AQREQAT
AQROMEŞƏMELİORASİYA
OBASTAN VİKİ
AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutu
Torpaqşünaslıq və Aqrokimya İnstitutu — Azərbaycan Milli Elmlər Akademiyasının strukturuna daxil olan elmi təşkilatdır. Direktoru aqrar elmlər üzrə elmlər doktoru, professor Əlövsət Quliyevdir.. Torpaqşünaslıq və Aqrokimya İnstitutu 1945-ci ildə keçmiş SSRİ EA Azərbaycan filialının Torpaqşünaslıq sektoru əsasında yaradılmışdır. İnstituta aşağıda adları çəkilən görkəmli alimlər rəhbərlik etmişlər: prof. V. R. Smirnov-Loqinov; akad. C . M. Hüseynov, V. R. Volobuyev; EA-nın müxbir üzvləri: S. Ə. Əliyev, M. M. Salayev; akad. Q. Ş. Məmmədov; akad. M. P. Babayev. İnstitutda bir neçə elmi məktəb yaradılmışdır: akad.
Aqrobiogeosenoz
Aqrobiogeosenoz – süni yaradılmış (antropogen) biogeosenoz. 1. R.Ə.Əliyeva, Q.T.Mustafayev. “Ekologiya” dərs vəsaiti. Bakı, “Bakı Dövlət Universiteti” nəşriyyatı, 2004, s. 379 – 384.
Aqroekologiya
Aqroekologiya - kənd təsərrüfatı istehsalı sistemi ilə bağlı olan ekoloji prosesləri öyrənən elimdir. Ekoloji prinsiplərin aqroekosistemlərə tətbiqi yeni idarə etmə yanaşmalarını şərtləndirir. Aqroekoloqlar orqanik, integrasiya olunmuş, ənənəvi, intensiv və extensiv kimi kənd təsərrüfatı formalarının hamısını öyrənirlər. Aqroekoloqlar kənd təsərrüfatında texnologiyaların istifadəsinə qarşı deyildirlər, əksinə təbii, sosial və insan kapitalı ilə birlikdə necə və nə zaman istifadə oluna biləcəyini dəyərləndirirlər. Aqroekologiya aqroekosistemtlərin konteksal öyrənilməsinni irəli sürürlər. Yəni, aqroekosistemlərin qorunması üçün unversal bir formula yoxdur. Beləki, insektisidlərin yerinə "təbii düşmənlərdən" və ya monokultura əvəzinə polikulturadan istifadə etmək kimi konkret idarəetmə praktikalardan tətbiqi mümkün deyildir. Əksinə, aqroekoloqlar aqroekosistemlərin dörd sisteminin (məhsuldarlıq, sabitlik, davamlılıq və bərabərlik) xüsusiyətləri ilə bağlı sualların cavablandırılması ilə məşğul olurlar. Baxmayaraq ki, bu sistemlər fərqli elm sahələridir, aqroekoloqlar bu sistemlərin hamısının qarşılıqlı olaraq bir-birinə bağlı olaraq aqroekosistemləri mövcudluöunu müəyyənl etdiyini bildirirlər. Aqroekoloqlar aqroekosistemin elementlərini anlamaq üçün təbiət elmlərindən istifadə edərək torpağın xüsusiyyyətlərini, bitki-həşərat əlaqələrini, sosial elmlərdən istifadə edərək kənd təsərrüfatı formalarının kənd icmalarına təsirini, yeni istehsal metodlarının inkişaf etdirilməsinə olan iqtisadi məhdudiyyətləri, yaxud kənd təsərrüfatı praktikalarını şərtləndirən mədəni faktorları araşdırırlar.
Aqroekoloji rayonlaşma
Aqroekosistem
Aqroekosistemlər – kənd təsərrüfatı ilə fəaliyyəti prosesində insan tərəfindən dəyişdirilən ekosistemdir. Aqroekosistemlərə kənd təsərrüfatı tarlaları, bağlar, üzümlüklər, tarlaqoruyucu, tarlaətrafı meşə zolaqları və digər insanlar tərəfindən dəyişdirilən torpaq sahələri Aqroekosistemlərin əsasını aqrosenozlar təşkil edir. İnsan kənd təsərrüfatı fəaliyyətində torpaq, su, bitki heyvan və energetik resurslardan istifadə etməklə özünü ilk növbədə qida ilə təmin edərək başqa fəaliyyətləri ilə müqayisədə təbiətə daha çox təsir göstərir. XX əsrin sonu XXI əsrin əvvəllərində hər gün dünyaya 250 min insan gəlir və onları yedizdirmək, geyindirmək və evlə təmin etmək lazımdır. 2020-ci ildə Yer əhalisinin sayının 8 milyard olması gözlənilir. Yaxın 20–25 il ərzində bu qədər adamı yedizdirmək üçün, əkinçilik yaranan vaxtdan indiki günə qədər (10 min ilə yaxın bir dövrdə) istehsal olunan ərzağın miqdarından da artıq ərzaq tələb olunur. Yer əhalisinin kifayət miqdarda qida məhsulları ilə təmin olunması bir çox mürəkkəb və qarşılıqlı əlaqəli problem sayılır. Digər mühüm problem isə qidanın keyfiyyəti, onun tərkibində olan zülal, vitamin, mikroelementlər və s.-dir. Dünya kənd təsərrüfatı sisteminin idarə olunması da mühüm məsələdir. Bu elə aparılmalıdır ki, istehsal və ərzaq məhsullarının bölünməsinin ətraf mühitə zərərli təsiri minimuma endirilsin.
Aqrofizika
Aqrofizika və ya aqronomik fizika — bitkilərin xarici mühit şəraitinin (torpaq, işıq, temperatur və s.) fiziki tədqiqat metodlarından və onların həyat fəaliyyətindəki fiziki proseslərdən bəhs edən elm. Bir neçə bölmədən ibarətdir: torpaq fizikası (torpağın bərk fazasının fizikası, torpağın hidrofizikası, torpağın istilik fizikası, torpağın qaz fazasının fizikası); yerüstü havanın fizikası (aerodinamik, radiasion və s. parametrlər); bitki biofizikası (bitkilərin işıq fiziologiyası, bitkilərin radiobiologiyası); bitkilərin vegetasiya müddətini azaltmaq və məhsuldarlığını artırmaq məqsədi ilə onların mühit şəraitinin tənzim edilməsi qaydaları və vasitələri. Azərbaycanda aqrofizikanın müxtəlif məsələləri ali məktəblərin və elmi-tədqiqat müəssisələrinin biologiya-botanika bölmələrində öyrənilir. Aqrofizika müasir təbiətşünaslığın, xüsusilə fizika və biofizikanın, həmçinin elektronikanın, yarımkeçiricilər, polimerlər və plastik kütlələr fizikasının nəzəri nailiyyətləri əsasında inkişaf edir. Xarici mühit şəraitinin qiymətləndirilməsində və bitkilərin mühitlə (su və istilik rejimi, qaz mübadiləsi və s.) qarşılıqlı əlaqəsində baş verən fiziki proseslərin tədqiqində aqrofizika biologiyasının müasir eksperimental metod, vasitə və cihazlarından (vegetasiya və tarla metodları, yarımkeçiricilər, elektron aparatları, radioaktiv şüalanma və s.) istifadə edir. Aqrofizika sahəsindəki tədqiqatlar böyük praktiki əhəmiyyətə malikdir. Torpaq rütubətinin saxlanmasına dair mövcud aqroqaydaların təkmilləşməsi və yeni qaydaların işlənib hazırlanmasında, ən yaxşı səpin üsullarının, becərmə sürətinin müəyyən edilməsində və s.-də aqrofizika tədqiqatlarınn nəticələrindən istifadə edilir. Aqrofiziki təfqiqatlar əsasında bitkilərin işıq kulturasına dair işlənib hazırlanan qaydalar vegetasiya dövrünü qısaldır, tərəvəz məhsulunu artırır. Tərəvəzçilikdə polimer örtüklərdən istifadə, istixanalarda tərəvəz becərilməsi rejiminin avtomatik tənzimi, kənd təsərrüfatı məhsulları və s.
Aqroiqlim ehtiyatları
Aqroiqlim ehtiyatları dedikdə hər bir ərazinin aldığı günəş enerjisi, isti və rütubətin miqdarı və onların kənd təsərrüfatında istifadə edilməsi imkanları nəzərdə tutulur. Onu qiymətləndirmək üçün havanın orta sutkalıq temperaturunun müəyyən hədləri keçməsi tarixləri, həmin dövrdə temperatur cəmi, atmosfer yağıntılarının miqdarı kimi iqlim amilləri dəqiq öyrənilməlidir Havanın temperaturu kənd təsərrüfatı bitkilərinin böyüməsini, inkişafını, məhsuldarlığını, məhsulun keyfiyyətini müəyyən edən əsas həyati amillərdən biridir. Müxtəlif torpaq – iqlim şəraitinə malik olan ərazilərdə çoxsaylı tədqiqatçıların apardığı coğrafi və bioloji tədqiqatlar göstərir ki, havanın orta sutkalıq temperaturunun yazda O°C-dən yuxarı keçməsi ilə bir sıra bitkilərdə ilkin vegetasiya elementləri müşahidə edilir, payızda isə temperaturun həmin həddən aşağı keçməsi ilə bitkilərdə qış sakitliyi dövrü başlayır. Dağlıq ərazilərə doğru getdikcə ərazinin hündürlüyündən, yamacların makro- və eləcə də mikro istiqamətindən asılı olaraq temperaturun 0o-dən keçməsi tarixləri dəyişir. Yüksək dağlıq ərazidə (3000 m-ə qədər) havanın temperaturunun 0o-dən yuxarı keçməsi mayın ortalarına qədər baş verir.
Aqroiqlimşünaslıq
Aqroiqlimşünaslıq- iqlimşünaslığın bir sahəsi olub, kənd təsərrüfatı bitkilərinin növ və çeşidlərinin ərazinin iqlim şəraitinə görə daha səmərəli yerləşdirilməsi və becərilməsi üçün meteoroloji şəraiti öyrənən elm sahəsidir. Bu elm sahəsi praktiki səciyyə daşıyır. Onun əsas göstəriciləri havanın 10oC-dən yuxarı orta temperatur cəmi (fəal temperatur), atmosfer yağıntılarının miqdarı, fəsillər üzrə paylanması, vegetasiya düşən yağıntıların miqdarı, havanın mütləq minimum və mütləq maksimum temperaturları, şaxtalı dövrün davamiyyəti və s-dir. Azərbaycanda bu elm sahəsi XX əsrin 70-ci illərində AMEA Coğrafiya İnstitutunda «kənd təsərrüfatı iqlimşünaslığı» şöbəsinin yaradılması ilə sürətli inkişafa başladı. Həmin tədqiqatlar nəticəsində «Azərbaycan respublikasının aqroiqlim rayonlaşdırılması», «Azərbaycan iqliminin bonitirovkası», «Taxıl bitkilərinin aqroiqlim şəraitin», «Kiçik Qafqazda payızlıq buğdanın məhsuldarlığının iqlimlə əlaqəsi» və başqa monoqrafiyalar çap edilmişdir. Bu sahədə ən böyük elmi və praktiki əhəmiyyət isə «Azərbaycan respublikasının aqroiqlim rayonlaşdırılması», «Azərbaycan iqliminin bonitirovkası», «Taxıl bitkilərinin aqroiqlim şəraiti», «Kiçik Qafqazda payızlıq buğdanın məhsuldarlığının iqlimlə əlaqəsi» və başqa monoqrafiyalar çap edilmişdir. Bu sahədə ən böyük elmi və praktiki əhəmiyyət isə «Azərbaycan respublikasının aqroiqlim atlası»nın çap olunması olmuşdur. Bu atlas dağlıq ərazilərin aqroiqlim atlasının hazırlanması üçün ilk nümunədir. Burada aqroiqlim rayonlaşdırılmanın prinsipləri və metodikası ətraflı işlənmişdir.
Aqrokimya
Aqrokimya (yun. agros – tarla) – bitkilərdə və torpaqda baş verən kimyəvi və biokimyəvi proseslərin təsiri üsullarını öyrənən elm. Aqrokimya bitkilərin qidalanmasından başlamış gübrələrin torpağa təsiri, eləcə də bitkilərin kimyəvi üsullarla qorunmasınadək geniş suallar dairəsini öyrənir. Aqrokimyəvi tədqiqatların əksəriyyətinin son məqsədi kənd təsərrüfatlarında məhsuldarlğıın artırılmasıdır. Qədim zamanlardan insanlar tarladan əksər qida məhsullarını almışlar. XIX əsrdə insanların torpaq üzərində fəaliyyətləri nəticəsində maddələrin dövranı tam öyrənildikdən sonra aqrokimya kimya elminin sərbəst şaxəsi kimi inkişaf etməyə başladı. 1840-cı ildə alman kimyaçısı Y. Libix ilk dəfə olaraq sübut etdi ki, bitkilərin qidalanması üçün tərkibində azot, fosfor, kalium və bir çox digər elementlər olan mineral duzlar lazımdır. O, bitkilərin qidalanmasının yeni nəzəriyyəsini işlədi. Azot və kaliumla yanaşı, fosfor da bitkilər üçün əsas qida elementidir. Aqrokimya sahəsində çalışan alimlər tərkibində mikroelementlər – bor, mis, manqan, molibden, kobalt, sink və s.
Aqrokimyəvi maddələr
Torpaqların münbitliyinin artırılması, kənd təsərrüfatı bitkilərinin məhsuldarlığının yüksəldilməsi və məhsulun keyfiyyətinin yaxşılaşdırılması məqsədilə tətbiq edilən üzvi, mineral və bakterial gübrələr, kimyəvi meliorantlar, bitkilərin boy artımının tənzimləyiciləri və digər maddələr.
Aqrolandşaft
Aqrolandşaft — antropogen landşaft, təbii bitki örtüyünün yerində mədəni bitki örtüyü yaradılmış sahə. R.Ə.Əliyeva, Q.T.Mustafayev. “Ekologiya” dərs vəsaiti. Bakı, “Bakı Dövlət Universiteti” nəşriyyatı, 2004, s. 379 – 384.
Aqrolizinq
Aqroservis Açıq Səhmdar Cəmiyyəti — Prezident İlham Əliyevin 2004-cü il oktyabrın 23-də imzaladığı sərəncamla yaradılan səhmdar cəmiyyət. Səhmlərinin 100 faizi dövlətə məxsus olduğundan yarandığı vaxt Cəmiyyətə İqtisadi İnkişaf Nazirliyi nəzarət edib. 2009-cu il iyulun 21-də isə Prezidentin sərəncamına əsasən “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti Kənd Təsərrüfatı Nazirliyinin tabeliyinə verilib. 22 noyabr 2005-ci ildə “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin regional bazalar haqqında əsasnaməsinin 1.4-cü bəndinə əsasən həmin 9 təchizat bazasının tərkibində “Aqroservis“ şəbəkələri yaradılıb. 8 iyul 2006-cı ildə Azərbaycan Respublikası İqdisadi İnkişaf Nazirliyinin 331 N-li əmri ilə “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikasının 61 rayonunda təsərrüfat hesablı Aqroservis filialları fəaliy­yətə başlayıb. Bundan əlavə, kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan fiziki və hüquqi şəxslərə göstərilən aqroservis xidmətlərinin fəaliyyət dairəsinin genişləndirilməsində, Səhmdar Cəmiyyətin Bakı Mərkəzi Təhcizat bazasının və regionlarda fəaliyyət göstərən Gəncə, Şirvan, Ucar, Xaçmaz rayonlararası təchizat bazalarının böyük rolu vardır. Hal-hazırda, həmin bazalar “Aqrolizinq” ASC tərəfindən Respublikaya gətirilən kombaynların, traktorların, ekskavatorların və digər kənd təsərrüfatı texnikalarının yerləşdirilməsini, komplektləşdirilməsini, satış qabağı hazırlığın aparılmasını və satışını həyata keçirir. 2008-ci ildən Şəki və Sabirabad logistik gübrə bazaları, 2009-cu ildən Şəmkir və Xaçmaz logistik gübrə bazaları, 2010-cu ildə isə Cəlilabadda və Bərdədə logistik gübrə bazaları yaradılıb. “Aqrolizinq” ASC-in yaranması zamanı onun qarşısına qoyduğu əsas məqsəd, ölkədə kənd təsərrüfatı texnikası çatışmazlığının aradan qaldırılması, fermerlərə güzəştli şərtlərlə bu cür texnika və avadanlıqların verilməsi idi. Sonradan Prezident 2007, 2008, 2009-cu illərdə verdiyi sərəncamlarla onun funksiyalarını daha da genişləndirib.
Azərbaycan Aqromexanika Elmi-Tədqiqat İnstitutu
Azərbaycan Elmi-Tədqiqat Aqromexanika İnstitutu — Azərbaycan Dövlət Aqrar Universitetinin tabeliyində olan elmi-təqdiqat müəssisəsi. Azərbaycan SSR Nazirlər Sovetinin 7 yanvar 1958-ci il tarixli qərarı əsasında, о zaman yeni yaradılmış Azərbaycan Kənd Təsərrüfatı Elmlər Akademiyasının tərkibindəki sahə institutlarının mexanikləşdirmə şöbələrinin bazasında Azərbaycan Kənd Təsərrüfаtının Mexanikləşdirməsi və Elektrikləşdirilməsi İnstitutu yaradıldı. 1997-ci ildə institutun adı dəyişdirilərək «Aqromexanika» Elmi Istehsalat Mərkəzi, hazırda isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 dekabr 1999-cu il qərarı ilə Azərbaycan Elmi-Tədqiqat «Aqromexanika» Institutu adı altında fəaliyyət göstərir. Institutun tərkibində hal-hazırda «Maşınqayırma», «Emal maşınları», «Elmi-texniki informasiya», «Heyvandarlığın elektromexanikləşdirilməsi və avtomatlaşdırılması» şöbələri, «Maşınlar sistemi», «Texniki bitkilərin mexanikləşdirilməsi», «Bağçılığın və üzümçülüyün mexanikləşdirilməsi», «Normativlərin işlənməsi», «Texniki servis və diaqnostika», «Bitkiçilik məhsullarının emalı və saxlanılması», «Alternativ və bərpa olunan enerji mənbələri» laboratoriyaları, «Yeni mаşınlаrın və tərtibatların konstruksiya edilməsi», «Texniki vasitələr», «Təsərrüfat» və «Texniki təchizat» bölmələri vardır. 1980-ci il dekabrın 16-da Umummilli liderimiz Hеydər Əliyеv Gəncədə olarkən institut tərəfindən hazırlanmış müxtəlif qurğu, avadanlıq və maşınlarla tanış olmuş və öz müsbət münasibətini bildirmişdir. Bütün bunların nəticəsi idi ki, institut 1986-cı ildə Azərbaycan Respublikası Həmkarlar Ittifaqı və Dövlət Aqrar Sənaye Komitəsinin keçici Qırmızı Bavrağını, 1986-87-ci illərdə isə Ittifaq ET institutları аrаsında ixtiraçılıq və səmərəli təklif üzrə keçirilən yarışın qalibi olmuşdur. İnstitutun əməkdaşları tərəfindən 340-dan artıq ixtiraya keçmiş Sovetlər Ittifaqı, Rusiya Federasiyаsi və Azərbaycan Respublikasının müəlliflik şəhadətnaməsi və patenti, 80 adda yeni maşın və qurğu, 5 yeni texnologiya və mаşın kompleksi, 27 ədəd tövsiyə işlənib hazırlanmış, 38 yeni konstruksiyalı kənd təsərrüfatı mаşınları keçmiş ittifaq maşınlar sisteminə daxil edilmişdir ki, onlardan da 8-i keçmiş SSRİ-nin maşınqayırma zavodlarında seriya şəklində buraxılışa verilmişdir. Bu konstruksiyalara 7 Beynəlxalq sərgidə (SSRİ, ÇSSR, İran) 2 qızıl, 7 gümüş və 7 bürünc medal, 1 ixtiraya isə Fransa, Bolqarıstan və AFR-in patentləri alınmışdır. İndiki adını 17 aprel 2015-ci ildən daşıyır. Həmin vaxta qədər Azərbaycan Elmi-Tədqiqat Aqromexanika İnstitutu adlanırdı.
Azərbaycan Elmi-Tədqiqat Aqromexanika İnstitutu
Azərbaycan Elmi-Tədqiqat Aqromexanika İnstitutu — Azərbaycan Dövlət Aqrar Universitetinin tabeliyində olan elmi-təqdiqat müəssisəsi. Azərbaycan SSR Nazirlər Sovetinin 7 yanvar 1958-ci il tarixli qərarı əsasında, о zaman yeni yaradılmış Azərbaycan Kənd Təsərrüfatı Elmlər Akademiyasının tərkibindəki sahə institutlarının mexanikləşdirmə şöbələrinin bazasında Azərbaycan Kənd Təsərrüfаtının Mexanikləşdirməsi və Elektrikləşdirilməsi İnstitutu yaradıldı. 1997-ci ildə institutun adı dəyişdirilərək «Aqromexanika» Elmi Istehsalat Mərkəzi, hazırda isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 dekabr 1999-cu il qərarı ilə Azərbaycan Elmi-Tədqiqat «Aqromexanika» Institutu adı altında fəaliyyət göstərir. Institutun tərkibində hal-hazırda «Maşınqayırma», «Emal maşınları», «Elmi-texniki informasiya», «Heyvandarlığın elektromexanikləşdirilməsi və avtomatlaşdırılması» şöbələri, «Maşınlar sistemi», «Texniki bitkilərin mexanikləşdirilməsi», «Bağçılığın və üzümçülüyün mexanikləşdirilməsi», «Normativlərin işlənməsi», «Texniki servis və diaqnostika», «Bitkiçilik məhsullarının emalı və saxlanılması», «Alternativ və bərpa olunan enerji mənbələri» laboratoriyaları, «Yeni mаşınlаrın və tərtibatların konstruksiya edilməsi», «Texniki vasitələr», «Təsərrüfat» və «Texniki təchizat» bölmələri vardır. 1980-ci il dekabrın 16-da Umummilli liderimiz Hеydər Əliyеv Gəncədə olarkən institut tərəfindən hazırlanmış müxtəlif qurğu, avadanlıq və maşınlarla tanış olmuş və öz müsbət münasibətini bildirmişdir. Bütün bunların nəticəsi idi ki, institut 1986-cı ildə Azərbaycan Respublikası Həmkarlar Ittifaqı və Dövlət Aqrar Sənaye Komitəsinin keçici Qırmızı Bavrağını, 1986-87-ci illərdə isə Ittifaq ET institutları аrаsında ixtiraçılıq və səmərəli təklif üzrə keçirilən yarışın qalibi olmuşdur. İnstitutun əməkdaşları tərəfindən 340-dan artıq ixtiraya keçmiş Sovetlər Ittifaqı, Rusiya Federasiyаsi və Azərbaycan Respublikasının müəlliflik şəhadətnaməsi və patenti, 80 adda yeni maşın və qurğu, 5 yeni texnologiya və mаşın kompleksi, 27 ədəd tövsiyə işlənib hazırlanmış, 38 yeni konstruksiyalı kənd təsərrüfatı mаşınları keçmiş ittifaq maşınlar sisteminə daxil edilmişdir ki, onlardan da 8-i keçmiş SSRİ-nin maşınqayırma zavodlarında seriya şəklində buraxılışa verilmişdir. Bu konstruksiyalara 7 Beynəlxalq sərgidə (SSRİ, ÇSSR, İran) 2 qızıl, 7 gümüş və 7 bürünc medal, 1 ixtiraya isə Fransa, Bolqarıstan və AFR-in patentləri alınmışdır. İndiki adını 17 aprel 2015-ci ildən daşıyır. Həmin vaxta qədər Azərbaycan Elmi-Tədqiqat Aqromexanika İnstitutu adlanırdı.
Azərbaycan Respublikasının əməkdar aqronomlarının siyahısı
Ramiz Firudin oğlu Rzayev — 12.05.1991
Azərbaycan pambıqçılığında qabaqcıl aqrotexnikanın tətbiq edilməsi (film, 1955)
Azərbaycan pambıqçılığında qabaqcıl aqrotexnikanın tətbiq edilməsi qısametrajlı sənədli filmi rejissor Həbib İsmayılov tərəfindən 1955-ci ildə çəkilmişdir. Bakı Kinostudiyasında istehsal edilmişdir. Filmdə pambıqçılığın inkişafında qabaqcıl aqrotexnikanın tətbiq edilməsinin səmərəsindən danışılır. 1955-ci ildə rejissor Həbib İsmayılov filmə görə ÜİKTS-in Gümüş Medalına layiq görülmüşdür. Elmi-kütləvi filmdir. Filmdə pambıqçılığın inkişafında qabaqcıl aqrotexnikanın tətbiq edilməsinin səmərəsindən danışılır. 1955-ci ildə rejissor Həbib İsmayılov filmə görə ÜİKTS-in Gümüş Medalına layiq görülmüşdür.
Azərbaycanda aqroiqlim rayonlaşdırma
Kənd təsərrüfatı məhsulunun istehsalı nöqteyi-nəzərincə fiziki-coğrafi rayonlaşmasının qarşısında duran əsas məqsəd ərazinin müxtəlif sahələrini biri-birindən ayıran təbii fərqləri araşdırıb çıxarmaq və həmin təbii ehtiyatlardan mümkün qədər səmərəli istifadə etməkdən ibarətdir. Bu işdə iqlim şəraitinin nə dərəcədə əlverişli olmasını ərazinin aqroiqlim rayonlaşdırma məsələsi həll edir. Buna görə də aqroiqlim rayonlaşdırma fiziki-coğrafi rayonlaşmanın bir hissəsi olmaqla onu tamamlayır. Aqroiqlim rayonlaşdırma fiziki-coğrafi kompleksin ən mühüm hərəkətverici olan iqlim amilinin xarakter xüsusiyyəti haqqında ilk məlumatlar verir və onun rolunu qəti müəyyən edir. O, bu və ya digər kənd təsərrüfatı obyektinin iqlim şəraitinə uyğunlaşan tələbini əsaslandırır. Yuxarıdakı təhlildən məlum olur ki, aqroiqlim rayonlaşdırılması-ixtisaslaşdırılmış iqlim rayonlaşdırılması deməkdir. Onun məqsədi isə xüsusi üsul və təhlillə müəyyən edilən şəraitini bu və ya digər bitki və heyvan aləmi üçün nə dərəcədə əlverişli olmasını göstərir. Müəyyən ərazinin aqroiqlim rayonlaşdırma məsələsi iqlim rayonlaşdırılması ilə sıxı əlaqıdardır və onun mühüm göstəriciləri əsasında həll edilir. MDB dövlətlərində müxtəlif kənd təsərrüfatı bitkilərinin iqlimə olan tələbatına görə düzgün yerləşdirilməsində F.F.Davitayanın, P.İ.Koloskovun, Q.T.Seliyaninovun, S.Z.Sapojnikovanın, D.Şaşkonun və s. müəlliflərin bu sahədə tədqiqatlarını xüsusilə qeyd etmək lazımdır.
Cəbrayıl Hüseynov (aqronom)
Cəbrayıl Muxtar oğlu Hüseynov (3 (16) yanvar 1913 və ya 16 yanvar 1913, Nuxa – 14 dekabr 1974 və ya 1974, Bakı) — akademik, aqrar elmlər doktoru (1947), professor (1948). Hüseynov Cəbrayıl Muxtar oğlu 1913-cü il yanvarın 16-da Şəki şəhərində doğulmuşdur. C. Hüseynov Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun Aqronomluq fakültəsini bitirmişdir (1934). C. Hüseynov aqrar elmlər namizədi (1939) və aqrar elmlər doktoru (1947) dərəcəsini, professor (1948) elmi adını almışdır. AMEA-nın müxbir üzvü (1949), həqiqi üzvü (1961) seçilmişdir. Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda və Azərbaycan ET Pambıqçılıq İnstitutunda baş elmi işçi işləmişdir (1936). Ümumittifaq Elmi Tədqiqat Gübrələmə və Aqrotorpaqşünaslıq İnstitutunun aspirant olmuşdur (1936–1939). SSRİ Elmlər Akademiyasının Azərbaycan Torpaqşünaslıq sektorunda baş elmi işçi (1940), Torpaqşünaslıq və Aqrokimya Bölməsində direktor işləmişdir (1944–1945). Azərbaycan SSR EA Torpaqşünaslıq və Aqrokimya İnstitutunun ilk direktoru olmuş (1945) və bu vəzifədə 1952-ci ilə kimi çalışmışdır. ADU-nun Biologiya fakültəsinin professoru olmuşdur (1969).
Dianna Aqron
Dianna Aqron (/ˈeɪ.ɡrɒn/, AY-gron; 30 aprel 1986[…], Savanna[d], Corciya) — Amerikalı aktrisa, müğənni, rəqqasə və rejissor. İfaçılıq və rejissorluqla yanaşı, o, xüsusilə LGBT hüquqlarını və insan haqlarını dəstəkləmək üçün əhəmiyyətli xeyriyyə işlərində iştirak etmişdir.
Faiq Məmmədov (aqronom)
Faiq İsmayıl oğlu Məmmədov (27 noyabr 1929, Gəncə, Gəncə dairəsi – 14 avqust 1987, Kirovabad) — ictimai və elmi xadim, kənd təsərrüfatı elmləri doktoru, professor. Faiq Məmmədovun elmi-tədqiqat işləri əsasən pambıq toxumçuluğuna aid olmuş, çiyidin səpinə hazırlanması üsulları və səpin sisteminin öyrənilməsinə həsr olunmuşdur. O, pambıq bitkisi toxumçuluğu üzrə bir çox fundamental və tətbiqi işlərin, dərslik, monoqrafiya və onlarla digər kitabın, 50-yə yaxın məqalənin müəllifidir. Onun tərtib etdiyi ümumi əkinçilik üzrə tədris proqramlarından ali təhsil müəssisələrində bu gün də istifadə olunur. Faiq İsmayıl oğlu Məmmədov 27 noyabr 1929-cu ildə Azərbaycan SSR-in Kirovabad şəhərində anadan olmuşdur. 1936-cı ildə M.Ə.Sabir adına Gəncə şəhər 5 saylı orta məktəbin birinci sinfinə getmiş, 1946-cı ildə həmin məktəbi qızıl medalla bitirmişdir. O, 1946-cı ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun “Meyvə-tərəvəzçilik və üzümçülük” fakültəsinə daxil olmuşdur. 1951-ci ildə ali təhsilini fərqlənmə diplomu ilə başa vuraraq “alim-aqronom” ixtisasına yiyələnmişdir. 1959-cu ildə Azərbaycan SSR hökumətinin dəvəti ilə Azərbaycan Kənd Təsərrüfatı nazirliyində seleksiya və toxumçuluq baş idarəsinin rəisi vəzifəsində çalışmışdır. 1960-cı ildə həmin nazirliyin kadrların hazırlığı baş idarəsininin rəisi vəzifəsinə köçürülmüşdür.
Saken Seyfullin adına Qazaxıstan Aqrotexnika Universiteti
Saken Seyfullin adına Qazaxıstan Aqrotexnika Universiteti (QazATU) (qaz. С. Сейфуллин атындағы Қазақ агротехникалық университеті (ҚазАТУ)) — Orta və Şimali Qazaxıstanın ən böyük əkinçilik universiteti, Astana şəhərindəki ilk ali təhsil müəssisəsi. Müasir qazax ədəbiyyatının banisi Saken Seyfullinin adını daşıyır. 3 oktyabr 1957-ci ildə SSRİ Nazirlər Soveti Akmolinsk şəhərində kənd təsərrüfatı institutunun təşkili barədə qərar qəbul etdi. Akmolinskdə ilk ali təhsil ocağının açılması qərarı, qaldırılmış bakirə torpaqda kənd təsərrüfatı istehsalının təşkili zərurətindən qaynaqlandı. Müvəqqəti baza olaraq instituta 4 saylı dəmir yolu məktəbinin (şəhər mərkəzi ilə stansiya arasında yerləşən) ərazisi, keçmiş üç illik kənd təsərrüfatı məktəbinə aid və iki kilometrdən 4,5 km məsafədə yerləşən binalar verildi. yataqxana üçün institutun əsas ərazisi ayrılmışdı . Universitetin həqiqi fəaliyyəti 22 fevral 1958-ci ildə Akmola Kənd Təsərrüfatı İnstitutunun ilk direktoru T.Q. Duxovun vəzifələrini icra etməsi ilə başladı. İnstituta 4.1 min kvadratmetr təhsil sahəsi və tələbələr üçün əsaslı təmir tələb olunan narahat binalar ayrıldı. Buna görə əsaslı təmirlə yanaşı, əsaslı santexnika və abadlıq işləri də aparıldı: istilik magistralları çəkildi və bütün binalar buxar isitmə sisteminə verildi, su təchizatı və yerli kanalizasiya xətti çəkildi, ərazi yaşıllaşdırıldı və əsas yollar asfaltlandı .
Torpaqşünaslıq və Aqrokimya İnstitutu
Torpaqşünaslıq və Aqrokimya İnstitutu — Azərbaycan Milli Elmlər Akademiyasının strukturuna daxil olan elmi təşkilatdır. Direktoru aqrar elmlər üzrə elmlər doktoru, professor Əlövsət Quliyevdir.. Torpaqşünaslıq və Aqrokimya İnstitutu 1945-ci ildə keçmiş SSRİ EA Azərbaycan filialının Torpaqşünaslıq sektoru əsasında yaradılmışdır. İnstituta aşağıda adları çəkilən görkəmli alimlər rəhbərlik etmişlər: prof. V. R. Smirnov-Loqinov; akad. C . M. Hüseynov, V. R. Volobuyev; EA-nın müxbir üzvləri: S. Ə. Əliyev, M. M. Salayev; akad. Q. Ş. Məmmədov; akad. M. P. Babayev. İnstitutda bir neçə elmi məktəb yaradılmışdır: akad.
Torpaqşünaslıq və Aqrokimya İnstitutu (Azərbaycan)
Torpaqşünaslıq və Aqrokimya İnstitutu — Azərbaycan Milli Elmlər Akademiyasının strukturuna daxil olan elmi təşkilatdır. Direktoru aqrar elmlər üzrə elmlər doktoru, professor Əlövsət Quliyevdir.. Torpaqşünaslıq və Aqrokimya İnstitutu 1945-ci ildə keçmiş SSRİ EA Azərbaycan filialının Torpaqşünaslıq sektoru əsasında yaradılmışdır. İnstituta aşağıda adları çəkilən görkəmli alimlər rəhbərlik etmişlər: prof. V. R. Smirnov-Loqinov; akad. C . M. Hüseynov, V. R. Volobuyev; EA-nın müxbir üzvləri: S. Ə. Əliyev, M. M. Salayev; akad. Q. Ş. Məmmədov; akad. M. P. Babayev. İnstitutda bir neçə elmi məktəb yaradılmışdır: akad.
Zaur Həsənov (aqronom)
Zaur Həsənov — Kənd təsərrüfatı elmləri doktoru, Azərbaycan Dövlət Aqrar Universitetinin Bağçılıq kafedrasının professoru. Zaur Həsənov 1961-ci ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun Meyvə-tərəvəzçilik və üzümçülük fakültəsini bitirib. 1967-ci ildə "Azərbaycanda Şərq xirniyinin əkin materialının becərilməsinin bəzi məsələlərinin tədqiqi" mövzusunda namizədlik dissertasiyası müdafiə edərək "Subtropik bitkilər" sahəsində kənd təsərrüfatı elmləri namizədi adını, 1972-ci ildə isə dosent elmi adı almışdır. 1991-ci ildə "Azərbaycanda Şərq xirniyi becərilməsi texnologiyasının elmi əsasları" mövzusunda doktorluq dissertasiyası müdafiə edərək kənd təsərrüfatı elmləri doktoru adı almışdır. 1994-cü ildə professor elmi dərəcəsinə layiq görülmüşdür. 1967-ci ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun "Meyvə-tərəvəzçilik" kafedrasında toxumçu-aqronom, 1968-ci ildə asistent, 1972-ci ildə dosent, 1981-ci ildə kafedranın müdiri vəzifələrində çalışmışdır. 1985-ci ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun" Meyvə-tərəvəzçilik və üzümçülük" fakültəsinin dekanı, 1991-ci ildə "Meyvə-tərəvəzçilik" kafedrasınin dosenti, 1994-cü ildə Meyvə-tərəvəzçilik kafedrasınin müdiri kimi, 2008-ci ildə Azərbaycan Dövlət Aqrar Universitetinin Meyvəçilik kafedrasının professoru kimi fəaliyyət göstərib. 2014-cü ildən isə Azərbaycan Dövlət Aqrar Universitetinin Bağçılıq kafedrasının professoru kimi fəaliyyət göstərir.1998-ci ildə isə AR Prezidenti yanında AAK tərəfindən ona, meyvəçilik sahəsində qazanılmış nailiyyətlərinə görə, əlavə olaraq "Meyvəçilik və üzümçülük" ixtisası üzrə elmlər doktoru səlahiyyətləri verilmişdir. 2009-cu ildə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin "Fəxri Fərmanı" ilə təltif olunub. 2010-cu ildə isə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə görə "Tərəqqi" medalı ilə təltif edilib.
Yalama Aqropark
Yalama Aqropark Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığna əsasən 07.09.2016 tarixində Xaçmaz rayonuun Yalama qəsəbəsində 523 ha torpaq sahəsində "Yalama Aqropark" yaradılmışdır. Aqropark daxilində cins heyvandarlıq kompleksinin, qarışıq yem istehsalı təsərrüfatları yaradılmışdır.Aqroparkın istehsal və emal müəssisələrinin yaradılmasında ABŞ, İsveç, Almaniya, Türkiyə və İtaliya istehsalı olan texnika və avadanlıqlarından istifadə olunub. Layihənin birinci mərhələsi üzrə 385 ha sahədə müasir suvarma sistemlərinin (pivotlar) tətbiqi ilə növbəlilik nəzərə alınmaqla ikili əkin aparılır. Layihənin icrası nəticəsində 200-dən artıq iş yeri yaradılmışdır. Yalama Aqropark Azərbaycanda ilk Ən böyük Aqroparkdır.

Значение слова в других словарях