Alçalı (Salyan)
Alçalı — Azərbaycan Respublikasının Salyan rayonunun inzibati ərazi vahidində kənd.
Salyan rayonunun Sarvan inzibati ərazi vahidində kənd. Bala Kurun sahilində, düzənlikdədir. Oykonim alca (meyvə ağacı) və -lı (varlıq, bolluq ifadə edən Şək.) komponentlərindən düzəlib, "alca ağacları cox olan və ya alca bağı olan kənd" deməkdir. Bu meyvə ağacı ilə bağlı Alçalı dağ (Laçın, Xanlar), Alçalıdərə (Qubadlı Daşkəsən, Kəlbəcər, Cəbrayıl), Alçalıgəz (Ağsu rayonunun Bico kəndi), Alçalı yaylaq (Abşeron), Alçalı cuxur (Laçın), Alcalıq (Yardımlı rayonunun Vəlixanlı kəndi, Lerik rayonunun Veri kəndi) oroqrafik obyektlər, XIX əsrin əvvəllərində İrəvan xanlığında Alçalı adlı iki kənd qeydə alınmışdır.