ANALOQ

[alm. Analog; fr. Analogue; ing. Analogus; yun. Analogos – uyğunluq, oxşarlıq, loqosa uyğun olan; osm. tr. mümasil; بِّعً ] – idrak nəzəriyyəsi terminidir. Hərfi mənada bənzəyən, oxşar olan deməkdir. Yunan dilindən alınmışdır. Aristotelə görə müxtəlif şeylərə uyğunlaşa bilib eyni mənada onun əvəzinə də keçərli olan termindir. Misal üçün yaxşı hava yaxud yaxşı əşya və s. Digər mənada isə bir terminin bir başqasına olan nisbətinin, bir üçüncünün dördüncüyə olan nisbəti ilə eyni əlaqədə olmasına deyilir. Aralarında, xüsusilə də təsirlərində oxşarlıq olan [az və ya çox] iki mənalı sözlər.
ANALOGİYA
ANARXİZM
OBASTAN VİKİ
Analoq
Analogiya ( q.yun. ἀναλογία — "oxşarlıq", "uyğunluq") - 1)fikir, məfhum və hadisələr arasında oxşarlıq və uyğunluq, bənzəyiş; 2)müxtəlif əşya və hadisələr arasında qismən oxşarlıq və ya uyğunluq; 3)ümumilikdə müxtəlif olan əşyaların, hadisələrin və anlayışların müəyyən mənalarda oxşarlığı; 4)məntiqdə: iki əşya və ya hadisənin hər hansı cəhətdən bir-birinə bənzərliyinə əsaslanaraq, onların digər cəhətlərdən də bir-birlərinə bənzəmələri haqqında nəticə çıxarmaqdan ibarət mühakimə üsulu. Analogiya məfhumunu elmə Aristotel daxil etmişdir. Bu terminlə ilk dəfə yunan riyaziyyatçıları ədədlər arasındaki əlaqənin oxşarlıqlarını ifadə etmişlər. == Misal == Onluq kəsrlər üzərində əməllər bir çox cəhətdən natural ədədlər üzərində əməllərlə analogiya təşkil edir. Onluq kəsrlərin öyrənilməsində bu analogiya istifadə olunur; Ədədi və həndəsi silsilənin bir çox xassələri analogiya təşkil edir; Stereometriyanın bir çox məsələləri planimetriya məsələləri ilə analogiya öyrənilir: Sfera müstəvidə çevrənin fəza analogiya, Tusi piramidası müstəvidə Paskal üçbucağının fəza analogiya (Bax: Paskal üçbucağı, Tusi piramidası). == Həmçinin bax == Hipotez Aksiom Arqument Paradoks Anlayış Nəticə Fakt == Ədəbiyyat == Əliquliyev R.M., Şükürlü S.F., Kazımova S.İ., Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər // Bakı. İnformasiya Texnologiyaları nəşriyyatı. 2009. 201 s.
Analoq siqnal
Analoq siqnal — Analoq siqnal, siqnalın zamanla dəyişən özəlliyinin başqa bir zaman dəyişkən miqdarıdır yəni zamanın dəyişməsinə uyğun olaraq hər hansı bir daimi siqnaldır. Misal üçün bir analoq səs siqnalında, siqnalın ani gərginliyi səs dalğalarının təzyiqi ilə davamlı olaraq dəyişir. Bu daimi miqdarın, sadəcə limitli sayda dəyərdən birini ala bilən bir ayrı dəyərlər sırasının təmsili olduğu rəqəmsal siqnaldan fərqlidir. Analoq siqnal termini ümumiyyətlə elektrik siqnalları ifadə edir; bununla birlikdə mexaniki, pnevmatik, hidravlik, insan səsi və digər sistemlər də analoq siqnallarla göndərilə bilər və ya düşünülə bilər. == Haqqında == Analoq siqnal siqnalın məlumatını ötürmək üçün mühitin bəzi özəlliklərini istifadə edə bilər. Misal üçün bir aneroid barometri, təzyiq məlumatını göndərmək üçün siqnal olaraq dönən mövqeyə istifadə edilir. Bir elektrik siqnalında, siqnalın gərginliyi, cərəyanı və ya tezliyi məlumatı təmsil edəcək şəkildə dəyişdirilə bilər. == Xarakteristikaları == Hər hansı məlumat analoq siqnalları ilə ötürülə bilər; ümumiyyətlə belə bir siqnal, səs, işıq, istilik, mövqe və ya təzyiq kimi fiziki hadisələrdəki dəyişiklər ölçülən bir cavabdır. Fiziki dəyişən bir çevirici tərəfindən bir analoq siqnala çevrilir. Misal üçün, bir mikrafonun diafraqmasına toxunan səs elektromaqnit miqrafondakı bir bobin tərəfindən istehsal edilən axında və kondensator mikrafon tərəfindən istehsal edilən edilən gərginlikdə qarşılıq gələn dalğalanması səbəbləridir.
Analoq-rəqəm çeviricisi
Analoq-rəqəm çeviricisi – analoq (zamana görə fasiləsiz dəyişən) fiziki kəmiyyətləri diskret rəqəmli kəmiyyətlərə çevirən qurğu. Analoq kəmiyyətlər kimi elektrik gərginliyi və cərəyanı, rəqslərin tezliyi, faza sürüşmələri, dönmə bucaqları və s. götürülür. Ədədi kodlar, əsasən, ikilik, ikilik-onluq və ya onluq say sistemləri ilə verilir. Ümumi halda analoq-rəqəm çevrilməsi prosesi kvantlaşdırma (fasiləsiz verilənlərin zaman, səviyyə və ya hər iki parametr üzrə eyni anda diskretləşdirilməsi) və kodlaşdırmadan ibarətdir. Kvantlaşdırma zamanı fasiləsiz kəmiyyət müəyyən qanunla seçilmiş və ümumilikdə ilkin kəmiyyəti (əvvəlcədən təyin edilmiş səhvlə) əks etdirən ani qiymətlərdən ibarət ardıcıllığa çevrilir. Kodlaşdırma zamanı kvantlaşdırma prosesində seçilmiş ilkin kəmiyyətin ani qiymətləri ölçülür və nəticələr ədədi kodlar şəklində qeyd edilir. Müasir Analoq-rəqəm çeviricisində kvantlaşma və kodlaşma prosesləri analoq və inteqral sxemlərin, mikroprosessorların və s. köməyilə yerinə yetirilir. Analoq-rəqəm çeviricisi verilənlərin ötürülməsi sistemlərində, informasiya-ölçmə sistemlərində, avtomatik idarəetmə qurğularında və s.
Analoq-rəqəmsal çevirici
Analoq-rəqəmsal çevirici (ing. Analog-to-digital converter, rus. Аналого-цифровой преобразователь) yaxud ARÇ — analoq siqnalı rəqəmsal siqnala çevirən qurğudur. ARÇ siqnalın diskretləşdirməsini və kvantlanmasını həyata keçirir. Analoq-rəqəmsal çeviriciləri adətən qarşılıqlı təsir edən bir neçə elementdən ibarətdir. Açıq sxem üzrə birbaşa çevirmə üsulunda ARÇ-nin elementləri iki qrupa bölünür. Onlardan birinci zaman-impuls modulyasiyasını həyata keçirir, yəni zaman-impuls siqnalını yaradır. Harmonik gərginlik və cərəyanın amplitud, faza və ya tezliyi şəklində olan məlumat parametrlərini çevirdikdə müqayisə elementi ME və sıfır indikatoru Sl lazım olur. İkinci qrup isə ardıcıl vahid kodda rəqəm siqnalı yaradaraq kvantlama əməliyyatı aparır və lazım gəldikdə onu mövqe dərəcə-rəqəmə çevirir. Tipik olaraq, bir ADC, gərginliyi ikili rəqəmsal koda çevirən bir elektron cihazdır.
Purin analoqları
Purin analoqları — metabolik purinlərin quruluşunu təqlid edən antimetabolitlər. Purin analoqlarının təsir mexanizmi purin nukleotidlərinin metabolizminə müdaxilə nəticəsində yeni DNT-nin biosintezinin inhibə edilməsinə əsaslanır.. Nuklein turşusu analoqları Tioguanin kimi tiopurinlər — kəskin leykemiyanı və kəskin qranulositik leykoz remissiyalarını müalicə etmək üçün istifadə olunur. Azatioprin — əsas immunosupressiv sitotoksik maddədir. Ön dərman, rədd reaksiyalarını idarə etmək üçün transplantologiyada geniş istifadə olunur. DNT sintezini maneə törədən purin analoqu olan merkaptopurinə fermentsiz şəkildə parçalanır. İmmun cavabın induksiya mərhələsində limfositlərin klonal genişlənməsinin qarşısını alaraq həm hüceyrə immunitetinə, həm də humoral immunitetə ​​təsir göstərir. O, həmçinin autoimmuniteti zəiflədir. Merkaptopurin Tioquanin Nukleozid analoqu Klofarabin Pentostatin və kladribin — əsasən tüklü hüceyrə leykozunun müalicəsi üçün istifadə edilən adenozin analoqları. Nukleotid analoqları Fludarabin — bir neçə DNT polimerazını, DNT primazanı və DNT liqaza I-i inhibə edir və S-fazaya xasdır (çünki bu fermentlər DNT replikasiyası zamanı çox aktivdir).

Значение слова в других словарях