ALƏMGİR
ALƏMPƏNAH
OBASTAN VİKİ
Bərzəx aləmi
Bərzəx aləmi (ərəb. برزخ,‎) - İslam inancına görə insanların öldükdən sonra qaldığı müvəqqəti yer. İslama görə insanlar öldükdən sonra bir başa cənnət və ya cəhənnəmə yox, Bərzəx aləminə gedirlər. Qiyamət günündən sonra insanların əməllərinə görə hara getdiyi müəyyənləşir. Bərzəx sözünün əsl mənası iki şey arasında yerləşən deməkdir. Elə ona görə də o aləm ki, dünya və axirət aləmi arasında yerləşir - Bərzəx adlanır. Bəzən bu aləmi qəbir aləmi, bəzən də ruh aləmi kimi adlandırırlar.
Sianobiontlar aləmi
Sianobiontlar aləmi və Cyanobionta — bu qrupa aid olan orqanizmlər əvvəllər "göy-yaşıl yosunlar" adlanırdı. Ancaq canlı orqanizmlərin ümumi iyerarxiyasında sianobiontlar (hüceyrənin nüvəsi yoxdur, buna görə də onlar prokariotlara — nüvəsizlərə daxil edilir) yosunlara nisbətən aşağı və mikroblara nisbətən (daha mürəkkəb struktur və fotosintez zamanı molekulyar oksigeni ayırma qabiliyyəti və rəngi şərtləndirən piqmentlərin olması) yüksək pillədə durur. Bu orqanizmlərin xüsusiləşmiş nüvəsi olmayan nisbətən sabit hüceyrə forması olur. Sianobiontlar aləmi arasında həm tək, həm də kolonial formalar rast gəlirlər. Sonuncular adətən ümumi selikli qişa ilə örtülmüş olur. Selikdə, habelə orqanizmin özündə və ya onun səthində karbonatların toplanması baş verə bilər ki, bu da qalın əhəndaşı qatlarının (stromatolitlər və b.) əmələ gəlməsinə səbəb olur. Bir neçə piqmentin (xlorofil, fikosian, fikoeritrin və karotin) olması göy-yaşıl və ya çəhrayı, sarı və ya tamamilə qara rəngi müəyyən edir. Sianobiontlar aləmi Yer tarixində sərbəst oksigen ayıran ilk orqanizmlərdir. Hazırda sianobiontlar aləmi şirinsulu və dəniz hövzələrində məskunlaşır, duzluluğun kəskin dəyişməsinə dözə bilirlər; çoxları quruda (torpağın içində və səthində, daşların üzərində, takırlarda, səhralarda və b.) yaşamağa uyğunlaşmışdır. Dənizlərdə, fotosintezlə əlaqədar olaraq, sianobiontlar aləmi əsasən dayazsulu sahələrdə yayılmışdır.
Avstraliya aləmi
Avstraliya aləmi — biocoğrafiyada floristik rayonlaşdırma vahidi. Avstraliya qitəsini və ona yaxın adaları əhatə edir. Avstraliya aləminə üç region daxildir: Şimal-Şərqi Avstraliya, Cənub-Qərbi Avstraliya, Mərkəzi Avstraliya (Eremey).
Naxçıvanın heyvanat aləmi
Naxçıvan faunası — Naxçıvan Muxtar Respublikasının heyvanlar aləmi. == Haqqında == Naxçıvan Muxtar Respublikasının ərazisinin kiçik olmasına baxmayaraq özünəməxsus iqlim, relyef və digər fiziki coğrafi xüsusiyyətlərə malik olması burada fauna və floranın formalaşması üçün xüsusi ekoloji şərait yaratmışdır. Onun təbii şəraiti burada müxtəlif növ heyvanların, o cümlədən endemik növlərin əmələ gəlməsinə imkan verir. Naxçıvan Muxtar Respublikasında yaşayan 350 növ onurğalı heyvandan yalnız 45 növü, Naxçıvan MR Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən öyrənilərək, adları "Qırmızı kitab"a daxil edilmişdir. 18 növ nadir heyvan, quş və suda-quruda yaşayanların təsnifatı aşağıdakı kimidir; == Qırmızı kitab == Bəbir (Qaplan) (Felis Pardus) — Pişikkimilər fəsiləsindən olan vəhşi yırtıcı heyvan, əsasən Culfa rayonu ərazilərində Araz boyu qayalıqlarda yaşayaraq dovşan, kəklik və dağ keçisi ilə qidalanır. Canavar (Canis lupus) — İtlər fəsiləsindən vəhşi yırtıcı heyvan əsasən Şahbuz, Culfa və Ordubad rayonlarındakı kolluqlarda yaşayır. Qonur ayı (Ursus arctos) — Yırtıcı məməli əyripəncə tüklü heyvan Şahbuz rayonundakı Biçənək meşə-kolluqlarında yaşayır. Meşə (çöl) donuzu (Sus scrofa) — Qaban fəsiləsindən cüt dırnaq məməli heyvan əsasən Şahbuz rayonundakı Biçənək kəndindəki meşə-kolluqlarda yaşayır. Vaşaq (Felis lynx) — Pişikkimilər fəsiləsindən olan məməli heyvandır. Əsasən Şərur, Şahbuz, Ordubad, Culfa rayonlarındakı düzənlik və kolluq ərazilərdə yayılmışlar.
Lənkəran zonasının heyvanat aləmi
Kür-Araz ovalığının heyvanat aləmi
Qanıx-Həftəran vadisinin heyvanat aləmi
Qanıx-Həftəran vadisi - vaxtilə başdan-başa meşə ilə örtülü olmuşdur. == Heyvanat aləmi == Hazırda vadidə meşələrin 80- 90%-nin qınlıb yerində yaşayış məntəqələrinin salınması və ya kənd təsərrüfatında işlədilən kimyəvi maddələr, brokonyerlik və digər səbəblərdən hçyvanat aləminin kəsgin azalmasına gətirib çıxarmışdır. Hazırda burada tirandaza (oxlu kirpi), yarasalar, safsar, çaqqal, canavar, tülkü, süleysin, yunan tısbağası, kərtənkələlər, ilanlar və s. rast gəlinir. 1942-ci ildə Amerikadan gətirib İsmayıllı rayonunda meşəyə bupaxılan çəkisi 7-8 kq olan və olduqca tez çoxalan yırtıcı məməli heyvan - yenot Böyük Qafqazın cənub yamacı rayonlarında yayılaraq kiçik həşəratlardan tutmuş, quşlarla, məməli heyvanlarla və meyvələrlə qidalanır. Turac, qırqovul, bildirçin və s. quşların sayının azalmasında yenotlar əsas yer tutur. Qanıx-Həftəran vadisində olduqca çoxlu quş növləri, vəhşi bal anları, bir çox gecə və gündüz kəpənək növləri geniş yayılmışdır.
"Muğam aləmi" Beynəlxalq Muğam Festivalı
"Muğam aləmi" Beynəlxalq Muğam Festivalı və ya "Muğam Dünyası" Beynəlxalq musiqi festivalı — Azərbaycanda bir neçə ildən bir keçirilən beynəlxalq muğam festivalı. Heydər Əliyev Fondunun təşəbbüsü ilə ilk dəfə 18–25 mart 2009-cu il tarixində Novruz bayramı ərəfəsində Bakıda keçirilmişdir.İlk dəfə 2009-cu ilin martın 20-də Beynəlxalq Muğam Mərkəzində festivalın rəsmi açılışı olmuşdur. Festival çərçivəsində beynəlxalq elmi simpozium, muğam ifaçılarının mübiqəsi və çoxsalyı opera tamaşaları eləcə də konsertlər təşkil olunur. İlk festival 2009-cu il martın 25-də Heydər Əliyev Sarayında təşkil olunmuş qala-konsert ilə bitmişdir. == Festivalın məqsədi == Muğam festivalının əsas məqsədi, müasir dünyada Azərbaycan muğamının tanıdılması, xalqımızın ənənəvi musiqi sənətininin dünya musiqi irsində layiq olduğu yeri tutması. == I — 2009 == === Muğama həsr olunmuş beynəlxalq elmi simpozium === 2009-cu ildə beynəlxalq musiqi festivalı çərçivəsində üç gün ərzində muğama həsr olunmuş beynəlxalq elmi simpozium keçirilmişdir. Simpoziumun nəticələrinə dair xüsusi kitab nəşr olunmuşdur. Simpoziumun işində ABŞ, Böyük Britaniya, Rusiya, Fransa, İtaliya, Almaniya, Türkiyə, Niderland, Macarıstan, Çin, Tunis, Özbəkistan, İran, Mərakeş, Hindistan, və Tacikistandan olan 30 yaxın elm adamı və musiqiçi iştrak etmişdir.Simpoziumda Nyu-York Universitetinin professoru etnik musiqi üzrə mütəxəssiz YUNESKO-nun eksperti Stiven Blam, Nyu-Yorkdakı Kolumbiya Universitetinin professoru Diter Kristensen, YUNESKO nəznində "Ənənəvi musiqi üzrə beynəlxalq şura"nın vitse prezidenti Umm van Zaten, Fransadan olan professor Jan Durinq, Berlindəki Humbold Universitetinin professoru Yurgen Elsner, Kaliforniya Universitetinin professoru Xiromi Lorreyn Sakata, BBC radiosunda "World Routes" verlişinin aparıcıları Lusi Duran və Ceyms Parkin, Pan Rekords şirkətinin sahibi Bernard Kleykamp, professor Rövşən Yonosov (Özbəkistan), Moskva konservatoriyasının professori Violetta Yunusova, Düşənbədəki "Makoma" akademiyasının direktoru Abduvali Abduraşidov kimi elm adamları və musiqi mütəxəssisləri simpoziumq qatılaraq çıxışlar etmişlər. Simpoziumda Azərbaycan, Türkiyə, İran, Pakistan, Hindistan, Tunis, Özbəkistan, və Tacikistanın musiqi mədəniyyətləri barədə məruzələr dinlənilmişdir.
Böyük və Kiçik Qafqaz dağlarının heyvanat aləmi
Aləmin yatdığı vaxt
Aləmin yatdığı vaxt — Azərbaycan xalq inanclarında qışın qurtardığı, yazın başladığı mistik vaxt. Bu vaxt təbiətin təzələnməsini simvolizə edir. == Təsviri == Aləmin yatdığı vaxt Novruz bayramına açılacaq gecə gündüzə çeviriləndə, bulaqlar, dərələr, çaylar, yəni bütün axan sular bir anlığına dayanıb, təkrar axanda baş verir. Bu zaman canlı və cansız aləmdə olan hər şey bir anlıq yatır və sonra oyanır. Bunun mənası ölüb-dirilmədir. Həmin vaxtda kim nə arzu diləsə, yerinə yetər.Hər şey təzələndiyi üçün gecə evdəki köhnə su atılmalı, bütün qablar təzə su ilə yuyulmalıdır. İnsanlar çeşmə başına gedib, əl-üzünü yuyar, su üstündən atılıb, evə yeni su gətirərlər. Xalq inancına görə, biri sudan götürüb, xəmir yoğursa, sudakı balaca daşlardan evə gətirib, yağ küpünə, çörək qabına və ya evin bir bucağına qoysa, o evdə çörək bol olar.Aləmin yatdığı vaxt deyilən zaman perioduna yaradılışdan bəri keçmiş bütün zamanlar daxildir. Mənası yaradılışın təzələnərək yenidən canlanmasını simvolizə etməsidir. Bu vaxt hər gələndə dünya yenidən təzələnir və buna görə də aləmin yatdığı vaxt yaradılış anını simvolizə edir.
Bitki aləminin rəngarəngliyi (film, 1953)
Bitki aləminin rəngarəngliyi filmi rejissor 1953-cü ildə Bakı Kinostudiyasında istehsal edilmişdir. Elmi-kütləvi film Azərbaycan florasının zənginliyindən bəhs edir. == Məzmun == Elmi-kütləvi filmdir. Film Azərbaycan florasının zənginliyindən bəhs edir.
Kitablar aləmində (jurnal)
Zəka – elmi-publisistik, ədəbi-bədii jurnaldır. Azərbaycan Respublikası Mətbuat Nazirliyinin, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin və Respublika Könüllü Kitabsevərlər Cəmiyyətinin birgə nəşri olub. == Tarixi == 1965-ci ildən fəaliyyətə başlayıb. Əvvəllər kiçik, sonralar isə (1981-ci ildən) geniş formatda buraxılıb. Jurnalda kitabla bağlı bütün məsələlər — onun məzmunu, mündəricəsi, tarixi, inkişaf yolu, təbliği, poliqrafiya mədəniyyəti və s. barədə məqalələr dərc edilib. 1992-ci ilə qədər "Kitablar aləmində" adı ilə nəşr olunub. "Kitablar aləmində" jurnalına, 26 il nəşri dövründə İsrafil Nəzərov, Sabir Tarverdiyev, Səyadulla Kərimli kimi Azərbaycanın tanınmış jurnalist-yazıçıları baş redaktorluq edib. 1992-ci ildən "Zəka" adı ilə buraxılıb. Bilavasitə, həmin jurnalın davamçısıdır.
Əfsanələr aləmində (film, 1975)
== Məzmun == M.F.Axundov adına Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının artistləri ifasında Fikrət Əmirov və Qara Qarayevin üç baleti göstərilir. == Film haqqında == == Filmin heyəti == === Film üzərində işləyənlər === Bəstəkar: Fikrət Əmirov, Qara Qarayev Librettonun müəllifi: Qəmər Almaszadə, Nelya Nəzirova, P.Qusyeva Xoreoqrafiyanın müəllifi: Qəmər Almaszadə, Nelya Nəzirova, P.Qusyeva Quruluşçu rejissor: Gennadi Babuşkin Quruluşçu operator: B.Dunayev Redaktor: B.Jivoqlyadov Filmin direktoru: İ.Rudakova === Rollarda === 1. Fikrət Əmirov "Şur" (balet üzrə kompozisiya) Quruluş: Qəmər Almaszadə Qız: Çimnaz Babayeva Oğlan: Vladimir Pletnyov2. Qara Qarayev "Yeddi gözəl" (baletdən səhnə və vals) Quruluş: P.Quseva Bəhram şah: Vladimir Pletnyov Gözəllər gözəli: Çimnaz Babayeva3.
Aləmin Kralı (teleserial, 2011)
Krallığın Kralı 16 sentyabr 2011-ci il Gizem Erbirer tərəfindən yardılmışdı == Haqqında == Proses Film imzalı Krallığın Kralı, atv-də 2011-2013 situasiya komediya və absurd komediya Türk televiziya serialı tipli. Serialda baş rolları Oya Başar, Şafak Sezer, Evrim Akın, Metin Yıldız və Zeynep Gülmez ifa edir. 2 sezondan ibarət olan serial 67-ci bölümü ilə sona çatdı. == Mövzu == Serialda Şafak Sezer Pet store mağazasında qurd, zəli, dovşan və buna bənzər heyvanlar satan təvazökar bir dükançı rolunu oynayır. Təkəbbürlü qayınanası Soylu Oya Başar illərdir diqqət çəkə bilməyən Aslanın Şafak Sezer həyatının axarı, qayınatası Nejat ilə son nəfəsi “arvadım, qızlarım, nəvələrim sənə əmanətdir...” Öləndə qəfil dəyişir. Üç qız atası olmağın tələblərinin öhdəsindən gələn Aslan atasına verdiyi sözü tutmağa çalışarkən, altı qadının yaşadığı Yuxusuzluq Soyluların evində özünü iç bəy kimi görür. -qanun, gülməli hadisələr baş verir. Artıq kənddən olan və mühafizəkar olan Aslan evdəki qadınlar arasında daha çox paranoyaklaşır, qısqanclaşır... == Aktyorlar və personajlar == === Əsas personajlar === === İkinci dərəcəli simvollar === === Baş qəhrəmanlar === === Xitam edilmiş ikinci dərəcəli simvollar === == Yayım cədvəli == Qeyd: Türkiyə Kuboku yarışlarına görə yayım vaxtı dəyişib. == Mükafatlar və nominasiyalar == 2012 Dünya İstehlakçı Akademiyası Mükafatları: İlin Ən Yaxşıları 2012 Dünya İstehlakçı Akademiyası Mükafatları: İlin Ən Yaxşı Aktyoru (Serialın Bütün Aktyorları Mükafatlandırıldı) 2012 3-cü Antalya TV Mükafatları: Komediya Serialında Ən Yaxşı Qadın Oyunçu: Oya Başar (Nominasiya) 2013 2-ci Kristal Siçan Mükafatları: Ən Yaxşı Komediya Serialı (Nominasiya)<ref name=":0">https://www.medyafaresi.com/haber/2-kristal-fare-odulleri -for- yarışa-başladınmı-səs verdin/101947.

Значение слова в других словарях

желтова́то заря́д земля́ обетова́нная косова́тость пифагоре́йский припере́ться про́шва резона́нсный тат всего́ только криминали́ст обре́зковый о́ттепельный подма́хивать сква́жинка сли́ться Минск amberina coronograph gene library haptic profit sharing будировать бюрократия кница