anafema
anafora
OBASTAN VİKİ
Anafilaksiya
ANAFİLAKSİYA – orqanizmə çox vaxt zülal təbiətli yad maddələrin – antigenlərin (anafilaktogenlərin) yeridilməsi nəticəsində inkişaf edən patoloji proses. Allergiya formalarından biridir. Anafilaktogeni ilk dəfə orqanizmə yeritdikdə qanda həmin anafilaktogenə məxsus anticism yaranır və bu zaman orqanizmdə heç bir klinik dəyişiklik olmur. Anafilaktogen orqanizmə yeridiləndən 6–12 gün sonra onda həmin anafilaktogenə qarşı uzun müddət (bəzən ömürlük) qalan yüksək həssaslıq– sensibilizasiya halı əmələ gəlir. Sensibilizasiyadan sonra həmin anafilaktogeni orqanizmə təkrar yeritdikdə tez bir zamanda (bir neçə saniyə və ya dəqiqə ərzində) hemodinamikanın pozulması, bronxospazm, şişkinlik və s. ilə müşayiət olunan anafilaktik reaksiya baş verir. Ən qabarıq reaksiyaya anafilaksiya şoku adı verilmişdir. Anafilaksiya şokunun əsas əlamətləri kəskin şəkildə tənəffüsün çətinləşməsi, qan təzyiqinin aşağı düşməsi və bəzən, hətta şüurun itməsidir. Müalicə simptomatikdir. == Mənbə: == Azərbaycan Milli Ensiklopediyası (25 cilddə).

Значение слова в других словарях

ао́ртовый бароне́тство воскре́сник довари́ть оборва́шка пересоздава́ть песча́нистость преступа́ть тевто́ны утучня́ться беспрекосло́вный богара́ Всеси́льный жи́жа плюрализа́ция подста́ныванье радиоэлектро́нщик трёхгодово́й arrow-loop bewept flaming hubbly Pooh Bah sketchpad vidimus