ANBAR

Fars sözüdür, “склад” mənasında işlədilir. Anbardar sözü də onunla bağ­lıdır. Anbar kəlməsi ənbaştən (doldurmaq) felinin qrammatik əsasıdır. 

ANAYOLU
ANCAQ
OBASTAN VİKİ
Meşk-i Anbar (Vərziqan)
Meşk-i Anbar (fars. مشك عنبر‎) — İranın Şərqi Azərbaycan ostanının Vərziqan şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 245 nəfər yaşayır (50 ailə).
Qırmızıdaş-i Anbar (Çaldıran)
Qırmızıdaş-i Anbar (fars. قرمزي داش انبار‎‎‎‎) - İranın Qərbi Azərbaycan ostanının Çaldıran şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə yaşayış yoxdur.
Anbar
Anbar — Yüklərin saxlanması onların daşınması, ehtiyaatların idarə edilməsi və anbarlama əməliyyatları ilə sıx bağlıdır. İstifadə olunan daşımaçı, ehtiyatların səviyyəsi və tələb olunan anbarların arasında birbaşa əlaqə vardır. Göstərilən əməliyyatlar həmçinin yükləmə-boşaltma işləri ilə də bağlıdır. İstənilən material axınlarının yerdəyişməsi onların lazım olan miqdarının müəyyən yerlərdə cəmlənməsi olmadan mümkün deyildir. Cəmlənmə istənilən logistik sistemin ayrılmaz bəndi olan anbarlarda aparılır. Bu obyektlərdə qəbul olunan və yola salınan yük partiyalarının böyüklüyünə, tərkibinə, göndərmə vaxtına və s. parametrlərinə görə dəyişdirilməsi hesabına yük axınlarının şəkil dəyişmə baş verir. Malların anbarlardan keçməsi əmək və maddi vəsaitləri sərfinə səbəb olduğundan onların dəyərinin artmasına gətirib çıxarır. Ona görə də anbarların fəaliyyəti material axınlarının hərəkətinin optimallaşdırılmasına əhəmiyyətli təsir göstərir. == Anbarların təsnifatı == Logistik fəaliyyətdə çoxlu anbar növləri istifadə olunur.
Anbar (Bukan)
Anbar (fars. انبار‎) — İranın Qərbi Azərbaycan ostanının Bukan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 233 nəfər yaşayır (36 ailə).
Anbar (dəqiqləşdirmə)
Anbar — hər hansı məhsulun saxlanıldığı yer.
Anbar Alum
Anbar Alum və ya Anbar Olum - İranın Gülüstan ostanının Ağqala şəhristanının Voşmgir bəxşində şəhər və bu bəxşin mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 5 859 nəfər və ya 1 247 ailədən ibarət idi.Əhalisinin əksəriyyəti türkmənlərdən ibarətdir və türkmən dilində danışırlar.
Anbar gənələri
Anbar gənələri, taxıl gənələri, un gənələri (Acaroidea, yaxud Tyroglyphoidea) – akariformlar dəstəsindən gənələr fəsiləüstlüyü. == Ümumi məlumat == Uzunluğu 0,2–1,2 mm-dir. Yarımşəffaf, ağımtıl rəngli bədəninin örtüyü zəif skeletləşmiş, yumşaqdır. Ağız aparatı gəmirici tiplidir. Dünyada 200-dən çox, Azərbaycanda 27 növü var. Torpaqda, çürümüş üzvi qalıqlarda, heyvan yuvalarında və s. yaşayır. Saprofaqdırlar. Sürətli artma (4 gündən bir neçə həftəyədək), yüksək məhsuldarlıq (ayrı-ayrı növlər sutkada 40-adək, cəmi 700-dən çox yumurta qoyur) əlverişli şəraitdə onların külli miqdarda artmasına səbəb olur. İnkişaf tsikli yumurta, sürfə, 2–3 nimfa fazası və cinsi yetkin fərd mərhələlərindən ibarətdir.
Anbar mühafazası
Ənbar mühafəzəsi - İraqın 18 mühafəzəsindən biri. Ənbar mühafəzəsinin ərazisi 138.501 km², 1997-ci ildə aparılmış rəsmi siyahıya almaya əsasən əhalisi 1.023.776 nəfər, inzibati mərkəzi Ər-Rəmadi şəhəridir.
Anbar mühafəzası
Ənbar mühafəzəsi - İraqın 18 mühafəzəsindən biri. Ənbar mühafəzəsinin ərazisi 138.501 km², 1997-ci ildə aparılmış rəsmi siyahıya almaya əsasən əhalisi 1.023.776 nəfər, inzibati mərkəzi Ər-Rəmadi şəhəridir.
Bərf Anbar
Bərf Ənbar (fars. برف انبار‎) — İranın İsfahan ostanının Fereydunşəhr şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 5,056 nəfər və 1,257 ailədən ibarət idi. Xəmsəli və Səngbaran kəndlərinin birləşməsindən yaranıbdır. Əhalisinin əksəriyyəti azərbaycanlılardan ibarətdir, azərbaycan dilində danışırlar və şiə müsəlmandırlar.
Anbar qəbzi
Anbar qəbzi — malların anbarda saxlanmağa qəbulunu təsdiq edən mühafizə sənədi. Sertifikat əslində saxlama müqaviləsinin bağlanmasının sübutudur, baxmayaraq ki, saxlama özü ayrıca müqavilə ilə rəsmiləşdirilir. Saxlama müqaviləsi bağlanarkən əmanətçiyə anbar şəhadətnaməsi və ya qəbz verilir. Qəbzdən fərqli olaraq şəhadətnamə təqdim edən qiymətli kağızdır, yəni anbar qəbzi verildikdə orada göstərilən hüquqlar keçir. Anbar mal verənin malını saxlamağa və saxlama müqaviləsində müəyyən edilmiş haqq müqabilində geri qaytarmağa borcludur; bu halda mükafatın ödənilməsinə anbar şəhadətnaməsinin sahibi deyil, əmanətçi cavabdehdir. Sertifikat sahibi malları sertifikatda göstərilən müddətdə anbardan götürmədikdə, mallar əmanətçiyə qaytarılır. == ABŞ-da == Birləşmiş Ştatlarda anbar qəbzləri müxtəlif yurisdiksiyalar tərəfindən qəbul edilən Vahid Kommersiya Məcəlləsinin 7-ci maddəsi ilə tənzimlənir. Anbar qəbzləri həmçinin adlandırılmış saxlama anbarında müəyyən kəmiyyət, növ və keyfiyyətli əmtəənin mövcudluğuna və mövcudluğuna zəmanət verir. O, həmçinin gələcək tarixdə dərhal çatdırılma və ya çatdırılma üçün mülkiyyət hüququnun ötürülməsini göstərə bilər. Faktiki əmtəənin çatdırılması əvəzinə, başa çatmaqda olan fyuçers müqavilələrinin ödənilməsi üçün müzakirə edilə bilən anbar qəbzləri istifadə olunur.
Atəş Anbar
Atəş Anbar (fars. آتش‌انبار‎) — İranın Qəzvin ostanının Takistan şəhristanının Xürrəmdəşt bəxşinin Əfşariyyə dehistanının ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 103 nəfər yaşayır (32 ailə). Kəndin əhalisini türklər təşkil edir, türkcə danışırlar və şiə müsəlmandırlar.
Aşağı Anbar (Çaldıran)
Aşağı Anbar (fars. انبارسفلي‎‎) - İranın Qərbi Azərbaycan ostanının Çaldıran şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 329 nəfər yaşayır (48 ailə).
Yuxarı Anbar (Çaldıran)
Yuxarı Anbar (fars. انبارعليا‎) — İranın Qərbi Azərbaycan ostanının Çaldıran şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 129 nəfər yaşayır (20 ailə).
Anbar-i Maran (Çaldıran)
Anbar-i Maran (fars. انبارماران‎) - İranın Qərbi Azərbaycan ostanının Çaldıran şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 176 nəfər yaşayır (27 ailə).
Göytəpə su anbarı
Göytəpə su anbarı — Azərbaycan Respublikasının cənub bölgəsində Cəlilabad rayonu ərazisində Göytəpəçayın məcrasında yerləşir. Su anbarının işçi layihəsi 1985-1986-cı illərdə tərtib olunmuş və tikintisinə başlanmışdır. 1990-cı illərdə Azərbaycan Respublikasında çətin vaxtlar yaşanırdı, iqtisadiyyatın tənəzzül dövrü idi. Bununla əlaqədar olaraq su anbarının tikintisi yarımçıq qalmış, torpaq bəndin və qapalı suvarma şəbəkəsinin tikintisi qismən yerinə yetirilmişdir. Lakin sonrakı dövrlərdə (20 ildən sonra) Göytəpə su anbarının bərpasına böyük ehtiyac olduğundan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 01 fevral 33s saylı sərəncamına əsasən həmin obyektin layihələndirilməsinə və tikintisinə vəsait ayrılmışdır. Layihə sənədləri "Azdövsutəslayihə" institutu tərəfindən hazırlanmış və tikinti işləri 2010-cu ildə başa çatmışdır. 30 aprel 2010-cu ildə tikintisi başa çatmış, Prezident İlham Əliyevin iştirakı ilə Göytəpə su anbarının açılış mərasimi keçirilmışdir. == Texniki göstəriciləri == Bəndin hündürlüyü 17.5m, bəndin uzunluğu 550m və su anbarının ümumi həcmi 3.8mln.m³-dur. Suvarılacaq sahə 500 hektardır.
Jinvali su anbarı
Jinvali su anbarı (gürc. ჟინვალის წყალსაცავი) — Şərqi Gürcüstanda, Duşeti bələdiyyəsində, Tbilisidən 70 km məsafədə, Jinvali qəsəbəsinin şimalında yerləşən kompleks təyinatlı su anbarıdır. Aragvi çayının ortasında, Alevi, Gudamakari və Kartli silsilələri arasında yerləşir. Ümumi ərazisi 11,5 km². Suyun həcmi 520 mln. m³, faydalı həcmi 370 mln. m³. Maksimal dərinlik 75 m. 1985-ci ildə, Aragvi dərəsində Jinvali su elektrik stansiyasının tikintisi ilə əlaqədar yaradılmışdır. HES-in qazandıran elektrik enerjisi 130 min kilovatdır.
Jives su anbarı
Jives gölü (pol. Jezioro Żywieckie), həmcinin Jives su anbarı olaraq tanınır (pol. Żywiecki Zbiornik Wodny) və ya Tresna su anbarı (pol. Zbiornik Wodny Tresna) — Polşanın Jives şəhəri yaxınlığında, Sola çayının yatağında təşkil olunmuş su anbarı. Su anbarı Kiçik Beskidlər silsiləsi ilə Jives çökəkliyi arasında yerləşir. 1966-cı ildə bir neçə kəndin su altında qalması ilə təşkil olunmuşdur: Zajeçe, Tresna, Zadzele və Starı-Jives. == Coğrafiyası == Gölün əsas göstəriciləri: Ümumi həcmi — 94,6 mln. m³ Su anbarının ölü həcmi — 3,2 mln. m³ Daimi daşqın həcmi — 23,1 mln. m³ Kompensasiya həcmi — 67,7 mln.
Kerkini su anbarı
Kerkini su anbarı (yun. Λίμνη Κερκίνη) — Yunanıstanın şimalında, Serre nomunun şimal-qərbində yerləşən su anbarı. Su anbarı Yunanıstan-Bolqarıstan sərhəddindən 47 km, Serro nomunun paytaxtından 20 km, Sidirokastro şəhərindən 10 km məsafədə yerləşir. Su anbarı 1932-ci ildə Struma çayının üzərində, irriqasiya işlərinin aparılması və çayın tez-tez daşmasının qarşısını önləmək məqsədi ilə i8nşa edilmişdir. 1983 və 1987-ci illərdə anbarda genişləndirmə işləri aparılmışdır. Onun su səthinin sahəsi 109,96 km², su toplayıcı sahəsi isə 11 520 km²-dir. Su anbarının ərazisi bölgə canlılarını özünə cəlb etdiyindən Natura 2000 zonasına daxil edilmişdir. Su anbarı Kerkini və Movravuni dağlarının arasında yerləşən alluyvial düzənlikdə yerləşir. Bu düzənlik keçmişdə bataqlaşmış ərazidən ibarət idi. Su anbarını Struma çayı qidalandırır.
Kiyev su anbarı
Kiyev su anbarı (ukr. Київське водосховище) — Kiyevin şimalında, Dnepr çayı üzərində yerləşən su anbarı. Sahəsi 922 km²-dir. Şimalda demək olar ki, Belarusla sərhədə çatır. Şərq hissəsi (ərazi olaraq Çerniqov vilayəti) 2002-ci ildə yaradılmış Mejreçenski Regional Landşaft Parkının bir hissəsidir. Pripyat, Teterev, Uj, İrpen və başqa çaylar Kiyev su anbarına tökülür. Su anbarı istirahət və balıq ovu üçün əlverişli yerdir. == Tarixi == Su anbarı 1964–1966-cı illərdə salınmışdır. Mümkün dağıntılarla bağlı narahatlıqlar 2022-ci ilin fevralında yenidən yaranıb. Rusiya qüvvələri 25 və ya 26 fevralda Kiyevə hücum zamanı elektrik stansiyasına nəzarəti ələ keçirirlər Ukrainian forces recaptured it on 26 February..
Krasnodar su anbarı
Krasnodar su anbarı — Rusiyanın Krasnodar diyarı və Adıge Respublikası ərazisində yerləşən süni su hövzəsi. Su anbarı Şimali Qafqaz ən böyük su anbarıdır. == Tarixi == 22 iyul 1967-ci ildə SSRİ-nin Nazirlər Soveti Kuban çayı üzərində Krasnodar su anbarının tikilmə layihəsini təsdiq etmişdir. Tikinti öncəsi əhalinin yeni əraziyə köçürülməsi həyata keçirilmişdir. Su anbarının tikintisi zamanı iyirmi aul, xutor ərazisində olan əkin sahələri su altında qalmışdır. Eyni zamanda 5 qardaşlıq məzarı, 28 qəbiristanlıq köçürülmüşdür. 16 min hektar meşə kəsilmişdir. Əhali əsasən yeni tikilən Adıgeysk şəhərinə və Tlyustenxabl qəsəbəsinə köşürülmüşdür. Su anbarı 1973-1975-ci illərdə su ilə doldurulmuş. Su anbarının istifadəsi 4 dekabr 1975-ci ildə baş vermişdir.
Krasnoyarsk su anbarı
Krasnoyarsk su anbarı — Yenisey çayı üzərində Krasnoyarsk SES tikintisi zamanı meydana gəlmiş su anbarı. Dünyanın ən böyük su anbarlarından biri hesab olunur. Rusiyada Bratsk su anbarından sonra ölçüsünə görə ikinci yerdədir. Anbar vadi tiplidir. Su həcmi 73,3 км3, sahəsi isə 2000 km2. == Ümumi məlumat == Su anbarının şimal sərhəddi Abakan şəhərinin yerləşdiyi rayondadır. Bu ərazidə Abakan çayı Yenisey ilə birləşir. Cənub sərhəddi isə Krasnoyarsk SES -in bəndi ilə bitir. Cənub və şimal sərhəddi arasındakı bir başa məsafə 250 km, ancaq ümumi uzunluq daha böyüküdür - 338 km. Su anbarının ən enli yeri 15 km-dir.
Kuybışev su anbarı
Kuybışev su anbarı (bəzən Juqulev dənizi adlanır) — Volqa çayının ən böyük su anbarıdır. Bu su anbarı 1955-1957-ci illərdə Juqulev SES-in tikintisi bitəndən sonra Stavropol şəhəri yaxınlığında yaradılmışdır. Sahəsinə görə dünyada üçüncü ən iri su anbarı hesab edilir. Su anbarının adı Kuybışev şəhərinin adından götürülmüşdür. Su anbarının uzunluğu 500 km, ən enli yeri Kama çayı yaxınlığında 40–44 km-dir. Su səthinin sahəsi-6,45 min km²-dir. Suyun ümumi həcmi-58 kv km, bunun 34 kv km-i faydalıdır. Su anbarının iri körfəzləri Kama, Sviya, Kazanka və digər çayların vadilərində formalaşır. Su anbarı Volqanın axımını da dəyişmişdir. Su anbarının tikilişindən sonra burada su əvvəlkinə nisbətən 3-5 gün əvvəl donma, və buzdan daha gec azad edilmə müşahidə edilmişdir.
Kür silsilə su anbarlarının zooplanktonu
Lovayın su anbarı
Ləvain (Lovain) su anbarı — Azərbaycanın Astara rayonunun ərazisində yerləşir. Su anbarı kənd təsərrüfatı torpaqlarının su ilə təmin etmək məqsədilə 1967-ci ildə istismara verilmişdir. Su anbarı 3 mənbədən qidalanır: Ləvain, Sixaru və Digədi çayları. Bu çaylardan su götürülərək 5 km-lik kanal vasitəsilə su anbarına verilir. Azərbaycan Nazirlər Kabinetinin sərəncamına müvafiq olaraq azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin tapşırığı ilə 2008-ci ildə Ləvain su anbarının təmir olunmasına başlandı. Təmir işlərinin layihəsi Azdövsutəslayihə institutu tərəfindən hazırlanmışdır. Su anbarının əsas texniki göstəriciləri: Bəndin hündürlüyü 17.5m, bəndin uzunluğu 2200m və su anbarının ümumi həcmi 6.3mln.m³-dur. Suvarma sahəsi 1700ha-dır.
Lyolnbreyn su anbarı
Lyolnbreyn su anbarı (ing. Kölnbrein Dam) — Avstriyanın ən böyük hidrotexniki qurğusu (bənd), eyniadlı su-elektrik stansiyasının bir hissəsidir. 1971–1977-ci illər arasında tikilib. Anbarın doldurulması zamanı bənddə bir neçə çat əmələ gəlir. Onu düzəltmək üçün on ildən çox vaxt lazım gəlir. == Tarixi == Karintiyadakı Malta çayı üzərində bir bəndin inşası üçün planlar 1930-cu illərin sonlarında alman mühəndis şirkəti olan AEG tərəfindən hazırlanmışdır (sonradan Alpen-Elektrowerke AG kimi tanınır). Layihə İkinci Dünya müharibəsindən sonra Avstriya səlahiyyətliləri tərəfindən 1957-ci ildə başlayan və Österreichische Draukraftwerke şirkəti tərəfindən həyata keçirilən geniş kəşfiyyat işləri ilə davam etdirildi. Beton bəndin tikintisinə yalnız 1971-ci ildə başlamışdır. Sement və digər tikinti materiallarını tikinti sahəsinə aparmaq üçün altı tunel inşa edilir. Bununla bağlı xüsusi yol çəkilir.
Ləvain su anbarı
Ləvain (Lovain) su anbarı — Azərbaycanın Astara rayonunun ərazisində yerləşir. Su anbarı kənd təsərrüfatı torpaqlarının su ilə təmin etmək məqsədilə 1967-ci ildə istismara verilmişdir. Su anbarı 3 mənbədən qidalanır: Ləvain, Sixaru və Digədi çayları. Bu çaylardan su götürülərək 5 km-lik kanal vasitəsilə su anbarına verilir. Azərbaycan Nazirlər Kabinetinin sərəncamına müvafiq olaraq azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin tapşırığı ilə 2008-ci ildə Ləvain su anbarının təmir olunmasına başlandı. Təmir işlərinin layihəsi Azdövsutəslayihə institutu tərəfindən hazırlanmışdır. Su anbarının əsas texniki göstəriciləri: Bəndin hündürlüyü 17.5m, bəndin uzunluğu 2200m və su anbarının ümumi həcmi 6.3mln.m³-dur. Suvarma sahəsi 1700ha-dır.
Madagiz su anbarı
Suqovuşan su anbarı (sovet və işğal dövrü: Madagiz su anbarı) — Tərtər rayonunun Suqovuşan ərazisində, Tərtərçay üzərində yerləşən su anbarı. Su anbarı kənd təsərrüfatı torpaqlarını su ilə təmin etmək məqsədilə 1975-ci ildə istismara verilmişdir. Madagiz su anbarı Tərtər rayonunun erməni işğalında olan hissəsində yerləşirdi. 3 oktyabr 2020-ci ildə Azərbaycan Ordusu tərəfindən işğaldan azad edilmişdir. == Texniki göstəriciləri == Bəndin hündürlüyü 28 m, uzunluğu 630 m, su anbarının ümumi həcmi 5.86 mln.m³-dir. Suqovuşan-1 su-elektrik stansiyası 4.8 mqvt və Suqovuşan-2 su-elektrik stansiyası isə 3 mqvt gücə malikdir. Erməni işğalı dövründə bu stansiyalar QSC tərəfindən istismar edilmişdir. Bu qapalı səhmdar cəmiyyətin 48% səhmləri qondarma quruma, qalan 52% səhmləri isə daha kiçik özəl sahibkarlara aid olmuşdur.
Mingəçevir Su Anbarı
Mingəçevir su anbarı — Kür çayının Bozdağdan keçdiyi yerdə yaradılmış su anbarı. Mingəçevir su anbarının və su-elektrik stansiyasının (SES) tikintisi 1953-cü ildə tamamlanıb. Su anbarının normal dolma səviyyəsində (83 m) ümumi su tutumu 15730 mln. m3, faydalı həcmi isə 8210 mln. m3-dir. Su anbarının çay boyu uzunluğu 70 km, eni 3 km-dən (bənddə) 18 km-ə qədər (Alazan çayı tökülən yerdə) dəyişir. Maksimal dərinliyi 75 m, orta dərinliyi 26 m, sahil xəttinin uzunluğu 247 km, su güzgüsünün sahəsi isə 605 km2-dir. Mingəçevir su anbarı bəndinin üstdən uzunluğu 1550 m, eni 16 m, hündürlüyü 80 m-dir (Avropadakı suvarma vasitəsiylə quraşdırılan ən hündür bəndlərdən biridir). Kür çayından ayrıca olaraq hövzə iki kanalı su ilə təchiz edir: 172 km uzunluğundakı Yuxarı Qarabağ kanalı 123 km uzunluğundakı Yuxarı Şirvan kanalı Bu kanallar Mil, Muğan, Şirvan düzlərindəki min hektara yaxın ərazinin suvarılmasında istifadə edilir. Su anbarından həmçinin balıqçılıq, su təchizatı və rekreasiya məqsədi üçün də istifadə olunur.
Nehrəm su anbarı
Nehrəm su anbarı — Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Nehrəm kəndi yaxınlığında yerləşən su anbarı. İki su anbarından ibarətdir: Köhnə Nehrəm su anbarı — 1953-cü ildə istifadəyə verilmişdir. Sahəsi 0,40 km², faydalı həcmi 2,4 mln.m³; Yeni Nehrəm su anbarı — 1965-ci ildə istifadəyə verilmişdir. Sah 0,85 m², faydalı həcmi 6 mln.m³. Suyu Künnüt arxı vasitəsilə Əlincəçaydan götürülür. Suvarmada istifadə edilir. Mövsümi tənzimləməyə malikdir. Naxçıvan Ensiklopediyası. Bakı. 2002.
Nijnekamsk su anbarı
Aşağı Kama su anbarı və ya Nijnekamsk su anbarı (rus. Нижнекамское водоранилище; tatar. Түбән Кама сусаклагычы) – Kama çayı hidroelektrik kaskadı üzərində yerləşən su anbarı. Rusiya Federasiyasında – Tatarıstan, Başqırdıstan, Udmurtiya respublikalarında, eləcə də, Perm diyarında yerləşir. Aşağı Kama Hidroelektrik Stansiyasının tikilməsindən sonra 1978-1981-ci illərdə dəniz səviyyəsindən 62 metr yüksəkliyə çatmışdır. Su anbarının su səviyyəsi daha yüksəkdə yerləşən su anbarlarının (Kama su anbarı və Votkinsk su anbarı) su rejimindən asılıdır. Nijnekamsk su anbarının sahəsi 1.084 km², həcmi isə 2,8 km2 təşkil edir. Kama çayı boyunca uzunluğu 185 kilometr, Ağidel çayı boyunca uzunluğu 157 kilometrdir. Su anbarından sulama və balıqçılıq fəaliyyətləri üçün istifadə olunur. Su anbarının dəniz səviyyəsindən 68 metr yüksəkliyə çatdırılması planlaşdırılır.
Nohurqışlaq su anbarı
Nohur gölü və ya Nohurqışlaq su anbarı — Qəbələ şəhərindən 3 km şərqdə, Nohurqışlaq kəndindən 1 km şimalda, Güllüburun, Göydağ və Yumuru dağların arasındakı təbii çuxurda, dəniz səviyyəsindən 700 m hündürlükdə yerləşir. 1949-cu ilə kimi təbii göl kimi mövcud olan Nohur gölünün ətrafı sıx qamışlıq və su bitkiləri ilə örtülü bataqlıq, mərkəzi hissəsindəki dərin çuxurluqda isə sarı-yaşıl rəngdə suyu olan göl yerləşirdi. 1949-cu ildə bu gölün cənub hissəsində — Güllü burun dağı ilə Yumuru dağ arasında uzunluğu 850 m, hündürlüyü 8–10 m, eni 4–6 m olan torpaq bənd çəkilərək su anbarı yaradılmışdır. Su anbarının hazırda uzunluğu 1925 m eni 1355 metr, sahəsi 240 hektardır. Maksimum dərinliyi 24 m-ə, suyunun həcmi isə 16 milyon m³-ə çatır. Nohurqışlaq su anbarına Dəmiraparan (70%) və Vəndam (30%) çaylarının suyu axıdılır. Nohurqşılaq su anbarı qeyd olunan çayların suyunu tənzimləməklə yanaşı Qəbələ, Ağdaş, Göyçay və Ucar rayonlarının təsərrüfatlarının suya olan təlabatını ödəmək məqsədi daşımasına görə mühüm əhəmiyyət kəsb edir. Digər tərəfədən əhalinin sıx məsgunlaşıdığı bölgə, Qəbələ İsmayıllı – Bakı avtomabil yolunun kənarında yerləşən bu sututar yerli əhalinin, turist və qonaqların ən çox maraq göstərdikləri istirahət zonalarından biridir. Nohurqışlaq su anbarından göl balıqçılarının (akvakultura) və idmanın (avarçəkmə) inkişaf etdirməsi baxımından da əhəmiyyəti böyükdür. Hazırda su anbarının şimal, cənubi qərb və şərq sahillərində istirahət zonaları fəaliyyət göstərir.
Novosibir su anbarı
Novosibir su anbarı (rus. Новосиби́рское водохрани́лище) və ya Ob dənizi (rus. Обско́е мо́ре) — Ob çayı üzərində inşa edilmiş süni su tutarı. Su anbarı 1957—1959-ci illərdə Novosibir SES bəndinin inşasından sonra meydana gəlmişdir. İnzibati cəhətdən Rusiya Federasiyası Novosibir və Altay diyarı ərazisinə daxildir. Su anbarı sahillərində yerləşən şəhərlər: Berdsk, Kamen-na-Obi, Novosibirsk. Su tutarının tam olaraq doldurulmasından sonra Berdsk şəhərinin tarixi hissəsi, o cümlədən bir neçə kənd suyun altında qalmışdır. İllik su axınının böyük hissəsi yaz-yay gursululuq dövrünə düşdüyü Ob çayı sayəsində anbarın həcmində artışlar olur. Bolsululuq aprelin ayında müşahidə edilir. Su anbarının sahəsi 1082 km², həcmi 8,8 km³, uzunluğu 200 km, maksimal eni 22 km, malsimal dərinliyi isə 25 metrdir.
Paranoa su anbarı
Paranoa su anbarı (port. Lago do Paranoá) — Braziliya ərazisində yerləşən süni göl. Brazilia şəhəri yaxınlığında Paranoa çayı üzərində bənd atılması ilə təşkil olunmuşdur. «Paranoa» Tupi dilində «girişdə su» anlamını verir. 12 sentyabr 1959-ci ildə Paranoa çayı üzərində bənd inşa edilmişdir. Hazırda bu bu bənddən əldə onunan enerjinin dairənin cəmi 2,5 %-ni təmin edir. Federal dairədə 11 000 su nəqliyyatı vastəsi qeydə alınmışdır. Bu isə ölkə üzrə yelkənli qayıqların sayı baxımından üçüncüdür. Burada yaxtaların saxlanması məqsədi ilə yaxt klub vardır. Burada kanoye, su xizəyi, yelkənli idmanı kimi idman növləri geniş yayılmışdır.
Paunkyula su anbarı
Paunkyula su anbarı (est. Paunküla veehoidla) — Estoniya ərazisində, Privita çayının yuxarı axarrlarında yerləşən su anbarı. Anbar 1960-cı ildə inşa edilmişdir. Yulemiste gölü ilə kanal vastəsi ilə birləşdirilmişdir. Tallin şəhərinin su təhcizatını təşkil edir. Su anbarında bir neşə ada vardır. Anbarın ümumi sahəsi 447,2 ha-dır. Bunun 415,8 ha su səthinin sahəsi, 31,4 ha isə adaların sahəsidir.
Pirsaat su anbarı
Pirsaat su anbarı — Azərbaycan Respublikasının Hacıqabul rayonunda Pirsaat çayı üzərində yerləşən hidroqurğu. Anbar 1964-cü ildə istifadəyə verilmişdir. 2003-2010-cu illərdə yenidən qurulmuşdur. Ümumi həcmi 17 milyon kubmetr, faydalı həcmi 12 milyon kubmetrdir. Pirsaat su anbarı daha çox yağış və dağ çaylarının suyu ilə dolur. Hacıqabul rayonunun Pirsaat və Navahı qəsəbələrinin, Rəncbər, Qubalıbalaoğlan, Atbulaq kəndlərinin 7,4 min hektar əkin sahəsi bu anbara toplanan suyun hesabına suvarılır. Eyni zamanda bu hidroqurğu vasitəsilə Pirsaat çayı tənzimlənir və illik atmosfer yağıntıları normadan artıq olduğu zaman ərazini, o cümlədən rayon mərkəzini sel sularından və daşqınlardan mühafizə edir. İlk dəfə 2014-cü ildə yağıntıların olmaması, havaların quraq və kəskin isti keçməsi su anbarının qurumasına səbəb olmuşdur. Anbarın su ilə qidalanmaması səbəbindən əkin sahələrinin suvarılmasında problemlər yaranmışdır. 2016 və 2022-ci ilin iyulunda neçə ildən sonra ilk dəfə su anbarı dolub.
Qalisiya taxıl anbarı
Qalisiya taxıl anbarı (qalis. Hórreo galego) — İspaniyanın Qalisiya bölgəsində qarğıdalı və digər dənli bitkiləri öyütməzdən qabaq saxlamaq üçün istifadə olunan anbar tipi. Anbarın uzun və dar quruluşu havanın içəridə dolaşmasını asanlaşdırır. Uzun boylu forması və tikildiyi material taxılı nəmdən qoruyur. Üzərində durduğu ayaqlar zərərvericilərin ona dırmaşmasını çətinləşdirir. XIII əsrdə X Alfonsonun əmri ilə yazılmış "Müqəddəs Məryəm mahnıları" kitabında bu tip anbarların sxemi tapılmışdır. Çörək üçün lazım olan qarğıdalı əkininin artması ilə birlikdə taxıl anbarlarının da sayı artmışdır. 1973-cü ildə İspaniya hökuməti Qalisiya və Asturiyadakı bütün istifadə olunmayan qədim Qalisiya taxıl anbarlarını qorumaq qərarını vermişdir. 1768-ci ildə Karnotada inşa edilən bütün taxıl anbarları tarixi abidə kimi qəbul olunur. Taxıl anbarları 20 metrə qədər müxtəlif boylarda ola bilir.
Qiyamət anbarı
Qiyamət anbarı — "Qlobal Toxum Anbarı" layihəsidir. Anbarda dünyadakı bütün bitki toxumlarından var. Bill Qeyts də daxil olmaqla dünyanın bütün zənginlərinin uzun illərdir ki, dağın altında anbar yaratdıqları ortaya çıxıb. "Qlobal Toxum Anbarı" layihəsi 1983-cü ildən bəri Norveçdə həyata keçirilir. Anbar əgər bir gün qiyamət qoparsa, "Nuhun gəmisi" rolunu oynamalıdır. Əfsanəyə görə Nuh peyğəmbər böyük tufan baş verərkən gəmisinə hər canlı növündən bir cüt götürüb və dünyada həyatın davamını təmin edib. Norveçin şimalındakı Şpitsbergen adasında, buzlaqların arasında nəhəng bir dağın 130 metr dərinliyində tikilən və 9 milyon dollara başa gələn "Svalbard Qlobal Toxum Anbarı" 2008-ci ilin mart ayından bəri fəaliyyət göstərir. Divarları nüvə bombalarına qarşı belə dözümlü olan anbarda dünyanın dörd bir tərəfindən gətirilən təxminən 4 milyon ədəd müxtəlif toxum saxlanır. Anbar dünyada nüvə müharibəsi və qlobal istiləşmə kimi hər hansı bir fəlakətdən sonra Yerdə həyatın davam etməsi üçün yaradılıb. Təxminən yüz ölkədəki "bitki mənşəli gen bankları"nda olan toxum nümunələri Qiyamət Anbarı (Doomsday Vault) adlandırılan bu nəhəng anbarda yığılır.

Значение слова в других словарях