ALÇALTMAQ

f.
1. Alçaq etmək, boyunu qısaltmaq, hündürlüyünü azaltmaq; gödəltmək. Hasarı alçaltmaq. Pəncərə yerini alçaltmaq. Stolun qıçlarını alçaltmaq. Damı alçaltmaq.
2. məc. Birinin vəzifəsini, rütbəsini aşağı salmaq, daha aşağı vəzifəyə keçirmək. Vəzifəsini alçaltmaq. Qulluğunu alçaltmaq.
3. məc. Hörmətdən salmaq, heysiyyətini, mənliyini təhqir etmək. Özünü alçaltmaq.
– “Aydın”, “Oqtay Eloğlu” (pyesləri) … insanı alçaldan, məğrur qəhrəmanları bir heç dərəcəsinə endirən, təmiz və pak məhəbbətləri pozub solduran mühitin çəngindən qurtarmaq yolunu göstərə bilərdi. M.İbrahimov.
Əgər sən varsansa… Keçib özündən; Özünü bu qədər alçaltmaq nədir? B.Vahabzadə.
Sən sözü alçaltdın özündən əvvəl; Alçaltdın bir ağız afərin üçün. M.Araz.

4. Pisləşdirmək, xarablaşdırmaq, aşağı salmaq. Məhsulun keyfiyyətini alçaltmaq.
5. Azaltmaq, aşağı salmaq, zəiflətmək. Səsini alçaltmaq. Tonu alçaltmaq.
– Cavahir sanki qızının [Ağcanın] eşidəcəyindən ehtiyat edərək səsini alçaltdı. İ.Məlikzadə.

Антонимы

  • ALÇALTMAQ ALÇALTMAQ – QALDIRMAQ Qızın təmiz və pak məhəbbətini alçaltdılar (“Ulduz”); Onun təhqir olunmasına yol vermədilər, mənliyini qaldırdılar
ALÇALTMA
ALÇI

Значение слова в других словарях

виконте́сса деньжи́шки деспоти́зм дни́ще дуэ́ль жертвоприноше́ние укроти́ть забо́ртный замо́лкнуть подмасте́рье противолучево́й ре́зко состра́чиваться шестиуго́льный тараторить Henny Ionian lousy minimax loss mufti narrator occipita urine припасти темь