ARABAÇI

is.
1. Araba sürən adam, araba işlədən adam.
Küçələrdə arabaçılar, suçular … o yan-bu yana yeriməkdə idi. S.M.Qənizadə.
[Hacı:] Arabaçı, dayan, babılarla yol getmək özü bir fitnə-fəsad işdir, saxla! Mir Cəlal.

2. Araba qayıran, araba bağlayan usta.
ARABACIQ
ARABAÇILIQ
OBASTAN VİKİ
Arabaçı
Arabaçı (Gədəbəy) — Gədəbəy rayonunun eyniadlı inzibati ərazi vahidində kənd. Arabaçı — Gədəbəy rayonunun Çobankənd inzibati ərazi vahidində kənd.
Arabaçı (Gədəbəy)
Arabaçı — Azərbaycan Respublikasının Gədəbəy rayonunun Arabaçı kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Kənd Axınca çayının sağ sahilində, Murğuz silsiləsinin ətəyindədir. Yerli əhali tərəfindən Şınıx Arabaçısı da adlanır. XIX əsrin ortalarında indiki Çobankənd inzibati ərazi vahidindəki Arabaçı kəndindən köçüb gəlmiş ailələr (azanlı, bayramlı, kəlbayılar, culuylu tirələri) tərəfindən salınmışdır. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 118 nəfər əhali yaşayır. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Arabaçı (astronomiya)
Arabaçı bürcü (Latınca:Auriga) - Göyün şimal yarımkürəsindədir. Azərbaycanda il boyu görünür. Bu Ptolemeyin 48 bürclərindən biridir və 88 müasir bürclərdən biri kimi Beynəlxalq Astronomiya İttifaqı tərəfindən qəbul edilib.
Arabaçı (bürc)
Arabaçı bürcü (Latınca:Auriga) - Göyün şimal yarımkürəsindədir. Azərbaycanda il boyu görünür. Bu Ptolemeyin 48 bürclərindən biridir və 88 müasir bürclərdən biri kimi Beynəlxalq Astronomiya İttifaqı tərəfindən qəbul edilib.
Arabaçı bələdiyyəsi
== Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Ayaz Arabaçı
== Həyatı == Ayaz Arabaçı 1967-də Gədəbəy rayonunun Arabaçı kəndində müəllim ailəsində doğulmuşdur. 1984-də Arabaçı kənd orta məktəbini bitirmişdir. Doğulduğu kəndin adını özünə ədəbi təxəllüs seçmişdir. Orta məktəbdə oxuduğu illərdə şeirləri "Azərbaycan gəncləri" qəzetində, "Ulduz" jurnalında dərc olunmuş, radionun uşaq verilişlərində səsləndirilmişdir. 1985-ci ildə Rusiyanın Çita və Novosibirsk şəhərlərində hərbi xidmətdə olmuşdur. Hərbi xidmətdən qayıtdıqdan sonra ali təhsilini başa vuraraq, Mütəxəssis kimi Təhsil Nazirliyində fəaliyyətə başlamışdır. Daha sonra ictimai-fəlsəfi qəzet olan "İdrak" qəzetində baş redaktor, "Diplomat" nəşriyatının direktoru, Ali Diplomatiya Kollecinin İcra Aparatının rəhbəri, "Xudafərin" jurnalının redaktoru işləmişdir. Şeirləri Türkiyənin bir sıra ədəbi dərgilərində çap olunmuşdur. Türkiyədə çap olunmuş Avrasiya Antologiyasında dərc edilmiş şeirləri xüsusi mükafata layiq görülmüşdür. 8 şeir kitabının müəllifidir.
Bahadırzadə Arabaçı Əli Paşa
Bahadırzadə Arabaçı Əli Paşa (d. 1620 - ö. 1693) — II Əhməd dövründə ümumilikdə 7 ay Osmanlı imperiyasının sədrəzəmi olmuş dövlət adamıdır. == Həyatı == 1620-ci ildə Ohridə dünyaya gəlmişdir. Mədrəsə təhsilindən sonra bəzi dövlət adamlarına imamlıq, bəzi əyalətlərdə isə qazı və naib oldu. Daha sonra Körpülü Fazil Mustafa Paşanın himayəsinə girərək əvvəlcə sədarət kəndxudası, 1690-cı ildə yeniçəri ağası, ardından vəzir və riqabdar ağa oldu. Şeyxülislam Əbusəidzadə Feyzullah Əfəndi və başqazı Yəhya Əfəndinin himayəsi və dəstəyi ilə 1691-ci ildə Fazil Mustafa Paşanın yerinə sədarətə gətirildi. O əsnada davam edən Osmanlı-Avstriya müharibəsində ordunun başında cəbhəyə getmək əvəzinə, mərkəzdə qalaraq özünə rəqib gördüyü bəzi dövlət adamlarını müxtəlif bəhanələrlə edam və ya sürgün etməyə başladı. Belqrad istiqamətindəki ordu isə bərbad vəziyyətdə idi. Ölkənin daxili problemləri də dərinləşmiş, siyasi vəziyyət gərginləşmişdi.
Arabaçılar
Arabaçılar — Azərbaycan Respublikasının Bərdə rayonunun Mustafaağalı inzibati ərazi vahidində kənd. == Tarixi == Qarabağ düzündədir. Arabaçılar Qarabağda yaşamış bəyəhmədli tayfasının tirələrindən birinin adıdır. Etnotoponimdir. == Əhalisi == === Tanınmışları === Afiq Bərdəli — tibb elmləri doktoru, professor, "Afgen" Genetik Diaqnoz Mərkəzinin rəhbəri.
Delfi arabaçısı
Delfi arabaçısı (yun. Ἡνίοχος, cilov sahibi) — Qədim Yunanıstandan bu dövrümüzə gəlib çıxmış heykəldir və qədim tunc heykəltəraşlıq nümunəsidir. == Haqqında == Heykəltəraşın adı məlum deyil, lakin stilistik səbəblərə görə heykəlin Afinada hazırlandığını iddia edirlər. Onun Afina mənşəli olduğu bilinən Pirey Apollon heykəli ilə müəyyən oxşarlıqları var. == Tarixi == Heykəl Yunanıstanın Delfi şəhərində Siciliyadakı tiran Gelalı Polizalın və onun arabasının eramızdan əvvəl 478 və ya 474-cü illərdə Delfidə Pithean Apollonun şərəfinə keçirilən Pif Oyunlarında qazandığı iki qələbədən birinin xatirəsinə ucaldılıb. .

Digər lüğətlərdə

истребле́ние коха́ть легкоу́мие насы́пка переце́нивание понука́тельный разноле́сье скрижа́ли ша́вка в обре́з вы́светить молокосо́с мохноно́гий набезобра́зить обстре́л прои́грыватель будка Baker-Nunn camera bedworthy Celebes Sea cliffy hylozoism Ladin veto мокрица