APOSTROF
APREL
OBASTAN VİKİ
Appendisit
Appendisit (lat. appendicitis) — korbağırsağın soxulcanabənzər çıxıntısının iltihabı. Qarın boşluğunun ən geniş yayılmış kəskin xəstəliyi hesab olunur. Yalnız südəmər uşaqlarda xəstəliyə təsadüf edilmir. Xəstəliyin ağır formaları daha çox ahıl və qoca insanlarda rastlanılır. Appendisit çox vaxt daima bağırsaqlarda qalan və normal həzm prosesi üçün lazım olan qarışıq qeyri-spesfik bakteriyaların fəaliyyəti ilə əlaqədar baş verir. Qeyri-spesfik bakteriyalardan bağırsaq çöpləri üstünlük təşkil edir. Soxulcanabənzər çıxıntının spesifik flora ilə (vərəm, sifilis və s.) zədələnməsinə çox nadir hallarda təsadüf edilir. Morfoloji olaraq kataral (ancaq selikli qişanın iltihabı), fleqmonoz (çıxıntının bütün qişalarının irinli iltihabı) və qanqrenoz (divar qişalarının hamısının ölməsindən tutmuş bəzən onun deşilməsinə – qanqrenoz-perforativ Appendisitədək) Appendisitlər var. Xəstəlik inkişaf etdikcə sağ qalça çuxurunda periton iltihab prosesinə cəlb olunur və yerli, sonra isə yayılmış peritonit baş verir.

Digər lüğətlərdə

гумани́стика кругосве́тный раздружи́ть соболёк шифо́новый аляпова́то исправле́ние коррозио́нный мена́рхе мять неприе́млемость подбрю́шье простоква́ша ballet slippers black plate frame-breaker intercross lightship rip down self-perception strigose thumb down искомый петушок посмотреться