AMAN-ZAMAN

прил. рах. тек, тек са, авай-авачир са (мес. велед).
AMAN
AMANATABƏND
OBASTAN VİKİ
Zaman
Zaman və ya vaxt — fizikada və başqa təbiət elmlərində bizim kainatın ölçüsü kimi qəbul edilir. O ölçüləbilmə qabiliyyətinə malik olub kainatda baş verən istənilən materiya dəyişiklikləri ilə əlaqədardır. Zaman köklü fenomenlərlə izah oluna bilmədiyindən, o ölçmə yolu ilə qiymətləndirilir. Sİ vahidlər sistemində zaman saniyə (s) ilə ölçülür. Bunun əsasında dəqiqə, saat, gün və həftə əmələ gəlir. Təqvimdən asılı olaraq ay, il, əsr və minilliklər də mövcuddur. Zamanın ölçülməsi astronomiyanın qədim məsələlərindən biridir. Astronomiyada günəş günü və ulduz günü arasında fərq vardır. Bu fərq il boyu bir gün edir. Günəş günü Sİ vahidlər sistemində heç bir vahidə malik deyil.
Sohail Aman
Sohail Aman (Urdu: سہیل عمان) - Pakistan Hərbi Hava Qüvvələrinin 21-ci komandanı. 19 mart 2015-ci ildə bu vəzifəni baş aviasiya marşalı Tahir Rafik Buttdan təhvil almışdır. 1980-ci ildə Pakistan HHQ-nin Sarqoda şəhərində yerləşən kollecindən bakalavr dərəcəsi ilə məzun olmuş, 1993-cü ildə Kəraçi Universitetindən, 1998-ci ildə London Kral Kollecindən məzun olmuşdur. O, 2006-cı ildə "müdafiə və strateji elmlər" üzrə Milli Müdafiə Universitetində magistr dərəcəsi ilə təhsilini başa vurmuşdur.
Zinət Aman
Zinət Aman (ing. Zeenat Aman; 19 noyabr 1951, Bombey) — məşhur Hindistan aktrisası , modeli və rəqqasəsi. Zinət Aman 19 noyabr 1951-ci ildə anadan olub. Atası Amanulla Xan müsəlman, anası isə indus olub. 13 yaşında atasını itirməyi Zinətin həyatında ağır izlər qoyub. Zinətın anası ikinci dəfə almanla ailə qurub. Məhz bu evlilik Zinətın həyatını tam dəyişdirib. Ögey atasının mədəni və intellektual olması Zinət üçün bir sıra imkanlar açıb. Unversitetə daxil olan Zinət əla oxuduğuna görə ABŞ-a, Los-Ancelesə oxumağa göndərilib. Burada o fotomodel kimi də fəaliyyət göstərib.
Teodor Aman
Teodor Aman (20 mart 1831[…], Kımpulunq – 19 avqust 1891[…], Buxarest) — rumın rəssamı, çap ustası və professoru.
Aman kəndi (Qoşaçay)
Aman kəndi (fars. امن كندي‎) — İranın Qərbi Azərbaycan ostanının Qoşaçay şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 23 nəfər yaşayır (4 ailə).
Darul Aman sarayı
Darul Aman sarayı - Əfqanıstanın paytaxtı Kabilin mərkəzindən 16 km uzaqlıqda yerləşən və Avropa tərzində tikilmiş saray. == Tarixçə == Darul Aman sarayı 1920-ci illərdə kral Əmanullah Xan tərəfindən Əfqanıstanı müasirləşdirmək üçün tikdirilmişdi. Saray yeni paytaxt layihəsinin bir parçası idi. Neoklassik memarlığında inşa edilmiş saray ölkədə çıxan bir çox islamiyyət çevrilişləri üzündən əhəmiyyət qazanmamışdır. == Dağılması == Saray ilk dəfə 1969-cu ildə hücuma məruz qalmış, 1970-1980 illəri arasında təmir edilib Əfqanıstan Müdafiə Nazirliyinə təhvil verilmişdir. 1978-ci ildə sosialist inqilabında yenidən zərər görən saray 1990-cı illərdə antikommunist hadisələr zamanı xaraba edilmiş, SSRİ Əfqanıstandan çəkilənə qədər top atəşinə tutulmuşdur 2005-ci ildə Əfqan Məclisi sarayın bərpası üçün qərar versə də, layihənin başlanacağı 2010-cu il iyununda heç bir iş görülməmişdi. 15 aprel 2012-ci ildə isə Talibanın hücumlarına məruz qalmışdır. Sarayın yaxınlığında Əmanullah Xan üçün tikdirilmiş Tacbeq sarayı da yerləşir.
Fəza-zaman
Məkan-zaman və ya fəza-zaman anlayışı – nisbilik nəzəriyyəsində məkan və zamanın vahid 4 ölçülü koordinat sisteminin müxtəlif hissələri kimi götürülməsindən formalaşıb. Nisbilik nəzəriyyəsi kəşf olunana qədər mexanikada Nyuton qanunları və Qalileyin nisbilik prinsipi əsas yeri tuturdu. Bu çərçivədə məkan, sərbəst hərəkətin mümkün olduğu və 3 ölçülü koordinat sistemi ilə təsvir oluna biləcək mühit, zaman isə bu fəzadakı hərəkəti xarakterizə edən kəmiyyət olaraq götürülürdü. Beləliklə, nisbilik nəzəriyyəsindən əvvəl məkan və zaman bir-birindən ayrı anlayışlar idi. Lakin Albert Eynşteyn zaman və uzunluğun nisbi anlayışlar olduğunu göstərdikdən sonra alman riyaziyyatçısı Herman Minkovski, hadisələri 3 ölçülü fəzada dəyərləndirmək əvəzinə 4 ölçülü fəzazaman koordinat sistemində dəyərləndirməyin daha əlverişli olduğu qənaətinə gəldi. Belə olduqda zaman özü keçmişdən gələcəyə doğru bir istiqamət kimi götürülürdü. Ümumi nisbilik nəzəriyyəsinin kəşf olunmasında xüsusi nisbilik nəzəriyyəsinin, Minkovski koordinat sistemində təsviri böyük rol oynayıb.
Məhəmməd Zaman
Məhəmməd Zaman və ya Məhəmməd Paolo Zaman Kermani (d. 1680-ci ildən əvvəl – ö. 1700-cü ildən sonra) — Səfəvi imperiyasında fəaliyyət göstərən məşhur rəssam və xəttat. Səfəvi imperiyası miniatür sənətində XVII əsrin ortalarında yaranmağa başlayan Farangi-Sazi üslubunun ən görkəmli nümayəndələrindən biri hesab edilir. Təxminən 1680-ci ildə dünyaya gəlmiş, fəaliyyəti nəticəsində məşhur Səfəvi xəttatlarından və rəssamlarından birinə çevrilmişdir. Əslən Kermandan olsa da, Təbrizdə təhsil almışdır. II Şah Abbasın hakimiyyəti dövründə şah tərəfindən rəssamlıq sənəti alması üçün Romaya göndərilmişdir, lakin buradakı təhsili zamanı Katolik olmuş və Paolo adını qəbul etmişdir. Din dəyişdirdiyinə görə, Səfəvi imperiyasına geri döndükdən sonra problem yaşamışdır. Xristianlığı qəbul etməsinin aşkarlanmasından sonra Böyük Moğol imperiyasına qaçmış, moğol sülaləsi tərəfindən qəbul edilərək saraya yerləşdirilmişdir. O, rəssam və xəttat kimi italyan rəssamların texnikasından təsirlənmişdir.
Zaman (ad)
Zaman — Azərbaycanda kişi adı. Zaman Abdulla — Azərbaycanlı şair. Zaman Əsgərli — Azərbaycan ədəbiyyatşünası, tənqidçi, publisist.
Zaman (dəqiqləşdirmə)
Zaman — ölçülə bilən fiziki kəmiyyət. Həmçinin aşağıdakı mənalara da gələ bilər; Zaman — hadisələrin müəyyən ardıcıl gedişinin dərki; Zaman — Türkiyədə nəşr olunan gündəlik qəzet Zaman — qrammatikada hadisələrin gedişini təsvir edən forma.
Zaman (fizika)
Zaman və ya vaxt — fizikada və başqa təbiət elmlərində bizim kainatın ölçüsü kimi qəbul edilir. O ölçüləbilmə qabiliyyətinə malik olub kainatda baş verən istənilən materiya dəyişiklikləri ilə əlaqədardır. Zaman köklü fenomenlərlə izah oluna bilmədiyindən, o ölçmə yolu ilə qiymətləndirilir. Sİ vahidlər sistemində zaman saniyə (s) ilə ölçülür. Bunun əsasında dəqiqə, saat, gün və həftə əmələ gəlir. Təqvimdən asılı olaraq ay, il, əsr və minilliklər də mövcuddur. Zamanın ölçülməsi astronomiyanın qədim məsələlərindən biridir. Astronomiyada günəş günü və ulduz günü arasında fərq vardır. Bu fərq il boyu bir gün edir. Günəş günü Sİ vahidlər sistemində heç bir vahidə malik deyil.
Zaman (fəlsəfə)
Zaman fəlsəfədə baş verən hadisələrin ardıcıllığının insan tərəfindən dərk edilməsidir. Bu dəyişikliklər "zamanın istiqamətini" əsaslandırırlar. Zamanın mövcudluğunu Platon, Aristotel, Avqust, Leybnits, Kant kimi dahi filosoflar müxtəlif şəkildə təsvir etmişlər. Gündəlik həyatdan məlumdur ki, zaman dərk oluna bilməyən obyektlərdən asılı olmayaraq da mövcuddur. Buna görə də, zamanın təsvirində həmişə belə bir sual ortaya çıxırdı ki, zaman insanların düşüncəsində xüsusi baxış formalaşdıqdan sonra mövcud olmuş, ya da ondan asılı olmayaraq obyektiv, bərabərformalı və mütləq mövcuddur. Bu sualın cavabı əsrlər boyu fəlsəfənin, teologiyanın və mistikanın əsas mövzusu olmuşdur. Son zamanlarda fizika, astronomiya, neurologiya, xronopsixologiya və başqa elm sahələri də zamanın tədqiqində öz töhfələrini vermişlər. Zamanın mövcudluğu öz-özlüyündə problem yaradır, çünki, mövcudluq anlayışının vaxtla əlaqələndirilməsi çətindir. İnsan beynində aparılan son tədqiqatlar, molekulyar biologiya və psixologiya göstərmişdir ki, insanda dərketmə, düşünmə, yadasalma, vaxt hissi və şüur bir-biri ilə o dərəcədə sıx bağlıdır ki, onlar adi halda bir-birindən ayrıla bilməzlər. Zaman, düşüncə və insan şüuru birlikdə fəaliyyət göstərirlər.
Zaman Abdulla
Zaman Abdulla (tam adı:Abdullayev Zaman Məsimalı oğlu), (d.1938, Çaxırlı, Göyçə — ö. 09.08.2004, Bakı) – şair. Abdullayev Zaman Məsimalı oğlu 1938-ci ildə Göyçə mahalının Basarkeçər rayonunun Çaxırlı (Qızılbulaq) kəndində anadan olub. Anası Zərnişan mahalın Daşkənd kəndində yaşayan Şahnazarlı nəslindən olan Çıraqəlinin qızıdır. 1941-ci ildə Böyük Vətən Müharibəsi başlayanda atası Məsimalı müharibəyə getmiş və bir daha geri qayıtmamışdır. Anası Zərnişan balaca 3 yaşlı Zamanı da götürərək ata evinə yəni Çıraqəli kişinin himayəsinə getmişdir. 1944–1954-cü illərdə Daşkənd kənd orta məktəbində oxumuşdur. Sonralar Zaman Abdullayev Qazaxıstanda, daha sonra isə Stavropolda yaşamışdır. O, sonda yenə doğma Göyçə mahalına qayıtmışdır. 1988-ci ildə məlum hadisələrlə əlaqədar olaraq Bakı şəhərinə köçmüşdür.
Zaman Məmmədov
Zaman Novruz
Zaman Novruz(ing. Zaman Nəzərəli oğlu Novruzov; d.7 noyabr 1932, Kürdəmir, Axtaçı k. - ö.14 avqust, 2005, Bakı) — nasir, publisist, Azərbaycan Xalq Yaradıcılığı Akademiyasının biologiya doktoru (1993), 2005-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü. 1932-ci il noyabrın 7-də Azərbaycanda Kürdəmir rayonunun Axtaçı kəndində anadan olub. 1958-ci ildə Sabirabad şəhər orta məkətbini bitirib. 1958-63-cü illərdə Azərbaycan Dövlət Neft-Kimya İnstitunun sənaye iqtisadiyyatı fakültəsində, 1963-69-cu illərdə isə Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsinin axşam şöbəsində təhsil alıb. 1954-59-cu ildə Əmək fəaliyyətinə Azərbaycan Xalq Təsərrüfatı Şurasında mühəndis-texnoloq kimi başayıb. 1959-89-cu ildə Azərbaycan Daxili İşlər Nazirliyində baş exspert, baş müstəndiq, idarə rəisi işləmişdi. 1988-ci ildən Azərbaycan Ovçular Cəmiyyyəti birliyinə sədr seçilən Z.Novruz 1991-1993-cü illərdə Azərbaycan Dövlət Texniki Universitetində professor əvəzi fəaliyyət göstərmişdir. 2005-ci il avqustun 14-də Bakı şəhərində dünyasını dəyişmişdi.
Zaman Qarayev
Zaman Qarayev (1931, Böyük Dəhnə, Nuxa rayonu – 27 mart 2014, Bakı) — yazıçı, publisist, tənqidçi, ədəbiyyatşünas alim. 1961-ci ildən SSRİ Yazıçılar İttifaqının üzvü, filologiya elmləri namizədi (1976). Zaman Sadıq oğlu Qarayev 1931-ci ilin yanvar ayında Şəki rayonunun Böyük Dəhnə kəndində dünyaya gəlib. 1937–1947-ci illərdə Böyük Dəhnə kənd məktəbində orta təhsil alıb. 1947-ci ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinə daxil olmuşdur. 1952-ci ildə ali təhsilini başa vuraraq Azərbaycan dili, məntiq və psixologiya müəllimi ixtisasına yiyələnmişdir. Təyinatla Goranboy rayonuna göndərilmiş, Goranboy kəndində yaşlılar orta məktəbinə direktor və ədəbiyyat müəllimi təyin edilmişdir. 1954-cü ildə doğma Şəki rayonuna qayıdan Zaman Qarayev əvvəlcə 1 saylı Kiçik Dəhnə kənd orta məktəbində, 1955–1961-ci illərdə Böyük Dəhnə kənd orta məktəbində Azərbaycan dili və ədəbiyyatı müəllimi işləmişdir. Ədəbi mühitə daha yaxın olmaq, geniş yaradıcılıq fəaliyyəti ilə məşğul olmaq üçün Zaman Qarayev 1961-ci ilin yanvar ayında Bakıya köçmüş, Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində redaktor vəzifəsində işləməyə başlamışdır. 1961-ci il 4 yanvar tarixində SSRİ Yazıçılar İttifaqına üzv seçilmişdir.
Zaman Universiteti
Zaman Universiteti — Kambocanın Pnompen şəhərində yerləşən ali təhsil müəssisəsi. Universitetin əsası 2010-cu ildə qoyulmuşdur.
Zaman fəlsəfəsi
Zaman fəlsəfədə baş verən hadisələrin ardıcıllığının insan tərəfindən dərk edilməsidir. Bu dəyişikliklər "zamanın istiqamətini" əsaslandırırlar. Zamanın mövcudluğunu Platon, Aristotel, Avqust, Leybnits, Kant kimi dahi filosoflar müxtəlif şəkildə təsvir etmişlər. Gündəlik həyatdan məlumdur ki, zaman dərk oluna bilməyən obyektlərdən asılı olmayaraq da mövcuddur. Buna görə də, zamanın təsvirində həmişə belə bir sual ortaya çıxırdı ki, zaman insanların düşüncəsində xüsusi baxış formalaşdıqdan sonra mövcud olmuş, ya da ondan asılı olmayaraq obyektiv, bərabərformalı və mütləq mövcuddur. Bu sualın cavabı əsrlər boyu fəlsəfənin, teologiyanın və mistikanın əsas mövzusu olmuşdur. Son zamanlarda fizika, astronomiya, neurologiya, xronopsixologiya və başqa elm sahələri də zamanın tədqiqində öz töhfələrini vermişlər. Zamanın mövcudluğu öz-özlüyündə problem yaradır, çünki, mövcudluq anlayışının vaxtla əlaqələndirilməsi çətindir. İnsan beynində aparılan son tədqiqatlar, molekulyar biologiya və psixologiya göstərmişdir ki, insanda dərketmə, düşünmə, yadasalma, vaxt hissi və şüur bir-biri ilə o dərəcədə sıx bağlıdır ki, onlar adi halda bir-birindən ayrıla bilməzlər. Zaman, düşüncə və insan şüuru birlikdə fəaliyyət göstərirlər.
Zaman kapsulu
Zaman kapsulu — içərisində hazırlandığı zamana aid əşyalar qoyulan və əsas məqsədi gələcəkdə kapsulu tapan insanlar ilə ünsiyyət üsulu olan və arxeoloqlara, tarixçilərə və antropoloqlara kömək edən kapsuladır.
İndiki zaman
İndiki zaman — cari anda baş verən hadisələrdən, yəni məkan-zamanın müəyyən bir sahəsindən ibarət olmaqla zaman oxunun bir hissəsidir. Müəyyən fərziyyələrə görə, indiki vaxt cari günlərə, aylara və hətta illərə də aiddir. Bu mənada indiki zaman keçmişə (artıq baş vermiş bir çox hadisələr) və gələcəyə (hələ baş verməmiş bir çox hadisələr) qarşı durur və onların arasında yerləşir.
Məkan-zaman
Məkan-zaman və ya fəza-zaman anlayışı – nisbilik nəzəriyyəsində məkan və zamanın vahid 4 ölçülü koordinat sisteminin müxtəlif hissələri kimi götürülməsindən formalaşıb. Nisbilik nəzəriyyəsi kəşf olunana qədər mexanikada Nyuton qanunları və Qalileyin nisbilik prinsipi əsas yeri tuturdu. Bu çərçivədə məkan, sərbəst hərəkətin mümkün olduğu və 3 ölçülü koordinat sistemi ilə təsvir oluna biləcək mühit, zaman isə bu fəzadakı hərəkəti xarakterizə edən kəmiyyət olaraq götürülürdü. Beləliklə, nisbilik nəzəriyyəsindən əvvəl məkan və zaman bir-birindən ayrı anlayışlar idi. Lakin Albert Eynşteyn zaman və uzunluğun nisbi anlayışlar olduğunu göstərdikdən sonra alman riyaziyyatçısı Herman Minkovski, hadisələri 3 ölçülü fəzada dəyərləndirmək əvəzinə 4 ölçülü fəzazaman koordinat sistemində dəyərləndirməyin daha əlverişli olduğu qənaətinə gəldi. Belə olduqda zaman özü keçmişdən gələcəyə doğru bir istiqamət kimi götürülürdü. Ümumi nisbilik nəzəriyyəsinin kəşf olunmasında xüsusi nisbilik nəzəriyyəsinin, Minkovski koordinat sistemində təsviri böyük rol oynayıb.
Zaman Mirzəzadə
Zaman Arzuman oğlu Mirzəzadə (8 fevral 1995, Lənkəran) — müdafiə mövqeyində çıxış edən Azərbaycan futbolçusu, mövqe müdafiəçisi. Mirzəzadə uşaq yaşlarından "Xəzər Lənkəran" FK-da çıxış etmişdir. O, 2015-ci ildə əsas komandaya keçmiş, klub ləğv olunana qədər klubda çıxış etmişdir. Zaman Arzuman oğlu Mirzəzadə 8 fevral 1995-ci ildə Azərbaycanın Lənkəran şəhərində anadan olmuşdur. Zaman Mirzəzadə "Xəzər Lənkəran" FK-nın yetirməsidir. O, 12 yaşında uşaq yaş kateqoriyasında karyerasına başlamışdır. Mirzəzadə "Xəzər Lənkəran"ın 17 yaşadək komandasında çıxış etmiş, 2012-ci ildə klubun gənclər komandasına keçid etmişdir. O, 2014-cü ildən əsas komandada çıxış etməyə başlamışdır. Bundan başqa, Mirzəzadə həm də ehtiyat komanda üçün çıxış etmişdir. O, Topaz Premyer Liqasının 2014/2015 mövsümündə, 2 may 2015-ci il tarixində klubun əsas heyətində eyni liqada çıxış edən "Bakı" FK ilə səfər oyununda debüt etmişdir.
Zaman Azərbaycan
Zaman-Azərbaycan - "Zaman-Azər MMC"-nin təsis etdiyi qəzetdir. "Zaman-Azərbaycan" qəzeti ilk dəfə 1991-ci ilin may ayının 24-də çap olunmuşdur. "Zaman-Azərbaycan"ın ilk nəşrləri İstanbulda çap olunaraq, təyyarə ilə Bakıya gətirilmişdir. O zamanlar Azərbaycan hələ müstəqilliyini bərpa etməmişdi. Sovet İttifaqı dağıldıqdan sonra, Azərbaycan müstəqilliyini elan edən kimi "Zaman-Azərbaycan" qəzeti ölkədə ilk xarici qurum kimi qeydiyyatdan keçmişdir. Bundan sonra "Zaman-Azərbaycan" tamamilə Azərbaycanda hazırlanmış və Azərbaycan Dövlət Nəşriyyatında çap olunmuşdur. Müstəqilliyin ilk illərində yalnız köhnə mətbəələr var idi. Ona görə də, rəngli kağız və dünya standartlarına uyğun çap imkanı yox idi. Bu problemi həll etmək üçün "Zaman-Azərbaycan" ilk dəfə ölkəyə rəngli mətbəə gətirmişdir. Bu, Azərbaycan tarixi üçün ilk rəngli mətbəə idi.
Zaman polisi
Zaman polisi (ing. Timecop) — 1994-cü ildə Piter Hayams tərəfindən çəkilən filmdir. Bu film ABŞ-nin "Dark Horse Comics" nəşriyyatı tərəfindən istehsal edilən, Mark Veraydenin eyniadlı komiksı əsasında filmdir. Zaman polisi — Internet Movie Database saytında.
Zaman cinayətləri
Zaman cinayətləri (isp. Los cronocrímenes) — Naço Viqalondonun öz yazdığı ssenari əsasında çəkdiyi ispan elmi fantastika filmidir. Rejissor filmdəki rollardan birində də çəkilmişdir. Filmin baş qəhrəmanı üç dəfə eyni günü yaşayır və özünü düşdüyü zaman dövriyyəsindən xilas etməyə çalışır.

Значение слова в других словарях