AMM

AMM(Ə)

ə. 1) xalq, camaat, kütlə; 2) kütləvi, ümumxalq; 3) avam, qara camaat; 4) seyid olmayan, Məhəmməd nəslindən olmayan.

AMİZİŞ
AMMƏ
OBASTAN VİKİ
AMM
Azərbaycanlıların Mədəniyyət Mərkəzi (AMM) - əsas məqsədi azərbaycanlıların Gürcüstan cəmiyyətinə inteqrasiya olunması, gənclərin təhsilə marağının artırılması, azərbaycanlıların mədəniyyətinin, tarixinin, ədəbiyyatının təbliğini aparan, Gürcüstanın Marneuli şəhərində yerləşən qeyri-hökumət təşkilatıdır. Mərkəz 2006-cı ildə indiki sədri Fazil Həsənovun Azərbaycan Respublikasının prezidenti İlham Əliyev və Gürcüstan Respublikasının prezidenti Mixail Saakaşvilinin Marneulidəki görüşləri zamanı müraciətindən sonra yaranmışdır. === Fəaliyyəti === Azərbaycanlılarn Mədəniyyət Mərkəzinin nəzdində sistematik gürcü dilöyrətmə və kompüter kursları fəaliyyət göstərir. Eləcə də, mərkəzin nəzdində "Sarvan" folklor rəqs qrupu fəaliyyət göstərir. Qrupun bədii rəhbəri Cəmilə Məmmədovadır, xoreoqrafı isə Nino Lomidzedır. Qrupun repertuarında azərbaycan və gürcü milli rəqsləri var. Gürcüstanda yaşayan etnik azlıqlar (Gürcüstan, Ukrayna, Estoniya, Ermənistan və s) arasında keçirilən Global Peace Festivalda qrupun solisti Aygün Həsənova milli rəqs "Sarı gəlin"i ifa edərək 1 yer qazanmışdır. Bundan əlavə, "Open new world 2009" yarışmasının solo nominasiyasında "Sarı gəlin" rəqsi 1-lik qazanmışdır, qrup nominasiyasında isə "Nazilə" rəqsini ifa edərək Sarvan qrupu 2 yerə sahib olub. === KİV === Azərbaycanlıların Mədəniyyət Mərkəzi qəzet və jurnal nəşri ilə məşquldur. "Region press" qazeti artıq ayda 3 dəfə oxucuların qarşısına çıxır, qazetdə gənc qələmlərin yazılarına və hüquq məsləhətlərinə rublika ayrılıb.
Amma ulusu
Amma ulusu (saxa Амма улууһа) — Rusiya Federasiyası, Saxa Respublikasının ərazisinə daxil olan inzibati rayon. İnzibati mərkəzi Amma kəndidir. == Coğrafiyası == Mərkəzi Yakutiyanın cənub-şərqində yerləşir. Şimaldan Çurapçı ulusu, şərqdən və cənub-şərqdən Ust-Mayski ulusu ilə, cənubdan və qərbdən Aldan ulusu ilə, şimal-qərbdən Xanqalas və Meqino-Kanqalas ulusları ilə həmsərhəddir. Rayonun sahəsi 29,4 min km²-dir. === Təbii şərait === Amma çayının orta axarında, Prilenski yaylasında yerləşir. Yanvarda orta temperatur −38 … — 42 ° C, iyulda + 16 … + 18 ° C təşkil edir. Yağıntı ildə 200–250 mm-dir. == Tarixi == Ulusun mərkəzi 1652-ci ildə rus kəndli fermerləri tərəfindən Amqinskaya qəsəbəsi olaraq qurulan Ammadır. Saxalıların yerli sakinlərinin əkinçilik mədəniyyətinə qoşulduğu ilk rayonlardan biridir.
Ammal
Ammal (ərəb. عمال‎)— Əlcəzairin şimalında, Bumerdes vilayəti ərazisində kommuna. == Coğrafi mövqe == Kommuna vilayətin şimal hissəsində, dəniz səviyyəsindən 102 metr yüksəklikdə yerləşir.Kommuna ölkənin paytaxtı Əlcəzairdən təqribən 62 kilometr (39 mil) şərqdə və Bumerdes vilayətinin inzibati mərkəzindən 28 kilometr (17 mil) cənub-şərqdə yerləşir. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 8505 nəfər idi.
Amman
Amman — İordaniyanın paytaxtı, Amman muhafazasının inzibati mərkəzi. == Tarixi == Amman şəhəri ölkənin şimal-qərbində Zerka vadisində, Ölü dənizdən 40 km şimal-şərqindədir. Şəhər Bibliya əsatirlərinə əsasən Rabbat-Ammon kimi tanınır. Aşşur və Əhəmənilər dövlətlərinin tabeliyində olmuşdur. Ellinizm və Roma imperiyası dövründə Filadelfiya adlanırdı. Roma imperiyasının, Selevkilər və Ptolemey dövlətlərinin tərkibinə daxil idi. 635-ci ildən Ərəb xilafətinin tərkibində olmuşdur. Xilafətin süqutundan sonra (10-cu əsr) müxtəlif dövlətlərin ərazisinə qatılmış və tənəzzülə uğramışdır. 1516-cı ildən Birinci Dünya müharibəsinin sonuna qədər Osmanlı imperiyasının tərkibində idi. 1921-ci ildən Transiordaniya əmirliyinin, 1946-cı ildən Haşimi Krallığının (İordaniya), 1950-ci ildən isə İordaniya Haşimi Krallığının paytaxtı olmuşdur.
Amman (botanik)
İohann Amman (ing. Johann Amman; 22 dekabr 1707 – 4 dekabr 1741, Sankt-Peterburq) — Böyük Britaniya botaniki. == Elmi fəaliyyəti == İohann Amman toxumlu bitkilər üzrə ixtisaslaşmışdır. == Əsərləri == Stirpium rariorum in Imperio Rutheno sponte provenientium icones et descriptiones / Collectae ab Joanne Ammano, M. D. Acad. Imper. scient. membro et botanices professore, Regiae Societatis Londinensis sodali; Instar supplementi ad Commentar. Acad. scient. Imper.
Amman sarmaşığı
Amman sarmaşığı (lat. Convolvulus ammanii) - sarmaşıq cinsinə aid bitki növü.
Ammaniyayabənzər berqiya
Ammaniyayabənzər berqiya (lat. Bergia ammanioides) - berqiya cinsinə aid bitki növü.
Ammanniaceae
Ağlarotukimilər (lat. Lythraceae) — bitkilər aləminin mərsinçiçəklilər dəstəsinə aid bitki fəsiləsi. == Sinonimləri == Ammanniaceae Horan. Blattiaceae Engl. Duabangaceae Takht. Lagerstroemiaceae J.Agardh Lawsoniaceae J.Agardh Punicaceae Bercht. & J.Presl, nom. cons. Salicariaceae Juss., nom. illeg.
Ammara Pinto
Ammara Pinto (14 sentyabr 1997) — Malavili üzgüçü. Ammara Pinto Malavini 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Ammara Pinto birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında qadınlar 50 m sərbəst stildə, təsnifat mərhələsində iştirak etdi. 30.32 saniyəlik nəticəsi ilə 71-ci yeri tutdu və yarımfinala vəsiqə qazana bilmədi.
Ammassalik adası
Ammassalik adası (dan. Ammassalik Ø) — Sermersook kommunasına daxil olan (Qrenlandiya) ada. Sahəsi 772 km², əhalisi 3044 nəf. (2012) təşkil edir. Ən iri yaşayış məntəqəsi Tasiilakdır. Bundan əlavə adada digər yaşayış mənyəqələri vardır: İkkatek, əhalisi — 1 nəf. (Ammassalikdən qərbdə yerləşən adacıqda yerləşir) İsertok, əhalisi — 120 nəf. Kulusuk, əhalisi — 310 nəf. (Ammassalikdən şərqdə yerləşən adacıqda yerləşir) Kuummiut, əhlalisi — 392 nəf. Kemertuarssuit, 1 yanvar 2005-ci ildə tərk edilmişdir (1 yanvar 2004-cü ilə görə burada 1 nəfər yaşayırdı) Sermiliqaak, əhalisi — 212 nəf.
Ammi
Dişqurtlayan (lat. Ammi) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinə aid bitki cinsi.
Ammi glaucifolium
Böyük dişqurtlayan (lat. Ammi majus) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinin dişqurtlayan cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Birillik ot bitkisi olub, kiçik ağ çiçəkləri olmaqla, iri çiçəklərınin diametri 15 sm, çiçək qrupu isə mürəkkəb çətirdir. Düz, çılpaq, şırımlı gövdəli, hündürlüyü 100-140 sm-dir. Yuxarı hissəsi budaqlanan, gövdə budağındakı yarpaqları orta saylıdır. Yarpaq lövhəcikləri iki, hətta üç lələkvari bölünmüş olur. Meyvəsi sallaq, kiçik, uzunluğu 2-3 mm, eni isə 1 mm-dir. Yetişmiş və qurudulmuş mədəni birillik ot bitkisi olan böyük amminin meyvələri xammal olaraq toplanılır. Meyvələrini bitki ölüşkəyən zaman toplanılır. Mərkəzi çətirindəki meyvələri yetişməyə başladıqda bitki toplanılmalı və qurudulmalıdır.
Ammi majus
Böyük dişqurtlayan (lat. Ammi majus) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinin dişqurtlayan cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Birillik ot bitkisi olub, kiçik ağ çiçəkləri olmaqla, iri çiçəklərınin diametri 15 sm, çiçək qrupu isə mürəkkəb çətirdir. Düz, çılpaq, şırımlı gövdəli, hündürlüyü 100-140 sm-dir. Yuxarı hissəsi budaqlanan, gövdə budağındakı yarpaqları orta saylıdır. Yarpaq lövhəcikləri iki, hətta üç lələkvari bölünmüş olur. Meyvəsi sallaq, kiçik, uzunluğu 2-3 mm, eni isə 1 mm-dir. Yetişmiş və qurudulmuş mədəni birillik ot bitkisi olan böyük amminin meyvələri xammal olaraq toplanılır. Meyvələrini bitki ölüşkəyən zaman toplanılır. Mərkəzi çətirindəki meyvələri yetişməyə başladıqda bitki toplanılmalı və qurudulmalıdır.
Ammi visnaga
Diş dişqurtlayan (lat. Ammi visnaga) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinin dişqurtlayan cinsinə aid bitki növü. == Dişqurtlayan == Dişlərin arasına dolan yemək qalıqlarını təmizləmək üçün çırtlanmış tum qabığını xatırladan dişqurtlayan meyvələrinin çəyirdəyi bəlkə də ən təbii vasitədir. Ehtimal ki, bitkinin adının yaranmasında da bu amil əsas rol oynayıb. Əks halda nə bitkinin boy-buxunu, nə də ağappaq çiçəkləri ilə adı arasında heç bir əlaqə tapmaq mümkün olmazdı. Dişqurtlayan ağappaq çiçəklərinin başçatladan xoşagəlməz qoxusu olur və bu kəsif qoxu hər kəsi ondan aralı gəzməyə vadar edir. == Botaniki təsviri == 1 m-ə qədər hündürlüyü olan çoxbudaqlı ikillikot bitkisidir. Milşəkilli odunlaşmış incəbudaqlı kökə malikdir. Dikdayanan, incəşırımlı, en kəsiyində dəyirmi gövdəsi, növbəli düzülmüş, ayaları ikili və ya üçlü yarılmış və xətvarı paylar əmələ gətirmiş yarpaqları var. Xoşagəlməyən qoxusu olan, ağ rəngli xırda çiçəkləri gövdə və budaqların sonunda məskunlaşaraq çoxşüalı, diametri 6-10 sm olan mürəkkəb çətirşəkilli çiçək qrupunu əmələ gətirmişdir.
Ammian Marsellin
Ammian Marsellin (təq. 330[…], Antioxiya – təq. 395, Roma[…]) — Roma tarixçisi. IV əsrin ortalarında Roma-Əhəməni müharibələrində iştirak etmiş, eyni zamanda imperiyanın qərb hissəsində xidmət etmişdir. Suriya əsilli Marselin yeganə əsəri olan "Əməllər"i (lat. Res gestae), latın dilində yazmışdır. Bu əsər "Tarix" və ya "Roma tarixi" olaraq da bilinir. Tarixi əsərin qalan hissəsi (kitablar XIV-XXXI) 353-378-ci illəri əhatə edir, lakin ümumilikdə povest imperator Nervanın hakimiyyəti ilə başlamışdır (96). Ammian Marcellin bəzən son böyük Roma və ya hətta qədim Yunan tarixçisi kimi də xarakterizə olunur. == Həyatı == Qədim dövrün bir çox müəllifləri kimi Ammian Marsellin özü haqqında bugünümüzə gəlib çatan yeganə əsərində olduqca az məlumat verib.
Ammit
Ammit (q.misir ꜥm-mwt , "ölüləri yeyən"; həm də Ammut və ya Ahemait olaraq tərcümə olunur) — qədim Misir mifologiyasında şirin ön hissəsi, begemotun arxa hissəsi və timsahın başı olan ilahə. Qədim misirlilərə məlum olan üç ən böyük "insan yeyən" heyvan. Cənazə tanrısı, onu "Ölüləri yeyən", " Ürək yeyən" və "Böyük ölum"də adlandırırdılar. == Təsviri == Ammit adətən timsahın başı, aslanın ön ayaqları və yuxarı bədəni (bəzən bəbir və ya pələngin yuxarı bədəni kimi də təsvir olunur) və begemotun arxa ayaqları və aşağı bədəni ilə təsvir olunur. Bu üç ölümcül yırtıcı birləşməsi onu göstərir ki, heç bir pis ruh Ammitin məhvindən xilas ola bilməz. Ammit də digər Misir tanrıları ilə birlikdə, insan öldükdən sonra onun ürəyini çəkərək təsvir edilmişdir və insanın taleyi burada həll olunur. Əgər bir insan pis hesab edilərsə, Ammit qəlbi məhv edər və insan məhv olar. Ammit Misirin yeraltı dünyası olan Duatda "ədalət tərəzisinin" yanında yaşayırdı. "İki Həqiqət Salonu"nda Anubis insanın ürəyini dəvəquşu lələyi kimi təsvir edilən, həqiqət ilahəsi Maatın tükü ilə ölşərdi (lələk tez-tez Maatın baş geyimində təsvir olunurdu). Ürəyin murdar olduğu mühakimə edilsəydi, Ammit onu yeyərdi və mühakimə olunan şəxsin Osiris və ölümsüzlüyə doğru səyahətini davam etdirməsinə icazə verilməzdi.
Ammnad (Şəbüstər)
Ammnad (fars. امند‎) — İranın Şərqi Azərbaycan ostanının Şəbüstər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 2,282 nəfər yaşayır (605 ailə).
Ammobium
Ammobium (lat. Ammobium) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. == Növləri == Ammobium alatum R.Br. Ammobium craspedioides Benth.
Ammocallis rosea
Çəhrayı qıfotu (lat. Vinca rosea) — qıfotu cinsinə aid bitki növü. == Sinonim == Ammocallis rosea (L.) Small Catharanthus roseus var. albus G. Don Catharanthus roseus var. roseus Hottonia littoralis Lour. Lachnea rosea (L.) Rchb. Lochnera rosea (L.) Rchb. ex Endl. Lochnera rosea var. alba (G. Don) Hubbard Lochnera rosea var.
Ammocyanus
Güləvər (lat. Centaurea) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi.
Ammodramus
Savanna sərçələri (lat. Ammodramus) — Sərçəkimilər dəstəsinə, Vələmir quşları fəsiləsinə aid cins.
Ammolirion
Çiriş (lat. Eremurus) — qulançarçiçəklilər sırasının asfodelinakimilər fəsiləsinə aid bitki cinsi. Çiriş sözü latın dilində "Eremurus" adlanır. Bu söz yunan dilində "eremos"- səhra, "ura" isə quyruq deməkdir. Sözün lüğəti mənası "səhra quyruğu"dur. == Təbii yayılması == Çirişin Ön, Qərbi, Mərkəzi Asiyada 50, keçmiş SSRİ-də 23, Qafqaz və Azərbaycanda 2 növü bitir. == Botaniki təsviri == Çiriş cinsi əvvəllər zanbaqkimilər fəsiləsinə aid idi. Son vaxtların tədqiqatçılar bitkinin asfodelinakimilər fəsiləsinə daxil olduğunu müəyyən etmişlər. Çiriş çoxillik bitki olub yeraltı orqanı kökyumrusudur. Kökləri yoğunlaşmış iyşəkillidir.
Ammon
Amon və yaxud Ammon, Amoun, Amun, Amen — qədim Misir dini-əfsanəsinə görə külək və bərəkət (məhsuldarlıq) tanrısı (ilahisi). Bu tanrı (allah) (ilahi) Ra — nın əlavə adı Ameni ilə səhv salınmamalıdır. == Mənşəyi == İlk olaraq Misirin mərkəzi əyalətində Amon tanrı kimi qəbul edilmişdir. XI sülalə dövründə Teben şəhərində əyalət tanrısı qəbul olunurdu. Hermontis ailəsi ölkə daxili çəkişməni öz xeyrinə həll etdikdən sonra Tebeni legitimləşdirir. XII sülalə düvründə yeni paytaxt Teben şimala köçürülür. Bundan sonra firon I Senusert Amon məbədi tikdirir. == Təsviri == Amon Amarna dövründən qabaq taclı və əsalı insan obrazında təsvir olunmuşdur. Ammarnadan sonrakı dövrdə isə mavi rəngdə olan tovuz quşu lələyindən ibarət olan qoşa tacla təsvir edilmişdir. Mavi dəri küləyi və yaranışı, lap qədim xalq inacına görə qoçu tərənnüm edirdi.
Ammonifikasiya
Ammonifikasiya– tərkibində azot olan üzvi maddələrin (zülal, nuklein turşuları, sidik cövhəri və s.) mikroorqanizmlər tərəfindən parçalanıb sərbəst ammoniumun (amonyakın) əmələ gəlməsi prosesidir. Ammonifikasiya təbiətdə azotun dövranının mühüm mərhələsi olub torpağı azotun mənimsənilən forması ilə zənginləşdirir. Orqanizmlərin fəaliyyəti və məhv olması nəticəsində torpağa və su hövzələrinə çoxlu miqdarda tərkibində azot olan üzvi maddələr daxil olur. Ammonifikasiya prosesi nəticəsində onlar minerallaşır və yenidən bitki və müxtəlif mikroorqanizmlər tərəfindən mənimsənilə bilir. Yaxşı aerasiyalı neytral, kifayət qədər rütubətli torpaqlarda Ammonifikasiya prosesi müvəffəqiyyətlə keçir.
Ammonium Tiosulfat
Ammonium tiosulfat — (ammonium hiposülfit, ammonium turşusu) qeyri-üzvi birləşmə, (NH4)2SO3S düsturlu ammonium və tiosulfurik turşu duzudur, rəngsiz kristallardır, suda həll olunur. Fotoqrafiyada sürətli fiksatorların əsas komponenti kimi istifadə olunur. == Alınması == Kükürd suspensiyasının ammonium hidrat məhlulu ilə yavaş reaksiyası: 4 ( N H 3 ⋅ H 2 O ) + 4 S → ( N H 4 ) 2 S O 3 S + 2 N H 4 H S + H 2 O {\displaystyle {\mathsf {4(NH_{3}\cdot H_{2}O)+4S\ {\xrightarrow {}}\ (NH_{4})_{2}SO_{3}S+2NH_{4}HS+H_{2}O}}} Havada ammonium hidrosulfidin yavaş oksidləşməsi: N H 4 H S → − N H 3 O 2 S , ( N H 4 ) 2 S n , ( N H 4 ) 2 S O 3 S {\displaystyle {\mathsf {NH_{4}HS\ {\xrightarrow[{-NH_{3}}]{O_{2}}}\ S,(NH_{4})_{2}S_{n},(NH_{4})_{2}SO_{3}S}}} Ammonium hidrosulfid və ammonium hidrosulfitin isti məhlullarının birləşdirilməsi: 2 N H 4 H S + 4 N H 4 H S O 3 → 80 o C 3 ( N H 4 ) 2 S O 3 S + 3 H 2 O {\displaystyle {\mathsf {2NH_{4}HS+4NH_{4}HSO_{3}\ {\xrightarrow {80^{o}C}}\ 3(NH_{4})_{2}SO_{3}S+3H_{2}O}}} == Fiziki xüsusiyyətləri == Ammonium tiosulfat, ammonyak qoxusu olan, suda asanlıqla həll olunan, asetonda yüngül və etanolda həll olunmayan rəngsiz kristallar əmələ gətirir. == Kimyəvi xüsusiyyətləri == Məhsul qarışığı meydana gətirmək üçün istilikdə parçalanır:: ( N H 4 ) 2 S O 3 S → 150 o C ( N H 4 ) 2 S O 4 , N H 3 , H 2 S {\displaystyle {\mathsf {(NH_{4})_{2}SO_{3}S\ {\xrightarrow {150^{o}C}}\ (NH_{4})_{2}SO_{4},NH_{3},H_{2}S}}} Seyreltilmiş məhlullarda yavaşca parçalanır:: ( N H 4 ) 2 S O 3 S → τ ( N H 4 ) 2 S O 3 + S ↓ {\displaystyle {\mathsf {(NH_{4})_{2}SO_{3}S\ {\xrightarrow {\tau }}\ (NH_{4})_{2}SO_{3}+S\downarrow }}} Konsentrat turşuları ilə parçalanır: ( N H 4 ) 2 S O 3 S + 2 H C l → 2 N H 4 C l + S O 2 ↑ + S ↓ + H 2 O {\displaystyle {\mathsf {(NH_{4})_{2}SO_{3}S+2HCl\ {\xrightarrow {}}\ 2NH_{4}Cl+SO_{2}\uparrow +S\downarrow +H_{2}O}}} və isti seyreltilmiş turşular ilə: ( N H 4 ) 2 S O 3 S + 2 H C l + H 2 O → 100 o C 2 N H 4 C l + H 2 S O 4 + H 2 S ↑ {\displaystyle {\mathsf {(NH_{4})_{2}SO_{3}S+2HCl+H_{2}O\ {\xrightarrow {100^{o}C}}\ 2NH_{4}Cl+H_{2}SO_{4}+H_{2}S\uparrow }}} Halogenlərlə reaksiyaya girir:: ( N H 4 ) 2 S O 3 S + 4 C l 2 + 5 H 2 O → 2 N H 4 C l + 2 H 2 S O 4 + 8 H C l {\displaystyle {\mathsf {(NH_{4})_{2}SO_{3}S+4Cl_{2}+5H_{2}O\ {\xrightarrow {}}\ 2NH_{4}Cl+2H_{2}SO_{4}+8HCl}}} Natrium tiosulfat kimi, fotoşəkil materiallarını işləyərkən fiksasiya prosesinə imkan verən həll olunan komplekslər meydana gətirən gümüş halidləri ilə reaksiya verir. Natrium tiosulfatdan fərqli olaraq, bir litr məhlula 6 q gümüş konsentrasiyasına çatmağa imkan verən ammonium tiosulfat bu miqdarın demək olar ki, ikiqat artırılmasına imkan yaradır və bununla da reaktivlərin istehlakını azaldır. Fiksasiya prosesi natrium tiosulfatlı fiksatorlara nisbətən xeyli sürətlidir (bəzi emulsiyalar üçün% 50).Bununla yanaşı, fiksatorlarda çox uzun müddət işləmək, aşağı gərginlikli yerlərdə metal gümüşün həll olunmasına,görüntü detalının itməsinə səbəb olur. Təsir xüsusilə incə dənəli emulsiyalarda və ammonium tiosulfatdakı sürətli fiksatorlarda (daha çox aktivliyi sayəsində) nəzərə çarpır ki, bu da işləmə prosesinin istilik və vaxt qaydalarına dəqiq əməl edilməsini tələb edir. Ayrıca, bu təsiri azaltmaq üçün filmlər və fotoqrafiya sənədləri üçün müxtəlif dərəcədə seyreltmədə sürətli fiksatorlar istifadə olunur; bu vəziyyətdə daha incə dənəli emulsiyaya sahib fotoqrafiya sənədləri üçün təxminən iki qat güclü seyreltmə tətbiq etmək lazımdır. == Tətbiqi == Fiksasiya prosesini sürətləndirmək üçün sodium tiosulfat əvəzinə fotoqrafiyada fiksasiya həllərinin tərkib hissəsi kimi istifadə olunur. Kristal şəklində zəif qorunması olduğundan, natrium tiosulfat ammonium xlor ilə qarışdırılaraq bu məqsədlə istifadədən dərhal əvvəl məhlulda hazırlanır.
вро́де того́ что дискомфо́рт квашени́на класси́чно компа́ктный нагроможда́ться нецелесообра́зный проста́ивание ропотли́вость рыбе́ц ры́хлый экстравага́нтность электроплита́ взаимо... пироте́хника шахмати́стский Bosnia jackleg moroccoette photobiotic stage wait tramp navigation transcontinental troubleshooter чревовещатель