AMPİ́R

[ fr. ] sənət. I Napoleonun imperatorluğu dövründə Fransada meydana gəlmiş bədii üslub (əsasən memarlıqda və tətbiqi incəsənətdə). Klassisizm zəminində yaranmış ampir üslubu.
AMPERMÉTR
AMPLİTÚDA
OBASTAN VİKİ
Ampir
Ampir (fr. Empire) — XIX əsrin birinci otuz illiyində, klassisizmin inkişafının sonunda memarlıq və dekorativ incəsənətdə üslub. Massivliyi ilə, qabarıq monumental formaları və zəngin dekoru ilə xarakterizə olunur. Öz inkişafında Qədim Romanın, Qədim Misirin və s. bədii irsinə arxalanırdı. Fransada I Napoleonun imperiyası dövründə yaranmışdır; o, memorial memarlığı və saray interyerlərinin parad möhtəşəmliyi ilə fərqlənirdi. == Tarixi == Ampir üslubunda Qədim Yunanıstan və Roma imperiyası dövrü bədii nümunələri təqlid edilmiş, həmçinin Qədim Misir incəsənəti motivlərindən istifadə edilmişdir. Klassizm zəmində yaranmış Ampir üslubunda forma və dekorların sadəliyi, zərifliyi tədricən onların yığcamlığı və monumental ifadəliyi ilə əvəz olunmuşdur. I Napoleon imperiyası dövründə ampir üslubunda əsas diqqət hakimiyyətin əzəmətini, hərbi möhtəşəmliyni, qüdrətini daha da dolğun ifadə edən memarlıq üsulları və detallarına verilirdi. Fransız memarlarından Ş.Persiye, P.Fonten və J.F.Şalqren ampir üslubunun görkəmli nümayəndələrindən hesab olunurlar.

Значение слова в других словарях

бойфре́нд восхити́тельно иссо́повый комка́ми наше́йный неграждани́н припёк начерпать незамедли́тельный смо́тришь шевельну́ть вата advertiser appendices bedmate benignity bouncer onerousness outthrow over-under rootery задурманивать притвора проголосовать трансляционный