ana-nənə
ana-övlad
OBASTAN VİKİ
Oğul
Oğul sözünün bir neçə mənası ola bilər : Kişi cinsindən olan övlad; Yaşlı adamın gənc oğlana nəvazişlə müraciəti; Əlindən iş gələn, iş bacaran adam haqqında (misal üçün: oğul ona deyərəm ki, bu işi görsün).
Ana
Ana — uşağın bioloji valideyni və ya bu rolu sosial daşıyan qadın. Doğma anadan başqa ögey ana da ola bilər. Qadın doğduğu uşağın süd anası sayılır. Reproduktiv tibbin inkişafı ilə əlaqədar olaraq bioloji ananı genetik və surroqat olaraq iki qrupa bölürlər. Burada bioloji ana dedikdə yumurtalığındakı hüceyrələrdən uşaq formalaşan ana başa düşülür. Surroqat ana isə yalnız bətnində uşağı gəzdirən və doğan qadındır. Həmçinin Ana haqqında çoxlu əsərlər və şeirlər var.Bunlara misal olaraq Cəfər Cabbarlının "Ana" şeirini demək olar.Burada C.Cabbarlı balaca ikən itirdiyi anasına olan məhəbbətindən bəhs edilir. Həmçinin şeirin 2-ci və 3-cü bəndində Rusiyaya qarşı olan nifrətdən də bəhs edilir.
Ana!
Ana! – Darren Aronofskinin rejissorluğu və ssenaristliyini etdiyi 2017-ci il ABŞ istehsalı filmidir. Baş rollarda Cennifer Lourens, Xaviyer Bardem, Ed Harris və Mişel Pfayfer iştirak edir. Psixoloji-qorxu janrında olan filmin əsas süjet xətti sakit və durğun həyat sürən qadın və ərinin evinin gözlənilməz qonaqlar tərəfindən basqını üzərinə qurulub. Ana! filmi ilk dəfə 5 sentyabr 2017-ci ildə 74-cü Venesiya Film Festivalında nümayiş etdirildi. Film həmçinin festivalın əsas mükafatı olan "Qızıl Şir" uğrunda müsabiqədə iştirak edib. Büdcəsi 30 milyon $ olan film bütün dünyada 44,5 milyon $ gəlir əldə edib. Film tənqidçilər tərəfindən birmənalı olaraq qarşılanmayıb. Bir çox tənqidçi tərəfindən müsbət rəylər almasına rəğmən film bəzi dini alleqoriyalar və şiddət səhnələrinə görə tənqid olunub.
Oğul Otağı
Oğul otağı — Nanni Moretti tərəfindən 2001-ci ildə çəkilmiş film. Söhbət oğlunu itirən valideynin yaşadıqlarından gedir. Film 2001-ci ildə Kann Film Festivalında Qızıl Palma budağı qazanıb. Film "Empire" jurnalının 2008-ci ildə hazırladığı "Bütün zamanların ən yaxşı 500 filmi" siyahısına da daxil edilib.
Xristianlıqda Oğul
Oğul, Oğul-Allah yaxud Allahın Oğlu – xristian inancına görə, bir Allahın üç üqnumundan biri. Üç üqnum doktrininə əsasən, Allahın Oğlu və ya Oğul-Allah Ata və Müqəddəs Ruh ilə mahiyyətcə eynidir, lakin Şəxs olaraq ayrıdır. İsa Məsihin Şəxsində bəşər olub dünyaya gəlmədən öncə Oğul əzəldən vardır.Xristian inancına görə, Allah-Oğul Ata və Müqəddəs Ruh kimi əzəli və əbədidir. “Afanasi iman rəmzi” belə elan edir: Ata yaradılmamış, Oğul yaradılmamış və Müqəddəs Ruh yaradılmamışdır.Ata qeyri-məhdud, Oğul qeyri-məhdud və Müqəddəs Ruh qeyri-məhduddur. Ata əbədi, Oğul əbədi və Müqəddəs Ruh əbədidir. Lakin üç əbədi Varlıq deyil, bir əbədi Varlıqdır... Ata Allah, Oğul Allah və Müqəddəs Ruh Allahdır, lakin üç Allah deyil, bir Allahdır. Ata Rəbb, Oğul Rəbb və Müqəddəs Ruh Rəbdir, lakin üç Rəbb deyil, bir Rəbdir.
Aleksandr Düma (oğul)
Aleksandr Düma (27 iyul 1824[…] – 27 noyabr 1895[…], Marli-le-Rua[d][…]) — Fransız yazıçı. == Həyat və yaradıcılığı == Aleksandr Düma 27 iyul 1824-cü ildə Fransada dünyaya göz açmışdır. Anası Mariya Katerina Labay, atası isə məşhur fransız yazıçı Aleksandr Dümadır. Gənc yaşlarından yazıçılığa yönəldiyi üçün təhsilini yarımçıq buraxmış Düma müxtəlif şeirlər, 15-ə yaxın roman, eyni zamanda bir çox pyeslər qələmə almışdır. Onun ən tanınmış əsəri atasının kef məclislərinin birində tanıdığı Marie Duplessis adlı xanımdan təsirlənərək yazdığı La Dame aux Camelias (Kameliyalı Qadın) adlı romanıdır. 1848-ci ildə nəşr edilən əsər daha sonra yazıçı tərəfindən pyes olaraq da qələmə alınmışdır. Pyesin bir çox yerdə səhnələşdirilməsiylə Düma məşhurluq qazanmışdır. Yazıçı 1895-ci ildə, 71 yaşında vəfat etmişdir.
Arif Niftullayev (oğul)
Arif Niftullayev (21 aprel 1997; Rusiya, Moskva) — Azərbaycanı təmsil edən yunan-roma güləşçisi. == Həyatı == Arif Arif oğlu Niftullayev 1997-ci il aprelin 21-də Masallı şəhərində anadan olub. Onun atası Arif Niftullayev də güləşçi olub və 1978-ci il Dünya Çempionatının qalibidir. 2008-ci ildən güləşlə məşğul olur. Şəxsi məşqçisi Elnur Müzəffərovdur. == Karyerası == Arif Niftullayev 2014-cü ilin mayında Bolqarıstanda yeniyetmələr arasında Avropa Çempionatında mübarizə apardı. Nəticələrə əsasən o, həmin turniri 11-ci pillədə başa vurdu.2016-cı ildə Qızıl Qran-Pri beynəlxalq turnirini 14-cü pillədə başa vuran Arif Niftullayev, 2017-ci ildə İstanbul şəhərində Vəhbi Əmrə Turnirini 5-ci, Budapeşt şəhərində U23 Avropa Çempionatını 16-cı, Novi Sad şəhərində Avropa Çempionatını isə 10-cu pillələrdə başa vurdu.Arif Niftullayev 2019-cu ildə isə Tehran şəhərində Taxti Cup beynəlxalq turnirini gümüş medalla, Novi Sad şəhərində U23 Avropa Çempionatını 5-ci, Budapeşt şəhərində U23 Dünya Çempionatını isə 12-ci pillələrdə başa vurdu.Arif Niftullayev 2022-ci ildə İstanbul şəhərində Vəhbi Əmrə Turnirini 12-ci, Roma şəhərində Matteo Pellicone Turnirini 7-ci, Konya şəhərində V İslam Həmrəyliyi Oyunlarını isə 8-ci pillələrdə başa vurdu.Arif Niftullayev birinci ciddi uğuruna 2022-ci ilin 10-18 sentyabrında Serbiyanın Belqrad şəhərində baş tutan Dünya Çempionatında imza atdı. Turnirin birinci görüşündə Avstriya nümayəndəsi Daniel Qastlı 3:2, 1/8 final mərhələsində Litva təmsilçisi Vilius Laurinaitisi 8:0, 1/4 final mərhələsində isə Macarıstan nümayəndəsi Alex Szoni 10:2 hesabları ilə məğlub edən Arif Niftullayev, Dünya Çempionatının yarım-final mərhələsinə adladı. Bu mərhələdə onun rəqibi Bolqarıstan təmsilçisi Kiril Milov oldu. Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə Arif Niftullayev 3:0 hesabı ilə irəlidə olsa da, üstünlüyünü əldən verdi və rəqibinə məğlub oldu.
Corc Buş (oğul)
Corc Volker Buş (ing. George Walker Bush; 6 iyul 1946[…], Nyu-Heyven[d]) — Amerika Birləşmiş Ştatlarının 43-cü prezidenti (20 yanvar 2001–20 yanvar 2009). Respublikaçılar partiyasının nümayəndəsidir. 1824-cü il prezident seçkilərində Con Kuinsi Adams qalib gəldi. O, ABŞ-nin ikinci prezidenti Con Adamsın oğlu idi. Bu təcrübə birdə yalnız 176 il sonra 2000-ci il prezident seçkilərində təkrarlanıb. Belə ki, bu seçkilərdə qalib gələn Corc Buş (oğul) ABŞ-nin 41-ci prezidenti Corc Buşun oğludur. Onun hakimiyyət dövrü 11 sentyabr hadisələri və bundan sonra başlayan terrorla mübarizə fəaliyyətləri, Əfqanıstan və İraq müharibələri ilə xarakterizə olunur. Adı tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısına 86-cı şəxs olaraq daxil edilib. == Həyatı == Corc Buş (oğul) 1946-cı il iyulun 6-da anadan olub.
Karlos Sayns (oğul)
Karlos Sayns (isp. Carlos Sainz Vázquez de Castro; 1 sentyabr 1994, Madrid) — İspan yarış sürücüsü, Formula-1 pilotu, Ralli üzrə ikiqat dünya çempionu Karlos Saynsın oğludur.Hal-hazırda Ferrari komandasında çıxış edir.
Robert Dauni (oğul)
Robert Con Dauni (4 aprel 1965[…], Manhetten, Nyu-York ştatı) — Amerikan aktyor, musiqiçi və prodüser. 2 dəfə "Oskar" nominantı (1993, 2009), Emmi nominantı (2001), 2 dəfə "Qızıl Qlobus" qalibi (2001, 2010) və BAFTA mükafatı qalibi (1993). Hollivudun ən çox qazanan aktyoru və dünyanın ən məşhur film ulduzlarından biridir. Rol aldığı filmlərdən altısı 500 milyonun üzərində qazanc gətirib və bunlardan ikisi kino tarixinin ən kommersiyal uğurlu beş filmi sırasındadır. İlk dəfə Sıfırdan Az filmində canlandırdığı narkoman gənc obrazı ilə tənqidçilərdən yüksək xal yığan aktyor, 1992-ci ildə əfsanəvi komik Çarli Çaplini canlandırdığı Çaplin filmi ilə Oskar mükafatına namizəd göstərildi. Anadangəlmə Qatillər, Qısa Keçidlər, Üçüncü Riçard, Bir Gecəlik Məhəbbət, Yalnız sən, Ürək və Ruhlar bu dövrdə çəkildiyi digər populyar filmlər sırasında idi. 1996-cı ilin avqustunda içkili vəziyyətdə sürdüyünə, heroindən istifadə etməyinə görə Robert polislər tərəfindən təsadüfən saxlanılmışdır. Dauni 3 il müddətində azadlıqdan məhrum edilmişdir və ümumi kamerada canilərlə qalmağa məcbur qalmışdır. 2000-ci ildə Alli Makbil serialında rol almış, və uğurlu aktyorluğuna görə Qızıl Qlobus mükafatı almışdır. Yalnız narkotiklə olan problemlərinin öhdəsindən gələ bilməyən aktyor serialdan qovulmuş, illər boyu kinodan uzaq qalaraq müalicəsinə davam etmişdir.
Sergey Bodrov (oğul)
Sergey Sergeyeviç Bodrov (rus. Сергей Сергеевич Бодров; 27 dekabr 1971, Moskva – 20 sentyabr 2002, Şimali Osetiya) — rusiyalı aktyor, televiziya aparıcısı, rejissor, ssenarist, tarixçi-mədəniyyətşünas. == Həyatı == == Filmoqrafiya == Morfi (film, 2008) / rus.
Yeddi oğul istərəm
Yeddi oğul istərəm — rejissor Tofiq Tağızadənin eyniadlı filmi. == Məzmun == Film inqilabın qələbəsinə sidqi-ürəklə inanan və qələbə naminə canlarından belə keçməyə hazır olan qəhrəman oğullar — 20-ci illərin komsomolçuları haqqında romantik hekayətdir. == Festivallar və mükafatlar == Filmin yaradıcılarına Azərbaycan SSR Lenin komsomolu mükafatı (1970). == Film haqqında == Film xalq şairi Səməd Vurğunun "Komsomol poeması"nın motivləri əsasında çəkilmiş və Azərbaycanda sovet hakimiyyətinin qurulmasının 50 illiyinə ithaf olunmuşdur. Filmdə aktyor və rəssam Elçin Məmmədovun ilk işidir. == Filmin heyəti == === Film üzərində işləyənlər === Əsərin müəllifi: Səməd Vurğun Ssenari müəllifi: Yusif Səmədoğlu Quruluşçu rejissor: Tofiq Tağızadə Quruluşçu operator: Rasim İsmayılov Quruluşçu rəssam: Nadir Zeynalov Bəstəkar: Xəyyam Mirzəzadə Səs operatoru: Vladimir Savin Rejissor: Tofiq Məmmədov Geyim rəssamı: Mais Ağabəyov Qrim rəssamı: V. Bereznyakov, Elbrus Vahidov Quraşdırılmış səhnələrin operatoru: Rasim İsmayılov Quraşdırılmış səhnələrin rəssamı: Mirzə Rəfiyev Montaj edən: Tamara Nərimanbəyova Redaktor: İntiqam Qasımzadə Rejissor assistenti: Mirzəbala Məlikov, M. Məmmədov Operator assistenti: Rafiq Kərimov, Ziya Babayev (Z. Babayev kimi) Rəssam assistenti: T. Abdullazadə, N. Viçina Çalır: Kinematoqrafiya Dövlət Simfonik Orkestri Dirijor: D. Ştilman Filmin direktoru: Davud Zöhrabov İşıqçı: A. Məmmədzadə (titrlərdə yoxdur) Rejissor köməkçisi: Almaz Mustafayeva (titrlərdə yoxdur) === Rollarda === Həsən Məmmədov — Bəxtiyar Ənvər Həsənov — Cəlal Elçin Məmmədov — Mirpaşa Əbdül Mahmudov — Qasım Şahmar Ələkbərov — Qəzənfər Rafiq Əzimov — Şahsuvar Ələsgər İbrahimov — Zalımoğlu Həsənağa Turabov — Gəray bəy İsmayıl Osmanlı — Kələntər Zemfira İsmayılova — Humay Hamlet Xanızadə — Gizir Fərhad İsrafilov — Qəqəni Məmmədrza Şeyxzamanov — Kərəm Məhluqə Sadıqova — Əri ölən qadın Hacıməmməd Qafqazlı Əli Xəlilov — Axund Şirəli Məmmədsadıq Nuriyev — Kosa Hüseynağa Sadıqov — Keçi Nadir Əsgərov — Keçəl Eldəniz Zeynalov — Kəndli Süsən Məcidova — Qəqəninin anası Sadıq Həsənzadə Mikayıl Mirzə (Mikayıl Mirzəyev kimi) — Mürşüd N. Rəhimov Ramiz Məlikov — Hökumət nümayəndəsi Ədalət Nəsibov — Aşıq L. Əbdülrəhimov N. İsmayılov Sadıq Hüseynov — Kənd sakini A. Əliyev N. Dəmirov P. Rzazadə Fazil Salayev — Kənd sakini Abbas Rzayev — Kənd sakini Ömür Nağıyev — Kənd sakini (titrlərdə yoxdur) === Filmi səsləndirənlər === Sadıq Hüseynov — Axund Şirəli (Əli Xəlilov) (titrlərdə yoxdur) Ofeliya Sənani — Humay (Zemfira İsmayılova) (titrlərdə yoxdur) Yusif Vəliyev — Kərəm (Məmmədrza Şeyxzamanov) (titrlərdə yoxdur) Hüseynağa Sadıqov — Bayraqdar (Eldəniz Zeynalov) (titrlərdə yoxdur) Əliabbas Qədirov — Cəlal (Ənvər Həsənov) (titrlərdə yoxdur) == İstinadlar == == Mənbə == "Ədəbiyyat və incəsənət" qəzeti. 10 oktyabr 1970-ci il. Азербайджанской ССР кинематография. Кино: Энциклопедический словарь / Гл. ред.
Yeddi oğul istərəm…
Yeddi oğul istərəm — rejissor Tofiq Tağızadənin eyniadlı filmi. == Məzmun == Film inqilabın qələbəsinə sidqi-ürəklə inanan və qələbə naminə canlarından belə keçməyə hazır olan qəhrəman oğullar — 20-ci illərin komsomolçuları haqqında romantik hekayətdir. == Festivallar və mükafatlar == Filmin yaradıcılarına Azərbaycan SSR Lenin komsomolu mükafatı (1970). == Film haqqında == Film xalq şairi Səməd Vurğunun "Komsomol poeması"nın motivləri əsasında çəkilmiş və Azərbaycanda sovet hakimiyyətinin qurulmasının 50 illiyinə ithaf olunmuşdur. Filmdə aktyor və rəssam Elçin Məmmədovun ilk işidir. == Filmin heyəti == === Film üzərində işləyənlər === Əsərin müəllifi: Səməd Vurğun Ssenari müəllifi: Yusif Səmədoğlu Quruluşçu rejissor: Tofiq Tağızadə Quruluşçu operator: Rasim İsmayılov Quruluşçu rəssam: Nadir Zeynalov Bəstəkar: Xəyyam Mirzəzadə Səs operatoru: Vladimir Savin Rejissor: Tofiq Məmmədov Geyim rəssamı: Mais Ağabəyov Qrim rəssamı: V. Bereznyakov, Elbrus Vahidov Quraşdırılmış səhnələrin operatoru: Rasim İsmayılov Quraşdırılmış səhnələrin rəssamı: Mirzə Rəfiyev Montaj edən: Tamara Nərimanbəyova Redaktor: İntiqam Qasımzadə Rejissor assistenti: Mirzəbala Məlikov, M. Məmmədov Operator assistenti: Rafiq Kərimov, Ziya Babayev (Z. Babayev kimi) Rəssam assistenti: T. Abdullazadə, N. Viçina Çalır: Kinematoqrafiya Dövlət Simfonik Orkestri Dirijor: D. Ştilman Filmin direktoru: Davud Zöhrabov İşıqçı: A. Məmmədzadə (titrlərdə yoxdur) Rejissor köməkçisi: Almaz Mustafayeva (titrlərdə yoxdur) === Rollarda === Həsən Məmmədov — Bəxtiyar Ənvər Həsənov — Cəlal Elçin Məmmədov — Mirpaşa Əbdül Mahmudov — Qasım Şahmar Ələkbərov — Qəzənfər Rafiq Əzimov — Şahsuvar Ələsgər İbrahimov — Zalımoğlu Həsənağa Turabov — Gəray bəy İsmayıl Osmanlı — Kələntər Zemfira İsmayılova — Humay Hamlet Xanızadə — Gizir Fərhad İsrafilov — Qəqəni Məmmədrza Şeyxzamanov — Kərəm Məhluqə Sadıqova — Əri ölən qadın Hacıməmməd Qafqazlı Əli Xəlilov — Axund Şirəli Məmmədsadıq Nuriyev — Kosa Hüseynağa Sadıqov — Keçi Nadir Əsgərov — Keçəl Eldəniz Zeynalov — Kəndli Süsən Məcidova — Qəqəninin anası Sadıq Həsənzadə Mikayıl Mirzə (Mikayıl Mirzəyev kimi) — Mürşüd N. Rəhimov Ramiz Məlikov — Hökumət nümayəndəsi Ədalət Nəsibov — Aşıq L. Əbdülrəhimov N. İsmayılov Sadıq Hüseynov — Kənd sakini A. Əliyev N. Dəmirov P. Rzazadə Fazil Salayev — Kənd sakini Abbas Rzayev — Kənd sakini Ömür Nağıyev — Kənd sakini (titrlərdə yoxdur) === Filmi səsləndirənlər === Sadıq Hüseynov — Axund Şirəli (Əli Xəlilov) (titrlərdə yoxdur) Ofeliya Sənani — Humay (Zemfira İsmayılova) (titrlərdə yoxdur) Yusif Vəliyev — Kərəm (Məmmədrza Şeyxzamanov) (titrlərdə yoxdur) Hüseynağa Sadıqov — Bayraqdar (Eldəniz Zeynalov) (titrlərdə yoxdur) Əliabbas Qədirov — Cəlal (Ənvər Həsənov) (titrlərdə yoxdur) == İstinadlar == == Mənbə == "Ədəbiyyat və incəsənət" qəzeti. 10 oktyabr 1970-ci il. Азербайджанской ССР кинематография. Кино: Энциклопедический словарь / Гл. ред.
Oğul (sənədli film)
Oğul sənədli filmi — 2022-ci ildə təqdimatı keçirilən sənədli film nəzərdə tutulur. Film Birinci Qarabağ müharibəsində mülki azərbaycanlıları azad etmək üçün erməni silahlı dəstəsi təslim olan Natiq Qasımov haqqındadır. == Haqqında == Film 1992-ci ildə Dağlıq Qarabağ münaqişəsi zamanı itkin düşən hərbi əsir Natiq Qasımovun axtarışından bəhs edir. Filmin görüntü rejissoru Simon Stanforddur. 2021-ci ildə lentə alınan 46 dəqiqəlik filmdə faktın bərpası üçün azərbaycanlı aktyorların ifasından da istifadə olunub. “Qafqazinfo”nun məlumatına görə, filmi Böyük Britaniyanın “Broken Pot Media” şirkəti çəkib, rejissoru və ssenari müəllifi Karan Sinqh isə üç il ərzində Ermənistan, Azərbaycan, İtaliya, Böyük Britaniya və Rusiyada şahidlərlə danışıb. Natiq Qasımov erməni zabitləri tərəfindən dindirilən zaman italyan müharibə fotoqrafı Enriko Sarsini də orada olub. Filmdə fotoqrafın müsahibəsi də yer alır. Ekran işində Birinci Qarabağ Müharibəsində iştirak edən "general" Vitali Balasanyanın da müsahibəsi yer alıb. O, əsirin tanış gəldiyini, lakin Natiq Qasımovu xatırlaya bilmədiyini söyləyib: Bu ad doğrudan da yadımda deyil.
Al Ana
Ambar Ana
Ambar Ana - türk və altay mifologiyasında qadınlıq ilahəsi. Qadınları və qadınların etdiyi işləri güdür. Qadınların işlərinə kömək edir. Onun şərəfinə təşkil edilən mərasimlər vardır. Qadın şamanlar ondan kömək diləyirlər. == Etimologiya == (Am / Em) kökündən törəmişdir. Bu kök türkcədə dişilik bildirir. Məsələn əmmək və əmizdirmək dişil məzmuna malikdir. Anbar mənasındakı ərəbcə ambar sözü ilə əlaqəsi yoxdur. Em kökü eyni zamanda yaxşılaşdırmaq və dərman mənalarıyla də əlaqəlidir.
Ana (albom)
Ana – Azərbaycan Respublikasının xalq artisti, müğənni Eyyub Yaqubovun üçüncü studiya albomu. == Albom haqqında == Albomda Əlibaba Məmmədov, Elçin İmanov, Fikrət Əmirov və s. şəxslərin bəstələri yer almışdır. Aranjimanların müəllifləri isə Eldar Məmmədov, Vasif Axundov, Elçin İmanov və Eldar Əzizlidir.
Ana (dəqiqləşdirmə)
Ana Ana!
Ana Dili
Ana dili — şəxsin doğulduğu vaxtdan etibarı ilə öyrəndiyi dil. Bəzi ölkələrə görə ana dili insanların aid olduqları milliyət ilə bağlıdır. Əgər bir şəxs fərqli dillərdə danışan ailədə böyüyübsə, bu vaxt onun birdən artıq ana dili olur və bu insanlar multilinqual adlanırlar. Bununla bərabər ikinci dil isə şəxsin öz dilindən başqa ayrı bir dil bilməsidir.
Ana Doqiç
Ana Doqiç (9 fevral 1979) — Monteneqronu təmsil edən həndbolçu. == Karyerası == Ana Doqiç Monteneqro yığmasının heyətində 2012-ci ildə London şəhərinin ev sahibliyində baş tutan XXX Yay Olimpiya Oyunlarına qatıldı. Final oyununda Norveç yığmasına 26:24 hesabı ilə məğlub olan Monteneqro yığması, London Olimpiadasını 2-ci yerdə başa vurdu və gümüş medal qazandı.
Ana Harlamenko
Ana Harlamenko (rus. Анна Харлампиевна Харламенко; 15 iyul 1960, Komrat) — Moldova Respublikasından olan Qaqauziya jurnalisti və siyasətçisidir, 2008–2012 illərdə Qaqauziya Xalq Məclisinin sədri vəzifəsində çalışmışdır. == Siyasi fəaliyyət == Ana Harlamenko 15 iyul 1960-cı il tarixində Komrat şəhərində anadan olub. 6 №-li Liseyi bitirdikdən sonra 1976-cı ildə Komratdan, Kişinyovdakı "Gavril Musicescu" İncəsənət İnstitutunun (1979–1983) mədəniyyət direktoru ixtisasına qatılmışdır. Daha sonra Beynəlxalq İqtisadiyyat və Hüquq Akademiyasında jurnalistika ixtisası üzrə təhsil alıb (1996–1998).Kolleci bitirdikdən sonra "Leninçi Kovov" qəzetində müxbiri işləyir (1984–1989). Qaqauziyada separatçı meyllərin təşviqi ilə Ana Harlamenko " Qaqauz TV" televiziya kanalının direktoru oldu (1990–2000). Paralel olaraq, 1996–1998-ci illər arasında Qaqauziya İcraiyyə Komitəsinin mətbuat katibi vəzifəsində çalışıb.2001–2006-cı illərdə Dövlət Komrat Universitetində professor olaraq dərs vermişdir. Bu dövrdə eyni zamanda Komrat İdman Liseyinin direktor müavini (2002–2003) və Qaqauziya Gənclər və İdman İdarəsinin direktor müavini (2003–2004) vəzifələrində çalışıb. 2005-ci ildən bəri Ana Harlamenko "Capitala Komrat" qəzetinin baş redaktoru vəzifəsini icra edir. 2007-ci ildə Moldova Respublikasının ən yaxşı jurnalisti seçilmişdir.
Ana Kopado
Ana Kopado (d. 31 mart 1980) — İspaniyanı təmsil edən su poloçusu. == Karyerası == Ana Kopado, İspaniya yığmasının heyətində 2012-ci ildə Birləşmiş Krallığın London şəhərinin ev sahibliyində baş tutan XXX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Final görüşündə ABŞ yığmasına 5:8 hesabı ilə məğlub olan İspaniya yığması, London Olimpiadasının gümüş medalına sahib oldu.
Ana Mena
Ana Mena Rojas (25 fevral 1997, Estepona[d], Əndəlüs) — İspaniya müğənnisi və aktrisası. Karyerasına 2009-cu ildə "Marisol, la película" teleserialı ilə başlamışdır.
Ana Pelaz
Ana Pelaz (24 sentyabr 1987) — İspaniyanı təmsil edən bədii gimnast. Ana Pelaz, İspaniyanı 2008-ci ildə baş tutan XXIX Yay Olimpiya Oyunlarında təmsil edib. == Karyerası == Ana Pelaz 2008-ci ildə İspaniyanın bayrağı altında Çinin paytaxtı Pekin şəhərində baş tutan XXIX Yay Olimpiya Oyunlarına qatıldı. O, qrup yarışlarında komanda yoldaşları Lara Qonzalez, Barbara Qonzalez, İsabel Paqan, Veronika Ruiz və Elizabet Salom ilə təsnifat mərhələsində 30.100 xal topladı və 11-ci yeri tutaraq mübarizəni dayandırdı.
Ana Radoviç
Ana Radoviç (21 avqust 1986, Sarayevo) — Monteneqronu təmsil edən həndbolçu. == Karyerası == Ana Radoviç Monteneqro yığmasının heyətində 2012-ci ildə London şəhərinin ev sahibliyində baş tutan XXX Yay Olimpiya Oyunlarına qatıldı. Final oyununda Norveç yığmasına 26:24 hesabı ilə məğlub olan Monteneqro yığması, London Olimpiadasını 2-ci yerdə başa vurdu və gümüş medal qazandı.
антропоними́ческий вреза́ние кандида́тка кахети́нский лазу́рность неве́рующий по направле́нию шалбе́рник арабе́сковый безу́молчно выкола́шиваться канони́ческий подсини́ться позёвывать се́йфовый я́хтенный cosmetize counteractive entrancement extensional French twist thrift пантера фитобиология хлопоты