Amsterdam

coğ. Amsterdam

amputasiya
Amudərya
OBASTAN VİKİ
Amsterdam
Amsterdam (nid. Amsterdam [ˌɑmstərˈdɑm]) — Niderland Krallığının paytaxtı. == Ümumi məlumat == Əhalisi 2.158.592 (2011). Eyselmer körfəzinin cənub sahilində, Amstel çayının deltasındadır. Şimal dənizi və Reyn çayı ilə kanallarla birləşir. Şimal dənizində iri liman, dəmiryol və avtomobil yolları qovşağı var. Sxinpol beynəlxalq aeroportu – Avropada ən iri aeroportlardandır. İnkişaf etmiş şəhərdaxili nəqliyyatı şəbəkəsi, metropoliten var. Almazcilalama və almaz ticarətinin iri mərkəzi kimi məşhurdur. Çoxlu incəsənət və memarlıq abidəsi var.
Amsterdam (dəqiqləşdirmə)
Amsterdam — Niderland Krallığının paytaxtı. Amsterdam (Nyu-York) — Amsterdam adası — Hind okeanında yerləşən ada. Amsterdam adası (Şpisbergen) — Qərbi Şpisbergen adasında kiçik ada. Amsterdam vulkanı — Hind okeanında yatmış vulkan.
Amsterdam Arena
Yohan Kroyf Arena (nid. Johan Cruijff Arena) — Hollandiyanın Amsterdam şəhərində yerləşən stadion. Ayaks futbol klubu bu stadiondan istifadə edir. 1997–2007-ci illər arasında Avropa Amerika Futbol Liqası (NFL) komandalarından biri olan "Amsterdam Admiralları" bu stadiondan istifadə edib. == Tarixi == Bu stadionun tikilməsi ilk dəfə 1992-ci ildə Amsterdamın Yay Olimpiya Oyunlarına namizəd olduğu zaman gündəmə çıxmışdı. Amma bu haqqı Barselona şəhəri qazandıqdan sonra bu layihə unudulmuşdur. Daha sonra bu layihə yenə gündəmə gəlmiş və 1993-cü ildə stadionun təməli atılmışdır. Kraliça Beatriks stadionun açılışını 14 avqust 1996-cu ildə etmişdir. == Haqqında == Stadionda futbol və Amerikan futbolu müsabiqələri, konsertlər də keçirilir. İçində həmçinin restoranlar, konfrans otaqları və azarkeşlərin tələblərini ödəyən digər müəssəsələr vardır.
Amsterdam Universiteti
Amsterdam Universiteti (nid. Universiteit van Amsterdam) — Niderland Krallığında, Amsterdam şəhərinin mərkəzində yerləşən ali təhsil müəssisəsi, Avropanın ən böyük universitetlərindən və Niderlandın dörd klassik ali təhsil ocaqlarından biri. Beynəlmiləlləşmiş ali məktəb olan Amsterdam Universitetində dərslər ingilis və holland dillərində keçilir. Hərdən Amsterdam Universitetini (AvU) Amsterdamda yerləşən digər universitetlərlə (xüsusi ilə VU — Azad Universitet (nid. Virje Universiteit) səhv salırlar. == Tarixi == Amsterdam Universitetinin sələfi XIV əsrdən fəaliyyət göstərən Athenaeum Illustre (latın dilindən tərcümədə "şöhrətləndirilmiş", "ali Ateney") məktəbi olmuşdur. 1632-ci ildən Amsterdam şəhərində həmin məktəbdə tarix və fəlsəfə, sonradan isə hüquq, ilahiyyat və təbabət elmləri öyrədilir. Kaspar Barlaeus və Cerard Vossius kimi dahi alimlər ilk mühazirələrini bu təhsil ocağında oxuyublar. Həmin dövrün ən məşhur məzunlarından hollandiyalı ilahiyyatçı və alim Kornelis Petrus Tieli qeyd etmək olar. XIX əsrə qədər Ateney çox da böyük olmayan bir təhsil müəssisəsi kimi fəaliyyət göstərir.
Amsterdam adası
Amsterdam (fr. Amsterdam) — Hind okeanında yerləşən ada, Fransanın Cənub və Antarktika ərazilərinə daxildir. Ada həm Antarktida, Avstraliya, həm də Afrikadan eyni məsafədə yerləşir. Amsterdam adasından 85 km cənubda Sen-Pol adası yerləşir. Bu iki ada birlikdə Amsterdam adasını əmələ gətirir. == Coğrafiyası == Amsterdam adası vulkan məşəllidir. Vulkanın son püskürməsi 1792-ci ilə təsadüf edir. Sahəsi 58 km² təşkil edir. Adanın ən hündür nöqtəsi 867 metrdir. == İqlimi == Adanın ekvatora yaxın yerləşməsinə baxmayaraq Cənub qütbündən gələn soyuqlar səbəbindən subantartik adalara daxil edirlər.
Amsterdam birjası
Amsterdam birjası — Niderlandın Amsterdam şəhərində birja. == Tarixi == 1876-cı ildə yaranmışdır.
Amsterdam metropoliteni
Amsterdam metropoliteni — Niderlandın Amsterdam şəhəri və ətraf əraziləri əhatə edən nəqliyyat sistemi. Metropoliten 4 xətt, 52 stansiyadan ibarətdir. Xətlərin ümumi uzunluğu 42.5 km-dir.
Amsterdam müqaviləsi
Amsterdam müqaviləsi — 1997-ci il 2 oktyabr tarixində Avropa Parlamentinin sədri Xose Mariya Gil-Roblesin iştirakı ilə Niderland Krallığının Amsterdam şəhərində imzalanıb. Müqavilə 1999-cu ildə bütün üzv dövlətlər tərəfindən ratifikasiya olunaraq qüvvəyə minib. 1999-cu ilin may ayında qüvvəyə minməsi ilə Avropa İttifaqının qərar qəbulu proseduru sadələşdirilmiş və əhatə dairəsi genişləndirilmişdir. Amsterdam müqaviləsi Maastrix müqaviləsinin maddələrini şərh etməklə yanaşı, müqavilədəki əsaslı dəyişikliklər həm də Aİ-ni gələcək genişlənmə prosesinə hazırlamaq məqsədi daşıyırdı. Müqavilədən qazanclı çıxan əsas Avropa İttifaqı orqanı Parlament oldu. Belə ki, artıq Avropa Parlamenti Avropa Komissiyasının prezidentinin təyin etmək hüququ var idi. Maastrix müqaviləsi ilə yaradılmış "3 sütün sistemi"nin (eng: three pillars system) 3-cü sütunundakı bir çox məsələlərə düzəlişlər edilmişdi. Həmçinin Avropa İttifaqı vətəndaşlığı da əsas müzakirə mövzularından biri idi. Amsterdam müqaviləsinin gətirdiyi əsas yenilik isə Ümumi Xarici və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndə (eng: High Representative for CFSP) vəzifəsinin yaradılması oldu. İlk Ali Nümayəndə Xovier Solama idi.
Amsterdam sazişi
Amsterdam müqaviləsi — 1997-ci il 2 oktyabr tarixində Avropa Parlamentinin sədri Xose Mariya Gil-Roblesin iştirakı ilə Niderland Krallığının Amsterdam şəhərində imzalanıb. Müqavilə 1999-cu ildə bütün üzv dövlətlər tərəfindən ratifikasiya olunaraq qüvvəyə minib. 1999-cu ilin may ayında qüvvəyə minməsi ilə Avropa İttifaqının qərar qəbulu proseduru sadələşdirilmiş və əhatə dairəsi genişləndirilmişdir. Amsterdam müqaviləsi Maastrix müqaviləsinin maddələrini şərh etməklə yanaşı, müqavilədəki əsaslı dəyişikliklər həm də Aİ-ni gələcək genişlənmə prosesinə hazırlamaq məqsədi daşıyırdı. Müqavilədən qazanclı çıxan əsas Avropa İttifaqı orqanı Parlament oldu. Belə ki, artıq Avropa Parlamenti Avropa Komissiyasının prezidentinin təyin etmək hüququ var idi. Maastrix müqaviləsi ilə yaradılmış "3 sütün sistemi"nin (eng: three pillars system) 3-cü sütunundakı bir çox məsələlərə düzəlişlər edilmişdi. Həmçinin Avropa İttifaqı vətəndaşlığı da əsas müzakirə mövzularından biri idi. Amsterdam müqaviləsinin gətirdiyi əsas yenilik isə Ümumi Xarici və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndə (eng: High Representative for CFSP) vəzifəsinin yaradılması oldu. İlk Ali Nümayəndə Xovier Solama idi.
Amsterdam turniri
Amsterdam turniri (ing. Amsterdam tournament) — mövsüm əvvəli Niderlandın paytaxtı Amsterdamda yoldaşlıq məqsədi ilə təşkil edilən futbol turniri. Turnirə Erediviziya komandalarından "Ayaks" klubu ev sahibliyi etmiş və matçlar 1976-cı ildən 1996-cı ilə qədər De Mer stadionunda, 1996-cı ildən 2009-cu ilə qədər Amsterdam Arenada oynanılmışdır. Təşkilat, şəhər tarixinin 700-ci ilini qeyd etmək məqsədi ilə, 1975-ci ildə "Amsterdam 700 turniri" (ing. Amsterdam 700 tournament) adı ilə yaradılıb. 1934-cü ildən 1996-cı ilə qədər "Ayaks"ın daxili sahə matçlarını oynadığı De Mer stadionunda təşkil edilən turnir, 1992-ci ildə olan yeddi illik fasiləyə qədər hər yay keçirilib. 1986-cı ilə qədər yarımfinallar, ikinci, üçüncü yer üçün matç və final olmaqla bərabər üç gündə ümumi dörd matç oynanılırdı. 1987-ci ildə, ilk dəfə komandalar bir-birləri ilə matçı liqa formatında oynamağa başladı. 1999-cu ildə Beynəlxalq Fəaliyyət Tərəfdaşlığı (ing. International Event Partnership qısa olaraq IEP) dəstəyi ilə turnir bu dəfə Amsterdam Arenada təşkil edilməyə başladı.
Amsterdam vulkanı
Amsterdam vulkanı — Amsterdam adasının cənub-qərbində yerləşən yatmış vulkan. Vulkanın püskürməsi qeydə alınmamışdır. Ətrafı sıx bitkilərlə örtülüdür. Hündürlüyü 881 metrdir. Vulkanının sualtı hissəsi 365 metr hündürlüyə malikdir. Antarktika plitəsinin şimalında yerləşir. Vulkanın formalaşması iki etapda baş tutmuşdur. Ən çox püskürmə və yala axını adanın şimal-şərqində yerləşən Dyoma kraterində baş vermişdir.
Amsterdam şəhəri
Amsterdam (nid. Amsterdam [ˌɑmstərˈdɑm]) — Niderland Krallığının paytaxtı. == Ümumi məlumat == Əhalisi 2.158.592 (2011). Eyselmer körfəzinin cənub sahilində, Amstel çayının deltasındadır. Şimal dənizi və Reyn çayı ilə kanallarla birləşir. Şimal dənizində iri liman, dəmiryol və avtomobil yolları qovşağı var. Sxinpol beynəlxalq aeroportu – Avropada ən iri aeroportlardandır. İnkişaf etmiş şəhərdaxili nəqliyyatı şəbəkəsi, metropoliten var. Almazcilalama və almaz ticarətinin iri mərkəzi kimi məşhurdur. Çoxlu incəsənət və memarlıq abidəsi var.
Yeni Amsterdam
Yeni Amsterdam (nid. Nieuw Amsterdam) — 1626-1664-cü illərdə Nyu-Yorkun ilkin Holland adı. 1602-ci ildə Yeddi Birləşmiş Əyalət Respublikasının Baş ştatları (ümumi dildə — Hollandiya Respublikası) Hollandiyanın Qərbi Hindistan şirkətini qurdu, ona Asiyaya şimal-qərb yolunu tapmağı və yeni aşkar edilmiş əraziləri Hollandiyaya birləşdirməyi tapşırdı. 1609-cu ildə İngilis dənizçi Henri Hadson (Hudson) rəhbərlik etdiyi bu şirkətin bir ekspedisiyası, gələcək şəhərin yerində çay deltasının (sonradan Hadson adlandırıldı) kəşf etdi, araşdırdı və xəritəsini hazırladı. 1614-cü ildə ərazi Yeni Hollandiya adı ilə Hollandiya Respublikasına birləşdirildi. Əyalətin ilk yaşayış məntəqəsi 1624-cü ildə Manhetten adasına bitişik olan Qubernator adasında meydana gəldi və daha sonra, 1625-ci ildə Amsterdam Fort Manhettenin cənub ucunda yerlilər tərəfindən inşa edildi. Hugh Morrison, Early American Architecture ISBN 0-486-25492-5 (Oxford University Press, 1952) [Dover Ed.
2006 Amsterdam turniri
2006 Amsterdam turniri — 4 avqust ilə 5 avqust 2006-cı il tarixləri arasında Ayaks klubunun ev sahibliyi ilə Portu FK, İnter Milan FK və Mançester Yunayted FK komandalarının iştirakı ilə təşkil olunmuşdur. Turnirin qalibi Mançester Yunayted FK komandası olmuşdur. == Turnir cədvəli == NB: Vurulan hər qol üçün komandalara əlavə xallar verilmişdir.
2007 Amsterdam turniri
2007 Amsterdam turniri — 2 avqust ilə 4 avqust 2007-cu il tarixləri arasında Ayaks klubunun ev sahibliyi ilə Arsenal FK, Latsio FK və Atletiko Madrid komandalarının iştirakı ilə təşkil olunmuşdur. Turnirin qalibi Arsenal FK komandası olmuşdur. == Turnir cədvəli == NB: Vurulan hər qol üçün komandalara əlavə xallar verilmişdir.
2008 Amsterdam turniri
2008 Amsterdam turniri — 8 avqust və 9 avqust 2008-ci il tarixləri arasında Ayaks komandasının ev sahibliyi ilə, Arsenal FK, İnter Milan FK və Sevilya FK komandlarının iştirakı ilə təşkil edilən turnirdir. Turnirin qalibi 8 xalla Arsenal FK olmuşdur. == Turnir cədvəli == NB: Vurulan hər qol üçün komandalara əlavə xallar verilmişdir.
2009 Amsterdam turniri
2009 Amsterdam turniri — 24 iyul ilə 26 iyul 2009-cu il tarixləri arasında Ayaks klubunun ev sahibliyi ilə Sanderlend AFK, Benfika FK və Atletiko Madrid komandalarının iştirakı ilə təşkil olunmuşdur. Turnirin qalibi Benfika FK komandası olmuşdur. == Turnir cədvəli == NB: Vurulan hər qol üçün komandalara əlavə xallar verilmişdir.
Amsterdam (Nyu-York)
Amsterdam — ABŞ-nin Nyu-York ştatında yerləşən şəhər. Şəhərin əhalisi 2020-ci ilin statistikalarına əsasən 18 219 nəfərdir. == Əhali == 15 mart 2010-cu ildə siyahıya almada məlum olduki, şəhərdə 11 487 şəxs, 5 176 ev və 3 027 ailə var. Əhalinin 79%-ni ağdərililər, 11,3%-ni afro-amerikalılar, 0,3%-ni yerli amerikalılar, 5,2%-ni asiyalılar, 0,1%-ni Sakit okean adalıları, 1,1%-ni isə digər qruplar təşkil edir. Şəhərdə əhalinin 25%-i 18 yaşdan kiçik, 15,8%-i isə 65 yaş və yuxarıdır. == Ərazi == ABŞ Siyahıyaalma Bürosunun verdiyi məlumata əsasən şəhərin ümumi ərazisi 16,3 km2-dir. Ərazinin 15,4 km2 hissəsi quru, 0,9 km2 hissəsi isə sudur.
Amsterdam Mərkəzi Stansiyası
Amsterdam Mərkəzi Stansiyası — Hollandiyanın paytaxtı Amsterdamın əsas xətt qatar stansiyasıdır. Stansiya ölkənin ən böyük stansiyası olan Utrext Mərkəz Stansiyasından sonra ikinci ən böyük stansiyasıdır və Hollandiyanınnın ən çox ziyarət olunan tarixi irsidir.
Amsterdam adası (Şpisbergen)
Amsterdam adası (norv. Amsterdamøya) — Qərbi Şpisbergen adasının şimal-şərqində yerləşən kiçik ada. == Tarix == Adanı ilk dəfə Villem Barens 1596-cı ildə kəşf etmişdir. 1614-cü ildə adanı hollandlar ələ keçirmişdir. Öz adını bu dövrdə almışdır. 1619-cu ildə adada yerləşən burunda balina ovu bazası inşa edilir. Ətrafında Smerenburq qəsəbəsi salınır. 1640-cı ildən təsərrüfat səngiyir. 1660-cı ildə yaşayış məntəqəsi tərk edilir. 1973-cü ildə yaşayış məntəqəsinin xarabalığı Nordvest-Şpisbergen milli parkı ərazisinə daxil edilmişdir.
Amsterdam fond birjası
Amsterdam birjası — Niderlandın Amsterdam şəhərində birja. == Tarixi == 1876-cı ildə yaranmışdır.
Amsterdam Kral Sarayı
Amsterdam Kral Sarayı — Hollandiyadakı 3 saraydan biridir. Saray Dam meydanında, Milli abidə ilə üzbəüz, Yeni Kilsənin yanında yerləşir. == Tarixi == Bina 20 iyun 1655-ci ildə Amsterdam hökmdarları tərəfindən bələdiyyə binası kimi istifadəyə verilmişdir. Ancaq bu gün kral sarayı kimi tanınır. Yakob van Kampen tərəfindən hazırlanmışdır. 1648-ci ildə Yakob van Kampen Amsterdam Şəhər İcra Hakimiyyəti layihəsinə rəhbərlik etdi. Binanın dəyəri 8,5 milyon Hollandiya guldeni təşkil edib. Bütün binada istifadə olunan sarımtıl daşlar Almaniyadan gətirilib. Lakin zaman keçdikcə daşlar daha tünd rəng aldı. Memar Romadakı ictimai binalardan ilhamlanmış və Şimalda Roma üslubunda yeni bir icra binası yaratmaq istəyirdi.
Amsterdam İctimai Kitabxanası
Amsterdam İctimai Kitabxanası (nl; OBA; ing. Amsterdam Public Library, nid. Openbare Bibliotheek Amsterdam, OBA) — Niderlandın ən böyük və ən qabaqcıl ictimai kitabxanalarından biridir. 2007-ci ildə açılmış mərkəzi binası ilə tanınan OBA, Amsterdamın mərkəzində yerləşir və müxtəlif yaş qrupları və maraq dairələri üçün geniş xidmətlər təklif edir. == Əsas xüsusiyyətlər == === Müasir arxitekturası === Kitabxananın mərkəzi binası memar Jo Coenen tərəfindən dizayn edilib və Amsterdamın IJ çayının sahilində yerləşir. Müasir və geniş interyerə malikdir, oxumaq, öyrənmək və ictimai tədbirlər keçirmək üçün çoxlu açıq və rahat məkanlara malikdir. Burada həmçinin kafelər, restoranlar və oxu zalları var. === Kolleksiya === OBA geniş kitab kolleksiyasına sahibdir. Kitabxanada bir çox dillərdə kitablar, jurnallar, dövri nəşrlər, filmlər, musiqi diskləri, rəqəmsal resurslar və daha çoxu mövcuddur. Niderland və dünya ədəbiyyatı, elmi nəşrlər, mədəniyyət, tarix, təbiət elmləri kimi müxtəlif sahələr üzrə geniş məlumat resursları təqdim edilir.
Ayaks Amsterdam
"Ayaks" AFK — Niderland futbol klubu. 33 qat hollandiya çempiyonu və 1971, 1972, 1973, 1995-ci illərdə Uefa Çempiyoblar liqasının qalibi , 1969, 1996-cı illərdə finalçısı.20-ci əsrin ən uğurlu 7-ci klubu. Adının mənası qədim yunan mifalogiyası qəhrəmanı Ajax dan almışdır. == Tarixi == Klub 18 mart 1900-cü ildə Flores Stempel, Corel Reser və Yohar Deyt tərəfindən yaradılıb. İlk liqa kubokunu 1918-ci ildə qazanıb. 1967-ci ildə növbəti dəfə çempionluğunu qazanarkən 112 qol ataraq rekord müəyyənləşdirib. 1971-ci ildə isə həm kubok, həm də liqada ən güclü klub adını qazanmış, eyni zamanda da Çempionlar Kubokunda "Panatinaykos" klubunu 2 cavabsız qolla məğlub etmişdir. 1979-cu ildə Yohan Kroyff "Barselona" klubuna transfer olarkən klubda zəifləmə hiss olunurdu. 1985-ci ildə Kroyff məşqçilik vəzifəsinə gətirildi. Həmin ildə Ayaks o vaxtkı adı ilə Lokomotiv Leypziqə 1 cavabsız qolla qalib gəldi.
Amsterdamda təyyarə qəzası (25 fevral 2009)
Hollandiya rəsmiləri Türk Hava Yollarının sərnişin təyyarəsinin Amsterdamın Sxipol hava limanına enərkən qəzaya uğraması nəticəsində 9 adamın həlak olduğunu bildiriblər. Ən azı 50 sərnişin xəsarət alıb. Yerli bələdiyyənin rəisi, Mişel Bezucen onlardan 25-nin vəziyyətinin ciddi olduğunu bildirib. Onların arasında həm sərnişinlər, həm də təyyarə heyətinin üzvləri var. Bakı vaxtı ilə saat 10.22-də İstanbuldan havaya qalxan "Türk Hava Yolları"na məxsus sərnişin təyyarəsi Amsterdam hava limanına enən zaman naməlum səbəbdən yerə çırpılıb və üç hissəyə bölünüb. Təyyarədə təxminən 135 sərnişin və ekipaj üzvlərinin olduğu bildirilir. Qəzanın səbəbləri hələlik məlum deyil. Uçaq enmə zolağına çatmayaraq, A9 magistral yolu yaxınlığında yerə enib. Təyyarə İstanbuldan 1951 nömrəli reyslə Amsterdama uçurdu. Qəzadan sonra ilk saatlarda, itkilər barədə ziddiyyətli məlumatlar alınırdı.
Amsterdamın müdafiə xətti
Amsterdamın müdafiə xətti (nid. Stelling van Amsterdam) — Amsterdam ətrafında 135 km uzunluğunda istehkam halqası. Toçkolyo tərəfindən layihələndirilən istehkam müharibə dövründə asanlıqla suyun altında qala biləcək, eləcə də mərkəzi və düzənlik hissələrdən 10–15 km aralıda yerləşən 42 qaladan ibarətdir. Su basqını üçün təxminən 30 sm dərinlik nəzərdə tutulmuşdu, hansı ki bu ölçü qayıqların keçməsinə imkan vermirdi. Xəttin 1 km-dəki binalar, zəruri olduqda yandırılması və maneələrin aradan qaldırılması məqsədilə taxtadan hazırlanmışdı. Amsterdamın müdafiə xətti 1880-1920-ci illərdə inşa edilmişdir. Xəttin tikintisinin bitməsi ilə eyni vaxtda təyyarə və tankın icad olunması qalaları istifadəsiz vəziyyətə gətirdi. Hazırda qalaların bir çoxu həm bələdiyyə şuralarının, həm də təbiət departamentlərinin nəzarəti altındadır. Ərazi ictimaiyyətə açıqdır. Sentyabr ayının ikinci şənbə günü keçirilən Memarlıq abidələri günündə isə giriş ödənişsizdir.