ARALANMAQ

f.
1. Bir-birindən ayrılmaq, uzaqlaşmaq. Atlılar aralanaraq hərə bir tərəfə getdi.
– Aralanır buludlar, təravətlənir otlar. A.Səhhət.
Sədrəddin bəydən aralanandan sonra, indi iki gün idi ki, muzdur Məşədi Əsgər öz arvad və uşağı ilə rahatlanırdı. S.M.Qənizadə.

// Bir qədər kənara, yana çəkilib yol açmaq.
Adamlar aralanıb Tükəzbana yol verdilər… B.Talıblı.

// Uzaqlaşmaq.
Ayrı düşmüş vətənindən, elindən; Həmdərdindən aralanmış könlümü. M.V.Vidadi.
Kənddən bir qədər aralananda, … səhər havası ilə nəfəs alanda özünü dünyanın ən bəxtiyar adamı sayırsan. Mir Cəlal.

2. bax ayrılmaq 2-ci mənada.
Xanpəri keçmiş xatirəsindən çətinliklə aralandı. Ə.Vəliyev.

3. Çatlamaq, aralar əmələ gəlmək. Zəlzələdən evin divarları aralandı.
// Qopmaq. Çəkmənin altı aralanmışdır.
4. Bir az açılmaq, yarıaçıq hala gəlmək.
Qadınların çarşabları aralandıqda onların nəzmiyyə libası geydikləri görünürdü. M.S.Ordubadi.
Vahid Nayıbovun ev qapısı həmişəki sakitliyi ilə aralandı və örtüldü. Mir Cəlal.

5. məch. Başqası tərəfindən ayrılmaq.
Puldan bir qədər aralanıb topa ilə əlahiddə qoyulmuşdu. S.M.Qənizadə.

Sinonimlər (yaxın mənalı sözlər)

  • ARALANMAQ 1. aralanmaq bax ayrılmaq 1 2. aralanmaq bax çatlamaq 3. aralanmaq bax uzaqlaşmaq
  • ARALANMAQ çatlamaq — açılmaq
  • ARALANMAQ uzaqlaşmaq

Antonimlər (əks mənalı sözlər)

  • ARALANMAQ ARALANMAQ – ÖRTÜLMƏK Vahid Nayıbovun ev qapısı həmişəki sakitliyi ilə aralandı və örtüldü (Mir Cəlal)
ARALANMA
ARALAŞDIRILMA

Digər lüğətlərdə

глум заале́ться костопра́в нана́йский наче́рчивание неве́сть перека́чивание покружи́ться разма́лываться замерять подобре́ть пойти по́ миру послюни́ть разве́дчица эфироно́с реча сарабалина come-hither multiathlon nascence paedomorphism pleasure-dome дрейфовать истовый смерзаться