apaçi
apağ
OBASTAN VİKİ
Apaçilər
Apaçilər — Şimali Amerikada yaşayan hindu qəbiləsi. == Haqqında == Apaçilər və onlara qohum tayfa sayılan navaxlar Şimali Amerikanın bir sıra ərazilərində, Kanadanın cənub və şimal bölglərində indi özlərini demokratiyanın müəllifləri, insan haqlarının bariz müdafiəçiləri elan etmiş "Qoca qitə"nin sakinləri oralara ayaq basanadək əsrlər boyu yaşamışdılar. Hindu tayfaları haqqında təhqiqat aparanlar yazırlar ki, "yeni dünya"nın yerli əhalisinin həyat və düşüncə tərzi, məişətləri çox fərqli olsa da, sonucda ümumi keyfiyyətlərinə görə başqa planetdən gəlmiş kimi görünmürdülər. "Ağlar" (hindu tayfaları Avropadan gələnləri belə adlandırırdılar) onları ilk görərkən qəribə nəzərlərlə baxdıqları kimi "qırmızı dərililər" də (avropalılar da hindulara belə ad vermişdilər) elə eyni maraq və təəccüblə ]]qərb]]li qonaqları qarşılamışdılar. Bəzi təhqiqatçılar qeyd edir ki, ilk dəfə avropalıları görən qoca hindu] kahinlərdən biri belə deyibmiş: mənim tayfamı öldürəcək ağ dalğalar yaxındadır. Bəlkə də həmin vaxt kimsə söhbətin nədən getdiyini anlamamışdı, amma çox keçmədi ki, "Qoca qitə"dən gələnlər Amerikanın zəngin, münbit, ucsuz-bucaqsız torpaqları, sərvətləri üçün hindu tayfalarını kütləvi şəkildə qırmağa, ən yaxşı halda isə onları yaşamaq mümkün olmayan sərt iqlimli, susuz çöllərə köçürməyə başladılar. Hindu tayfaları isə müasir silahlarla silahlanmış "ağlar"a qarşı savaşdılar. Əliyalın, oxlarla, nizələrlə... Avropalılar uzun illər Amerika qitəsində törətdiklərini gizlətməyə çalışsalar da bu mümkün olmadı. Hərçənd əndazəsi və dərəcəsi bilinməyən bu qətliamların gizlədiləcək bir yönü də qalmamışdı.
дестево́й диспансериза́ция кандида́тский крепи́ться ку́рия мелково́дный резерви́ровать сапо́жник уматере́ть акци́зный аммо́ний заки́дывать заседа́тель коме́та лику́ющий отноше́нье проси́тель сири́йка стро́паль arab mensal Ordinary Level working efficiency климакс теоретичность