Ani Lorak
Ani Lorak (ukr. Ані Лорак; əsl adı: Karolina Miroslavovna Kuek – ukr. Кароліна Мирославівна Куєк; 27 sentyabr 1978, Kitsman, Çernovitsk, Ukrayna SSR, SSRİ) – Ukrayna estrada müğənnisi, Ukraynanın xalq artisti (2008).
== Həyatı ==
Ani Lorak 27 sentyabr 1978-ci ildə Ukraynanın Çernovitsk vilayətinin Kitsman şəhərində anadan olmuşdur. O, 10 albom, 2 sinql, 1 bioqrafik videofilm və 24 videoklipin sahibidir.
Ən böyük uğuru 2008-ci ildə Ukraynanı Avroviziya Mahnı Müsabiqəsində "Shady Lady" mahnısı ilə təmsil edərək qazandığı 2-ci yerdir.
Ani Lorak 2009 Avroviziya Uşaq Mahnı Müsabiqəsinin aparıcısı olmuşdur. Türk iş adamı ilə evlidir və bu evlilikdən bir qızı var.
== Ümumi ==
Ani Lorakın şəkli "Cosmopolitan", "FHM", "Viva" kimi jurnalların üz qabığını bəzəmişdir. Ani Lorak həmçinin "Schwarzkopf & Henkel" kosmetik firmanın siması sayılır.