aqrar-istehsal
aqrar-sənaye
OBASTAN VİKİ
Aqrar
Aqrar-sənaye kompleksi —Bir-biri ilə əlaqədar olan kənd təsərrüfatı və sənaye müəssisələrinin birliyi. Sıralarında kənd təsərrüfatı məhsullarının yetişdirilməsi, emal edilməsi, saxlanması və istehlakçıya çatdıran 10-a qədər iqtisadi sahəni birləşdirir. Bu sahələr hazır məhsulu istehlakçıya çatdırmaq üçün birgə fəaliyyət göstərirlər. Aqrar-sənaye kompleksi 4 sahəni əhatə edir: Kənd təsərrüfatı — kompleksin əsasını təşkil edir. Bitkiçiliyi, heyvandarlığı, fermer təsərrüfatlarını, şəxsi təsərrüfüatları əhatə edir. Kənd təsərrüfatını maşın və mexanizmlərlə və mareial ehiyatları ilə təmin edən xidmət sahələri: traktor və kənd təsərrüfatı maşınqayırması sənayesi, mineral gübrə və kimyəvi kənd təsərrüfatı dərmanları istehsalı və s. Kənd təsərrüfatı məhsullarını emal edən sahələr: yeyinti sənayesi, yüngül sənaye üçün ilkin xammal hazırlayan sahələr. Xidmət və nəqliyyat sahələri : məhsulun çatdırılması, nəqli, kadr hazırlığı, aqrar-tkinkinti və s.Aqrar-sənaye kompleksinin fasiləsiz şəkildə su və enerji ilə təmin edilməsi də vacib problemlərindən hesab edilir. Aqrar-sənaye kompleksinin aşağıdakı sahələri bir-biri ilə sıx bağlıdır: Gübrə istehsalı. Kimya sənayesi.
Aqrar böhran
Aqrar böhran — kənd təsərrüfatında ifrat istehsal böhranı. Satılmış kənd təsərrüfatı malları ehtiyatının artması, fermerlərin bu mallara qoyduğu qiymətin aşağı düşməsi, tələbat olmayan kənd təsərrüfatı mallarının bir sıra hissəsinin məhvi, fermerlərin xalis gəlirinin azalması, xırda və orta kənd təsərrüfatı istehsalçılarının müflisləşməsi və ekspropriasiyası prosesinin sürətlənməsi, aqrar əhali artıqlığının güclənməsi (gizli işsizliyin artması) və kənd təsərrüfatı fəhlələrinin əmək haqqının azalmasında təzahür edir. Kapitalizmin inkişafı ilə əlaqədar kənd təsərrüfatında təkrar istehsal prosesi sənayedə təkrar istehsal prosesi ilə sıx əlaqələnir. Buna görə də başqa sahələr kimi, kənd təsərrüfatı da ümumi iqtisadi böhranın zərbələrinə məruz qalır. Kapitalist kənd təsərrüfatına məxsus spesifik aqrar böhran da var. Bu böhranlar on illərlə uzanır. Məsələn, 1873-cü il sənaye böhranı ilə birlikdə başlayan Qərbi Avropa, Rusiya, sonralar isə ABŞ-ni bürüyən aqrar böhran gah güclənmək, gah da zəifləməklə 1890-cı illərin ortalarınadək uzanmışdır. Birinci və İkinci Dünya müharibələri arasında və İkinci Dünya müharibəsindən sonrakı aqrar böhranları da (ABŞ, Kanada, Avstraliya və s.-də) uzunmüddətli olmuşdur. == İstinadlar == == Əlavə ədəbiyyat == == Xarici keçidlər == Т. Нефедова.
Aqrar cəmiyyət
Aqrar cəmiyyət — cəmiyyətin ilkin inkişaf mərhələsi olub, insanın fiziki qabliyyəti, əl alətləri və təbii faktorlarla təcəssüm edilir.Qərb alimləri cəmiyyətin inkişafının əsasını təşkil edən iqtisadi münasibətlər baxımından üç mərhələyə bölürlər: aqrar cəmiyyət, sənaye cəmiyyəti informasiya cəmiyyəti.Aqrar cəmiyyətdə insanlar, əsasən, heyvandarlıqla və əkinçiliklə məşğul olurdular. Aqrar cəmiyyətdə əsas rol insanını birbaşa iştirakı tələb olunan, uzun dövr tələb edən material mübadilələrə malik idi.
Aqrar islahat
Aqrar islahat — torpaq sahibliyi və torpaqdan istifadə sisteminin dəyişdirilməsi. == Tarixi == XVII–XIX əsrlərdə Qərbi Avropanın bir sıra ölkəsində burjua inqilabları dövründə aqrar islahatları keçirilmişdir. Burjua inqilabları bəzi ölkələrdə feodal münasibətlərinə güclü zərbə vurmuş (İngiltərə, Fransa) və bununla da kənd təsərrüfatında kapitalist inkişaf yolunu açmışdı. Bu inqilablar Avropanın bir sıra ölkəsində feodal qalıqlarını tam ləğv edə bilməmişdi. Buna görə də bu ölkələrdə kapitalizmin inkişafı prosesində hakim sinfin xeyrinə aqrar islahatları keçirilmişdir (məsələn, Prussiyada 1807–1811 illər islahatı, Rusiyada 1861-ci il kəndli islahatı və Stolıpinin aqrar islahatı (1906–1916), Rumıniyada 1864-cü il islahatı). Aqrar islahatların keçirilməsinin zəruriliyi ölkənin iqtisadi və siyasi tələbatından, kəndlilərin torpaq uğrunda güclü hərəkatından irəli gəlir. Bunların radikal həlli dərəcəli bu və ya digər ölkədə ictimai-iqtisadi şərtlərin məcmusu, sinfi qüvvələrin nisbəti, dövlət hakimiyyətinin xarakteri ilə müəyyən edilir. Vladimir Lenin aqrar inqilabların siyasi hakimiyyət uğrunda mübarizə ilə bilavasitə əlaqəsini qeyd etmişdir: "Əgər aqrar inqilabının qələbəsi hakimiyyətin inqilabçı xalq tərəfindən əldə edilməsini nəzərdə tutmursa, bu inqilab boş bir ibarədir. Həmin şərt olmadan bu inqilab aqrar inqilabı deyil, kəndli qiyamı və ya kadet aqrar islahatı olacaqdır". Çar Rusiyasında kəndlilərin inqilabi çıxışlarının təzyiqi ilə keçirilən aqrar islahatları, Birinci Dünya müharibəsindən sonra isə Mərkəzi və Cənub-Şərqi Avropa ölkələrində (Rumıniya, Çexoslavakiya, Yuqoslaviya, Macarıstan, Polşa.
Aqrar quruluşu
Aqrar quruluşu — kənd təsərrüfatında tarixən müəyyən istehsal münasibətlərinin cəmi. Bu, torpaq sahibliyi və torpaqdan istifadə sistemi ilə bağlıdır. Hər ictimai-iqtisadi formasiyanın özünə məqsus aqrar quruluşu var. Köhnə cəmiyyət daxilində yeni istehsal münasibətlərinin yaranması ilə köhnə aqrar quruluşunun dağılması zəruriyyəti də yaranır. == İstinadlar == == Əlavə ədəbiyyat == T. Ludewigs, A. D’Antona, E. S. Brondizio, and S. Hetrick. 2009. Agrarian structure and land-cover change along the lifespan of three colonization areas in the Brazilian Amazon.World Development, Vol 37, No 8, p. 1349. "M. Pietrzak and D. Walczak. 2014.
Aqrar siyasət
Aqrar siyasət və ya kənd təsərrüfatı siyasəti — aqrar-sənaye kompleksi sahələrinin səmərəli fəaliyyətinə, ərzaq bazarının dayanıqlı yüksəlişinə yönəlmiş tədbirlər kompleksi. == Məsələlər == Aqrar siyasət qiymət, maliyyə, kredit və vergi alətlərinin məcmusunu əhatə edən, dövlətin kənd təsərrüfatı və onunla bilavasitə əlaqədar olan sahələrin inkişafını tənzimləmə sistemi ilə idarə edilməsini nəzərdə tutur. Aqrar siyasətin tətbiqi sahəsində istehsal-ticarət və sosial-ekoloji tədbirləri əhatə edir. Bu həm sənayeyə, xarici ticarətə, həm də regional və ekoloji sahələrə aid siyasətlə koordinasiyada və qarşılıqlı əlaqədə işlənib hazırlanır və həyata keçirilir. Dünya iqtisadiyyatının qloballaşması prosesi aqrar siyasətin milli dövlət çərçivəsindən kənara çıxmasının, ilk növbədə onun regionlaşdırılmasının şərtlənməsinə gətirib çıxarır. Kənd təsərrüfatı məhsullarının ticarətinin beynəlxalq tənzimlənməsi müəyyən dərəcədə ÜTT tərəfindən qəbul edilmiş əksər regional ticarət sazişləri əsasında həyata keçirilir. Kənd təsərrüfatı siyasətinin rayonlaşdırılmasının ən inkişaf etmiş və təkmil forması Aİ-nin ümumi aqrar siyasətidir. == Tarixi == Bazarın tənzimləyici və dövlətin yönəldici olduğu iqtisadiyyat modelinin aqrar siyasət üçün də universiallığını XX əsrin ikinci yarısı XXI əsrin əvvəllərindəki dünya təcrübəsi ilə təsdiqlənir. Köklü torpaq islahatları və bazar əsaslı kənd təsərrüfatı siyasətinə keçid 1960-cı illərdə Cənubi Koreya və Tayvanın, 1970-ci illərdə Malayziya, Tailand, Meksika və digər inkişaf edən ölkələrin sürətli sənaye inkişafı üçün zəmin yaratmış, onları çiçəklənən yeni sənaye ölkələrinə çevirmişdir. Eyni zamanda, bu cür islahatların və siyasətin ləngidilməsi, yaxud qeyri-ardıcıl aparılması üçüncü dünyanın ayrı-ayrı ölkələrində, xüsusilə də Afrikanın tropik ərazilərində kənd təsərrüfatı istehsalının tənəzzülünə, ərzaq şəraitinin pisləşməsinə və ümumi iqtisadi inkişafın ləngiməsinə səbəb olmuşdur.Çinin 1980-ci illərdə kəndli ailələrinə müstəqil təsərrüfatçılıq etməyə, torpaqların uzunmüddətli icarəyə verilməsinə və icbari dövlət satınalmalarından sonra məhsulun qalan hissəsinin azad bazarda satılmasına icazə verilməsi ilə başlamış yeni aqrar siyasəti tədricən bazar alətlərinin fəaliyyət zonasını tədricən genişləndirməklə XXI əsrin əvvəlində ölkəni dünyanın ən əhəmiyyətli kənd təsərrüfatı istehsalçıları və ixracatçıları sırasına çıxarmışdır.
Kənd
Kənd — bir çox ölkələrdə şəhər və qəsəbədən daha kiçik yaşayış məntəqəsidir. == Ümumi məlumat == Kənd dar mənada tarixən formalaşmış daimi kiçik yaşayış məskənidir. Azərbaycan dilindəki "kənd" sözü Şərqi İran dillərindəki "kant" (xəndək və ya arxla əhatələnmiş məskən, yer) sözündəndir. "Kant" sözü qədimdən türkdilli xalqlara keçmiş və şəhər mənasında işlənmişdir. Geniş mənada kənd dedikdə təkçə kiçik yaşayış məskəni deyil, həmçinin şəhərə qarşı qoyulan sosial-iqtisadi kateqoriya kimi onun ictimai-iqtisadi, mədəni məişət və təbii-coğrafi xüsusiyyətləri və həyat şəraiti başa düşülür. Cəmiyyətin tarixi inkişafı prosesində kənd həyatının bütün tərəfləri və sosial-iqtisadi kateqoriya kimi kəndin özü, onun əsas siniflərinin, ilk növbədə kəndlilərin və onların ayrı ayrı təbəqələrinin formalaşması, həmçinin şəhərlə qarşılıqlı münasibətlər guclü dəyişikliklərə uğramışdır. Kəndin sosial-iqtisadi xüsusiyyəti sakinlərin torpaqla bilavasitə əlaqəsi, ərazinin təbii sərvətlərindən istifadə ilə müəyyən olunur. Kəndin səpələnməsi, çox da böyük olmaması, əhalinin əsas məşğuliyyətinə görə təbii mühitə uyğunlaşması, işlərin mö mövsümiliyi və s. də bundan irəli gəlir. Şəhərə nisbətən peşələrin azlığı, əmək bölgüsünün, habelə kommunal və mədəni xidmətin daha aşağı səviyyəsi bununla əlaqədardır.
Aqrar-sənaye kompleksi
Aqrar-sənaye kompleksi —Bir-biri ilə əlaqədar olan kənd təsərrüfatı və sənaye müəssisələrinin birliyi. Sıralarında kənd təsərrüfatı məhsullarının yetişdirilməsi, emal edilməsi, saxlanması və istehlakçıya çatdıran 10-a qədər iqtisadi sahəni birləşdirir. Bu sahələr hazır məhsulu istehlakçıya çatdırmaq üçün birgə fəaliyyət göstərirlər. Aqrar-sənaye kompleksi 4 sahəni əhatə edir: Kənd təsərrüfatı — kompleksin əsasını təşkil edir. Bitkiçiliyi, heyvandarlığı, fermer təsərrüfatlarını, şəxsi təsərrüfüatları əhatə edir. Kənd təsərrüfatını maşın və mexanizmlərlə və mareial ehiyatları ilə təmin edən xidmət sahələri: traktor və kənd təsərrüfatı maşınqayırması sənayesi, mineral gübrə və kimyəvi kənd təsərrüfatı dərmanları istehsalı və s. Kənd təsərrüfatı məhsullarını emal edən sahələr: yeyinti sənayesi, yüngül sənaye üçün ilkin xammal hazırlayan sahələr. Xidmət və nəqliyyat sahələri : məhsulun çatdırılması, nəqli, kadr hazırlığı, aqrar-tkinkinti və s.Aqrar-sənaye kompleksinin fasiləsiz şəkildə su və enerji ilə təmin edilməsi də vacib problemlərindən hesab edilir. Aqrar-sənaye kompleksinin aşağıdakı sahələri bir-biri ilə sıx bağlıdır: Gübrə istehsalı. Kimya sənayesi.
Aqrar Xidmətlər Agentliyi
Aqrar Xidmətlər Agentliyi-Azərbaycan Respublikası Prezidenti 2019-cu il 14 yanvar tarixli 467 nömrəli fərmanı ilə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında olan Dövlət Fitosanitar Xidmətinin, Dövlət Baytarlıq Xidmətinin, Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin və Baş Dövlət Texniki Nəzarət Xidmətinin əsasında Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi yaradılmışdır. == Haqqında == Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 21 may tarixli 701 nömrəli Fərmanı ilə “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi haqqında Əsasnamə”si təsdiq olunmuşdur. Aqrar Xidmətlər Agentliyi ölkədə heyvan və bitki sağlamlığı, seleksiya nailiyyətləri, toxumçuluq, nəqliyyat vasitələri və digər kənd təsərrüfatı texnikası ilə bağlı dövlət xidmətlərinin təşkilini, habelə seleksiya nailiyyətləri, toxumçuluq və kənd təsərrüfatı texnikası sahələrində dövlət nəzarətini həyata keçirir. == Fəaliyyəti == AXA qarşısında duran əsas hədəflər: heyvan sağlamlığının təmin edilməsi, heyvandarlıqda məhsuldarlığın artırılması, bitki sağlamlığı, bitkiçilikdə məhsuldarlığın artırılması sahələrində fitosanitar, o cümlədən aqrokimyəvi xidmətlərin təşkilində, seleksiya nailiyyətlərinin qeydiyyatını və mühafizəsində, kənd təsərrüfatı sahəsində toxumçuluğun idarə edilməsində və toxumçuluğa dövlət nəzarətində, eləcə də kənd təsərrüfatı texnikasının dövlət qeydiyyatının aparılmasında, texniki vəziyyətinə və istismarına dövlət nəzarətini innovativ üsulları tətbiq etməklə həyata keçirməkdir.
Azərbaycanda aqrar islahatları
Azərbaycanda aqrar islahatlar — Azərbaycanda torpaq sahibliyi və torpaqdan istifadə sisteminin dəyişdirilməsi. == Tarixi == Rusiya imperiyası ağalığı dövründə Şimali Azərbaycanda feodalların və çar mütləqiyyətinin mənafeyini mühafizə edən, zəhmətkeş kəndli kütlələrinin həyat mənafeyi əleyhinə, onların ağır istismarına yönəldilmiş bıra sıra aqrar islahatlar keçirilmişdir. 6 dekabr 1846-cı ildə çarizmin verdiyi fərman feodal torpaq sahibliyinin bütün formalarını xüsusi mülkiyyət kimi tanımışdır. Fərmanın əsas müddəaları 20 aprel və 20 dekabr 1847-ci il tarixli Əsasnamələrdə inkişaf etdirilmiş və konkretləşdirilmişdir. Əsasnaməyə görə, kəndlilər sahibkarların xeyrinə natural renta və pul mükəlləfiyyətləri ödəməli, biyara getməli, onlar üçün nökər ayırmalı idilər. 1846-1847-ci illərin aqrar qanunları Azərbaycanda feodal təhkimçilik münasibətlərini qüvvətləndirdi. Rusiyada 1861-ci il kəndli islahatından sonra milli ucqarlarda da kəndli ishalatları keçirmək məsələsi qarşıya çıxmışdı. Bununla əlaqədar 1870-ci ildə Azərbaycanda kəndli ishalatı keçirilmişdir. İslahat məhdud və daha çox təhkimçilik xarakterində idi. Xəzinə torpaqlarında yaşayan və bütün kəndlilərin 70%-indən çoxunu təşkil edən dövlət kəndlilərinə aid edilməmişdir.
Daşkənd Aqrar Universiteti
Daşkənd Aqrar Universiteti - kənd təsərrüfatı üçün mütəxəssislər yetişdirən universitetdir. Özbəkistan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin nəzdində fəaliyyət göstərir. Daşkənd vilayətinin Qibray rayonunda yerləşir. == Tarixi == 1930-cu ildə Orta Asiya Kənd Təsərrüfatı İnstitutu adı ilə fəaliyyətə başladı. 1934-1991-ci illərdə isə Daşkənd Kənd Təsərrüfatı İnstitutu adı altında fəaliyyət göstərən Orta Asiya Universitetinin Əkinçilik Fakültəsinin bazasında quruldu və 1991-ci ilin aprelində Daşkənd Dövlət Aqrar Universitetinə çevrildi. 1992-ci ildə bakalavr səviyyəsində mütəxəssis hazırlamaq üçün Nukus filialı yaradıldı. 2003/04 tədris ilində əyani şöbədə 3047 əyani, 2040 bakalavr və 236 magistr tələbəsi olmaqla 5321 tələbə, 53 elmlər doktoru və 166 elmlər namizədi olmaqla 457 professor və müəllim vardı. == Haqqında == Universitetdə (2004) aqronomiya, aqrokimya və torpaqşünaslıq, bitki mühafizəsi, bağçılıq və meşəçilik, zoomühəndislik və ipəkqurdu yetişdirilməsi, iqtisadiyyat, mühasibat, peşə təhsili tədris edilir. İnstitutun daxilində 35 şöbə, bir muzey (1980), 1 milyondan çox əsərdən ibarət elmi kitabxana, kənd təsərrüfatı mərkəzi və işçilərin hazırlanması üçün bir mərkəz var.
Gürcüstan Aqrar Universiteti
Gürcüstan Aqrar Universiteti (gürc. საქართველოს აგრარული უნივერსიტეტი) — Gürcüstan ərazisində fəaliyyət göstərən özəl ali təhsil ocağı. Universitet 1929-cu ildən fəaliyyət göstərir və Gürcüstanın kənd təsərrüfatı sahəsində təhsil verən yeganə universitetidir. Gürcüstanda sürətlə inkişaf edən bir ali təhsil müəssisələrindən biridir. 2018-ci ilədək qeydiyyatdan keçmiş 60 universitet arasında ikinci yeri tutur. Bu təhsil ocağı Avropa, Amerika və Asiyada 13 universitetlə tərəfdaşlıq edir. Bu isə universitetlər arası mübadilə proqramlarında iştirak etməyə imkan verir. Universitetdə təhsil bakalavr, magistr və doktorantura proqramları ilə həyata keçirilir. 2015-ci il göstəricilərinə görə Gürcüstanın 10 ən məşhur universiteti arasında 4-cüdürUniversitetin tərkibinə 3 fakültə daxildir: Aqrar və Təbii Elmlər fakültəsi Mühəndis-texmologiya fakültəsi Biznes-idarəetmə fakültəsiÜnvan: Gürcüstan 0131, Tiflis, David Aqmaşenebeli alleyаsı, 240. == Tarixi == 1917-ci ildə Politexnik İnstitutunda kənd təsərrüfatı bölməsində iki fakültə var idi.
Stolıpin aqrar islahatı
Stolıpin aqrar islahatı — Pyotr Stolıpinin başçılığı altında Rusiyada kənd təsərrüfatı və aqrar sahədə həyata keçirilən islahat. == Zəmin == Birinci rus inqilabının qarşısında duran əsas məsələlərdən biri də aqrar məsələnin həll olunması problemi idi. İnqilabın yatırılmasından sonra çarizm bu problemi islahatlar yolu ilə həll etməyə, yəni hakimiyyəti və torpaqları mülkədarların əlində saxlayaraq aqrar böhranın səbəblərini aradan qaldırmağa çalışırdı. Birinci rus inqilabı məğlubiyyətlə nəticələnsə də inqilabi hərəkatların geniş vüsət alması onu göstərdi ki, kəndlərdə, milli ucqarlarda hökumətin sosial dayağı yoxdur. 1905-1907-ci illər inqilabı Rusiyada aqrar məsələsini onun burjua inkişafının milli xüsusiyyəti olduğunu tamamilə təsdiq edərək, bunu başlıca məsələ kimi bütün kəskinliyi ilə irəli sürdü. İslahatdan sonrakı bütün inkişaf sübut etdi ki, həm mülkədar, həm də kəndli təsərrüfatı, feodalizmin saysız-hesabsız qalıqları ilə buxovlansa da, kapitalizm yolu ilə inkişaf edir. 1905-1907-ci illər inqilabı dövründə kəndli hərəkatından qorxuya düşmüş hökumət kəndlilərin torpaq uğrunda mübarizəsini dayandıra bilən tədbirlər görmək qərarına gəldilər. 1905-ci il noyabrın 3-də çar hökuməti mülkədarlardan torpağı satın alıb kəndlilərə satan Kəndli torpaq bankının fəaliyyətini genişləndirmək haqqında fərman verdi. Torpaq məsələsi ilə əlaqədar daha geniş tədbirlər işləyib hazırlamaq məqsədi ilə hökumət 1906-cı il yanvarın 6-da kəndlilərin pay torpaqlarına malik olmaq hüququna aid qanunların ilkin qaydada işlənib hazırlanması üçün “xüsusi müşavirə” adlanan bir müşavirə çağırdı. Müşavirə zadəganlara məxsus torpaq fondunun toxunulmazlığını saxlamaq barədə mülkədarların və onların siyasi partiyası olan “Birləşmiş zadəganlar şurası”nın xüsusi sifarişini yerinə yetirdi.
Tacikistan Aqrar Universiteti
Şirinşo Şotemor adına Tacikistan Aqrar Universiteti (qısaca TAU; tac. Донишгоҳи аграрии Тоҷикистон ба номи Ш. Шотемур) — Tacikistanın ən böyük universitetlərindən biri, ölkənin aqrar sənaye kompleksinin, təhsilin və elmin inkişafı mərkəzlərindən biridir. 1931 -ci ildə Xucənd şəhərində qurulan Tacikistan Respublikasının paytaxtı Düşənbədə yerləşir . Rektor - kənd təsərrüfatı elmləri doktoru, professor Maxmaderov Usmon Mamuroviç tac. Усмон Махмадёрзода (27 yanvar 2020 -ci ildən). == Tarixi == Mərkəzi Asiya Sovet respublikalarında kənd təsərrüfatı sektorlarının bölgü bölgüsü nəzərə alınmaqla mühəndislik, texniki və kənd təsərrüfatı bilikləri olan yüksək ixtisaslı kadrlara olan ehtiyac dar ixtisaslar üzrə mütəxəssislər hazırlayan ixtisaslaşdırılmış universitetlərin yaradılmasını zəruri edir. Bu məqsədlə, 1931 -ci ildə Tacikistan SSR-in şimalındakı Mərkəzi Asiya Dövlət Universitetinin (MADU) əkinçilik fakültəsinin bazasında Xocent , Mərkəzi Asiya Meyvə və Tərəvəz İnstitutu quruldu. Müəllimləri 205 tələbəyə və işləyən fakültənin 336 tələbəsinə dərs deyən 13 ixtisaslaşdırılmış kafedra yaradıldı. Respublikanın kənd təsərrüfatı sahələrinin inkişaf perspektivlərinə uyğun olaraq, 1934-cü ildə institut yenidən təşkil edildi və Tacikistan Kənd Təsərrüfatı İnstitutu (TKTİ) adlandırıldı və 1944 -cü ildə maddi -texniki bazanı yaxşılaşdırmaq və respublikanın bütün bölgələrindən mütəxəssislərin hazırlanmasını genişləndirmək və kənd təsərrüfatının yüksəlməsi məqsədi ilə Tacikistan SSR Xalq Komissarları Sovetinin qərarı ilə institut Stalinabad (indiki - Düşənbə) şəhərinə köçürüldü. Heyvandarlıq və ipəkçilik kimi inkişaf etməkdə olan sahələr üçün kadr təmin etmək məqsədi ilə 1943 -cü ildə aqronomiya fakültəsinin bazasında 1947 -ci ildə zootexnik fakültəsinə çevrilən (1976-cı ildən - zoopark mühəndisliyi fakültəsi) zootexnika şöbəsi yaradıldı.
Aqrar Tədqiqatlar Mərkəzi
Aqrar Tədqiqatlar Mərkəzi' — ölkədə həyata keçirilən aqrar islahatların müasir mərhələsinin tələbləri, habelə qlobal çağırışlar əsasında aqrar siyasətin daha da təkmilləşdirilməsi məqsədilə zəruri elmi əsaslandırmanı və analitik bazanı təmin edən "beyin mərkəzi"dir. == Tariximiz == Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində Aqrar Tədqiqatlar Mərkəzi 1962-ci ildən fəaliyyət göstərən Kənd Təsərrüfatının İqtisadiyyatı Elmi Tədqiqat İnstitutunun bazasında yaradılmışdır. Belə ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 22 may 2018-ci il tarixli Fərmanına əsasən Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki Kənd Təsərrüfatının İqtisadiyyatı Elmi Tədqiqat İnstitutu publik hüquqi şəxs statusu olan Aqrar Tədqiqatlar Mərkəzinə çevrilmə yolu ilə yenidən təşkil edilmişdir. Bu institusional islahatın məqsədi 60 ilə yaxın tarixi olan tədqiqat qurumunu ölkədə həyata keçirilən aqrar islahatların müasir mərhələsinin tələbləri, habelə qlobal çağırışlar əsasında aqrar siyasətin daha da təkmilləşdirilməsi məqsədilə zəruri elmi əsaslandırmanı və analitik bazanı təmin edən "beyin mərkəzi" kimi yenidən formalaşdırmaq olmuşdur. Hazırda Aqrar Tədqiqatlar Mərkəzi yeni missiya, yeni iş prinsipləri, yeni vəzifələr, ən əsası isə innovativ metodlar və müasir texnologiyalar əsasında fəaliyyətini davam etdirir. == Missiyamız == Aqrar sahə ilə bağlı məlumat bazasının yaradılması, təhlil, qiymətləndirmə və proqnozlaşdırmanın aparılması, aqrar siyasətə dair tövsiyələrin, proqramların, layihələrin və innovativ inkişaf mexanizmlərinin hazırlanması. == Strateji baxışımız == Aqrar sahənin davamlı inkişafı tədbirləri çərçivəsində zəruri elmi əsaslandırmanı və məlumat bazalarını təmin edən "beyin mərkəzi" kimi formalaşmaq. == Prinsiplərimiz == Sürət – Aqrar islahatların yeni mərhələsinin tələblərinə uyğun olaraq çevik qərarların qəbul edilməsini təmin etmək məqsədilə Mərkəzdə elmi əsaslandırmaların hazırlanması işi maksimum sürətlə həyata keçirilir. Məsuliyyət – Mərkəzin əməkdaşları kənd təsərrüfatının inkişafının təmin olunması məqsədilə aparılan elmi və analitik fəaliyyətlərin icrasına öz səlahiyyətləri çərçivəsində peşəkar məsuliyyət daşıyırlar. Keyfiyyət – Mərkəzdə məlumat bazalarının yaradılması, tədqiqatların aparılması və analitik fəaliyyətin həyata keçirilməsi işi innovativ metodlardan və müasir texnologiyalardan istifadə olunmaqla aqrar siyasətə dair qərarlar üçün keyfiyyətli əsaslandırmaları təmin etməlidir.
Abana (kənd)
Abana — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indiki Keşişkənd (Yeğeqnadzor) rayonu ərazisində kənd olmuşdur. == Tarixi == Ağavnadzor kəndindən 14 km şərqdə yerləşirdi. 1728-ci ildə tərtib edilmiş "İrəvan əyalətinin icmal dəftəri"ndə qeyd edilmişdir. == Toponimi == Toponim e.ə. qarqarlarla birlikdə Qafqaza-Albaniyaya gələn abant (t samiti sonradan ixtisar edilmişdir) etnonimi əsasında əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca sadə toponimdir. 1728-ci ildə İrəvan əyalətinin Dərələyəz nahiyəsində kənd adı 1727-ci ilə aid mənbəyə görə kənddə 17 müsəlman (azərbaycanlı) ailəsi yaşayırdı (mənbədə ailələrin başçılarının adları çəkilmişdir)..Gürcüstanda üç Abano, Abanoeti, Abanosxеvi XIX əsrdə Batum əyalətinin Artvin dairəsində Avana və Dağlıq Qarabağda Evankənd adları ilə sıra təşkil edir. Qədim türk mənşəli Aban tayfasının adındandır. == Əhalisi == Burada 1831-ci ildə 25 nəfər azərbaycanlı yaşamışdır.
Abaran (kənd)
Abaran kəndi — 1728-ci ildə İrəvan əyalətinin Karbi nahiyəsində kənd adı.Qədim türk mənşəli Abaran tayfasının adnı əks etdirir.
Abdallar (kənd)
Abdallar — Laçın rayonunun Qarıkaha inzibati ərazi vahidində (keçmiş Abdallar) mövcud olmuş kənd. Kənd Həkəri çayının sahilində, Qarabağ silsiləsinin ətəyindədir. 1923-cü ilədək Laçın şəhərinin adı da Abdallar olmuşdur.Kənd sonralar ləğv olunmuşdur. 2019-cu ilə aid Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin "İnzibati ərazi bölgüsü təsnifatı"nda kəndin adına rast gəlinmir.
Akveduk (kənd)
Akveduk (Kabard.-çərk. Акуэдук) kəndi Kabarda-Balkariya Respublikasının Terek rayonunda yerləşir. "Yeni-Həmidiyə kənd yaşayış məntəqəsi"nin bələdiyyəsinə daxildir. == Coğrafiya == Akveduk kəndi Terek rayonunun şərq hissəsində, Kurp çayının sol sahilində yerləşir. Yeni-Həmidiyə kənd mərkəzindən 7 km şərqdə, regional mərkəzdən 55 km şimal-şərqdə və Nalçikdən 97 km şimal-şərqdə yerləşir. Kəndin şərqində Kabarda-Balkariyanın Şimali Osetiya ilə inzibati sərhədi yerləşir. Qəsəbələrin torpaqları ilə həmsərhəddir: qərbdə Yeni-Həmidiyə , şimal-qərbdən Həmidiyə və şərqdə Aşağı Malqobek. Kənd Terek silsiləsinin şimal ətəyində, meylli Kabarda düzənliyində, dağətəyi ərazidən respublikanın dağlıq zonasına keçiddə yerləşir. Kənddə orta hündürlük dəniz səviyyəsindən 207 metr yüksəkdir. Torpaq möhkəmdir və əsasən cənubdan Terek silsiləsinin yamaclarına keçən meylli dağətəyi düzənlikdən ibarətdir.
Amasiya (kənd)
Amasiya — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Sərdarabad (Oktemberyan) rayonunda kənd.
Ararat (kənd)
Dəvəli, Ararat — İrəvan quberniyasının İrəvan qəzasında, indiki Vedi (Ararat) rayonunda kənd.1728-ci ildən mə'lumdur == Tarixi == Rayon mərkəzindən 14 km məsafədə, Vedibasar çayından axan arxın yanında yerləşir. "İrəvan əyalətinin icmal dəftəri"ndə, Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. 1828–1829-cu illərdə kəndə İrandan gəlmə ermənilər yerləşdirildikdən sonra əhali qarışıq yaşamışdır. 1975-ci ildə kənd Ararat adlandırılmışdır. == Toponimi == Toponim qacarların bir boyu olan dəvəli etnonimi əsasında əmələ gəlmiş etnotoponimdir. Quruluşca sadə toponimdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 3.l.1935-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Ararat qoyulmuşdur. XVII əsrin əvvəllərinə aid ermənicə mənbədə Davalonots kimi qeyd olunmuşdur. Ehtimal ki, orta əsrlərdə Anadoluda mövcud olmuş Dəvəlu bölgəsindən gəlmiş ailələrin özləri ilə gətirdikləri addır. 1588-ci ilə aid mənbədə Azərbaycanda qışı Qarabağda keçirən bir el də Davilu adlanırdı.
Arkas (kənd)
Arkas — Dağıstanın Buynaksk rayonunda kənd. == Haqqında == Arkas kəndi Buynaksk rayon mərkəzindən 19 km cənubda yerləşir. Kənd orta əsr Nərgiz yaşayış məskəni yaxınlığında yerləşir. Kənd Əmir Teymurun yürüşünə qədər mövcud idi. Həmin vaxt əhalisi monofizitlik təriqətinə itaət edirdi. 1860-cı ildə çar administrasiyası Arkasda qunibliləri (avarları) bu ərazidə məskunlaşdırır. Avarlar indiyə qədər bu ərazidə yaşayır. Ümumrusiya siyahıyalınmasının məlumatlarına görə 2010-cu ildə əhalisinin 98%-i avarlardan ibarət idi.
Baqqal (kənd)
Baqqal — Azərbaycan Respublikasının Şəki rayonunun Biləcik kənd inzibati ərazi dairəsində kənd. Kəndin əhalisi 528 nəfər təşkil edir ki, onun da 267 nəfəri kişi, 261 nəfəri isə qadındır. Baqqal kəndi Şəki rayon mərkəzindən şimal-qərbdə yerləşir. == Tarixi == 1910-cu il üçün Yelizavetpol quberniyasının xatirə kitabçasında Bakxal kəndində 40 ev və 202 nəfər "tatar-sünni" sakini göstərilib. 1915-ci il üçün Qafqaz təqvimi buraxılışında Nuxa qəzasında adı Bakxal (mənbədə belə adlanır) olan, 177 nəfər əhalisi olan kənd göstərilib. 1921-ci ildə Azərbaycan kənd təsərrüfatı siyahıyaalmasının nəticələrinə görə Baxkal kəndində 194 nəfər (45 təsərrüfat), əsasən azərbaycanlı türklər (yəni azərbaycanlılar) yaşayırdı. Əhalisinin 99 nəfəri kişi və 95 nəfəri qadın olub.
Bartaz (kənd)
Bartaz — Azərbaycan Respublikasının Zəngilan rayonunun Bartaz kənd inzibati ərazi dairəsində kənd.1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd Bartaz çayının sol sahilində, Mehri silsiləsinin ətəyindədir. Adını ərazidəki eyniadlı dağdan almışdır. Yaşayış məntəqəsi vaxtilə Ordubad və Samux rayonlarından gəlmiş ailələrin Pəri Bartaz adlanan yerdə məskunlaşması nəticəsində yaranmışdır.2020-ci il 22 oktyabr tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunmuşdur.
Bilici (kənd)
Belici — Dağıstan Respublikasının Dərbənd rayonunun tərkibinə daxil olan kəndlərdən biridir. Rayon ərazisində eyniadlı qəsəbə də yerləşir. == Əhalisi == 1886-cı ildə kənd əhalisi 144 evdə 283 nəfəri kişilər, 234 nəfər isə qadınlar olmaqla 517 nəfər sünni islam etiqadlı Azərbaycan tatarından ibarət idi. 2002-ci il əhali siyahıyaalınmasına əsasən kənd sakinlərinin sayı 3,434 nəfər olmuş, onlardan 2,270 nəfəri etnik azərbaycanlılardan ibarət olmuşdur. Əhalisi əsasən azərbaycanlılardan,qismən tabasaranlılardan və az sayda ləzgilərdən ibarətdir.Kənddə şiə inanclılar (azərbaycan türkləri) çoxluq təşkil etsə də, burada sünnilər (tabasaranlılar və ləzgilər)də yaşayır. == Mənbə == Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. İki cilddə: I cild.
замле́ть магомета́нец малообита́емый пощи́пывать рыжина́ сгусти́тель тени́стость электропрои́грыватель доволочи́ться егозли́во колебну́ться со́тничий зоб х cultriform diversiform gonna ichthyomancy Kathleen monkey-engine runaway ship shoreless snow-boots unstipulated фотостудия