ALÇAQBOY

ALÇAQBOY – HÜNDÜRBOY Kərbəlayı Qulu alçaqboylu bir kişi idi (Çəmənzəminli); Baba keşiş hündürboy, enlikürək, şumal bir adam idi (Elçin).

ALÇAQ
ALÇAQDAN
OBASTAN VİKİ
Alçaqboy alma
Alçaqboy alma (lat. Malus pumila) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin alma cinsinə aid bitki növü. == Təbii yayılması == Asiya və Avropada yayılmışdır. == Botaniki təsviri == Yarpağı tökülən ağacdır. Alçaqboylu almalar Avropada mədəni sortlar üçün peyvənd kimi istifadə edilir. Hündürlüyü təxminən 5 m, düz gövdəli və şaxələnmiş budaqlı kiçik ağacdır. Yaşıl, növbəli yarpaqları saplaqlarda oturaqdır, yarpaq ayaları damarcıqlıdır. Çiçəkləri ikicinsli, çəhrayı və ya ağ rəngli, diametri təxminən 2,5 sm-dir. == Ekologiyası == Mübit torpaqlarda yaxşı bitir. Rütubətsevən, istiyə, soyuğa davamlıdır.
Alçaqboy jasmin
Alçaqboy jasmin (lat. Jasminum humile) — zeytunkimilər fəsiləsinin jasmin cinsinə aid bitki növü. == Təbii yayılması == Şərqi Asiya ölkələrində təbii halda yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 1 m olan həmişəyaşıl koldur. Yarpaqları uzunsov, tərs-yumurtavari, üst səthi tünd, alt səthi isə açıq yaşıldır. Sarı rəngli çiçəkləri xırda və ətirlidir. Mart və may aylarında kütləvi çiçək açır. Bu dövrdə çox dekorativ görünür. Toxumları avqust ayında yetişir. Toxum, qələm və kolu bölməklə çoxaldılır.
Alçaqboy xamerops
== Təbii yayılması == Təbii halda Avropanın qərb hissəsində, Aralıq dənizyanı ölkələrində və Şimali Afrika da yayılmışdır. == Botaniki təsviri == Alçaq gövdəli koldur. Gövdəsi bozumtul-göy rəngli sərt yarpaqlardan ibarət sıö çətir əmələ gətirir, kürən-qonur liflərə sıx çətir örtülmüşdür. Saplaqların uzunluğu 70-80 sm-ə qədərdir. Yarpayası yelpikvari sərtdir, diametri 50-60 sm, qaidəsinin kənarında pazvari oyuq vardır. Sermenlerin sayı 30-a çatır, üst tərəfi tünd yaşıl, alt tərəfi bozumtul rəngdədir. Xamaşçiçəyin gövdənin qaidəsi yaxınlığında yerləşən və uzunluğu 30-40 sm-ə olan qıçalardı. Kasacığın dilimləri sivridir. İkicinsli çiçəkləri oturaqdır. Yaşımtıl-sarı rəngdədir.
Alçaqboylu ardıc
Adi ardıc (lat. Juniperus communis) — bitkilər aləminin çılpaqtoxumlular şöbəsinin i̇ynəyarpaqlılar sinfinin cupressales dəstəsinin sərvkimilər fəsiləsinin ardıc cinsinə aid bitki növü. Hündürlüyü adətən 5–10 m, gövdəsinin diametri 0,2 m olan, çətiri möhkəm, konusşəkilli və ya yumurtaşəkillidir. Qabığı boz-qonur, lifli, zoğları qırmızı-qonurdur. İynəyarpaqları üç hissəli, ucu biz, uzunluğu 1,5 sm, eni 0,1–0,2 sm-dir, yaşıl, üst tərəfdən ağ zolaqlı və çöküntülüdür, budaqlarda 4 ilə qədər qalır. Mayda çiçəkləyir, erkək çiçəkləri sarı, dişi çiçəkləri yaşıldır. Qozaları yumru, diametri 0,6–0,9 sm-dir, yetişmiş meyvəsi göyümtül-qara, çöküntülüdür. Yavaş böyüyür. İllik boy artımı 10–15 sm-dir. 200 ilə qədər yaşayır.
Alçaqboylu qarağac
Kiçik qarağac (lat. Ulmus minor) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin qarağackimilər fəsiləsinin qarağac cinsinə aid bitki növü. == Arealı == Qərbi Avropa, Kiçik Asiya, İranın şimalı, Rusiya, Qafqaz, Ukraynada bitir. == Botaniki təsviri == Hündürlüyü 30 m, diametri 1,5 m olan, yarpağı tökülən ağacdır. Yarpaqları dişli, uzunsov, əks-yumurtavaridir. Narıncı – qırmızı, balverici çiçəkləri çiçək yanlığı ilə dəstələrə yığılmışdır. Mart-apreldə, yarpaqlar açılanadək çiçəkləyir. Meyvələri may-iyunda yetişir. Toxumlarda, kök zoğları, kötük zoğları ilə çoxalır. == Ekologiyası == Qarışıq və enliyarpaqlı meşələrdə, çay vadilərində rast gəlinir.
Alçaqboylu sidr şamı
Yayılma arealı böyükdür. Çukot mahalı, Maqadan , Kamçatka , Xabarovsk , Saxalin və Amur vilayətləri ndə, Amur çayı və Oxot dənizi nin sahillərində dağ yamaclarında və alçaq yerlərdə bitir. Enli, şaxələnmiş budaqları görünüşünə görə kasaşəkillidir, torpağın üzərində sürünən və ya ağacvarı çətir əmələ gətirən kiçik ağacdır. Ağacın hündürlüyü 4–5 m (bəzən 7 m), gövdəsinin qalınlığı kökün boğazında 15-18 sm olur. Bu növ, çətirin müxtəlifliyinə görə kol, kolvarı ağac və ya yarımkol-yarımağac formasında olur. Budaqların qabığı hamar, boz, gövdələrdə tünd-qonur, boz xallıdır. Sürünən formaların budaqları tropağa yapışır, ucları 30-50 sm yuxarıya qalxır. Cavan zoğları yaşıl, narıncı tükcüklərlə sız örtülmüşdür, sonradan açıq-qonur rəng alır. İynəyarpaqları üçtərəfli, göyümtül-yaşıl rənglidir, uzunluğu 4-dən 8 sm-ə qədər olub, 5 ədəd olmaqla dəstələrə yığılmışdır. Qozaları çiçəkləmədən sonra ikinci ildə yetişir, xırda olub, uzunluğu 4-7 sm-ə qədər, eni təxminən 3 sm-dir, yumurtavarı və ya uzunsovdur, apofizləri kənara əyilmiş göbəklidir.

Значение слова в других словарях

-аж- гравиме́трия оттеса́ть соподчини́тельный телемо́ст герольдме́йстерский неугаса́емый оверло́к остаться мёртвой бу́квой перевооружённость приземля́ть соглаша́тельский чихвостить anelectric bandage caravan park eye gallantry goof around librametrics psychoacoustical special library unurged вахмистр таджикский