APPERSEPSİYA

\[lat. ad-doğru, perseptio qavrayış\] – hər bir yeni qavrayışın insanın əvvəlki həyat təcrübəsindən və qavrayış anında onun psixi vəziyyətindən asılılığı.
APOSTERİORİ
APRİORİ
OBASTAN VİKİ
Appersepsiya
Appersepsiya daxili müşahidə yolu ilə şüur elementlərinin aydın və fərqləndiyi bir prosesdir. Bu, insan psixikasının əsas xüsusiyyətlərindən biridir. Bu xüsusiyyət insanın xarici aləmin cisim və hadisələrini bir-biri ilə sıx əlaqədə qavraması ilə ifadə olunur. İnsan xarici dünyanı necə qəbul etdiyini bilir. Bu qavrayış müəyyən bilik və təcrübədən, habelə şəxsin özəl psixi vəziyyətindən asılıdır. Xarici aləmin dərk edilməsi bütövlükdə psixi həyatın ümumi məzmununun xüsusiyyətləri ilə bağlıdır. Leybniz persepsiya terminini müəyyən bir hadisənin hisslərimizdə yaratdığı təəssürat kimi istifadə etdiyi halda (müasir psixologiyada persepsiya qavrayışla eyni olsa da), appersepsiya artıq şüur tərəfindən dərk edilmiş hiss deməkdir. Məsələn, yaxınımızda olan səs qulağımızda eşidilirsə, lakin bu səs şüurumuza çatmırsa, onda sadə qavrayış baş verir; diqqətimizi ona yönəltdikdə və şüurlu şəkildə eşidib bu səsi dərk ediriksə onda appersepsiya faktına sahibik. Yəni bu, bilik sərhədlərinin genişlənməsidir: təsəvvür edin ki, bir otaqda oturursunuz, konkret bir şey üzərində ciddi işləməyə həvəslisiniz. Bu anda ikinci otaqda, qapı arxasında baş verənlərlə qətiyyən maraqlanmırsınız.
грум изло́манный кро́вный лыжеро́ллер мейнстри́мовский музееве́дение похо́д председа́ть психотро́пный разруша́ть фарадиза́ция врата́рский многоголо́сный наме́рен пульвериза́ция расплоди́ть cicatrice hamlet Kafir lily portolani sixpenny stock car популяризация сальто-мортале яхта