amener
Américain
OBASTAN VİKİ
2015 Kopa Amerika
Amerika Kuboku 2015 (isp. 2015 Copa América) — 11 iyun-4 iyul 2015-ci il tarixləri arasında Çilidə keçirilən sayca 44-cü Amerika Kuboku. Turnir Cənubi Amerikanın ali futbol qurumu CONMEBOL tərəfindən təşkil olunmuşdur Uruqvay turnirə son çempion kimi qatılmışdır. Turnirdə 10-u CONMEBOL, 2-si CONCACAF (Meksika və Yamayka) üzvü olmaqla 12 komanda iştirak etmişdir. Yamayka ilk dəfə turnirə qatılmışdır. Turnirin qalibi olan Çili millisi 2017-ci ildə Rusiyada keçiriləcək Konfederasiyalar Kubokunda iştirak etmək haqqı qazanmışdır. == Ev sahibi ölkə == Əslində turnirə ev sahibliyi etmək üçün 2011-ci ilin fevralında Braziliya Futbol Federasiyası namizədlik vermişdi və CONMEBOL qaydalarına görə ev sahibi ölkə əlifba ardıcıllığı ilə müəyyən olunurdu. Çilidə isə 2019-cu ildə bu turnir baş tutmalı idi. Amma 2013-cü ildəki Konfederasiyalar Kubokuna, 2014-cü ildəki Futbol üzrə Dünya çempionatına və 2016-cı ildəki Yay Olimpiya oyunlarına görə Braziliya namizədliyini geri çəkmişdir. CONMEBOL prezidenti Nikolas Leoz turnirin Meksika Futbol Federasiyasının 100 illiyi münasibəti ilə Meksikada keçirilməsini təklif etmişdir.
Al Jazeera America
Al Jazeera Amerika (ərəb. قناة الجزيرة أمريكا‎) — Əl-Cəzirə məxsus olan Beynəlxalq televiziya şirkəti Amerika kabel kanalı. Kanal 20 avqust 2013-cü ildə ABŞ-da yayımına başlamışdır, lakin 2016-cı ilə qədər onun reytinqləri kəskin şəkildə düşmüş və 2016-cı il aprelin 12-də «Al Jazeera America» işini ləğv etmişdir . Kanalın qərargahı Nyu-York şəhərinin Manhetten Mərkəzinin birinci mərtəbəsində yerləşirdi . «Al Jazeera America» Amerikanın şəhərlərində 12 regional ofisə sahib idi: Vaşinqton (2 şöbə), Çikaqo, Detroyt, Neşvill, Los-Anceles, Sietl, Yeni Orlean, Dallas, Denver, Mayami və San-Fransisko.
Amblyseius americanus
Amblyseius americanus (lat. Amblyseius americanus) — phytoseiidae fəsiləsinin amblyseius cinsinə aid heyvan növü. == İstinadlar == Amblyseius americanus Catalogue of Life saytında Mites GSDs: PhytoseiidBase.
Amerikansayağı gözəllik (film musiqisi)
“American Beauty: Music from the Original Motion Picture Soundtrack” 1999-cu ildə Kevin Speysi və Anetta Beninqin baş rollarını canlandırdığı filmin musiqi albomudur. Kris Duridas, Sem Mendes və Maykl Ostinin prodüsserliyi ilə istehsal edilmiş albom 2000-ci ildə “Bədii film, televiziya və ya digər vizual mediada ən yaxşı film musiqisi albomu” nominasiyasında Qremmi mükafatına (mükafatın təsisatı) namizəd göstərilmişdir. Film musiqisinə Tomas Nyumanın bir neçə mükafata layiq görülmüş orijinal film musiqisindən də bəzi parçalar daxil edilmişdi. “Beatles” qrupunun “Because” mahnısının Elliot Smitin ifasında kover versiyası filmin bağlanış musiqisi kimi istifadə edilmişdir. Filmdə istifadə olunmuş "Dead Already" mahnısı isə sonradan 2005-ci ildə istehsal edilmiş “Madaqaskar” filmində də istifadə olunmuşdur. Nyumanın "Any Other Name" və "Dead Already" musiqiləri DJ Jakatta tərəfindən 2000-ci ildə çıxarılmış “American Dream” musiqisində istifadə edilmişdir.
Amerikansayağı gözəllik filminin qazandığı mükafatların siyahısı
Amerikansayağı gözəllik 1999-cu ildə Sem Mendesin rejissorluğu, Alan Bolun ssenari müəllifliyi ilə istehsal edilmiş ABŞ drama filmidir. Filmdə Kevin Speysi orta yaş böhranı yaşayan və yeniyetmə qızı Angela Heyesin (Mena Suvari) ən yaxşı rəfiqəsinə vurulan ofis işçisi Lester Bernham obrazını canlandırır. Anetta Beninq Lesterin materialist arvadı Karolin, Tora Birç isə onların etibarsız qızı Ceyn obrazını canlandırmışlar. Filmdə həmçinin Uez Bentli, Kris Kuper və Ellison Cenni də rol almışdır. Film ziyalılar tərəfindən Amerikan orta təbəqəsinin gözəllik və şəxsi məmnunluq hissinə satirik tanaşma kimi dəyərləndirilmişdir; filmdə romantik və valideyn sevgisi, seksuallıq, gözəllik, materializm, özünüifadə və ehtiras məsələlərinin təsviri tədqiq edilmişdir. Şimali Amerikada 15 sentyabr 1999-cu ildə təqdim edilən film tənqidçilər və izləyicilər tərəfindən müsbət qarşılanmışdır; ilin ən yaxşı rəy alan filmi olan "Amerikansayağı gözəllik" bütün dünyadan $350 milyondan çox gəlir əldə etmişdir. Rəylərdə filmin müxtəlif xüsusiyyətləri xüsusilə Mendes, Speysi və Bolun fəaliyyətinə diqqət yetirilmişdir; tənqid isə daha çox obrazlar və quruluşa yönəlmişdir. Oskar mükafatına aparan yolda filmin şanslarını artırmaq üçün "DreamWorks" geniş təbliğat işlərinə başlamışdır; növbəti il keçirilən LXXII Oskar mükafatlarının təqdim edilməsi mərasimində film İlin Ən Yaxı Filmi, Ən Yaxşı Rejissor işi, Ən Yaxşı Aktyor (Kevin Speysi üçün), Ən Yaxşı orijinal Ssenari və Ən Yaxşı Operator işi nominasiyalarında mükafata layiq görülmüşdür. Film, rejissor, ssenari və aktyor işinə görə bir çox başqa mükafatlara da namizəd göstərilmiş və uğur qazanmışdır. "DreamWorks" "Amerikansayağı gözəllik" filminin əsas təbliğat kompaniyasını 5.600 Akademiya Film Mükafatı seçicilərinə bülletenlərin göndərilməsindən beş həftə əvvəl başladı.
Amerikanskaya Koşka
Amerikanskaya Koşka (rus. Американская Кошка) — Çukot Muxtar Dairəsinin cənubunda yerləşən burun. Sahillərini Anadır körfəzinin suları yuyur. Anadır çayının sağ sahili boyunca uzanan dilin sonucunu təşkil edir. Burunun sahilə sularında dərinlik 0,6 – 2 m arasında dəyişir. Əsasən çınqıl və qumdan təşkil olunmuşdur. Burun Markov kəndinin sakinləri tərəfindən adlandırılmışdır. Belə ki, 1865-ci ildə buradan transberinq telefon xəttini çəkərkən amerikalı işçilər işləmişdir. Kazaklar isə dil və ya dayazlığı "Koşka" olaraq adlandırırdılar. Burunda RF Müdafiə Nazirliyi tərəfindən naviqasiya işarəsi qoyulmuşdur.
Amerikanın Səsi
Amerikanın Səsi (ing. Voice of America) — ABŞ hökumətinin xarici auditoriya üçün nəzərdə tutulmuş xəbər yayımlama təşkilatı. Amerikanın Səsinin nizamnaməsinə əsasən yayımların məqsədi "Amerika və dünya haqda xaricdəki auditoriyaya multimedia formatında səhih, obyektiv və balanslı məlumat verməklə azadlıq və demokratiyanı təşviq etməkdir." == Tarixi == Təşkilat 1942-ci ildən fəaliyyət göstərir. Amerikanın Səsi hazırda 43 dildə İnternetdə, televiziyada və radioda verilişlər yaymlayır. Hesablamalara görə dünya boyu hər həftə Amerikanın Səsinin verilişlərini 123 milyon adam izləyir. == Azərbaycanca == Amerikanın Səsinin Azərbaycan xidməti müəyyən fasilələr istisna olmaqla 1952-ci ildən fəaliyyət göstərir. Sovet İttifaqı 1991-ci ildə dağılanadək Amerikanın Səsinin Azərbaycan xidmətinin verilişləri qısa dalğalı radiolarda yayımlanırdı. Bundan sonra Amerikanın Səsi Azərbaycanda meydana çıxan FM radiosunda və bir müddət ANS TV və AZTV-də verilişlər yayımladı. 2008-ci ildə Azərbaycan prezidenti İlham Əliyevin fərmanına əsasən xarici yayım şirkətləri Azərbaycanın yerli dalğalarından xaric edildikdən sonra Amerikanın Səsi öz verilişlərini İnternetdə (www.amerikaninsesi.org) və peyk televiziyasında (Hotbird) yayımlayır. Amerikanın Səsinin vebsaytında Azərbaycan auditoriyası üçün maraq doğuracaq gündəlik xəbər və reportajlardan əlavə "Dünyaya baxış", "Şoubiz" və "Amerikana" proqramları yer alır.
Amerikanın adlandırılması
Amerika — Qərb yarımkürəsində qitə. O, Şimali və Cənubi Amerika qitələrinə bölünür. Qitə Xristofor Kolumbun 1492-ci il səfərindən əvvəl yerlilər tərəfindən bir çox ada malik idi. O tarixdən sonra gələn əcnəbilər isə qitəni Amerika adlandırdılar. Ümumi olaraq, Amerika adının XVII əsrdə, bu iki qitədə tədqiqatlar aparmış İtaliya səyyahı Ameriqo Vespuççidən gəldiyi qəbul edilir. Buna baxmayaraq, bəzi tarixşünaslar müxtəlif açıqlamalar irəli sürüblər. == İstifadəsi == Müasir Azərbaycan dilində, Şimali və Cənubi Amerika ayrı qitələr hesab edilir. Bu, ingilis dilində də eynidir, amma onlar cəmdə "Americas" (azərb. Amerikalar‎) adlanır. Addan tək formada istifadə edən zaman, bu ad sadəcə Amerika qitəsinə aid edilir.
Amerikanın kəşfi
Amerikanın kəşfi — XV əsrin sonunda Amerika kəşf olunmaqla dünya xəritəsində öz əksini tapır. Bu mərhələ Amerikanın əslində kimlər tərəfindən aşkar olunmasının mübahisəli dövrüdür. Əslində həllini tapmamış bu məsələ hələ də qaranlıq qalmaqdadır. Amerikanın skandinaviyalılar, ispanlar, portuqallar, irlandlar, italyanlar, yaponlar tərəfindən aşkar olunması haqqında müxtəlif versiyalar vardır. Yaponlar Ekvador sahillərində qədim yapon keramikasının tapılmasına əsaslanaraq materikin kəşfinə iddialıdırlar. Əgər deyilənlər doğru olsa belə, bu kəşflər kiçik əraziləri əhatə etdiyindən və dəqiqləşdirilməmiş məlumatlar olduğundan coğrafiya tarixində materikin kəşf olunması X.Kolumbun adı ilə bağlanılır. Hər halda, Amerikanın 985-ci ildə normann dənizçisi Byarnı tərəfindən kəşf olunması haqqında dəqiqləşdirilmiş məlumatlar var. Byarnı 985-ci ildə Qrenlandiyaya üzərkən duman və qüvvətli küləklərin təsirindən götürdüyü istiqamətdən kənara çıxaraq, ilk dəfə Nyufaundlend sahillərinə çatır. O, Amerikanın kəşfində hətta Leyf Eriksonu 18 il qabaqlamışdır. Bu gün Xristofor Kolumbun "Qərbi Hindistan" kimi Amerika qitəsini kəşf etməsi coğrafiya tarixində aşağıdakı kimi səciyyələndirilməkdədir.
Amerikanın səsi (film, 2015)
Amerikanın səsi sənədli filmi 2015-ci ildə İzmediada istehsal edilmişdir. Film Amerika ölüm fabriki olan Quantanamo həbs düşərgəsinin gizlinlərindən bəhs edir. == Məzmun == Film Amerika ölüm fabriki olan Quantanamo həbs düşərgəsinin gizlinlərindən bəhs edir. ABŞ prezidenti Barak Obamanın müvafiq qərarının ziddinə olaraq Amerikanın bu liberal “millətçi düşərgəsində” məhkəmədə günahları hələ sübut olunmamış təqsirləndirilən şəxslərə amansız divan tutulması davam edir.
Amerikanın İspaniya sahilləri
Amerikanın İspaniya sahilləri — İspaniya imperiyasının Amerika qitəsindəki koloniyalarının Karib dənizi və Meksika körfəzinin sahillərini əhatə edən kontinental əraziyə verilən ad. XLVII və XLVIII əsrlərdə bu sahilyanı ərazilərin cənub hissəsi Tyerra Firme vilayəti və ya "kontinental vilayət" olaraq bilinirdi. == Konsepsiya == Termin ABŞ-nin indiki Florida ştatını, Meksika körfəzinin Texas ştatı və Meksikadakı qərb sahillərini, Mərkəzi Amerika və Cənubi Amerikanın şimal sahillərini əhatə edirdi. XLVII əsrdən XIX əsrə qədər Amerikanın İspaniya sahilləri Amerikanın qızıl, gümüş, odun və heyvan dəriləri kimi təbii sərvətlərinin İspaniyaya göndərildiyi yer idi. == İstinadlar == == Ədəbiyyat == Karl Zauer. The Early Spanish Main. Berkeley and Los Angeles: University of California Press 1969. == Xarici keçidlər == "Reefs, Wrecks and Rascals". Melfisher.org. Archived from the original on 2012-02-06.
Amerina caroliniana
Salix nigra (lat. Salix nigra) — söyüdkimilər fəsiləsinin söyüd cinsinə aid bitki növü. == Sinonim == Amerina caroliniana Raf. Amerina houstoniana Raf. Amerina nigra Raf. Salix ambigua Pursh Salix denudata Raf. Salix dubia Trautv. [Invalid] Salix falcata Pursh Salix flavovirens Hornem. Salix ligustrina F.Michx. Salix ludoviciana Raf.
Amerina houstoniana
Salix nigra (lat. Salix nigra) — söyüdkimilər fəsiləsinin söyüd cinsinə aid bitki növü. == Sinonim == Amerina caroliniana Raf. Amerina houstoniana Raf. Amerina nigra Raf. Salix ambigua Pursh Salix denudata Raf. Salix dubia Trautv. [Invalid] Salix falcata Pursh Salix flavovirens Hornem. Salix ligustrina F.Michx. Salix ludoviciana Raf.
Amerina nigra
Salix nigra (lat. Salix nigra) — söyüdkimilər fəsiləsinin söyüd cinsinə aid bitki növü. == Sinonim == Amerina caroliniana Raf. Amerina houstoniana Raf. Amerina nigra Raf. Salix ambigua Pursh Salix denudata Raf. Salix dubia Trautv. [Invalid] Salix falcata Pursh Salix flavovirens Hornem. Salix ligustrina F.Michx. Salix ludoviciana Raf.
Amerind dilləri
Amerind dilləri — Kolumböncəsinə qədər Amerika qitəsində danışılan yerli dillər - başda qədim astek, maya, keçua dillərini ehtiva edən böyük dil ailəsi. Amerind dilləri hipotezi ilk dəfə amerikalı linqvist Cozef Qrinberq tərəfindən elm dünyasında təklif olunmuşdur. Hipotezin təsdiqlənmiş və çözülmüş iddiaları mövcuddur.
Ameriqo Vespuççi
Ameriqo (Ameriko) Vespuççi (it. Amerigo Vespucci, lat. Americus Vespucius; 9 mart 1454, Florensiya, Florensiya Respublikası – 22 fevral 1512, Sevilya, Kastiliya krallığı) — florensiyalı səyyah, kartoqraf. == Həyatı == Ameriqo Vespuççi 9 mart 1454-cü ildə Florensiyada anadan olmuşdur. Xristofor Kolumbun "Amerikanı" kəşf etməsi portuqalları ciddi narahat etməyə başladı. Verdikləri "hədiyyə"ni geri qaytarmaq bir nömrəli problemə çevrilmişdi, lakin ispanlar Amerika qitəsini öyrənməkdə davam edirdilər. Yeni Dünyanın tədqiq edilməsində artıq Ameriqo Vespuççi görkəmli şəxsiyyət sayılırdı. Yazılarına əsaslansaq o, 4 dəfə – 1497, 1499, 1501, 1503-cü illərdə Amerikada olmuşdur. Ancaq bu gün də Ameriqo Vespuççinin Yeni Dünyaya səyahətini şübhə altına alanlar vardır. Bir sıra tədqiqatçılar 1497-ci ildə Oxedlə birlikdə etdiyi səyahəti dəqiq sayırlar.
Amerisium
Amerisium (Am) – D.İ. Mendeleyevin elementlərin dövri sistemində 95-ci element.
Amersium
Amerisium (Am) – D.İ. Mendeleyevin elementlərin dövri sistemində 95-ci element.
Amerə (Komican)
Amerə (fars. امره‎; azərb. Amara‎) — İranda, Mərkəzi ostanında, Komican şəhristanının Mərkəz bəxşinin Vəfs dehestanında kənd. 2011–ci il siyahıyaalınmasına əsasən kəndin əhalisi 104 ailədə 114 nəfəri kişilər və 167 nəfəri qadınlar olmaqla cəmi 281 nəfərdir. Kəndin əhalisini türklər təşkil edir, türkcə danışırlar və şiə müsəlmandırlar.
Andris Ameriks
Andris Ameriks (latış. Andris Ameriks‎: d. 5 mart 1961; Yurmala, Latviya SSR) — latviyalı dövlət və siyasi xadim; Latviya Seyminin V (1993—1995) və VI (1995—1998) çağırış üzvü; Latviya Seyminin sədr müavini (1995—1998). == Həyatı == Andris Ameriks 1961-ci il martın 5-də Yurmala şəhərində anadan olub.
Arietinum americanum
Cypripedium arietinum (lat. Cypripedium arietinum) – səhləbkimilər fəsiləsinin zöhrəçiçəyi cinsinə aid bitki növü. Yabanı halda bitir. Hündürlüyü 10-40 sm, çiçəkləri isə 1-2 sm olur. May-iyun aylarında çiçəkləyir. Çiçəklərinin rəngi qəhvəyi-yaşıl çəhrayı və ağ == Sinonimləri == Criosanthes arietina (R. Br.) House (1905) Criosanthes borealis Raf. (1818) Arietinum americanum L.C. Beck (1833) Cypripedium arietinum f. biflorum P.M.Br.
Artemisia ludoviciana var. americana
Artemisia ludoviciana (lat. Artemisia ludoviciana) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin yovşan cinsinə aid bitki növü. == Sinonimləri == Artemisia brittonii Rydb. Artemisia cuneata Rydb. Artemisia diversifolia Rydb. Artemisia falcata Rydb. Artemisia ghiesbreghtii Rydb. Artemisia gnaphalodes Nutt. Artemisia gnaphalodes var. diversifolia (Rydb.) A.Nelson Artemisia gnaphalodes var.
Asplenium scolopendrium var. americanum
Skolopendraşəkilli sümürgə (lat. Asplenium scolopendrium) — bitkilər aləminin qıjıkimilər şöbəsinin qıjılar sinfinin əsl qıjılar dəstəsinin sümürgəkimilər fəsiləsinin sümürgə cinsinə aid bitki növü. == Sinonimləri == Asplenium altajense (Kom.) Grubov Asplenium sarelii f. altajense Kom. Phyllitis japonica Kom. Phyllitis scolopendrium (L.) Newman == Növləri == == Yarpaq == Yarpaq ayası xətvari-neştərşəkilli, tamkənarlı, qalındərili, çılpaqdır, qaidə hissəsi ürəkşəkilli olub, saplağı qısadır; saplaqları təpə hissədə gərilmiş, açıq-qonur rəngli dəriciklə ortülüdür. == Sorus == Soruslar bir-birinə paralel cərgələrlə yerləşmişlər, adətən yarpaq ayasının kənarına və yarpağın orta damarına qədər gəlib çatmır. Sporlar qonurdur, böyrəkşəkillidirlər. Çoxillikdir. == Sporlaması == İyul-Avqust.
Avstraliya 31-0 Amerika Samoası
Avstraliya-Amerika Samoası — 11 aprel 2001-ci ildə Avstraliya ilə Amerika Samoası milli futbol komandaları arasında Avstraliyanın Koffs Harbur şəhərindəki Beynəlxalq Stadionda oynanılmış 2002-ci il dünya çempionatının təsnifat oyunu. Avstraliya komandası həmin matçda 31-0 qalib gələrək beynəlxalq bir futbol qarşılaşmasında əldə edilən ən böyük qələbə rekordunu qırdı. Bu matçda 13 qol vuran Avstraliya futbolçusu Arçi Tompson bir beynəlxalq qarşılaşmada ən çox qol vuran futbolçu adının sahibi oldu. Tompsondan sonra oyunu 8 qol vuraraq tamamlayan Devid Zdriliç isə Birinci Dünya Müharibəsindən bu vaxtadək bir beynəlxalq oyunda ən çox qol vuran ikinci futbolçu oldu. Oyunun nəticəsi turnirin təsnifat mərhələlərinin keçirilmə formasının müzakirə edilməsinə səbəb oldu. Avstraliya komandasının baş məşqçisi Frenk Farina və 13 qol vurmuş futbolçu Arçi Tompson güc bərabərsizliyinin bu qədər çox nəzərə çarpdığı oyunların qarşısını almaq üçün ön təsnifat mərhələsinin keçirilməsinin vacib olduğunu söylədilər və FİFA tərəfindən də bənzər fikirlər bildirildi. Bu müzakirələrin nəticəsi olaraq 2006-cı il dünya çempionatının Okeaniya seçmələrində bir ön təsnifat turu da keçirilməyə başlandı. == Oyundan əvvəl == Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası 1986-cı ildən bəri Okeaniya regionu üçün ayrıca bir təsnifat mərhələsi keçirirdi. Bundan əvvəl isə Okeaniya regionunun komandaları Asiya regionunun komandalarının da daxil olduğu qarışıq bir təsnifatdan keçirdi. 2002-ci ildə Okeaniya seçmələrində cəmi on komanda iştirak etdi.
Azərbaycan Şimali Amerika mətbuatında
Azərbaycan Şimali Amerika mətbuatında — XIX və XX əsrlərdə Amerika Birləşmiş Ştatları və Kanada dövrü mətbuatında (qəzet və jurnal Azərbaycan, onun şəhərləri, mədəniyyəti və iqtisadiyyatı haqda verilmiş məlumatlar. == Tarixi == Azərbaycan haqda məlumatlara Avropa mətbuatında hələ orta əsrlər mənbələrində rast gəlmək olur. Rusiya mətbuatında isə Azərbaycan və onun şəhərləri haqda məlumatlara XIX əsrin əvvəllərindən geniş işıqlandırılsa da, hələ XVIII əsrdə rus mətbuatında Azərbaycandan gələn xəbərlərə yer verilirdi. Uzaq Şimali Amerikada isə XIX əsrdən başlayaraq yerli dövrü mətbuatda Azərbaycan barədə az da olsa məlumatlara rast gəlmək olur. Bunlar əsasən iqtisadi, satış və epidemiya xəbərləridir. == XIX əsr == Şimali Amerikada Azərbaycan adı ilk dəfə Cənubi Karolina ştatının Çarleston şəhərində nəşr edilən "Charleston Mercury" qəzetində 1823-cü il 25 mart tarixində çəkilib. Qəzetin 373-cü sayının II səhifəsində Azərbaycan şəhərlərində geniş yayılmış vəba xəstəliyindən söhbət açılır və xəstəliyin Azərbaycanın bir çox şəhərlərində vüsət aldığı deyilir. Xəbərə görə 5–20 gün ərzində təkcə Təbriz şəhərində 4.800 şəxs sözügedən xəstəlikdən vəfat edib. Şimali Amerika qəzetlərində Azərbaycan bölgələrində istehsal olunmuş məhsullara dair reklam xarakterli məlumatlar daha çoxdur. "The Chicago Chronicle" qəzetinin 1897-ci il 20 may tarixli sayının 12-ci səhifəsinə yerləşdirilən reklam xarakterli yazı bu qəbildəndi.
активи́роваться плодли́вый пого́док разверза́ться растолчённый то́чно вощёный глухарёнок идеали́ст идти́ к делу как ни приско́рбно кардио... отдале́нье припове́рхностный шиш фиск шарж bobbin-reel craniopagus dryster multipronged second signal-system whoosies повысить радиопеленгация