Lokal anestetik
Lokal anestetiklər və ya yerli anestetiklər — afferent (qalxan) sinir sisteminə təsir göstərməklə bədənin müəyyən nahiyəsində hissiyyatın müvəqqəti itməsinə səbəb olan dərman preparatlarıdır. Ümumi anestetiklərdən fərqli olaraq yerli təsirlidir və şüur itkisi olmur. Yerli anestetiklərdən cərrahi əməliyyatlar zamanı və stomatologiya təcrübəsində anesteziyada geniş tətbiq olunur.
== Quruluşu ==
Lokal anestetiklər quruluşuna görə 3 hissədən ibarətdir:
Hidrofil hissə – karbon radikalları olan hissə
Ara hissə – iki və üç karbonlu spirt və ya karboksilli turşu qrupu
Lipofil hissə – aromatik qrup
Ara zəncir lipofil hissə ilə efir və ya amid rabitəsilə bağlanır.