ananas
anaptiksis
OBASTAN VİKİ
Anaplazmoz
ANAPLAZMOZ – anaplazmalar cinsindən olan ibtidailərin törətdiyi heyvan xəstəliyi. Törədicisi eritrositlərdə olan hüceyrədaxili qan parazitləridir. Anaplazmoz yazda və payızda hər yerdə qeydə alınır və yoluxma, əsasən, iksod gənələrinin, həşəratların (göyün, qaşqaçıbin, mığmığa, ağcaqanad) dişləməsindən, həmçinin inyeksiya və cərrahi əməliyyatlar zamanı baş verir. Anaplazmoza ən çox qaramal və davar yoluxur. İnkubasiya dövrü 4–6 həftə çəkir. Anaplazmoz kəskin və xroniki ola bilər. Kəskin Anaplazmozda titrətmə-qızdırma, əzginlik, tənəffüsün tezləşməsi, limfa düyünlərinin böyüməsi, ödemlər, zəiflik, susuzluq, sarılıq, selikli qişanın solğunluğu, süd məhsuldarlığının kəskin azalması müşahidə edilir. Xroniki Anaplazmoz üçün qanın tərkibi, mədə-bağırsaq traktı, ürək-damar sistemi, tənəffüs orqanları funksiyalarının pozulması xarakterikdir. Ölümlə nəticələnən hallar 30–40% təşkil edir. Diaqnoz qan yaxmasında anaplazmaların, yaxud qanda və digər toxumalarda anticismlərin və antigenlərin olması ilə təsdiqlənir.
башма́чник бо́йкий контрнаступле́ние пересня́ться шо́рник бронзиро́вка инспе́кторство ма́менька приба́вка диакон ataraxic bimestrial chapman desyatin Long Parliament nonfading quick time rhesus signet докторский интервент льноводство неплательщик пролетарский сцепиться