərbaxçadakı ilk oyununu 19 avqust 2019 tarixində Şükrü Saracoğlu stadionunda Gazişəhər Gaziantep F.K.-ya qarşı Fənərbaxça üçün 5–0 bitən maçda çıxmışdır. 3 oktyabr 2020-ci ildə Super Liqanın 4. həftəsində Fatih Karagümrüklə olan qarşılaşmada Altay, Erik Sabonun penalti zərbəsini qurtardı, oyun Fənərbaxça üçün 2–1 sona çatdı. 6 dekabr 2020-ci ildə Super liqanın 11-ci həftəsində Fənərbaxçanın Dənizlispora qarşı 2–0 qazandığı maçda Radosław Murawski-nin bir penalti zərbəsini qurtardı. Sərdar Əzizin çıxışından sonra Fənərbaxçanın 10 nəfərlik səviyyəyə endiyi bu oyun zamanı cəmi 7 qurtarış etdi.
Altay Göyüşov
Altay Göyüşov (d. 4 oktyabr 1965, Bakı) — tarix elmləri namizədi; BDU-da Türk və Qafqaz xalqları tarixi kafedrasının dosenti. == Həyatı == 1965-ci ildə Bakı şəhərində anadan olub. Azərbaycan arxeoloqu, tarix elmləri doktoru, professor Rəşid Göyüşovun oğludur. 1984–1986-cı illərdə Sovet ordusunda (Gürcüstan və Ukraynada) hərbi xidmətdə olmuşdur. 1982–1989-cu illərdə V. İ. Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Tarix fakültəsinin tələbəsi olub. 1993-cü ildə "İttihadi-İslam firqəsinin yaranması və fəaliyyəti" mövzusunda namizədlik dissertasiyasını müdafiə edib. 1994-cü ildə AAK tərəfindən elmi dərəcəsi təsdiq olunub. "1917–1920-ci illərdə Şimali Qafqaz dağlılarının azadlıq uğrunda mübarizəsi" adlı doktorluq dissertasiyası 2000-ci il (28 aprel 2000-ci il, protokol № 7) və 2001-ci illərdə (26 aprel 2001-ci il tarixli № 5 protokol) müzakirə edilərək müdafiə təqdim olunmuşdur. 1986–1989 Şirvanşahlar sarayı Dövlət Tarixi Qoruq Muzeyi,1989-cu ildən hal-hazıra qədər Bakı Dövlət Universitetinin Tarix fakültəsində çalışır.
Altay Hacıyev
Altay Əmir oğlu Hacıyev (2 aprel 1931, Bakı – 12 fevral 2019, Bakı) — Azərbaycan boyakarı, Azərbaycan Respublikasının xalq rəssamı (2002). == Həyatı == Altay Hacıyev 1931-ci ildə rəssam Əmir Hacıyevin ailəsində dünyaya göz açmışdır. 1951-ci ildə Əzim Əzimzadə adına Rəssamlıq Məktəbini, 1959-cu ildə isə Kiyev Dövlət Rəssamlıq İnstitutunu bitirmişdir. 1959-cu ildən beynəlxalq və respublika əhəmiyyətli sərgilərin iştirakçısıdır. 1960-cı ildə SSRİ Rəssamlar İttifaqının üzvlüyünə qəbul edilmişdir. 1962-1967-ci illərdə Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Mətbuat Komitəsinin baş rəssamı vəzifəsində çalışmışdır. 1982-ci ildə Altay Hacıyev Əməkdar rəssam, 2002-ci ildə isə Xalq rəssamı fəxri adlarına layiq görülmüşdür. 1995-ci ildə "Humay" mükafatı ilə təltif olunmuşdur. Altay Hacıyev 2003-cü ildən Prezident təqaüdçüsü olmuşdur. Rəssamın bir neçə fərdi sərgisi təşkil olunmuşdur.
Altay Həsənov
Altay Həsənov (4 fevral 1961, Bakı) — Azərbaycan Respublikasının Birinci vitse-prezidenti katibliyinin rəisi, Avropa Gimnastika İttifaqının Apellyasiya Hakimlər Briqadasının üzvü, Azərbaycan Gimnastika Federasiyasının vitse-prezidenti. == Həyat və fəaliyyəti == Altay Həsənov 1961-ci ilin 4 fevral tarixində Bakı şəhərində anadan olub. 1978-ci ildə Bakı şəhəri 6 saylı orta ümumtəhsil məktəbini bitirib. Həmin il, S. M. Kirov adına Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinə qəbul olunub. 1980-ci ildə təhsilini M. V. Lomonosov adına Moskva Dövlət Universitetində davam etdirib və 1983-cü ildə həmin universitetin filologiya fakültəsini bitirib. 1983–1989-cu illərdə Azərbaycan SSR Nizami adına Elmlər Akademiyasının Ədəbiyyat və Dil İnstitutunda işləyib. 1984–1986-cı illərdə Moskvada A. M. Qorki adına Dünya Ədəbiyyatı İnstitutunda təcrübə keçib. 1986–1989-cu illərdə Azərbaycan SSR Elmlər Akademiyası rəyasət heyətinin ədəbiyyat, dil və incəsənət şöbəsinin elmi katibi olub. 1989-cu ildə "Xəzər" jurnalının nəşriyyat kollegiyasında işləyib 1990–2004-cü illərdə sahibkarlıq fəaliyyəti ilə məşğul olub. 2002-ci ildən etibarən, Azərbaycan Gimnastika Federasiyasının vitse-prezidentidir.Bədii gimnastika üzrə Dünya Kuboku mərhələləri (2003, 2004 və 2005-ci illərdə), həmçinin Dünya Çempionatı (2005-ci il) və Avropa Çempionatlarının keçirilməsi üzrə yaradılmış (2007, 2009, 2014-cü illərdə) Yerli Təşkilat Komitələrinin vitse-prezidenti vəzifəsini icra edib.
Altay Mövlanov
Altay Tahir oğlu Mövlanov (5 avqust 2000, Lerik – 30 oktyabr 2020, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri (müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu), İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Altay Mövlanov 2000-ci il avqustun 5-də Lerik şəhərində anadan olub. Qardaşı Elgün Mövlanovda İkinci Qarabağ müharibəsində şəhid olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Altay Mövlanov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində savaşıb. Altay Mövlanov oktyabrın 30-da şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Altay Mövlanov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Altay Mövlanov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Altay Məmmədov
Məmmədov Altay Yusif oğlu (15 may 1930, Gəncə, Gəncə dairəsi – 15 iyul 2003, Gəncə) — nasir, dramaturq, ədəbiyyatşünas, mütərcim, 1957-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycanın Əməkdar mədəniyyət işçisi (1971), filologiya elmləri namizədi (1964), dosent (1965). == Həyatı == Altay Yusifoğlu 1930-cu il mayın 15-də Gəncə şəhərində doğulmuşdur. Orada 4 saylı fəhlə-gənclər məktəbini bitirmiş, 1943-1949-cu illərdə saatsaz şagirdi, usta köməkçisi və usta peşələrində işləmişdir. 2003-cü il iyulun 15-də Gəncədə vəfat etmişdir. === Təhsili === H.Zərdabi adına Kirovabad Dövlət Pedaqoji İnstitutunun dil-ədəbiyyat fakültəsinə daxil olmuşdur (1949). Həmin institutu fərqlənmə diplomu ilə bitirmiş, Azərbaycan ədəbiyyatı tarixi kafedrasında baş müəllim vəzifəsində saxlanmışdır. == Fəaliyyəti == Tələbəlik dövründə "Kirovabad fəhləsi" qəzeti redaksiyasında korrektor, "Gəncə kommunisti" qəzeti redaksiyasında ədəbi işçi vəzifəsində çalışmışdır (1951-1953). Ədəbi fəaliyyətə 1950-ci ildə "Ədəbiyyat qəzeti"ndə dərc edilən "Fəhləlikdən alimliyə" adlı oçerki ilə başlamışdır. Sonra kiçik hekayələri ilə diqqəti cəlb etmişdir. 1953-cü ilin mayından "Kirovabad kommunisti" qəzeti redaksiyasında məsul katib (1955), Azərbaycan Yazıçılar İttifaqı Gəncə fılialının sədri (1962), H.Zərdabi adına GDPİ-nin elmi işlər üzrə prorektoru (1970-1974), həmin institutun Azərbaycan ədəbiyyatı və onun tədrisi metodikası kafedrasının dosenti (1974-2003) olmuşdur.
Altay Niftaliyev
Altay Niftaliyev — Azərbaycan musiqiçisi, tarzən. == Həyatı == Altay Niftaliyev 1978-ci ildə Qobustan rayonunun Şıxzərli kəndində anadan olub. Atası yastıbalaban və qarazurna ifaçısı olub.Altay 1990-1995-ci illərdə rayondakı Rəşid Behbudov adına musiqi məktəbinin tar sinfində təhsil alıb. Ona tarın sirlərini ilk dəfə müəllimi Zahid Baxışov öyrədib. Murovdağın ətəyində hərbi xidmətini yerinə yetirib, 1999-cu ildə geri qayıtdıqdan sonra sənətini peşəkar şəkildə davam etdirmək istəyir. Əməkdar artist, tarzən Malik Mansurovdan bir il tarın sirlərini öyrənib, bacarığını təkmilləşdirir.2001-ci ildə A.Zeynallı adına Musiqi Kollecinə daxil olub, burada gözəl tarzən Elxan Müzəffərovdan dərs alıb.2004-cü ildə kolleci bitirib Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə daxil olmuş, sənətin sirlərini daha dərindən mənimsəmişdir. Universitetdə əməkdar artist, tarzən Vamiq Məmmədəliyevin sinfində təhsil alıb. Müəllimindən çox şey öyrəndiyini həmişə sayğı ilə dilə gətirir. Mədəniyyət və İncəsənət Universitetini qırmızı diplomla bitirərək, bir müddət Mədəniyyət və İncəsənət Universitetində müşayiətçi müəllim kimi çalışıb. == Fəaliyyəti == 2007-ci ildən sənət yoldaşları nağara ifaçısı Abbas Səfərov və kaman ifaçısı Araz Ağaverdiyevlə birlikdə "Uğur" trio qrupunu yaradırlar.
Altay Respublikası
Altay Respublikası (/ˈæltaɪ/ , rus. Респу́блика Алта́й, tələffüzü [[Beynəlxalq fonetik əlifba|[rʲɪˈspublʲɪkə ɐlˈtaj]]], Алтай Республика, Altay Respublika) — Rusiya Federasiyasının tərkibində olan muxtar türk ərazi (respublika). Qərbi Sibirin cənub-şərqində, Cənubi Sibirin ən yüksək dağlıq sahəsində yerləşir. Sibir federal dairəsinə daxildir. Paytaxtı Qorno-Altaysk şəhəridir. İnzibati cəhətdən 10 rayona, 1 şəhərə (Qorno-Altaysk) bölünür. Türklərin qədim məskunlaşma ərazilərindən olan bu torpaqlar XIX əsrdə Çar Rusiyası tərəfindən işğal edildikdən sonra daima Rusiyanın tərkibində olmuşdur. Rus hökuməti isə vahid Altay ərazisini inzibati cəhətdən parçalayaraq Altay Respublikası və Altay vilayətini yaratmışdır. Altayda Azərbaycan oquz türklərinin boyundan olan etnik qruplar yaşayıb == Tarixi oçerk == Altay türkləri və ya altaylılar ən qədim türk etnoslarından olmaqla tarixi baxımdan türk xalqlarının bir hissəsini təşkil etmişlər. Altaylıların yerli yoxsa gəlmə olması haqqında elmdə iki versiya vardır və bu versiyalar ümumilikdə türk tarixi ilə bağlıdır.
Altay Sadıqzadə
Altay Oqtay oğlu Sadıqzadə (d. 27 aprel 1951, Bakı) — Azərbaycan rəssamı, Bakı Müasir İncəsənət Muzeyinin dizayneri, Azərbaycanın avanqard hərəkatının aparıcı nümayəndələrindən biri, SSRİ Rəssamlar İttifaqının üzvü (1979). == Həyatı == Altay Sadıqzadə 27 aprel 1951-ci ildə Bakı şəhərində anadan olub. 1970-ci ildən Ə.Əzimzadə adına rəssamlıq məktəbində, 1977-ci ildən isə İ.Surikov adına Rəssamlıq İnstitutunda təhsil almışdır. 1979-cu ildən SSRİ Rəssamlar İttifaqının üzvüdür. == Yaradıcılığı == Rəssamın ilk fərdi sərgisi 1988-ci ildə Bakıda keçirilmişdir. Rəssamın yaradıcılığının primitiv görünməsinə baxmayaraq, əsərləri akvarellə işlənmiş, maddi ağırlıqdan məhrum, ruhlandırılmış və parlaq koloritlə zəngindir. Bununla boya ilə işlənmiş formalar, öz-özünə kompozisiyaya həkk olunmuş rəngarəng yazılar təəssüratını oyadır. Rəssam əsərlərində qrotestlik xas olan obyektlərini təsvir edərkən onları ümumiləşdirir. Altay Sadıqzadənin əsərlərinə dinamika, bədii ifadənin emosional gücü, parlaq kolorit, ritm, kontrast xasdır.
Altay Sadıxzadə
Altay Oqtay oğlu Sadıqzadə (d. 27 aprel 1951, Bakı) — Azərbaycan rəssamı, Bakı Müasir İncəsənət Muzeyinin dizayneri, Azərbaycanın avanqard hərəkatının aparıcı nümayəndələrindən biri, SSRİ Rəssamlar İttifaqının üzvü (1979). == Həyatı == Altay Sadıqzadə 27 aprel 1951-ci ildə Bakı şəhərində anadan olub. 1970-ci ildən Ə.Əzimzadə adına rəssamlıq məktəbində, 1977-ci ildən isə İ.Surikov adına Rəssamlıq İnstitutunda təhsil almışdır. 1979-cu ildən SSRİ Rəssamlar İttifaqının üzvüdür. == Yaradıcılığı == Rəssamın ilk fərdi sərgisi 1988-ci ildə Bakıda keçirilmişdir. Rəssamın yaradıcılığının primitiv görünməsinə baxmayaraq, əsərləri akvarellə işlənmiş, maddi ağırlıqdan məhrum, ruhlandırılmış və parlaq koloritlə zəngindir. Bununla boya ilə işlənmiş formalar, öz-özünə kompozisiyaya həkk olunmuş rəngarəng yazılar təəssüratını oyadır. Rəssam əsərlərində qrotestlik xas olan obyektlərini təsvir edərkən onları ümumiləşdirir. Altay Sadıqzadənin əsərlərinə dinamika, bədii ifadənin emosional gücü, parlaq kolorit, ritm, kontrast xasdır.
Altay Seyidov
Altay Ağasəid oğlu Səidov (Seyidov) (11 iyul 1926, Bakı – 10 sentyabr 2015) — Azərbaycan teatr rəssamı, Azərbaycan SSR əməkdar rəssamı (1979) == Həyatı == Altay Səidov 11 iyul 1926-cı ildə Bakıda anadan olub. 1943–1946-cı illərdə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində, 1948–1953-cü illərdə isə İ. Repin adına Leninqrad Rəssamlıq, Heykəltəraşlıq və Memarlıq İnstitutunda təhsil alıb. 29 oktyabr 1953-cü ildə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrına quruluşçu rəssam götürülüb və 1967-ci ildən bu kollektivdə baş rəssam işləyib. O, dəvətlə Azərbaycan Dövlət Musiqili Komediya Teatrında tamaşalara da səhnə tərtibatı vermişdir.Altay Səidov 10 sentyabr 2015-ci ildə vəfat edib. == Bədii tərtibat işləri == == Mükafatları == Azərbaycan SSR Lenin komsomolu mükafatı — 1967 "Azərbaycan SSR əməkdar rəssamı" fəxri adı — 9 fevral 1979 Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü — 1 aprel 2005 == İstinadlar == == Ədəbiyyat == İlham Rəhimli. Azərbaycan Teatr Ensiklopediyası (3 cilddə). 1-ci cild. Bakı: Azərnəşr. 2016. 428 səh.
Altay Səidov
Altay Ağasəid oğlu Səidov (Seyidov) (11 iyul 1926, Bakı – 10 sentyabr 2015) — Azərbaycan teatr rəssamı, Azərbaycan SSR əməkdar rəssamı (1979) == Həyatı == Altay Səidov 11 iyul 1926-cı ildə Bakıda anadan olub. 1943–1946-cı illərdə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində, 1948–1953-cü illərdə isə İ. Repin adına Leninqrad Rəssamlıq, Heykəltəraşlıq və Memarlıq İnstitutunda təhsil alıb. 29 oktyabr 1953-cü ildə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrına quruluşçu rəssam götürülüb və 1967-ci ildən bu kollektivdə baş rəssam işləyib. O, dəvətlə Azərbaycan Dövlət Musiqili Komediya Teatrında tamaşalara da səhnə tərtibatı vermişdir.Altay Səidov 10 sentyabr 2015-ci ildə vəfat edib. == Bədii tərtibat işləri == == Mükafatları == Azərbaycan SSR Lenin komsomolu mükafatı — 1967 "Azərbaycan SSR əməkdar rəssamı" fəxri adı — 9 fevral 1979 Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü — 1 aprel 2005 == İstinadlar == == Ədəbiyyat == İlham Rəhimli. Azərbaycan Teatr Ensiklopediyası (3 cilddə). 1-ci cild. Bakı: Azərnəşr. 2016. 428 səh.
Altay Tağıyev
Altay Oruc oğlu Tağıyev - Azərbaycanlı şəhid. == Həyatı == Tağıyev Altay Oruc oğlu 12 iyul 1967-ci ildə Gədəbəy rayonunun Göyəlli kəndində sıravi kolxozçu ailəsində anadan olub. 30 yanvar 1994-cü ildə şəhid olub. == Təhsili == O, 1974-cü ildə Göyəlli kənd orta məktəbinin 1-ci sinifinə daxil olub, 1984-cü ildə həmin məktəbi bitirmişdir. == Hərbi xidməti == 1985-87-ci illərdə Sovet ordusunda xidmət etmişdir. 1993-cü ildə torpaqlarımız uğrunda gedən döyüşlərdə könüllü olaraq Azərbaycan ordusu sıralarına qatılmışdır. == Vəfatı == 1994-cü il yanvar ayının 30-da torpaqlarımızın müdafiəsi zamanı şəhid olub. == Ailə vəziyyəti == Subay idi. == İstinadlar == "Gədəbəy Şəhidləri".
Altay Tleuberdin
Altay Tleuberdin (qaz. Алтай Абылайұлы Тілеубердин; 2 oktyabr 1949, Almatı) — Sovet və Qazaxıstan dövlət xadimi. == Həyatı == 2 oktyabr 1949-cu ildə Almatı şəhərində Ablay Tleuberdin və Şəmsi Taşenovanın ailəsində anadan olub. 1971-ci ildə Almatı Xalq Təsərrüfatı İnstitutunu (indiki Narxoz Universiteti) mühəndis-iqtisadçı ixtisası ilə bitirib. "Avrasiya" Beynəlxalq İqtisadi Akademiyasının akademiki (1997). 1991-ci ilə qədər Sovet İttifaqı Kommunist Partiyasının üzvü idi və hazırda Nur Otan partiyasının üzvüdür. Məzun olduqdan sonra Qazaxıstan SSR Mərkəzi Statistika İdarəsinin Alma-Ata şəhər kompüter stansiyasında mühəndis vəzifəsində çalışıb. 1972-1981-ci illərdə davamlı olaraq Qazaxıstan SSR Dövlət Plan Komitəsinin iqtisadçısı, baş iqtisadçısı, baş mütəxəssisi və bölməsinin rəhbəri vəzifələrində çalışmışdır. Sonra partiya işində idi: Qazaxıstan Kommunist Partiyası Mərkəzi Komitəsinin iqtisadi şöbəsinin təlimatçısı (1981-1986) və Almatı vilayət partiya komitəsinin iqtisadi şöbəsinin müdiri (1986-1989) idi. 1989-1991-ci illərdə Tleuberdin Qazaxıstan SSR Nazirlər Sovetinin Sədri və Baş nazirinin köməkçisi işləmişdir.
Altay Xan
Altay Xan - türk, altay və monqol mifologiyasında dağ tanrısıdır. Bəzən Qızıl ilahı olaraq da görünür. Altın Xan, Altun Xan, İlten Xan olaraq da deyilər. Monqol mifologiyasında Altan Xan və ya Alt Xan olaraq bilinir. Altın Dağın (qızıl dağın) sahibi və qoruyandır. Qızıldan bir geyim geyər. Qızıl, Türk mədəniyyətində xaqanlıq (imperiya) simvoludur. Qızıl çukalı (zirehi) və tolgası (dəbilqəsi) vardır. Kargısı və yayı qızıldandır. Qızıl Dağ əlçatmaz bir uzaqlıqdadır və zirvəsi görünemeyecek qədər yüksəkdir.
Altay Yusifoğlu
Məmmədov Altay Yusif oğlu (15 may 1930, Gəncə, Gəncə dairəsi – 15 iyul 2003, Gəncə) — nasir, dramaturq, ədəbiyyatşünas, mütərcim, 1957-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycanın Əməkdar mədəniyyət işçisi (1971), filologiya elmləri namizədi (1964), dosent (1965). == Həyatı == Altay Yusifoğlu 1930-cu il mayın 15-də Gəncə şəhərində doğulmuşdur. Orada 4 saylı fəhlə-gənclər məktəbini bitirmiş, 1943-1949-cu illərdə saatsaz şagirdi, usta köməkçisi və usta peşələrində işləmişdir. 2003-cü il iyulun 15-də Gəncədə vəfat etmişdir. === Təhsili === H.Zərdabi adına Kirovabad Dövlət Pedaqoji İnstitutunun dil-ədəbiyyat fakültəsinə daxil olmuşdur (1949). Həmin institutu fərqlənmə diplomu ilə bitirmiş, Azərbaycan ədəbiyyatı tarixi kafedrasında baş müəllim vəzifəsində saxlanmışdır. == Fəaliyyəti == Tələbəlik dövründə "Kirovabad fəhləsi" qəzeti redaksiyasında korrektor, "Gəncə kommunisti" qəzeti redaksiyasında ədəbi işçi vəzifəsində çalışmışdır (1951-1953). Ədəbi fəaliyyətə 1950-ci ildə "Ədəbiyyat qəzeti"ndə dərc edilən "Fəhləlikdən alimliyə" adlı oçerki ilə başlamışdır. Sonra kiçik hekayələri ilə diqqəti cəlb etmişdir. 1953-cü ilin mayından "Kirovabad kommunisti" qəzeti redaksiyasında məsul katib (1955), Azərbaycan Yazıçılar İttifaqı Gəncə fılialının sədri (1962), H.Zərdabi adına GDPİ-nin elmi işlər üzrə prorektoru (1970-1974), həmin institutun Azərbaycan ədəbiyyatı və onun tədrisi metodikası kafedrasının dosenti (1974-2003) olmuşdur.
Altay Zahidov
Zahidov Altay Qulam oğlu — Azərbaycan jurnalisti. == Həyatı == Altay Zahidov 1933-cü il mayın 16-da Bakı şəhərində anadan olub. 1957-ci ildə Azərbaycan Dövlət Universitetini bitirib. 1954–1974-cü illərdə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində müxbir və şərhçi kimi fəaliyyət göstərib. 1974–1991-ci illərdə Azərbaycan Televiziya və Radiosunun Moskvadakı müxbir məntəqəsinin rəhbəri vəzifəsində çalışıb. 1991-ci ildə Azərbaycan Jurnalistlər Birliyinin katibi vəzifəsinə seçilib. 1992-ci ildən Beynəlxalq Jurnalistlər İttifaqları Konfederasiyasının üzvüdür. Qərb Universitetinin jurnalistika fakültəsinin baş müəllimidir. Əmək veteranıdır. Professordur.
Altay aymağı
Altay aymağı (xakasca:Алтай аймағы / Altay aymağı) — Rusiya Federasiyasının Xakasiya Respublikasında rayon səviyyəsində adminstrativ orqan. Mərkəzi Bozyar və ya digər adı ilə Ağyar kəndidir. == Sözün kökü == Altay sözünu etimologiyası ilə bağlı çox müxtəlif fikirlər irəli sürülmüşdür. Aymaq sözü isə Sibir türkləri və monqol cəmiyyətlərində bölgə, rayon kimi mənalara gəlir. == Tarixi == SSRİ dövründə 1944-cü ilin yanvar ayında SSRİ Ali Soveti rəhbərliyində orqan sərhədlərinin tənzimlənməsi ilə əlaqədar olaraq yaradılmışdır. Kolxozların yayılmasıyla birlikdə türk olmayan əhalinin sayı artmıdşır. Bölgənin mərkəzi olan Bozyar (Ağ Yar və ya Huba çar) Abakan çayının sahilində yerləşir. == Coğrafiya == Altay aymağı Abakan-Yenisey arasında Koybal bozqırında yerləşur. Coğrafi mövqe olaraq Xakasiya Respublikasının şərq hissəsindədir. Şərqdə Yenisey çayının sağ sahilində olub, Krasnoyarsk əyaləti ilə Xakasiya arasındakı sərhədləri ayırmışdır.
Altay dağları
Altay (monq. Altayın nuruu, alt. Tuulu Altay— dağlıq yer, qırğ. Altay tooloru, qaz. Altay tauları, çin. 阿尔泰山脉-Ā'ěrtài shānmài-Aertay şanmay) – Asiyada dağ sistemi. Rusiya Federasiyasında (Altay Respublikası, Tıva Respublikası, Altay diyarı), Monqolustan, Qazaxıstan və Çin ərazilərindədir. Altay Ob, İrtış, Yenisey ilə Mərkəzi Asiya çaylarının suayırıcısını təşkil edən mürəkkəb dağ silsilələrindən ibarətdir. 42–52° şm. e.dairəsi arasında şm.-q.-dən (Qərbi Sibir düzənliyindən, 81° ş.u.) c.-ş.-ə (Qobi düzənliyinədək, 106° ş.u.) 2000 km-dən artıq məsafədə uzanır.
Altay dili
Altay dili və ya dəqiq olaraq Cənubi Altay dili — iki Dağlıq Altay dillərindən biri, altaylıların əsas dili. Rusiya Federasiyasındakı Altay Respublikasının rəsmi dili. 1948-ci ilədək oyrot dili adlanırdı. == Şərh == Cənubi və şimali altay dilləri ənənəvi olaraq bir altay dili hesab edilirdi. Ancaq türk dillərinin müasir təsnifatına görə onlar iki müxtəlif dil hesab edilir. Eyni zamanda Rusiyada dialektlərin ayrılmaları da azsaylı xalqların müstəqil dili hesab edilirlər (kumandin, teleut, çelkan və tubalar dilləri). 2010-cu il ümumrusiya əhalinin siyahıya alınmasına görə Rusiyada 55 720 nəfər altay dilin ana dili hesab ediblər. == Müqayisə == == Həmçinin bax == Kiril qrafikalı əlifbalı dillər siyahısı Şimali Altay dilləri == Mənbə == Школьный алтайско-русский словарик Кафедра алтайского языка и литературы Arxivləşdirilib 2007-01-08 at the Wayback Machine Горно-Алтайского государственного университета Алтайский язык в проекте ETHEO Arxivləşdirilib 2013-02-27 at the Wayback Machine (коротко о грамматике и фонетике, этнические группы) Страница Ethnologue для южного алтайского Информация о телеутах на сайте Совета Федерации Телеутский язык Arxivləşdirilib 2009-09-14 at the Wayback Machine == Ədəbiyyat == Баскаков Н. А. Алтайский язык. — М., 1958. Грамматика алтайского языка, составленная членами Алтайской духовной миссии.
Altay dilləri
Altay dilləri — Ural-Altay dillərinin Altay qoluna verilən addir. Altay dilləri Avropadan, Orta Şərq və Orta Asiyadan Uzaq Şərqə qədər uzanan böyük bir ərazidə yayılmış dil ailəsidir. Bu dil ailəsinə türk dilləri, monqol dilləri,tunqus-mancur dilləri daxildir. Altay dil ailəsi –türk, monqol, tunqus-mancur və koreya-yapon budaqlarına şaxələnir. Türk dillərinin çoxlu təsnifatı mövcuddur. Onlardan biri türk dillərini beş qrupa ayırır: Bulqar, cənub-qərb, şimal-qərb, cənub-şərq və şimal-şərq. Bu qrupun bütün dilləri hazırda da bir-birinə çox yaxındır. Hazırda ölü dil olan bulqar və xəzər dilləri, habelə müasir çuvaş dili Bulqar qrupuna daxildir. Cənub-qərb budağı ölü oğuz dilindən, türkmən, truxmen, azərbaycan, qaqauz və türk dillərindən təşkil olunmuşdur. Tatar, başqırd, qazax, qırğız, altay, kumık, noqay, qaraqalpaq, qaraçay-balkar, qaraim, habelə ölü poloves və peçeneq dilləri; cənub-şərq qrupu özbək, uyğur və ölü caqatay dilləri Şimal-qərb qrupuna aiddir.
Altay diyarı
Altay diyarı (rus. Алтайский край) — Rusiya Federasiyası subyektlərindən biri. Qərbi Sibirin cənub-şərq hissəsindədir. Sibir federal mahalına daxildir. == Dövlət hakimiyyəti orqanları == Xalq deputatlarının Altay Diyar Şurası (ali qanunverici orqan), Diyar Administrasiyası (ali icraedici orqan) və digər dövlət hakimiyyəti orqanları Altay diyarının 1995-ciildə qəbul edilmiş Nizamnaməsinə (Əsas qanununa) uyğun olaraq fəaliyyət göstərir. == Coğrafiya == Diyarın ərazisi 261.7 min kvadrat kilometrdir . 60 rayonunu, 12 şəhəri, 14 şəhər tipli qəsəbə var. Mərkəzi Barnaul şəhəridir – 600.749 nəfər (2002-ci il siyahıya almasına əsasən). == Təbiət == Ərazisi iki qeyri-bərabər hissəyə (düzənlik və dağlıq) bölünür. Şimal-qərb düzənlik hissəsini (Qərbi Sibir düzənliyinin cənub-şərq kənarı) Ob çayı iki yerə (sol sahildə Kulunda çölü və Obyanı plato, sağ sahildə hündürlüyü 621 m-ə çatan Salair tirəsinin dağətəyi hissəsi və yamacları) bölür.
Altay Mir-Bağırov
Altay Mir-Bağırov (4 oktyabr 1934, Bakı – 2011, Bakı) — Azərbaycan memarı. == Həyatı == Altay Seyid Hüseyn oğlu Mir-Bağırov 4 oktyabr 1934-cü ildə Bakı şəhərində anadan olmuşdur. 1941–1949 illərdə Bakı şəhəri Nizami rayonunun 201 saylı orta məktəbini əla qiymətlərlə bitirib, 1947–1949-cu illərdə Pionerlər sarayında təsviri sənət dərnəyində məşğul olmuşdur. O, 1949–1953-cü Bakı Neft texnikumunda Neft quyularının qazınması texniki ixtisas üzrə tam təhsil almışdır. Altay Mir-Bağırov 1953–1955-ci illərdə Stalinqrad (Volqoqrad) şəhərində Sovet Ordusu sıralarında xidmət göstərmiş və leytenant rütbəsi almışdır.Altay Mir-Bağırov 1956–1962-ci illərdə Azərbaycan Politexnik İnstitutunun (indiki Azərbaycan Texniki Universiteti) Memarlıq fakültəsində oxumuş, "Çoxmərtəbəli ramplı qaraj" mövzususunda diplom işinini müvvəffəqiyyətlə müdafiə etmişdir. 1962–1963-cü illərdə Təyinat üzrə Novokuznetsk şəhərində "Sibir Promproekt" layihə institutunda memar vəzifəsində işləmişdir. O, 1963–1965-ci illərdə "Azərenerji" idarəsində tikinti sahəsində çalışmışdır. 1966-cı ildə SSRİ "Memarlar ittifaqınin" üzvü olmuşdur. Altay Mir-Bağırov 1965-ci ildə Mir-Bağirova Validə Baladadaş qızı ilə ailə qurmuşdur.1965–2002-ci illərdə Moskva "Kurortlayihə" institutunun Azərbaycan şöbəsində memar, layihələrin baş memarı, memarlıq və tikinti emalatxanasının rəisi vəzifələrini icra etmişdir. 2002-ci ildən 2009-cu ilə qədər "Azərinşaatlayihə" institutunda memarlıq şöbəsində rəis vəzifəsində işləmişdir.21 noyabr 2011-ci ildə Bakı şəhərində dünyasını dəyişmişdir.
Altay Məmmədov (film, 2002)
Altay Məmmədov sənədli televiziya filmi rejissor Əli İsa Cabbarov tərəfindən 2002-ci ildə çəkilmişdir. Azərbaycan televiziyasında istehsal edilmişdir. Film nasir, dramaturq Altay Məmmədov haqqındadır. == Məzmun == Film nasir, dramaturq, ədəbiyyatşünas, tərcüməçi, Azərbaycanın Əməkdar mədəniyyət işçisi Altay Məmmədovun həyat və yaradıcılığından bəhs edir.
Altay Respublikası coğrafiyası
Altay respublikasının yerləşdiyi ərazi Asiyanın tam ortasında – Sibir tayqası, Qazaxıstan çölləri və Monqol yarımsəhrasının birləşdiyi ərazini əhatə edir. Respublika ərazisinin 25 faizini meşə sahələri tutur. Respublikanın ərazisi 92,600 km² - dir. Altay respublikası Monqolustan, Çin, Qazaxıstan, həmçinin Tuva respublikası, Kamerovo oblastı və Altay vilayəti ilə həmsərhəddir. Respublika ərazsinin ən hündür nöqtəsi dəniz səviyyəsindən 4,506 m hündürlüyü olan Beluxa dağıdır. Ölkənin ərazisi 92,600 km² - dir. == Relyefi == Altay türkləri Haqqında Ümumi Məlumatlar Coğrafi və İqtisadi Yapı Dağlıq Altay Muxtar Respublikası; Qazaxıstan çölləri, Monqolustanın yarı quraq torpaqları və Sibirya dağ mesələrinin qovusduğu bölgədə yerləsməkdədir. Altay dağları, Rusiyanın Tibeti sayıla biləcək xüsusiyyətdə olub, bənzərsiz təbii və mədəni zənginliyə malikdir. Ölkə, Qazaxıstan və Monqolustan xaricində Rusiya Federasiyasını içinə daxil edən Tuva və Xakas Respublikaları, Altay Kray (Al tay Bölgəsi) və Kemerova Oblastı və çin-Uyğur (Sin-Can) Muxtar bölgəsi ilə sərhəd qonşusudur. == Təbii ehtiyatı == Respublika ərazisindəki mineral resurslara həmçinin, qızıl, gümüş, dəmir, litium yataqları da daxildir.
Altay Respublikası himni
Altay dövlət himni – bayraqla və gerblə bir yerdə Altay Respublikasının rəsmi simvollarından biridir. 2001-ci ildə təsdiq olunub. == Sözləri == Himnin altayca və rusca sözləri fərqlidirlər.
Altay Semey FK
Altay Semey Futbol Klubu (qaz. «Алтай» футбол клубы) — Semey şəhərini təmsil edən Qazaxıstanın peşəkar futbol klubudur. Klub hal-hazırda Qazaxıstan futbolunun ikinci diviziyası hesab edilən Qazaxıstan Birinci Diviziyasında çıxış edir. == Tarixi == Klub 6 yanvar 2016-cı ildə təsis edilmişdir. İki klubun — Spartak Semey və Vostok klublarının birləşməsindən sonra yaranmışdır. === Liqa tarixi === == Hal-hazırkı heyəti == 27 mart 2016-cı il məlumatlarına əsasən.

Digər lüğətlərdə

вздрема́ть вздыха́ть выма́чивание отши́ть гнести́ изгна́ннический недвижимость обездви́жить обезле́сение перепоручи́ть репатрии́ровать самообвине́ние спектроме́трия aerophotography air-strainer coppice dust horse-tree pinkness reversing self-advertisement unnecessary дурманить лубяной смазывание