Psix, amma bu yaxşıdır (teleserial, 2020)
Psix, amma bu yaxşıdır (kor. 사이코지만 괜찮아; ing. It's Okay to Not Be Okay və ya Psycho But It's Okay) (Jo Yong) — Ço Yon tərəfindən yazılmış və Pak Şinvu tərəfindən idarə olunan Cənubi Koreya romantik dram televiziya serialı. Kim Su-Hyon, So Yoci, Oh Cun-se və Pak Gyu-yon serialın başrollarıdır. Serial fədakar bir psixoloji şöbənin baxıcısı və antisosial bir uşaq kitabı yazıçısından ibarətdir.
Serial 20 iyun 2020-ci il tarixindən 9 avqust 2020-ci il tarixinə qədər TVN və Netflix-də 16 bölüm yayımlandı. Cənubi Koreyada Netflix-də romantik janrda 2020-ci ilin ən populyar şousu idi.
New York Times filmi "2020-ci ilin Ən Yaxşı Beynəlxalq Şouları"-ndan biri olaraq adlandırmışdır. Bəzi şərhçilər serialın ikinci yarısında yazılanları tənqid etsələr də, bu hissə aktyor heyəti tərəfindən təriflənmişdir. Serial 57-ci Baeksang İncəsənət Mükafatında qatıldığı 8 nominasiyada iki qalibiyyət əldə etmişdir.