ANCAQ

1. bağl. Lakin, amma.
Ancaq mən sevgilərin bu qədər aldadıcı … olduğunu bilmirdim. M.S.Ordubadi.
[Müdir:] Ancaq eşitdiyimə görə, sizin yoldaşınız Cəmili çox incidir. Mir Cəlal.

2. Zərf mənasında. Çətinliklə, zorla, gücbəla ilə. Tamaşanın üçüncü pərdəsinə ancaq çata bildim. Bu işi axşama ancaq qurtarmaq olar. Bu yerə ancaq beş adam yerləşə bilər. O, axırıncı sözü ancaq söyləyə bildi.
– Görünüşündən [Almurada] 50 yaş ancaq vermək olardı. İ.Əfəndiyev.

3. Ədat kimi işlənir – məhz, sırf, yalnız, tək. Biz buraya ancaq iş üçün gəlmişik. Buna ancaq təəccüb etmək olar. Ancaq nağılla tərbiyə olunmuş beyin hər cür yeniliyə ürəkdən qol aça bilər.
– Evin dolanacağı ancaq Cavadın qələminə bağlı idi. Ə.Haqverdiyev.
[Şair:] Bunlar ancaq tərbiyə və istedadın nəticəsində incəsənətin bu qədər ali dərəcəsinə çıxa bilmişlər. M.S.Ordubadi.

Sinonimlər (yaxın mənalı sözlər)

  • ANCAQ ancaq bax amma

Omonimlər

  • ANCAQ ANCAQ I bağ. Qarşılıq bildirən tabesiz bağlayıcı. O nə isə soruşmaq istəyirdi, ancaq utanırdı (Ə.Vəliyev)

Etimologiya

  • ANCAQ Bağlayıcılardan amma, lakin sözləri ərəbcədən alınmadır, ancaq öz sözümüzdür. Tarixən hərfi mənası “bu çağ” demək olub
ANBARLAMAQ
ANCAQ-ANCAQ
OBASTAN VİKİ
İnsan beyninin ancaq 10%-nın işlənməsi haqqında əfsanə
İnsan beyninin ancaq 10%-nin işlənməsi haqqında mif – insan beyninin ancaq 10%-nin (başqa mənbələrdə hətta 2%, 7%, 5% və s.) iddia edən mif. Çox vaxt Albert Eynşteynə aid edilir. Hətta o fikir də var ki, insan öz beynini hansısa yollar vasitəsi ilə 10%-dan artıq işlədə bilər. İntellekt həqiqətəndə fərqli məşqlər ilə inkişaf etdirmək olar, lakin "insanlar ancaq beynin 10%-ni işlədir" fikri yanlışdır. Müasir araşdırmalar nəticəsində məlum olub ki, beynin hər bir hissəsi bir vəzifə yerinə yetirir və insan beyninin elə bir hissəsi tapılmıyıb ki, o işləməsin. Maqnit rezonans tomoqrafiyası və pozitron-emission araşdırmalar nəticəsində təyin olmuşdur ki, hətta yuxu zamanında belə insan beyninin bütün hissələri müəyyən səviyyədə aktiv olur. == Tarixi == Bu əfsanənin mənşəyi Vilyam Ceymsin və Boris Sidisin işləri ola bilər. Onlar 1890-cı ildə uşağın sürətli inkişafı haqqında nəzəriyyəno Uilyam Jeyms üzərində test edirdilər və İQ nəticələr rekord səviyəyə çatdı – 250-300. Vilyam Ceyms özü bəyanət verirdi ki, insanlar öz beyninlərin tam işlətmirlər. 1936-cı ildə Deyl Karneqinin “Dostları necə qazanmaq və insanlara necə təsir etmək” kitabının başlığında amerikan yazıçı Louell Tomas yazmışdır ki, Professor Vilyam Ceyms deyir ki, insanlar beyinlərinin ancaq 10%-ni işlədir.
İnsan beyninin ancaq 10%-nin işlənməsi haqqında mif

Digər lüğətlərdə

винто́вочный глазе́т годи́чный куку́шица нацара́пывать перетрясти́ сельскохозя́йственный дружелю́бно кварти́рный нахлобу́чить скворчи́ха спазмати́чески хмурова́то шевельну́ться -ridden fomites leviable maunderer ploughland señor single-stage turret-lathe жемчужный несвязный озеленить