ANASI

«ana» sözü və -sı mənsubiyyət şəkilçisindən yaranmış və «əziz anam, anamız» deməkdir.
ANAQIZ
ANAŞ
OBASTAN VİKİ
Anası Xəlilova
Anası Xəlilova (21 avqust 1921, Güvəkənd, Ərəş qəzası – 1993, Ağdaş rayonu) — Pambıqçı, Sosialist Əməyi Qəhrəmanı. == Həyatı == 1921-ci ildə Ağdaş rayonunda anadan olub. SSRİ Ali Sovetinin deputatı seçilib. Sosialist Əməyi Qəhrəmanı adına 1966-cı ildə layiq görülüb.
Dəniz anası
Meduza — hidroidlər sinifinə daxil beyinləri olmayan canlılar. Meduzalar şəffaf görünüşləri ilə diqqət cəlb edir.
Kuzmanın anası
Kuzyanın anası (rus. Кузькина мать) və ya Kuzyanın anasını göstərmək — rus dilində frazeoloji birləşmə. Təhdid mənasını bildirir. Tez-tez kiminsə ünvanına istehzalı təhdid kimi istifadə olunur. İfadə rus ədəbiyyatında da tez-tez işlənilir. Məsələn, rus yazıçısı Anton Çexovun "Buqələmun" hekayəsində. Fərqli bir formada, “Biz sizə Kuzyanın anasını göstərərik!” (rus. Мы вам покажем кузькину мать!) formasında SSRİ siyasi xadimi Nikita Xruşşov tərəfindən düşmən ölkələrin nümayəndələrinin ünvanına istifadə olunmuşdur. Belə ki, 1959-cu ildə Xruşşov bu ifadəni ABŞ-nin vise-prezidenti Riçard Niksona qarşı istifadə etmişdir.
Kuzyanın anası

Uistlerin anası
1 №-li boz və qara aranjiman: Rəssamın anasının portreti (ing. Arrangement in Grey and Black, No.1: Portrait of the Artist's Mother) çox vaxt "Vistlerin anası" (ing. Whistler's Mother) kimi xatırlanır — amerikalı rəssam Ceyms Vistlerin 1871-ci ildə çəkdiyi ən məşhur rəsm əsəri. Əsərdə rəssamın anası Anna Vistler (1804–1881) təsvir olunub. Fransanın Paris şəhərindəki Orse muzeyində saxlanılır. Əsərin ölçüsü 144,3 × 162,4 sm-dir. == Tarixi == Anna Makneyl Vistler oğlu ilə London, Cheyne Walk, Çelsi-də yaşayarkən portret üçün poza verdi.Əsərlə əlaqədar bir neçə təsdiqlənməyən hekayə mövcuddur, onlardan biri belədir ki, bir gün portret üçün poza verməli olan model planlaşdırılan sessiyaya gəlmədiyindən Ceyms Vistler öz anası Anna Makneyl Vistlerdən onun portretini çəkmək üçün poza verməsini istəmişdir. Əvvəlcə o, modeli ayaq üstə çəkmək niyyətində idi. Lakin o zaman 67 yaşı olan yaşlı ana üçün uzun müddət ayaq üstə dayanmaq çox çətin idi. Əsərin çəkilməsi onlarla poza seansı aparıldı.
Vistlerin anası

Xəzər anası
Xəzər anası (yaxud Xəzər madonnası) Alimlər tərəfindən "Xəzər madonnası" adlandırılan - əlində körpə uşaq olan qadın təsvirli, orijinal mis medalyondan ibarətdir.(bütpərəstliklə xristianlığın simbiozu kimi)Arxeoloqlar tərəfindən Sulak arxası Qumuqda(Şimali Dağıstan), xəzər şəhərləri Bələncər(Çiri Yurd), erkən orta əsr (7-9-cu əsrin əvvəli) katakombaların birində tapılıb. Ona bənzəri Kislovodsk ərazisində də tapılıb. M.M.Mamayev bunu xristian müqəddəs anası(madonna) kimi izah edir. Lakin deməyə əsas var ki, həmin medalyonun təsvirinin anlam süjeti bir qədər fərqlidir. == Mənbə == -Xəzər anası "Обряды и культы Древнего и Средневекового Дагестана". Сб. статей. Махачкала.1986. С.90-109.
Müqəddəs Tanrı anası kilsəsi (Tağaser)
Müqəddəs Tanrı anası kilsəsi — Xocavənd rayonunun Tağaser kəndi ərazisində yerləşən tarix-memarlıq abidəsi. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən ölkə əhəmiyyətli abidə kimi qeydiyyata alınmışdır. == Tarixi == Kilsə iki inşaat kitabəsinə malikdir. Onlar hər ikisi iç tərəfdən portal timpanına yerləşdirilmişdir. Kitabələrdən məlum olur ki, kilsə 1635-ci ildə kənd sakinlərinin iştirak ilə inşa edilmişdir. Bu kilsə vaxtilə mövcud olmuş və dövrümüzə çatmamış daha qədim və daha kiçik ölçülü kilsə ilə üzbəüz yerləşirdi. == Memarlıq xüsusiyyətləri == Təpə ətəyində yerləşən kilsə, tut və qoz bağları ilə əhatə olunmuşdur. Müqəddəs Tanrı anası kilsəsi dörd pilona malik bazilikadır. Kilsə narteksindən dövrümüzə yalnız yarıdağınıq kilsə binası qalmışdır Böyük ölçülərə malik kilsə tağtavana və iki tərəfli dam örtüyünə malikdir. Şərq apsidasının hər iki tərəfində köməkçi otaqlar yerləşir.
Müqəddəs Tanrı anası kilsəsi (Zakirli)
Müqəddəs Tanrı anası kilsəsi — Xocavənd rayonunun Zakirli kəndində yerləşən tarix-memarlıq abidəsi. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən yerli əhəmiyyətli abidə kimi qeydiyyata alınmışdır. == Tarixi == Kilsə ərazisində ən qədim tarix xaçdaşlardan biri üzərində yazılmış və "1198-ci ilin yayı"na aiddir. Kilsə timpanndakı kitabədə XII əsrdə burada artıq monastırın fəaliyyət göstərdiyini deməyə əsas verir. Kitabədə qeyd edilir ki, vardapet Yakov 1682-ci ildə köhnə kilsəni bərpa etdirmişdir. == Memarlıq xüsusiyyətləri == Müqəddəs Tanrı anası kilsəsi Zakirli kəndinin mərkəzində, alma və armud bağlarının arasında yerləşir. Vaxtilə burada mövcud olmuş qədim monastır kompleksindən dövrümüzə yalnız əsas kilsə binası çatmışdır.Kilsə xaricdən düzbucaqlı, daxildən isə günbəzli bazilikal formaya malikdir. Kilsə divarları daxildən əhəng məhlulu ilə üzlənmişdir. Tağlar, nişlər və altar karnizlərinin inşasında yaxşı yonulmuş mavi tonlu daşlar, digər divar hörgüsündə isə kobud yonulmuş yerli daşlardan istifadə edilmişdir. Divarların qalınlığı bir metrdən artıqdır.
Müqəddəs Tanrı anası kilsəsi (Çanaqçı)
Müqəddəs Tanrı anası kilsəsi — Xocalı rayonunun Çanaqçı kəndində yerləşən tarix-memarlıq abidəsi. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən ölkə əhəmiyyətli abidə kimi qeydiyyata alınmışdır. == Tarixi == Kilsə 1651-ci ildə inşa edilmişdir. Kilsədə qədim əlyazmalar, perqamentlərdə yazılmış İncil nüsxələri, dəyərli relikviyalar və 1600-cü illərə aid bədii dəyərli xaçlar saxlanılırdı. K. Mkrtçyanın məlumatına görə, qədim əlyazmalardan bəziləri Çanaqçının qədim skriptoriumunda hazırlanmışdır. == Memarlıq xüsusiyyətləri == Hündür, geniş və uzunsov üçnefli bazilika formasına malik kilsə Çanaqçı kəndinin mərkəzində yerləşir. Planda düzbucaqlı formasına malik kilsənin tərəfləri 27.35 x 15.30 metrə bərabərdir.Altarın hər iki tərəfində köməkçi otaqların üstündə yerləşən pilonların zərifliyi, eyni zamanda maraqlı memarlıq elementləri tikilinin daxili kompozisiyasının ifadəliliyini vurğulayır.
Müqəddəs Tanrı anası kilsəsi (Çörəkli)
Müqəddəs Tanrı anası kilsəsi — Xocavənd rayonunun Çörəkli kəndi ərazisində yerləşən tarix-memarlıq abidəsi. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən ölkə əhəmiyyətli abidə kimi qeydiyyata alınmışdır. == Tarixi == Kilsə timpanında inşaat kitabəsinin olmaması, onun tikilmə tarixini müəyyənləşdirməkdə çətinlik yaradır. Lakin, hələ dəqiq öyrənilməməsinə baxmayaraqçəhrayı rəngli qranit pilonlara birləşdirilmiş zəngin dekorlu dörd xaçdaş üzərindəki tarixlə artıq XII əsrdə burada dini kompleks olduğunu sübut edir.Abidəni tədqiq etmiş K. Mkrtçyan qeyd edir ki, divar hörgüsü, epiqrafika nümunələrinin stilistik xüsusiyyətləri və sair xüsusiyyətləri əsas götürərək demək olar ki, kilsə XVI-XVII əsrlərdə daha qədim dini kompleksin yerində inşa edilmişdir. == Memarlıq xüsusiyyətləri == Kilsə Çörəkli kəndinin düz mərkəzində, məktəb binasının yanında yerləşur. Birnefli bazilika formasına malik tikili tağtavanlı dama malikdir. Planda düzbucaqlı formaya malik tikilinin ölçüləri 12.6x6 metrdir. Kilsənin inşasında yaxşı yonulmuş yerli daşlardan istifadə edilmişdir.Apsidanın hər iki tərəfində köməkçi otaqlar vardır. Kilsənin əsas girişi cənub tərəfdəndir. Buna baxmayaraq, şimal divarında da giriş qapısı olmuş, lakin, sonrakı dövrdə həmin qapı hörülərək qapadılmışdır.
Müqəddəs Tanrı anası monastırı (Zar)
Müqəddəs Məryəm Ana monastırı — Kəlbəcər rayonunun Zar kəndi ərazisində, Xudavəng monastırından 3 km qərbdə, Tərtər çayının sahilində yerləşən tarix-memarlıq abidəsi. == Tarixi == Kompleksin ən qədim tikilisi olan Müqəddəs Məryəm Ana kilsəsinin timpanında onun inşa edilmə tarixi və sifarişçisi haqqında məlumat verilmişdir: "çariça, çar Kürikenin qızı…1174-cü il" Ümumilikdə monastır ərazisində səkkiz kitabə oxunmuş və çap edilmişdir ki, onlardan da bəziləri 1174, 1178, 1261-ci illərə aiddir. == Memarlıq xüsusiyyəti == Kompleksə müxtəlif qorunma vəziyyətində olan iyirmidən çox tikili daxildir. Kompleksin ən qədim tikilisi olan Müqəddəs Məryəm Ana kilsəsi onun şimal hissəsində yerləşir. Kilsə planda düzbucaqlı formasına malik olmaqla, tağtavanla örtülmüşdür. Qərb tərəfdən kilsə binasına bitişik düzbucaqlı formalı narteks inşa edilmişdir. Onun qərb girişi orta otağa aparır, böyül cənub-qərb qapısı isə həyətə açılır.Kilsənin qərb tərəfinə bitişik inşa edilmiş ikinci tikili qədim sovməədir. Sovməənin şimal divarı həm də Müqəddəs Məryəm Ana kilsəsinin qərb divarıdır.Kompleksin mərkəzində monastırın əsas kilsəsi yerləşir. Üçnefli bazilika formasına malik tikili maraqlı interyerlərə malik olmaqla, bütün memarlıq xüsusiyyətlərini qoruyaraq dövrümüzə çatmışdır. Kilsənin tağtavanı iki pilon və divarönü yarımpilona söykənir.
Salehə Sultan (I Mahmudun anası)
Salehə Sultan (1680, Konstantinopol – 21 sentyabr 1739, Konstantinopol) — 22-ci Osmanlı sultanı II Mustafanın xanımı və I Mahmudun anası, Validə sultan. == Həyatı == === İlk illəri === Həyatı haqqında çox az məlumat var. Doğum tarixi təxminən 1680-ci il olaraq qəbul edilir. Əslən yunan olub, İstanbulda dünyaya gəldiyi, kiçik yaşlarında saraya alınaraq Sultan Mehmedin xanımı Validə Əmətullah Gülnuş Sultanın himayəsində təlim-tərbiyə edildiyi məlumdur. Təlimini tamamladıqdan sonra Sultan Mustafaya təqdim edildi. Ardından yeganə övladı olan Şahzadə Mahmudu 2 avqust 1696-cı ildə Ədirnə sarayında dünyaya gətirdi. Ancaq 1703-cü ildə baş verən Ədirnə hadisələri nəticəsində Sultan Mustafa taxtdan endirildi və padşahın bütün hərəmiylə birlikdə Salehə Sultan da Ədirnə sarayında otaq həbsinə alındı. Taxta çıxan Sultan Əhməd isə qardaşı oğlu olan Şahzadə Mahmud və Şahzadə Osmanı alaraq İstanbula geri döndü. Ancaq çox keçmədən 5 ay sonra Sultan Mustafa əziyyət çəkdiyi böyrək çatışmazlığı səbəbilə Ədirnədə vəfat etdi və bütün hərəmi İstanbuldakı köhnə saraya daşındı. 27 il boyunca köhnə sarayda yaşayan Salehə Sultan bu müddət ərzində Darüssəadə ağası Hacı Bəşir ağanın vasitəsiylə Topqapı sarayındakı Şimşirlik bölümündə tutulan oğlu Şahzadə Mahmudu qorudu.
Atatürk, Anası və Qadın Hüquqları abidəsi
Atatürk, Anası və Qadın Hüquqları abidəsi — Türkiyənin İzmir ilinin Karşıyaka ilçəsindəki Anayasa Meydanı içərisində yerləşən abidə. == Tarixi == 1967-ci ilin mayında qurulan Karşıyaka Atatürk Abidəsi Qurma və İdeallarını Yaşatma Dərnəyi Karşıyakada Mustafa Kamal Atatürkün xatirəsinə abidə qoyulması üçün layihə müsabiqəsi başlatdı. 10 noyabr 1971-ci ildə nəticəsi elan olunan müsabiqədə heykəltaraş Tamer Başoğlu ve memar Erkal Güngörenin dizaynı qalib gəldi. Cümhuriyyətin elan edilməsinin 50. ili şərəfinə qərarlaşdırılan və 1.2 milyon lirəyə başa gəlməsi planlanlaşdırılan abidə karşıyakalıların ianələriylə 1972-ci ildə inşa edilməyə başlandı və 26 oktyabr 1973-cü ildə mərasimlə açıldı. 2015-ci ilin mayında baxımsızlıq və korroziya səbəbiylə pis vəziyyətdə olan abidənin dağıdılaraq yerinə daha böyüyünün tikiləcəyi deyildi. İzmir Valiliyi abidənin "can və mal təhlükəsizliyi üçün risk yaratdığını" bildirdi. İzmir 1 saylı Mədəniyyət Mülklərinin Qorunması üzrə Bölgə Komitəsi də abidənin "tarixi abidə" olmadığını bildirərək yenilənməsinə icazə verdi. 2017-nin aprelində təşkil edilən tenderdən sonra 6.8 milyon lirə xərc qarşılığında firma ilə müqavilə imzalandı. 12 iyun 2017-ci ildə abidənin dağıdılması reallaşdı.
Tanrının Müqəddəs Anası kilsəsi, Asen qalası
Müqəddəs Məryəm Ana kilsəsi (bolq. църква "Света Богородица", tsarkva "Sveta Bogoroditsa") - Asen qalasında yerləşən məşhur orta əsrlər şərqi ortodoks kilsəsinə verilən addır. Bolqarıstanın cənubundakı Plovdiv vilayətinin Rodop dağlarında Asenovqrad yaxınlığında yerləşir. XII əsrdə tikildiyi təxmin edilir və iki hissədən ibarətdir: yuxarı hissə - kilsə, aşağı hissə - naməlum. Kilsənin narteksi üzərində dördbucaqlı qüllə, növünə görə Balkanlardakı ən qədim qüllə hesab edilir. Kilsənin üst hissəsindəki divarlarda freska parçaları vardır. == Yer və tarix == Müqəddəs Məryəm Ana kilsəsinin ərazisi Plovdivdən Smilyana qədər, Asenovqrad qəsəbəsindən (orta əsrlərdə Stenimaços) cənuba doğru 2 kilometrlik məsafə boyunca uzanır. Kilsə zamanında güclü müdafiə olunan hal-hazırda isə dağıdılmış vəziyyətdə olan Asen qalasının bir hissəsidir. Kilsənin inşa edilmə tarixi ilə bağlı bir neçə fərqli fikirlər var. Beləki kilsənin yaranma tarixi bir çox alimlər tərəfindən XII əsr olaraq qəbul edilsə də, bəziləri kilsənin XI və ya XIII əsrdə yaradılması fikrini qəbul edir.Kilsənin adı Müqəddəs Məryəm Ana kilsəsi kimi qəbul olunsada, gerçək adının fərqli olduğu düşünülür.
Tanrı anası Bakirə Məryəmin yüksəlişi kilsəsi (Tbilisi)
Tanrı anası Bakirə Məryəmin yüksəlişi kilsəsi (gürc. თბილისის ღვთისმშობლის ამაღლების კათოლიკური ეკლესია) – Tbilisinin Qədim şəhər rayonunda Roma-Katolik kafedralı. Kilsə, 1993-cü ildə yaradılmış Qafqaz Latın Həvari Administrasiyasının qərargahıdır. == Tarixi == Hazırda kafedralın yerləşdiyi ərazidə ilk dəfə katoliklər XIII əsrdə məskunlaşmışdılar. 1240-cı ildə dominikanlar həmin ərazidə monastır yaratmışlar.1328-ci ildə Vəftizçi İohanna həsr edilmiş monastır yaradılmış və Tbilisi yepiskop iqamətgahıa çevrilmiş. XVI əsrdə yepiskopluq fəaliyyətini dayandırmışdır. XVII əsrdə Gürcüstana qayıdan katoliklər Tbilisidə Müjdə kilsəsi inşa edirlər. Həmin katolik kilsəsi o zaman şəxsən çar II Teymuraza tabe idi. Bundan sonra, katoliklər şəhərin həyatında aktiv rol oynamağa başlayırlar. Lakin, XIX əsrin əvvəllərində artıq katoliklərin şəhərdə ibadətah yox idi.
Elmi sahələrin atası və ya anası hesab olunan şəxslərin siyahısı
Bu siyahıda elmi sahələrin atası və ya anası hesab olunan şəxslər yer alır.
Elmi bir sahənin atası və ya anası hesab olunan şəxslərin siyahısı
Bu siyahıda elmi sahələrin atası və ya anası hesab olunan şəxslər yer alır.
Yaponiyada bir sahənin atası və ya anası hesab olunan şəxslərin siyahısı
Bu məqalədə Yaponiyada bir sahənin atası və ya anası hesab olunan şəxslərin siyahısı verilmişdir. Bu cür şəxslər həmin sahəyə tərif və ya ciddi töhfə vermiş şəxslər hesab olunurlar. Titulun kimə aid olması barədə mübahisələr daim mümkündür.
Kuzmanın anasını göstərmək
Kuzyanın anası (rus. Кузькина мать) və ya Kuzyanın anasını göstərmək — rus dilində frazeoloji birləşmə. Təhdid mənasını bildirir. Tez-tez kiminsə ünvanına istehzalı təhdid kimi istifadə olunur. İfadə rus ədəbiyyatında da tez-tez işlənilir. Məsələn, rus yazıçısı Anton Çexovun "Buqələmun" hekayəsində. Fərqli bir formada, “Biz sizə Kuzyanın anasını göstərərik!” (rus. Мы вам покажем кузькину мать!) formasında SSRİ siyasi xadimi Nikita Xruşşov tərəfindən düşmən ölkələrin nümayəndələrinin ünvanına istifadə olunmuşdur. Belə ki, 1959-cu ildə Xruşşov bu ifadəni ABŞ-nin vise-prezidenti Riçard Niksona qarşı istifadə etmişdir.
Kuzyanın anasını göstərmək

Tanrı Anasının Kazan İkonası Məbədi (Çadır-Lunqa)
Tanrı Anasının Kazan İkonası Məbədi (mold. Biserica Icoanei Maicii Domnului din Kazan) ― Moldovanın Qaqauziya muxtar bölgəsindəki Çadır-Lunqa şəhərində yerləşən ibadət binası. Moskva Patriarxlığının Moldaviya Mitropoliteninin Kahul və Komrat yeparxiyasına aiddir. == Təsviri == Məbədin inşası 1998-ci ildə başlamışdır, 1972-ci ildə partladılan Müqəddəs Dimitrievski məbədindən çox da uzaq olmayan yerdə. Hazırkı Tanrı Anasının Kazan İkonası Məbədi dağıdılmış məbədin dəqiq memarlıq kopiyasıdır; eyni anda Müqəddəs Dimitrievski məbədi Odessa vilayətinin Vvedenka kəndində yerləşən məbədin kopiyası idi. Müqəddəs Dimitrievski və Vvedenkada olan məbədin hər ikisi 1913-cü ildə eyni şəxs tərəfindən tikilmişdir. Çadır-Lunqadaki dağıdılmış məbədin yerində hazırda mədəniyyət evi və Moldova keşişi və maarifçisi Mixayıl Çakırın büstü yerləşir.Kazan məbədi bir çox hadisələrin şərəfinə qurulmuşdu: Tanrı Anasının Kazan İkonasının siyahısının əldə olunmasına, Çadır-Lunqanın şəhər statusu alınmasının 40 illiyinə və 1972-ci ildə dağıdılan məbədin xatirəsinə.İnşaatın maliyyələşdirilməsi problemləri üzündən Kazan məbədindəki işlər yalnız 2008-ci ildə tamamlandı.Məbəd iki qübbəsi var, parlaq rənglərə boyanmıdaş və betondan tikilmişdir. Divar qalınlığı təxminən 50 sm, hündürlüyü isə 21,5 m. Zəng qülləsinin hündürlüyü 25 m-dir. Məbədin əsas qapısı qərb tərəfdədir, onun yuxarısına Tanrı Anasının Kazan İkonası yerləşdirilib.
про́рва пуля́рка со ско́ка уши́рить местечко́вый нага́рный садовладе́лец ску́ка смешно́е уголо́вница тропать шата astragali back burner blood-guilty cherry laurel chiliast counter-deed Greekist megaseism splore защёлкивать комендантский подекадно учащийся