ALTINXAN
ALTUNBAY
OBASTAN VİKİ
Altun Dəmirli
Aprel döyüşlərində şəhid olan Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçuları — aşağıda 2016-cı ilin 2-5 aprel tarixlərində Ermənistan və Azərbaycan silahlı qüvvələri arasında təmas xətti boyunca, əsasən Tərtər-Ağdərə cəbhəsində Talış istiqaməti üzrə, Cəbrayıl-Füzuli cəbhəsində isə Lələtəpə istiqaməti üzrə baş vermiş silahlı toqquşma zamanı həyatını itirən Azərbaycan Silahlı Qüvvələrinin 89 hərbi qulluqçusu barədə məlumat verilmişdir. Müdafiə Nazirliyi tərəfindən Azərbaycan Silahlı Qüvvələrinin neçə hərbi qulluqçusunun şəhid olduğu barədə rəsmi məlumat verilməmişdir. Bu siyahı hazırlanan zaman KİV-lərdə şəhidlərin dəfn mərasimləri ilə bağlı verilən xəbərlərdən və Meydan TV-nin araşdırmasından istifadə edilmişdir. Silahlı toqquşma zamanı Quru Qoşunlarının 1-ci Ordu Korpusunun 39 hərbi qulluqçusu, Quru Qoşunlarının 2-ci Ordu Korpusunun 19 hərbi qulluqçusu, Xüsusi Təyinatlı Qüvvələrin 27 hərbi qulluqçusu, Hərbi Hava Qüvvələri 3 hərbi qulluqçusu və Hərbi Dəniz Qüvvələrinin 1 hərbi qulluqçusu şəhid olmuşdur. Hərbi qulluqçuların 87-si hərbi əməliyyatlar zamanı, 2-si isə döyüşlərdən sonra müalicə aldığı hospitalda şəhid olmuşdur. Şəhid olanların 21-i zabit, 19-u gizir, 12-si müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (çavuş və ya əsgər), 37-si isə sıravi əsgər (çağırışçı) idi. Azərbaycan Prezidenti İlham Əliyevin 19 aprel 2016-cı il tarixində Azərbaycanın ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə və Silahlı Qüvvələr qarşısında qoyulmuş tapşırıqları yerinə yetirən zaman fərqləndiyinə görə şəhid olmuş Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Sərəncam imzaladı. Sərəncama əsasən Aprel döyüşləri zamanı şəhid olan 2 hərbi qulluqçu Azərbaycanın Milli Qəhrəmanı adı, 3 hərbi qulluqçusu "Azərbaycan Bayrağı" ordeni, 2 hərbi qulluqçu 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni, 6 nəfər "Vətən uğrunda" medalı, 13 nəfər isə "İgidliyə görə" medalı ilə təltif edildi. Həmçinin 61 şəhid hərbi qulluqçu müdafiə naziri Z. Ə. Həsənovun 19 aprel 2016-cı il tarixli əmrilə "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı ilə təltif edilib. Müalicə aldığı hospitalda şəhid olan Nəcməddin Savalanov hələ sağlıqında "İgidliyə görə" medalı ilə təltif edilib.
Altun Kitab
"Altun Kitab" — Azərbaycanda nəşriyyat. "Altun kitab" nəşrlər evi 2004-cü ildən uşaq və tədris ədəbiyyatı sahəsində fəaliyyət göstərir. Nəşriyyatın bir sıra kitabları ("Azərbaycan musiqi alətləri", "Qabusnamə") yerli və beynəlxalq sərgilərdə xüsusi diplomlara layiq görülmüşdür.
Altun Məmmədov
Fəxrəddin Altun
Fəxrəddin Altun (11 sentyabr 1976, Ştutqart) — Türk bürokrat, akademik və sosiologiya professoru. == Həyatı == 11 sentyabr 1976-cı ildə Almaniyanın Ştutqart şəhərində anadan olub. 1998-ci ildə İstanbul Universitetinin Sosiologiya Bölməsini bitirib. 2014 ilə 2018 arasında SETA İstanbul Baş Koordinatoru və Baş Koordinator Köməkçisi vəzifələrini icra etmişdir. İbn Xaldun Universitetinin Rabitə fakültəsinin dekanı olmuşdur.
Əmir Altun
Əmir Altun (?-1393) — XIV əsr Azərbaycan sərkərdəsi, Əlincə qalasının kutvalı.
Altun Tamqan Tarkan
Altun Tamqan Tarkan (d. ? – ö. 724) — İkinci Göytürk imperiyası dövründə yaşamış Göytürk bəyi və İltəriş xaqanla Qapağan xaqanın kiçik qardaşı, şərq torpaqlarının şadı İl Etmiş Yabqunun oğlu. == Haqqında == Altun Tamqan Tarkan İltəriş xaqan və Qapağan xaqanın kiçik qardaşı İl Etmiş Yabqunun oğludur. İl Etmiş Yabqu İkinci Göytürk Xaqanlığının şərq hissəsinin şadı olmuşdur. O, bu vəzifədə 687-ci ildən 716-cı ilə qədər qalmışdır. 716-cı ildə Kültigin tərəfindən İnal xaqanı dəstəklədiyi üçün öldürülmüşdür. Altun Tamqan Tarkanın həyatı ilə əlaqəli məlumatlar yox deyiləcək qədər azdır. Özü ilə əlaqəli məlumatlara ölümündən sonra şərəfinə ucaldılmış Altun Tamqan Tarkan abidəsindən çatmaq mümkündür.
Altun Yaruk abidəsi
"Altun Yaruk" (Qızıl isığı) — abidə qədim uyğur ədəbi dili ənənəsini davam etdirən ən iri həcmli buddist uyğur yazılı abidədir. 1908-1913-cü illərdə alman və rus ekspedisiyaları zamanı Çində - Şərqi Türkistanda hissə-hissə tapılıb. Əsər X əsrdə uyğurların mərkəzi Beşbalıkda Sinqu-Seli Tudun tərəfindən çin dilindən tərcümə edilib. Son əlyazmasi XVIII əsrə aiddir və əsər iki hissədən ibarətdir.
Altun kitab (nəşriyyat)
"Altun Kitab" — Azərbaycanda nəşriyyat. "Altun kitab" nəşrlər evi 2004-cü ildən uşaq və tədris ədəbiyyatı sahəsində fəaliyyət göstərir. Nəşriyyatın bir sıra kitabları ("Azərbaycan musiqi alətləri", "Qabusnamə") yerli və beynəlxalq sərgilərdə xüsusi diplomlara layiq görülmüşdür.
Altun Əsr bazarı
Altun Əsr bazarı (türkm. Altyn Asyr bazary) — ölçülərinə görə Aşqabadın və Türkmənistanın ən böyük, Mərkəzi Asiyanın 5-ci bazarı. Aşqabadın Çoğanlı yaşayış massivində yerləşir. Ahal vilayəti xalça gölü formasında 154 ha ərazidə inşa edilib. Bazarın mərkəzində hündür saatlı qülləsi yerləşir. Bazar ərazisində 2155 dükan var. Əvvəllər onun yerində Aşqabadın "Bit bazarı" yerləşirdi.
Altun Tamqan Tarkan abidəsi
Altun Tamqan Tarkan abidəsi, İhe Aşete abidəsi və ya Höl Asgat abidəsi — 1891-ci ilin avqust ayında rus elm adamı N.P.Levin tərəfindən tapılmışdır. Abidə Nikolay Yadrintsev, Vasili Radlov, Hüseyn Namiq Orkun və s. elm adamı tərəfindən araşdırılmışdır. Altun Tamqan Tarkan abidəsi Monqolustanın Bulqan bölgəsinin Mogod rayonunda, Tülee Uul dağının qərbində qalan Asgatan Höndiydəki Asgat vadisində yerləşir. Altun Tamqan Tarkan abidəsi Koşo Saydam gölü regionunda olan Orxon abidələrindən təxminən 53 km şimal-şərqdədir. == Abidə == Abidə 4 tərəfi də daş divardan ibarət iki məzardan ibarətdir. birinci daş məzarın 3 divarı qalmış, 1 divarı isə dağılmışdır. Rəsmlərlə bəzədilmiş olan yerin kənarında olan sətirlərin ortasında 1 quş rəsmi vardır. Abidənin önündə 1 relyef vardır. Relyefdə uzun başlıqları olan və əllərində qədəh tutan 3 kişi heykəli qoyulmuşdur.
Altunhisar
Altunhisar (türk. Altunhisar) — Niğdə ilinin ilçəsi.
Altunizadə (İstanbul metropoliteni)
Altunizadə metrostansiyası (türk. Altunizade metro istasyonu) — İstanbul metropoliteninin M5 xəttində yerləşən bir metrostansiyasıdır. Stansiya Üsküdarın Altunizadə məhəlləsində Altunizadə qovşağında yerləşir. Stansiya 15 dekabr 2017-ci ildə açıldı. Stansiya hissəsi və piyada tunelləri qazma tunel sistemi və turniket zonası və açma sistemi ilə metrobus bağlantısı zonası ilə qurulur. Altunizadə stansiyasında 7 çıxış var. Platforma və turniket döşəməsi arasında 2, küçə ilə turniket döşəməsi arasında 7 olmaqla 9 lift, 27 eskalator yer alır. Metrobus Altunizade stansiyası ilə əlaqəli 2 çıxışı var. Stansiyaya 9, 9A, 9Ç, 9Ş, 9T, 9Ü, 9ÜD, 11, 11A, 11BE, 11C, 11D, 11E, 11EK, 11G, 11K, 11L, 11M, 11N, 11P, 11SA, 11ST, 11ÜS, 11V, 11Y, 12ÜS, 13, 13B, 13TD, 14, 14D, 14F, 14FD, 14K, 14M, 14R, 14Y, 14YK, 15F, 125, 129T, 139, 139A, 320, D1, MR9 nömrəli avtobuslar vasitəsilə gəlmək mümkündür. Bununla yanaşı, Üsküdar-Aləmdağ, Üsküdar-Tavukçuyolu pr.-Aləmdağ, Üsküdar-Əsədpaşa mikroavtobusları ilə də buraya gəlmək mümkündür.
Altunizadə məscidi
Altunizade məscidi (türk. Altunizade Camii) və ya İsmayıl Zühtü Paşa məscidi (türk. İsmail Zühtü Paşa Camii) — Türkiyənin İstanbul şəhərində yerləşən 19-cu əsrə aid Osmanlı məscidi. Məscid İstanbulun Üsküdar ilçəsinin Altunizadə məhəlləsində yerləşir. Məscid, həyətində dəfn olunmuş Altunizadə İsmayıl Zühtü Paşa (1806–1887) tərəfindən sifariş edilmişdir. Tikili 1865-ci ildə inşa edilmişdir. Məscidin, İstanbulun Anadolu hissəsində Osmanlı üslubunda tikilmiş məscidlərinin son nümunəsi olduğu düşünülür Məscid əvvəllər sosial kompleksin, külliyyənin bir hisəsi olmuşdur, lakin bu kompleksə aid yalnız bəzi dükanlar günümüzə qədər gəlib çatmışdır. Məscid bu gün də yaxşı vəziyyətdədir. == Memarlıq == Məscid ən azından böyük pəncərələri ilə tanına bilən Barokko-intibah üslubunda dizayn edilmişdir. Bu üslubda inşa edilən məscidlər son Osmanlı imperiyası dövrünün nümunələridir.
Altunqabaq
Altunqabaq — Azərbaycanda o cümlədən Naxçıvan ərazisində geniş yayılmış oyunlardan biri. Əsasən gənc oğlanlar oynanayrdılar. Orta əsrlərdə və XX əsrdin əvvəllərində qədər Azərbaycanın bütün bölgələrində oynanılan at üstü oyunlarardan biri. Bu zaman yaxşı at çapan kişilər meydanın ortasında sütuna bərkidilmiş qızıl və ya gümüş xəlqəni oxla vurmalı idilər. Bu zaman atlar üzərində sürətlə həlqənin müəyyən məsafəsindən keçərək nişan alaraq atardılar. Keçən əsrin əvvəllərinə qədər qorunub saxlanılmış oyunda Yay və oxun yerini odlu silahlar almışdır. Bu zaman isə əsasən mis qəpik qoyardılar. == Ədəbiyyat == Elçin Aslanov. El-oba oyunu xalq tamaşası. Bakı, İşıq, 1984, 275 s.
Altunsaç (roman)
Altunsaç (alm. Das Mädchen vom Goldenen Horn‎; azərb. Qızıl buynuzdan olan qız‎) — Qurban Səid təxəllüsü ilə yazılmış 2-ci əsər. Yusif Vəzir Çəmənzəminli Azərbaycan Yazıçılar İttifaqından çıxarılmazdan 3–4 ay əvvəl yazdığı "Altunsaç" adlı kinossenarisini də Azərfilmə vermişdi. Geniş mütəxəssis müşavirəsində oxunub bəyənilməsinə baxmayaraq "Azərfilm"in direktoru Merkel son mərhələdə Yusif Vəzirə müraciət edərək demişdi: "Studentlər" romanınız tənqid edildiyi üçün sizinlə müqavilə bağlaya bilməyəcəyəm. == Məzmun == Adı Avropada XX yüzilin 100 ən çox oxunan yazarları siyahısına düşmüş Azərbaycanın emiqrant yazıçısı Qurban Səidin "Altunsaç" romanının süjeti həyata Şərq-Qərb baxışının toqquşmaları və ziddiyyətləri üzərində qurulmuşdur. Tarixi qaynaq və məlumatlarla zəngin olan bu romanı müəllif özünəməxsus bir üslubla alman dilində yazmışdır. == Nəşr və tərcümə == Əsər ilk dəfə 1938-ci ildə Zinnen nəşriyyatı tərəfindən Vyanada nəşr olunub. Roman Çərkəz Qurbanlı tərəfindən alman dilindən Azərbaycan dilinə tərcümə olunub, 2018-ci ildə Bakıda Bakı Kitab Klubunda 272 səhifədə, 100 tirajla çap edilib. == İstinadlar == == Həmçinin bax == Əli və Nino == Xarici keçidlər == Bakı Kitab Klubu.
Altuntaxt
Altuntaxt — Babək rayonu ərazisindəki Qaraquş dağının şərq yamacında, şimal-qərb istiqamətində uzunluğu 500–600 m, eni 150–200 m olan düzənlik sahə də təbii abidə. Cənubdan Bağırsaq dərə, şimaldan Buğa çeşmə dərəsi, şərqdən Lizbirt dərəsi ilə əhatə olunur. Buradan cənubda Çalxan Qala, şərqdə Sala xanqaya, Qazan yaylağı, şimalda Yeddi bulaq, Halla-Halla, Xan yurdu və s. sahələr "əl içi" kimi görünür. Arxa tərəfdən Qaraquş dağı (2600 m) ilə, üç tərəfdən dik yamaclarla əhatələnən bu yer ətrafa nəzarət etmək imkanı verir. Qərbi Azərbaycanda (indiki Ermənistan), Göyçə gölünün qərb hissəsindəki Göyəm dağlıq sahədə də Altuntaxt adlı iki qədim kənd olmuşdur. Burada Altuntaxt adlı dağın da olduğu məlumdur. "Kitabi-Dədə Qorqud"da Altuntaxtın adı oğuzların əsas yaşayış mərkəzlərindən biri kimi çəkilir. == Mənbə == "Naxçıvan abidələri ensiklopediyası", Naxçıvan, AMEA Naxçıvan bölməsi, 2008, səh. 22.
Altuntəpə
Altuntəpə ― Türkmənistanın cənubunda Miana kəndi yaxınlığında Eneolit və Tunc dövrlərinə aid arxeoloji abidə. 1965–1975-ci illərdə V.M.Massonun rəhbərlik etdiyi ekspedisiya Altuntəpəni tətqiq etmişdir. Aşağı təbəqələrdən e.ə. V–IV minilliklərdə yaşamış oturaq əkinçi maldarlara aid yaşayış məskəninin qalıqları; möhrəpalçıq evlər, naxışlı keramika məmulatı, gildən düzəldilmiş insan və heyvan fiqurları, daş qablar, mis məmulat və s. aşkar edilmişdir. Altuntəpə e.ə. III minilliyin əvvəllərində ərazisi təqribən 46 hektara çatan iri yaşayış məskəninə çevrilmişdi. Altuntəpədə sənətkarlıq sahələri intensiv inkişaf etmişdi. Dulus çarxında hazırlanan keramika məmulatı ikiyaruslu xüsusi kürədə bişirilirdi. Arsenli və qurğuşunlu tuncdan hazırlanmış əşyalar, o cümlədən qablar geniş yayılmışdı.
Mehtap Altunok
Mehtap Altunok (1972, İstanbul) — türkiyəli səsləndirmə sənətçisi və aktrisa. O, müxtəlif televiziya seriyalarında və reklamlarında rol almışdır. Ayrıca bəzi istehsalların səsləndirməsini iştirak etdi və bir dövr NTV kanalında hava proqnozu aparıcılığı etmişdir. Türkiyədə CarrefourSA hipermarket təqdimat filmlərində ekran üzü olmuşdur. Son dövrdə Show TV ekranlarında Həkimlər adlı serialda Jülide obrazını canlandırmışdır. Altunok 2015 in yaz aylarında TRT 1 də başlayan Baba Candir serialında iştirak etmişdir.
Məmməd Altunbay
Məmməd Altunbay (türk. Mehmet Altunbay; 1911, Yelizavetpol – 27 dekabr 1987, İstanbul) — Azərbaycan əsilli Türkiyə hərbi və mülki pilotu. Gəncə üsyanının şahidi. Əslən Gəncə şəhərindən olan Məhəmməd Altunbəy SSRİ-yə məxsus təyyarəni əvvəlcə İrana və daha sonra Türkiyəyə qaçırmaqla bu ölkəyə mühacirət etmişdir. Məmməd Altunbay 1911-ci ildə Gəncə şəhərində Zərrabi məhəlləsində Qaçaq İbrahimin evində anadan olub. Altunbayın dəqiq doğum tarixi və doğum günü məlum deyil. Atası Gəncə qəzasının Qaramusalı kəndindən olub, şəhərdə Dərvişoğlu Qaçaq İbrahim kimi tanınıb, Çar Rusiyasına qarşı mübarizə aparıb. Anasının adı Bəyim olub. Məmməd gənclik illəri haqqında xatirələrində yazır: Daha sonra Altunbay Odessa Ali Hərbi Hava Məktəbinə daxil olur, 1933-cü ildə buranı bitirir. SSRİ-nin bir sıra bölgələrində pilot kimi fəaliyyət göstərir, üç dəfə fəxri fərmanla təltif olunur.
Sevda Altunoluk
Sevda Altunoluk (türk. Sevda Altunoluk) — O, türkiyəli paralimpiya qolbolçusudur. O, qolbola dünyanın ən yaxşı oyunçuları arasında göstərilir. İdmançı 2016 Yay Paralimpiya Oyunlarında və 2020 Yay Paralimpiya Oyunlarında Türkiyə millisinin heyətində iştirak edib və Türkiyənin ardıcıl iki qızıl medal qazanmasında böyük rol oynayıb. 2021-ci ildə BBC-nin 100 Qadın siyahısına daxil edilib. 1994-cü ildə Tokatda anadan olub. O, beş bacının ən böyüyüdür. İbtidai məktəbin üçüncü sinfində oxuyarkən görmə qabiliyyətini itirməyə başlayıb. Retinitis pigmentosa (gecə korluğu) diaqnozu qoyulub. İbtidai məktəbi bitirdikdən sonra Ankaradakı gözdən əlillər məktəbində internat şagirdi olaraq təhsilini davam etdirib.
Sevtap Altunoluk
Sevtap Altunoluk (10 yanvar 1995, Tokat) ― görmə məhdudiyyətli türk paralimpiyaçı qolbolçusu. O, 2020 Yay Paralimpiya Oyunlarında iştirak edən Türkiyə milli komandasının üzvü olub. Altunoluk Türkiyənin Tokat şəhərindəndir. Onun bacısı Sevda Altunoluk da milli qolbolçudur. O, Almaniyanın Rostok şəhərində 2019-cu ildə keçirilmiş Avropa Qolbol Çempionatında milli komandanın tərkibində qızıl medal qazanıb.

Digər lüğətlərdə