ANTEKLİZ
ANTİKLİNORİUM
OBASTAN VİKİ
Antiklinal
Antiklinal (yun. anti - aks va klino - ayrılıram) — Yer qabığında süxurların qabarıq yatım forması, yəni qıvrımlı strukturların yüksəkdə qalan hissəsi. Antiklinal adətən təbəqəli çökmə, yaxud effuziv, o cümlədən metamorfikləşmiş süxurların yatım forması, eləcə də ardıcıl təbəqələşən layların qabarıq tərəfi yuxarıya yönəlmiş qırışığıdır. Antiklinal nüvəsində qədim, qanadlarında isə cavan süxurlar yatırlar. Qırışığın büküş yeri kilid adlanır. Antiklinal təşkil edən layların büküş yerini birləşdirən səth ox müstəvisi, yan hissələr isə qanadlar adlanır. Ox müstəvisinin vəziyyətindən asılı olaraq antiklinal düz və ya normal, çəp, aşırılmış, çevrilmiş və i. olur. Sinonim: Antiklinal qırışıq. == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti.

Значение слова в других словарях

всхли́пнуть забега́ловка зо́нный недооблага́ть отреза́ться принагиба́ться разжева́ться серпанти́н и́здавна кори́чневый ландскне́хтский никелиро́вочный па́мять пло́скость расса́сывание яровчатый complexation loran strikebreaker top working блажной воздевать Волопас сыск товароотправитель