AQRO...

[ yun. ] Mürəkkəb sözlərdə: sözün əkinçiliyə, torpağa aid olduğunu göstərən ixtisar, məs.: aqrotexnik, aqrominimum və s.

Etimologiya

  • AQRO... lat. agros – tarla, əkin yeri
AQREQATÇI
AQROBİOLÓGİYA
OBASTAN VİKİ
AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutu
Torpaqşünaslıq və Aqrokimya İnstitutu — Azərbaycan Milli Elmlər Akademiyasının strukturuna daxil olan elmi təşkilatdır. Direktoru aqrar elmlər üzrə elmlər doktoru, professor Əlövsət Quliyevdir.. == Tarixi == Torpaqşünaslıq və Aqrokimya İnstitutu 1945-ci ildə keçmiş SSRİ EA Azərbaycan filialının Torpaqşünaslıq sektoru əsasında yaradılmışdır. == Rəhbərlər == İnstituta aşağıda adları çəkilən görkəmli alimlər rəhbərlik etmişlər: prof. V.R.Smirnov-Loqinov; akad. C .M.Hüseynov, V.R.Volobuyev; EA-nın müxbir üzvləri: S.Ə.Əliyev,M.M.Salayev; akad.Q.Ş.Məmmədov; akad. M.P.Babayev.İnstitutda bir neçə elmi məktəb yaradılmışdır: akad. H.Ə.Əliyev — torpaqların coğrafiyası, ekologiyası; V.R.Volobuyev — torpaqların meliorasiyası və energetikası; C.M.Hüseynov- aqrokimya; M.M.Salayev — torpaqların genezisi, diaqnostikası; Q.Ş.Məmmədovun rəhbərliyi altında elmi istiqamətlər — torpaqların aqroekologiyası və ekoloji monitorinqi sahələrində mühüm nəticələr əldə edilmişdir. M.R.Babayev tərəfindən antropogen torpaq əmələgəlmə prosesi-nin elmi-nəzəri əsasları işlənilmişdir Ə.G. Quliyev-torpaqların təkrar şorlaşmasına qarşı tədbirlər, meliorasiiyası, rekultivasiyası, == Fəaliyyət istiqamətləri == Torpaqların genezisi, Beynəlxalq standartlara uyğun müasir nomenklaturası, təsnifatı, suvarılan torpaqlara antropogen təsirin nəzəri əsaslarının işlənməsi və torpaqların deqradasiyası; Torpaq proseslərinin idarə olunmasının elmi əsasları; Azərbaycanda Dövlət torpaq kadastrının elmi əsaslarla aparılması, torpaqların ekoloji münbitlik modelləri əsasında rayonlaşdırılması və Respublikada keçirilən torpaq islahatının elmi təhlili; Torpaqların mineraloji tərkibinin, bioloji fəallığının, humusluq vəziyyətinin tədqiqi və münbitliyin bərpasının ekoloji və aqrokimyəviəsasları; Aqrokimyanın ekoloji problemləri; Torpaqların aqrofiziki, optik və istilik xassələri bankının tərtibi; Respublika torpaqları üçün avtomatlaşdırılmış informasiya sisteminin yaradılması, aqroekoloji sistemin əsas göstəricilərinin müqayisəli təhlili və Azərbaycan torpaqlarının elektron xəritələrinin tərtibi; Respublika torpaqlarının meliorativ səciyyəsi, duzluluq dərəcəsi və kənd təsərrüfatı bitkilərinin məhsuldarlığı arasında əlaqənin tədqiqi. == Laboratoriyalar == Torpaqların genezisi, coğrafiyası və kartoqrafiyası laboratoriyası; Torpaq örtüyünün strukturası laboratoriyası; Torpaqların aqroekologiyası və bonitirovkası laboratoriyası; Torpaqların mineralogiyası və kimyası laboratoriyası; Torpaqların biologiyası laboratoriyası; Torpaq coğrafi informasiya sistemləri laboratoriyası; Torpaq fizikası laboratoriyası; Torpaq meliorasiyası laboratoriyası; Torpaqların rekultivasiyası laboratoriyası; Mineral gübrələr laboratoriyası; Mikroelementlər və mikrogübrələr laboratoriyası; Üzvü gübrələr laboratoriyası; Torpaq proseslərinin dinamikası laboratoriyası; Torpaq-aqrokimyəvi tədqiqatlar və kütləvi analizlər laboratoriyası; Ucar Dayaq Məntəqəsi.
Aqrobiogeosenoz
Aqrobiogeosenoz – süni yaradılmış (antropogen) biogeosenoz. == İstinadlar == == Ədəbiyyat == 1. R.Ə.Əliyeva, Q.T.Mustafayev. “Ekologiya” dərs vəsaiti. Bakı, “Bakı Dövlət Universiteti” nəşriyyatı, 2004, s. 379 – 384.
Aqroekologiya
Aqroekologiya - kənd təsərrüfatı istehsalı sistemi ilə bağlı olan ekoloji prosesləri öyrənən elimdir. Ekoloji prinsiplərin aqroekosistemlərə tətbiqi yeni idarə etmə yanaşmalarını şərtləndirir. Aqroekoloqlar orqanik, integrasiya olunmuş, ənənəvi, intensiv və extensiv kimi kənd təsərrüfatı formalarının hamısını öyrənirlər. == Ekoloji strategiya == Aqroekoloqlar kənd təsərrüfatında texnologiyaların istifadəsinə qarşı deyildirlər, əksinə təbii, sosial və insan kapitalı ilə birlikdə necə və nə zaman istifadə oluna biləcəyini dəyərləndirirlər. Aqroekologiya aqroekosistemtlərin konteksal öyrənilməsinni irəli sürürlər. Yəni, aqroekosistemlərin qorunması üçün unversal bir formula yoxdur. Beləki, insektisidlərin yerinə "təbii düşmənlərdən" və ya monokultura əvəzinə polikulturadan istifadə etmək kimi konkret idarəetmə praktikalardan tətbiqi mümkün deyildir. Əksinə, aqroekoloqlar aqroekosistemlərin dörd sisteminin (məhsuldarlıq, sabitlik, davamlılıq və bərabərlik) xüsusiyətləri ilə bağlı sualların cavablandırılması ilə məşğul olurlar. Baxmayaraq ki, bu sistemlər fərqli elm sahələridir, aqroekoloqlar bu sistemlərin hamısının qarşılıqlı olaraq bir-birinə bağlı olaraq aqroekosistemləri mövcudluöunu müəyyənl etdiyini bildirirlər. Aqroekoloqlar aqroekosistemin elementlərini anlamaq üçün təbiət elmlərindən istifadə edərək torpağın xüsusiyyyətlərini, bitki-həşərat əlaqələrini, sosial elmlərdən istifadə edərək kənd təsərrüfatı formalarının kənd icmalarına təsirini, yeni istehsal metodlarının inkişaf etdirilməsinə olan iqtisadi məhdudiyyətləri, yaxud kənd təsərrüfatı praktikalarını şərtləndirən mədəni faktorları araşdırırlar.
Aqroekoloji rayonlaşma
Aqroekologiya — kənd təsərrüfatı istehsalı prosesində insanların ətraf mühitlə qarşılıqlı əlaqəsini, kənd təsərrüfatının təbii komplekslərə və onların komponentlərinə təsirini, texnogen yük şəraitində aqroekosistemin komponentləri arasındakı qarşılıqlı təsiri və onlara xas olan maddələr dövranının spesifik xüsusiyyətlərini, enerji tutumunu, aqroekosistemin fəalliyyət xarakterini öyrənir. Aqroekoloji rayonlaşma — taksonomik vahidlərin iyerarxiya sistemi üzrə aparılır və aqroekoloji sinif, arqoekoloji vilayət, aqroekoloji rayon, aqroekoloji yarımrayon, aqroekoloji qrup kimi bölgülərə bölünür. == Aqroekoloji sinif == Zonal torpaq tipinin və və ya bir neçə tipin üstünlüyü ilə səciyyələnən üfuqi və şaquli istiaqamətdə yayılmış ərazi respublikamızda iki sinif _ dağlıq və düzənliklər ayrılır. == Aqroekoloji vilayət == Aqroekoloji sinif daxilində iri oroqrafik elementlərin, üfüqi və şaquli horizontallığı ilə seçilən ərazilər. == Aqroekoloji rayon == kompleks aqroekoloji şəraiti (torpaq örtüyünün strukturu və onun relyefdən asılı olaraq paylanması, mezo və mikroilqim şəraiti və s) ilə səciyyələnən vilayət daxilində hissə. == Aqroekoloji yarımrayon == Ayrı-ayrı mədəni bitki sortlarının becərilmə şəraiti, istehsalın dar ixtisaslaşması ilə səciyyələnir.
Aqroekosistem
Aqroekosistemlər – kənd təsərrüfatı ilə fəaliyyəti prosesində insan tərəfindən dəyişdirilən ekosistemdir. Aqroekosistemlərə kənd təsərrüfatı tarlaları, bağlar, üzümlüklər, tarlaqoruyucu, tarlaətrafı meşə zolaqları və digər insanlar tərəfindən dəyişdirilən torpaq sahələri Aqroekosistemlərin əsasını aqrosenozlar təşkil edir.İnsan kənd təsərrüfatı fəaliyyətində torpaq, su, bitki heyvan və energetik resurslardan istifadə etməklə özünü ilk növbədə qida ilə təmin edərək başqa fəaliyyətləri ilə müqayisədə təbiətə daha çox təsir göstərir. XX əsrin sonu XXI əsrin əvvəllərində hər gün dünyaya 250 min insan gəlir və onları yedizdirmək, geyindirmək və evlə təmin etmək lazımdır. 2020-ci ildə Yer əhalisinin sayının 8 milyard olması gözlənilir. Yaxın 20–25 il ərzində bu qədər adamı yedizdirmək üçün, əkinçilik yaranan vaxtdan indiki günə qədər (10 min ilə yaxın bir dövrdə) istehsal olunan ərzağın miqdarından da artıq ərzaq tələb olunur. Yer əhalisinin kifayət miqdarda qida məhsulları ilə təmin olunması bir çox mürəkkəb və qarşılıqlı əlaqəli problem sayılır. Digər mühüm problem isə qidanın keyfiyyəti, onun tərkibində olan zülal, vitamin, mikroelementlər və s.-dir. Dünya kənd təsərrüfatı sisteminin idarə olunması da mühüm məsələdir. Bu elə aparılmalıdır ki, istehsal və ərzaq məhsullarının bölünməsinin ətraf mühitə zərərli təsiri minimuma endirilsin. Məlum olduğu kimi, torpaq kənd təsərrüfatı bitkilərindən məhsul almağın əsası kimi başlıca zəruri sərvət olub mövcudluğumuz ondan asılıdır.
Aqrofizika
Aqrofizika və ya aqronomik fizika — bitkilərin xarici mühit şəraitinin (torpaq, işıq, temperatur və s.) fiziki tədqiqat metodlarından və onların həyat fəaliyyətindəki fiziki proseslərdən bəhs edən elm. Bir neçə bölmədən ibarətdir: torpaq fizikası (torpağın bərk fazasının fizikası, torpağın hidrofizikası, torpağın istilik fizikası, torpağın qaz fazasının fizikası); yerüstü havanın fizikası (aerodinamik, radiasion və s. parametrlər); bitki biofizikası (bitkilərin işıq fiziologiyası, bitkilərin radiobiologiyası); bitkilərin vegetasiya müddətini azaltmaq və məhsuldarlığını artırmaq məqsədi ilə onların mühit şəraitinin tənzim edilməsi qaydaları və vasitələri. Azərbaycanda aqrofizikanın müxtəlif məsələləri ali məktəblərin və elmi-tədqiqat müəssisələrinin biologiya-botanika bölmələrində öyrənilir. == Xüsusiyyətləri == Aqrofizika müasir təbiətşünaslığın, xüsusilə fizika və biofizikanın, həmçinin elektronikanın, yarımkeçiricilər, polimerlər və plastik kütlələr fizikasının nəzəri nailiyyətləri əsasında inkişaf edir.Xarici mühit şəraitinin qiymətləndirilməsində və bitkilərin mühitlə (su və istilik rejimi, qaz mübadiləsi və s.) qarşılıqlı əlaqəsində baş verən fiziki proseslərin tədqiqində aqrofizika biologiyasının müasir eksperimental metod, vasitə və cihazlarından (vegetasiya və tarla metodları, yarımkeçiricilər, elektron aparatları, radioaktiv şüalanma və s.) istifadə edir. Aqrofizika sahəsindəki tədqiqatlar böyük praktiki əhəmiyyətə malikdir. Torpaq rütubətinin saxlanmasına dair mövcud aqroqaydaların təkmilləşməsi və yeni qaydaların işlənib hazırlanmasında, ən yaxşı səpin üsullarının, becərmə sürətinin müəyyən edilməsində və s.-də aqrofizika tədqiqatlarınn nəticələrindən istifadə edilir. Aqrofiziki təfqiqatlar əsasında bitkilərin işıq kulturasına dair işlənib hazırlanan qaydalar vegetasiya dövrünü qısaldır, tərəvəz məhsulunu artırır. Tərəvəzçilikdə polimer örtüklərdən istifadə, istixanalarda tərəvəz becərilməsi rejiminin avtomatik tənzimi, kənd təsərrüfatı məhsulları və s. saxlanan anbarlarda optimal şəraitin avtomatik sürətdə saxlanması yüksək dərəcədə səmərəlidir.
Aqroiqlim ehtiyatları
Aqroiqlim ehtiyatları dedikdə hər bir ərazinin aldığı günəş enerjisi, isti və rütubətin miqdarı və onların kənd təsərrüfatında istifadə edilməsi imkanları nəzərdə tutulur. Onu qiymətləndirmək üçün havanın orta sutkalıq temperaturunun müəyyən hədləri keçməsi tarixləri, həmin dövrdə temperatur cəmi, atmosfer yağıntılarının miqdarı kimi iqlim amilləri dəqiq öyrənilməlidir === İsti ehtiyatları === Havanın temperaturu kənd təsərrüfatı bitkilərinin böyüməsini, inkişafını, məhsuldarlığını, məhsulun keyfiyyətini müəyyən edən əsas həyati amillərdən biridir. Müxtəlif torpaq – iqlim şəraitinə malik olan ərazilərdə çoxsaylı tədqiqatçıların apardığı coğrafi və bioloji tədqiqatlar göstərir ki, havanın orta sutkalıq temperaturunun yazda O°C-dən yuxarı keçməsi ilə bir sıra bitkilərdə ilkin vegetasiya elementləri müşahidə edilir, payızda isə temperaturun həmin həddən aşağı keçməsi ilə bitkilərdə qış sakitliyi dövrü başlayır. Dağlıq ərazilərə doğru getdikcə ərazinin hündürlüyündən, yamacların makro- və eləcə də mikro istiqamətindən asılı olaraq temperaturun 0o-dən keçməsi tarixləri dəyişir. Yüksək dağlıq ərazidə (3000 m-ə qədər) havanın temperaturunun 0o-dən yuxarı keçməsi mayın ortalarına qədər baş verir.
Aqroiqlimşünaslıq
Aqroiqlimşünaslıq- iqlimşünaslığın bir sahəsi olub, kənd təsərrüfatı bitkilərinin növ və çeşidlərinin ərazinin iqlim şəraitinə görə daha səmərəli yerləşdirilməsi və becərilməsi üçün meteoroloji şəraiti öyrənən elm sahəsidir. Bu elm sahəsi praktiki səciyyə daşıyır. Onun əsas göstəriciləri havanın 10oC-dən yuxarı orta temperatur cəmi (fəal temperatur), atmosfer yağıntılarının miqdarı, fəsillər üzrə paylanması, vegetasiya düşən yağıntıların miqdarı, havanın mütləq minimum və mütləq maksimum temperaturları, şaxtalı dövrün davamiyyəti və s-dir. Azərbaycanda bu elm sahəsi XX əsrin 70-ci illərində AMEA Coğrafiya İnstitutunda «kənd təsərrüfatı iqlimşünaslığı» şöbəsinin yaradılması ilə sürətli inkişafa başladı. Həmin tədqiqatlar nəticəsində «Azərbaycan respublikasının aqroiqlim rayonlaşdırılması», «Azərbaycan iqliminin bonitirovkası», «Taxıl bitkilərinin aqroiqlim şəraitin», «Kiçik Qafqazda payızlıq buğdanın məhsuldarlığının iqlimlə əlaqəsi» və başqa monoqrafiyalar çap edilmişdir. Bu sahədə ən böyük elmi və praktiki əhəmiyyət isə «Azərbaycan respublikasının aqroiqlim rayonlaşdırılması», «Azərbaycan iqliminin bonitirovkası», «Taxıl bitkilərinin aqroiqlim şəraiti», «Kiçik Qafqazda payızlıq buğdanın məhsuldarlığının iqlimlə əlaqəsi» və başqa monoqrafiyalar çap edilmişdir. Bu sahədə ən böyük elmi və praktiki əhəmiyyət isə «Azərbaycan respublikasının aqroiqlim atlası»nın çap olunması olmuşdur. Bu atlas dağlıq ərazilərin aqroiqlim atlasının hazırlanması üçün ilk nümunədir. Burada aqroiqlim rayonlaşdırılmanın prinsipləri və metodikası ətraflı işlənmişdir.
Aqrokimya
Aqrokimya (yun. agros – tarla) – bitkilərdə və torpaqda baş verən kimyəvi və biokimyəvi proseslərin təsiri üsullarını öyrənən elm. Aqrokimya bitkilərin qidalanmasından başlamış gübrələrin torpağa təsiri, eləcə də bitkilərin kimyəvi üsullarla qorunmasınadək geniş suallar dairəsini öyrənir. Aqrokimyəvi tədqiqatların əksəriyyətinin son məqsədi kənd təsərrüfatlarında məhsuldarlğıın artırılmasıdır. == Tarixi == Qədim zamanlardan insanlar tarladan əksər qida məhsullarını almışlar. XIX əsrdə insanların torpaq üzərində fəaliyyətləri nəticəsində maddələrin dövranı tam öyrənildikdən sonra aqrokimya kimya elminin sərbəst şaxəsi kimi inkişaf etməyə başladı. 1840-cı ildə alman kimyaçısı Y. Libix ilk dəfə olaraq sübut etdi ki, bitkilərin qidalanması üçün tərkibində azot, fosfor, kalium və bir çox digər elementlər olan mineral duzlar lazımdır. O, bitkilərin qidalanmasının yeni nəzəriyyəsini işlədi. Azot və kaliumla yanaşı, fosfor da bitkilər üçün əsas qida elementidir. Aqrokimya sahəsində çalışan alimlər tərkibində mikroelementlər – bor, mis, manqan, molibden, kobalt, sink və s.
Aqrokimyəvi maddələr
Torpaqların münbitliyinin artırılması, kənd təsərrüfatı bitkilərinin məhsuldarlığının yüksəldilməsi və məhsulun keyfiyyətinin yaxşılaşdırılması məqsədilə tətbiq edilən üzvi, mineral və bakterial gübrələr, kimyəvi meliorantlar, bitkilərin boy artımının tənzimləyiciləri və digər maddələr.
Aqrolizinq
Aqroservis Açıq Səhmdar Cəmiyyəti — Prezident İlham Əliyevin 2004-cü il oktyabrın 23-də imzaladığı sərəncamla yaradılan səhmdar cəmiyyət. Səhmlərinin 100 faizi dövlətə məxsus olduğundan yarandığı vaxt Cəmiyyətə İqtisadi İnkişaf Nazirliyi nəzarət edib. 2009-cu il iyulun 21-də isə Prezidentin sərəncamına əsasən “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti Kənd Təsərrüfatı Nazirliyinin tabeliyinə verilib. 22 noyabr 2005-ci ildə “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin regional bazalar haqqında əsasnaməsinin 1.4-cü bəndinə əsasən həmin 9 təchizat bazasının tərkibində “Aqroservis“ şəbəkələri yaradılıb. 8 iyul 2006-cı ildə Azərbaycan Respublikası İqdisadi İnkişaf Nazirliyinin 331 N-li əmri ilə “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikasının 61 rayonunda təsərrüfat hesablı Aqroservis filialları fəaliy­yətə başlayıb. Bundan əlavə, kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan fiziki və hüquqi şəxslərə göstərilən aqroservis xidmətlərinin fəaliyyət dairəsinin genişləndirilməsində, Səhmdar Cəmiyyətin Bakı Mərkəzi Təhcizat bazasının və regionlarda fəaliyyət göstərən Gəncə, Şirvan, Ucar, Xaçmaz rayonlararası təchizat bazalarının böyük rolu vardır. Hal-hazırda, həmin bazalar “Aqrolizinq” ASC tərəfindən Respublikaya gətirilən kombaynların, traktorların, ekskavatorların və digər kənd təsərrüfatı texnikalarının yerləşdirilməsini, komplektləşdirilməsini, satış qabağı hazırlığın aparılmasını və satışını həyata keçirir. 2008-ci ildən Şəki və Sabirabad logistik gübrə bazaları, 2009-cu ildən Şəmkir və Xaçmaz logistik gübrə bazaları, 2010-cu ildə isə Cəlilabadda və Bərdədə logistik gübrə bazaları yaradılıb. “Aqrolizinq” ASC-in yaranması zamanı onun qarşısına qoyduğu əsas məqsəd, ölkədə kənd təsərrüfatı texnikası çatışmazlığının aradan qaldırılması, fermerlərə güzəştli şərtlərlə bu cür texnika və avadanlıqların verilməsi idi. Sonradan Prezident 2007, 2008, 2009-cu illərdə verdiyi sərəncamlarla onun funksiyalarını daha da genişləndirib.
Aqrolizinq ASC

Aqrolizinq Açıq Səhmdar Cəmiyyəti

Aqrometeorologiya
Aqrometeorologiya — meteoroloji amillərin bitkiyə və kənd təsərrüfatı heyvanlarına təsirini, bu amillərin kənd təsərrüfatına vurduğu zərərin qarşısını almaq metodlarını tədqiq edən elm. == İqlimin kənd təsərrüfatı məqsədləri üçün qiymətləndirilməsi == Belə qiymətləndirmə üçün bitkinin istiliyə, rütubətə və digər iqlim amillərinə olan təlabatının kəmiyyət göstəricilərini hesablamaq və onları ərazinin iqlim ehtiyatları ilə müqayisə edərək müxtəlif rayonlarda ayrı-ayrı mədəni bitkilər üçün iqlim şəraitinin nə dərəcədə əlverişli olmasını müəyyənləşdirməkdir. İqlimin kənd təsərrüfatı məqsədləri üçün qiymətləndirmənin metodikası hələ XIX əsrdə A.İ.Voyeykov, P.İ.Brounov tərəfindən işlənmiş və Q.T.Selyaninov, P.İ.Koloskov, F.F.Davitaya, Dj.Assi və digər xarici alimlər tərəfindən inkişaf etdirilmişdir. İqlimin kənd təsərrüfatı məqsədləri üçün qiymətləndirilməsində aşağıdakılar təhlil edilir: vegetasiya dövrünün və onun ayrı- ayrı hissələrinin termik və qismən işıq şəraiti; həmin dövrlərdə yağıntı və torpağın rütubətlənmə şəraiti; havanın və torpağın minimal temperaturu, qar örtüyünün hündürlüyü ilə xarakterizə olunan payızlıq və çoxillik bitkilərin qışlama şəraiti; kənd təsərrüfatı üçün təhlükəli meteoroloji hadisələr.Bununla yanaşı bitkilərin iqlimə olan təlabatını bilmək lazımdır: havanın və torpağın optimal və böhran temperaturlarını; tam vegetasiya üçün tələb olunan temperatur cəmi; məhsuldarlığı təmin edən rütubət miqdarı və s. Bu iqlimin kənd təsərrüfatı məqsədləri üçün qiymətləndirmənin I prinsipial xüsusiyyətidir. Belə qiymətləndirmənin II prinsipial xüsusiyyəti əsas iqlim amillərinin və kənd təsərrüfatı üçün təhlükəli meteoroloji hadisələrin təkrarlanması barədə məlumatlardır.Bu isə bitkilərin inkişafının və məhsuldrlığının iqlim amilləri ilə (istilik,rütubət) təminatını hesablamağa imkan verir.
Aqrometeoroloji proqnoz
Aqrometeoroloji proqnoz – kənd təsərrüfatı bitkilərinin böyüməsinə, inkişafına və məhsulun əmələ gəlməsinə təsir edən mühüm aqrometeoroloji şəraitin qabaqcadan xəbər verilməsidir. Aqrometeoroloji proqnoz əlverişli hava şəraitindən istifadə etməyə və kənd təsərrüfatı bitkilərini əlverişsiz hava şəraitindən qorumağa imkan yaradır. Aqrometeoroloji proqnozu mərkəzi və ya yerli hidrometeoroloji xidmət idarələri verir.
Aqromexanika Elmi-Tədqiqat İnstitutu
Azərbaycan Elmi-Tədqiqat Aqromexanika İnstitutu — Azərbaycan Dövlət Aqrar Universitetinin tabeliyində olan elmi-təqdiqat müəssisəsi. == Haqqında == Azərbaycan SSR Nazirlər Sovetinin 7 yanvar 1958-ci il tarixli qərarı əsasında, о zaman yeni yaradılmış Azərbaycan Kənd Təsərrüfatı Elmlər Akademiyasının tərkibindəki sahə institutlarının mexanikləşdirmə şöbələrinin bazasında Azərbaycan Kənd Təsərrüfаtının Mexanikləşdirməsi və Elektrikləşdirilməsi İnstitutu yaradıldı. 1997-ci ildə institutun adı dəyişdirilərək «Aqromexanika» Elmi Istehsalat Mərkəzi, hazırda isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 dekabr 1999-cu il qərarı ilə Azərbaycan Elmi-Tədqiqat «Aqromexanika» Institutu adı altında fəaliyyət göstərir. Institutun tərkibində hal-hazırda «Maşınqayırma», «Emal maşınları», «Elmi-texniki informasiya», «Heyvandarlığın elektromexanikləşdirilməsi və avtomatlaşdırılması» şöbələri, «Maşınlar sistemi», «Texniki bitkilərin mexanikləşdirilməsi», «Bağçılığın və üzümçülüyün mexanikləşdirilməsi», «Normativlərin işlənməsi», «Texniki servis və diaqnostika», «Bitkiçilik məhsullarının emalı və saxlanılması», «Alternativ və bərpa olunan enerji mənbələri» laboratoriyaları, «Yeni mаşınlаrın və tərtibatların konstruksiya edilməsi», «Texniki vasitələr», «Təsərrüfat» və «Texniki təchizat» bölmələri vardır. 1980-ci il dekabrın 16-da Umummilli liderimiz Hеydər Əliyеv Gəncədə olarkən institut tərəfindən hazırlanmış müxtəlif qurğu, avadanlıq və maşınlarla tanış olmuş və öz müsbət münasibətini bildirmişdir. Bütün bunların nəticəsi idi ki, institut 1986-cı ildə Azərbaycan Respublikası Həmkarlar Ittifaqı və Dövlət Aqrar Sənaye Komitəsinin keçici Qırmızı Bavrağını, 1986-87-ci illərdə isə Ittifaq ET institutları аrаsında ixtiraçılıq və səmərəli təklif üzrə keçirilən yarışın qalibi olmuşdur. İnstitutun əməkdaşları tərəfindən 340-dan artıq ixtiraya keçmiş Sovetlər Ittifaqı, Rusiya Federasiyаsi və Azərbaycan Respublikasının müəlliflik şəhadətnaməsi və patenti, 80 adda yeni maşın və qurğu, 5 yeni texnologiya və mаşın kompleksi, 27 ədəd tövsiyə işlənib hazırlanmış, 38 yeni konstruksiyalı kənd təsərrüfatı mаşınları keçmiş ittifaq maşınlar sisteminə daxil edilmişdir ki, onlardan da 8-i keçmiş SSRİ-nin maşınqayırma zavodlarında seriya şəklində buraxılışa verilmişdir. Bu konstruksiyalara 7 Beynəlxalq sərgidə (SSRİ, ÇSSR, İran) 2 qızıl, 7 gümüş və 7 bürünc medal, 1 ixtiraya isə Fransa, Bolqarıstan və AFR-in patentləri alınmışdır. İndiki adını 17 aprel 2015-ci ildən daşıyır. Həmin vaxta qədər Azərbaycan Elmi-Tədqiqat Aqromexanika İnstitutu adlanırdı.
Aqromeşəmeliorasiya
Aqromeşəmeliorasiya və ya meşə meliorasiyası — kənd təsərrüfatı bitkilərinin məhsuldarlığını artırmaq məqsədi ilə tarlaqoruyucu meşə zolaqlarının salınması, torpaq eroziyası qarşısının alınması, hərəkət edən qumların bərkidilməsində tətbiq edilən tədbirlər kompleksi. Bu tədbirlər sisteminin tətbiqi nəticəsində quru küləyin, uzunmüddətli quraqlığın təsiri xeyli azalır və ya tamamilə yox olur, bu və ya digər ərazinin iqlimi mülayimləşir, torpağın su rejimi yaxşılaşır və münbitliyi mühafizə edilir; kənd təsərrüfatı bitkiləri üçün əlverişli şərait yaranır. Bundan əlavə, meşə zolaqları gölləri, çayları lillənməkdən, dəmiryollarını, şose yollarını qar basmaqdan qoruyur, ərazini sağlamlaşdırır. Meşə zolaqları tarlaqoruyucu, torpaqbərkidici və s. olur. Aqromeşəmeliorasiya tədbirlərinə əlavə olaraq su eroziyasına qarşı müvəffəqiyyətlə mübarizə üçün yuyulmuş sahələrdə ot əkilir, dik yamaclarda terraslar, çox dərə-təpəli yerlərdə texniki qurğular düzəldilir. == Tarixi == Rusiyada meşənin qoruyucu xüsusiyyətlərindən istifadə sahəsində ilk təşəbbüs XIX əsrin birinci yarısında edilmişdir, lakin o vaxt meşə və meşə zolaqları salmaq işi lazımınca inkişaf etməmişdi. Yalnız 1892-ci ildə Vasili Dokuçayevin ekspedisiyası nəticəsində Kamennostepnoy, Mariupol və Starobelsk təcrübə sahələrinin yaradılması meşə zolaqları salınması işinin nəzəri və əməli əsaslarını hazırlamağa imkan vermişdir. 1931-ci ildə Ümumittifaq və Ukrayna Elmi-Tədqiqat Meşə Meliorasiya və Meşə Təsərrüfatı İnstitutları (indiki Ukrayna Milli Aqrar Elmlər Akademiyasının Suvarılan Əkinçilik İnstitutu) yaradılmışdır. Kəndli təsərrüfatları kollektivləşdikdən, kolxoz və sovxozlar kənd təsərrüfatı maşınları ilə təchiz edildikdən sonra aqromeşəmeliorasiya əsl inkişaf yoluna çıxdı.
Aqronom
Aqronom — ali və orta təhsilli kənd təsərrüfatı mütəxəssisi. Aqronomun əsas vəzifəsi torpağın xassəsləri və kənd təsərrüfatı bitkilərinin tələbi əsasında torpaq münbitliyinin fasiləsiz artımını təmin edən aqrotexniki və meliorativ tədbirlər sistemini həyata keçirməkdir.
Aqronomiya
Aqronomiya — bitkilərin yetişdirilməsi, ərzaq, yanacaq, lif və meliorasiya üçün istifadə edilməsini nəzərdə tutan texnologiyalar haqqında elmdir. Aqronomiya bitkilərin genetikası, fiziologiyası, meteorologiya və torpaqşünaslıq sahəsində fəaliyyəti əhatə edir. Bu sahə həmçinin biologiya, kimya, ekologiya, Yer haqqında elmin və genetikanın real və praktiki tətbiqidir. Aqronomiya insan və canlılar üçün sağlam qida yetişdirilməsi istiqamətində praktiki fəaliyyət göstərir, ətraf mühitə ziyansız təsir edir, həmçinin bitkilərdən enerji alınması məsələlərini həll edir. == Həmçinin bax == Aqrar-sənaye kompleksi Kənd təsərrüfatı == Ədəbiyyat == The Future World of Agriculture by Wendy B. Murphy, Watts, 1984. Storia delle scienze agrarie by Antonio Saltini, 4 vols, Bologna 1984-89, ISBN 88-206-2412-5, ISBN 88-206-2413-3, ISBN 88-206-2414-1, ISBN 88-206-2414-X == Mənbə == The American Society of Agronomy (ASA) Crop Science Society of America (CSSA) Soil Science Society of America (SSSA) European Society for Agronomy Arxivləşdirilib 2011-04-14 at the Wayback Machine The National Agricultural Library (NAL) – Comprehensive agricultural library.
Aqrosenozlar
Aqrosenozlar – kənd təsərrüfatında istifadə olunan torpaqlarda kənd təsərrüfatı məhsulları əldə etmək məqsədilə yaradılan xüsusi biosenozlardır. Bu biosenozlar müntəzəm olaraq insan tərəfindən saxlanmış bioloji qruplaşmalar olub, ekoloji baxımdan az davamlı, lakin yüksək məhsuldarlığa malik bir və ya bir neçə seçilmiş bitki və ya heyvan növləridir (çeşidlər, cinslər).
Aqroservis ASC
Aqroservis Açıq Səhmdar Cəmiyyəti — Prezident İlham Əliyevin 2004-cü il oktyabrın 23-də imzaladığı sərəncamla yaradılan səhmdar cəmiyyət. Səhmlərinin 100 faizi dövlətə məxsus olduğundan yarandığı vaxt Cəmiyyətə İqtisadi İnkişaf Nazirliyi nəzarət edib. 2009-cu il iyulun 21-də isə Prezidentin sərəncamına əsasən “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti Kənd Təsərrüfatı Nazirliyinin tabeliyinə verilib. 22 noyabr 2005-ci ildə “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin regional bazalar haqqında əsasnaməsinin 1.4-cü bəndinə əsasən həmin 9 təchizat bazasının tərkibində “Aqroservis“ şəbəkələri yaradılıb. 8 iyul 2006-cı ildə Azərbaycan Respublikası İqdisadi İnkişaf Nazirliyinin 331 N-li əmri ilə “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikasının 61 rayonunda təsərrüfat hesablı Aqroservis filialları fəaliy­yətə başlayıb. Bundan əlavə, kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan fiziki və hüquqi şəxslərə göstərilən aqroservis xidmətlərinin fəaliyyət dairəsinin genişləndirilməsində, Səhmdar Cəmiyyətin Bakı Mərkəzi Təhcizat bazasının və regionlarda fəaliyyət göstərən Gəncə, Şirvan, Ucar, Xaçmaz rayonlararası təchizat bazalarının böyük rolu vardır. Hal-hazırda, həmin bazalar “Aqrolizinq” ASC tərəfindən Respublikaya gətirilən kombaynların, traktorların, ekskavatorların və digər kənd təsərrüfatı texnikalarının yerləşdirilməsini, komplektləşdirilməsini, satış qabağı hazırlığın aparılmasını və satışını həyata keçirir. 2008-ci ildən Şəki və Sabirabad logistik gübrə bazaları, 2009-cu ildən Şəmkir və Xaçmaz logistik gübrə bazaları, 2010-cu ildə isə Cəlilabadda və Bərdədə logistik gübrə bazaları yaradılıb. “Aqrolizinq” ASC-in yaranması zamanı onun qarşısına qoyduğu əsas məqsəd, ölkədə kənd təsərrüfatı texnikası çatışmazlığının aradan qaldırılması, fermerlərə güzəştli şərtlərlə bu cür texnika və avadanlıqların verilməsi idi. Sonradan Prezident 2007, 2008, 2009-cu illərdə verdiyi sərəncamlarla onun funksiyalarını daha da genişləndirib.
Aqrosfer
Aqrosfer – insanın kənd təsərrüfatı fəaliyyəti nəticəsində yer ərazisində dəyişilmiş bütün torpaq sahələrinin məcmusunu əks etdirən qlobal sistemdir.
Aqrostologiya
Aqrostologiya — otlar haqqında olan elm sahəsi. == Ədəbiyyat == R.Ə.Əliyeva, Q.T.Mustafayev, S.R.Hacıyeva. “Ekologiyanın əsasları” (Ali məktəblər üçün dərslik). Bakı, “Bakı Universiteti” nəşriyyatı, 2006, s. 478 – 528.
Aqrotexnika
Aqrotexnika — kənd təsərrüfatı bitkilərinin becərilməsi qaydaları sistemi, əkinçilik texnologiyası. Aqrotexnikanın vəzifəsi – məhsul vahidinə minimum əmək və vəsait sərf etməklə k.t. bitkilərindən yüksək məhsul alınmasını təmin etməkdir. Aqrotexnikaya torpağın gübrələnməsi, becərilməsi, toxumun səpinə hazırlanması, səpin və əkin, əkinlərə qulluq, k.t. bitkilərinin xəstəlik və ziyanvericiləri ilə mübarizə, məhsul yığımı, həmçinin torpaq səthinin hamarlanması, suvarma və s. daxildir.
Aqroturizm
Aqroturizm — kənd turizminin bir növü olmaqla, turistlərin kənd həyat tərzinə cəlb edilməsinin, eləcə də kənd təsərrüfatı fəaliyyətlərində iştirakının təmin olunmasıdır. Aqroturizm kənd təsərrüfatı ilə turizm sektorlarının kəsişməsindən meydana gələn turizm növüdür. Aqroturizmin dünyanın müxtəlif hissələrində müxtəlif mənaları var. Aqroturizm fəaliyyətin müxtəlif variantlarını birləşdirir — meyvə yığımını, heyvan yemləməyi, fermada qəlyanaltı etməyi və s. Aqroturizm Avstraliya, Kanada, Amerika Birləşmiş Ştatları və Filippin də daxil olmaqla, dünyanın bir çox yerlərində artım sənayesi hesab olunur. == Aqroturizmin məqsəd və faydaları == Aqroturizm kəndlərin sosial-iqtisadi inkişafına təkan verir; Əhalinin yeni iş yerləri ilə təmin olunmasına şərait yaradır; Ərazilərin təbii-iqtisadi potensialından daha səmərəli istifadə edilməsində əhəmiyyətli rol oynayır; Sosial-mədəni xidmət sahələrinin inkişafına yol açır; Kənd təsərrüfatının inkişafına töhfə verir; Ətraf mühitin qorunmasına şərait yaradır; Mədəni əlaqələrin yaradılması üçün önəmli rol oynayır; Ənənəvi istehsal/sənətkarlıq sahələrinin qorunub saxlanmasına dəstək verir; Yerli kulinariya ənənələrinin qorunub saxlanmasına (slow food) yardımçı olur; Qeyri-maddi irsin qorunub saxlanılmasına töhfə verir; İstehlakçı bazarında yeni seqmentin yaranmasına dəstək olur; Qonaqlar üçün nəzərdə tutulmuş turizm məhsullarının və xidmətlərinin şaxələndirilməsini təmin edir. == Maarifləndirmə == İnsanlar öz istehlak etdikləri ərzaqlarla maraqlanırlar. Onlar fermerlə görüşmək, onlarla bu ərzaqların istehsalı haqqında danışmaq istəyirlər. Uşaqlar başda olmaqla, fermaları ziyarət edən bütün insanlar ilk dəfə ərzaqların mənbəyini görmüş olurlar. Kəndlilər və fermerlər öz fermasında istehsal etdikləri məhsullarının keyfiyyətini ilə maraqlanırlar.

Digər lüğətlərdə

истяза́тельский мокри́ца намозо́лить обездо́ливаться поклёв вскрыва́ться всплесну́ть второразря́дница заку́тать отво́док перекла́дина ре́зальщица секс-бо́мба куплет armed forces beau extrinsical Geneva Bible hard dock scission Scottie slasher superclass перекоряться разыграться