ardıcıl

is. systématique ; successi||f, -ve ; suivi, -e ; conséquent, -e ; consécuti||f, -ve ; ~ olmayan non-successi||f -ve ; non-systématique ; ~ səy aspiration f systématique ; ~ siyasət politique f successive ; ~ surətdə consécutivement adv

ardıc
ardıcıllıq
OBASTAN VİKİ
Ardıcıl
Ardıcıl (serial)– zaman və məkan baxımından ardıcıl yerləşmiş. Verilənlərin ötürülməsində: ardıcıl ötürmə, informasiyanı ayrıca kanalla, məsələn, ardıcıl portda olduğu kimi, birdəfəyə bit-bit göndərməkdir. Verilənlərin emalının və hesablamaların başqa aspektlərində: ardıcıl erişim, axırıncı tapılmış elemetin yerinə əsaslanaraq informasiyanın axtarılması üsuludur; ardıcıl kompüter, bir hesab və məntiq bloku olan qurğudur; ardıcıl toplama, mərtəbə-mərtəbə toplamadır (məsələn, məktəb qaydası ilə – sütun-sütun), bunun əksi olan paralel toplamada bütün rəqəmlər birdən toplanılır. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Ardıcıl giriş
Ardıcıl giriş (sequential (serial) access) — informasiyanın elə yazılması və axtarılması üsuludur ki, oxumanı verilənlər yığınının lap başlanğıcından başlamaq gərəkdir. Verilənlər bağlı ardıcıllıq ola bilər, yəni ardıcıllıqda hər bir element (fayl, yaxud yazı) növbəti elementi göstərə bilər. Bu termin ardıcıl erişimli fayllara (SEQUENTİAL-ACCESS FİLES) erişməni təsvir etmək üçün istifadə edilə bilər. Hər bir informasiya elementinin özündən əvvəlki informasiyaya istinad etdiyi fayllar (məsələn, poçt göndərmələrinin siyahısından və mətn prosessorlarının sənədlərindən ibarət fayllar) üçün ardıcıl erişimdən istifadə etmək daha yaxşı olur. Ardıcıl erişim maqnit lentində olan müəyyən mahnının axtarılması prosesi kimidir: axtarış lentin başlanğıcından başlamalı və lazım olan mahnı tapılanadək ardıcıllıqla davam etdirilməlidir. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Ardıcıl altı silindrli mühərrik
Ardıcıl altı silindrli mühərrik (çox vaxt I6 və ya L6 kimi qısaldılır), eyni xəttdə altı silindrin hamısının yerləşdiyi daxili yanma mühərriki növüdür. Altı silindrli mühərriklərdə bir sıra yan-yana yerləşən altı silindr tək bir dirsəkli valı döndərir. Maili formada quraşdırılmış ardıcıl altı silindrli mühərriklərə “maili altı silindrlər”də deyilir. Ardıcıl altı sıra, həm əsas, həm də köməkçi mexaniki motor balansına malik ən sadə mühərrik yerləşdirməsidir və daha az silindrli mühərriklərdən daha az vibrasiya təmin edir.
Ardıcıl dörd silindrli mühərrik
Ardıcıl dörd silindrli mühərrik (Inline-4, I4 və ya L4), eyni xəttdə dörd silindrin yerləşdiyi daxili yanma mühərriki növüdür. Ardıcıl dörd silindrli mühərriklərdə, bir silindr cərgəsində yan-yana yerləşən dörd silindr tək bir krank mili çevirir. Maili vəziyyətdə quraşdırılmış ardıcıl dörd silindrli mühərriklərə “maili dörd silindr” də deyilir. Ardıcıl dörd silindrli mühərriklər, mükəmməl ilkin balansa sahib olduqlarına və mexaniki cəhətdən asan olduqlarına görə ekonom avtomobillərdə ən populyar mühərrik növüdürlər. Bununla birlikdə, mühərrikin zəif ikincil tarazlığı, xüsusilə kiçik həcmli mühərriklərdə aşağı səviyyədə titrəmə yaradır. Mühərrikin böyüməsi ilə bu titrəmələr artdığından, böyük həcmli mühərrik dizaynlarında dörddən çox silindr istifadə olunur.
Ardıcıl səkkiz silindrli mühərrik
Ardıcıl səkkiz silindrli mühərrik (çox vaxt I8 və ya L8 kimi qısaldılır), eyni xəttdə səkkiz silindrin hamısının yerləşdiyi daxili yanma mühərriki növüdür. Səkkiz silindrli mühərriklərdə bir sıra yan-yana yerləşən səkkiz silindr tək bir dirsəkli valı döndərir. Maili formada quraşdırılmış ardıcıl səkkiz silindrli mühərriklərə “maili səkkiz silindrlər”də deyilir. Silindr həcmi bir nəqliyyat vasitəsi alınarkən diqqət edilməsi ən vacib olan məsələlərdən biridir. İstifadə edilmiş bir avtomobil və ya sıfır kilometrlik bir avtomobil alarkən silindr həcmi nəzərə alınır. Nəqliyyat vasitəsinin fəaliyyətinə birbaşa təsir edən silindr həcmi, həm də yanacaq istehlakını təyin edən amillərdən biridir. 8 Silindrli mühərriklər əsasən performans maşınlarında olur. Xalq arasında “böyük mühərrik” olaraq bilinən səkkiz silindrli mühərrik həcmi, həm də at gücünün yüksək olduğuna işarədir. Silindrlər içərisindəki porşenlərin qarşılıqlı hərəkəti mühərrikin işləməsinə imkan verən enerjini yaradır. Silindrlər mühərrikdəki silindr gövdəsində 4 hissəli yerləşdirilmişdirlər.
İndekslənmiş ardıcıl erişmə üsulu
İndekslənmiş ardıcıl giriş üsulu (ing. indexed sequential access method (ISAM)) – böyük verilənlər bazasında yazının axtarış müddətini azaltmaq üçün hər bir yazıya qarşı qoyulan unikal açardan istifadə edilməsi üsulu. Açar, yazıya müraciət etmək üçün onun istifadə olunan sahəsidir. Məsələn, firmanın əməkdaşlarının cədvəl siyahısında indeks olaraq sosial sığorta sisteminin fərdi nömrələrini istifadə etmək olar. ISAM-a uyğun olaraq, hər bir yazının açarı və yazıda digər verilənlərin göstəricisi ayrıca indeks faylında saxlanılır. Müəyyən yazını açarına görə tapmaq üçün proqram öncə çox da böyük olmayan açarların indeksli faylına baxır, sonra isə tapılmış açarın göstəricisindən istifadə etməklə digər verilənlərə keçir. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Ardıcıllıq
Ardıcıllıq - bir natural dəyişəni olan və aşağıdakı xassələri ödəyən z {\displaystyle z} funksiyasına deyilir: z {\displaystyle z} funksiyasının təyin oblastına daxil olan ixtiyari n {\displaystyle n} natural ədədi üçün, n {\displaystyle n} -dən kiçik hər bir k {\displaystyle k} natural ədədi də z {\displaystyle z} funksiyasının təyin oblastına daxildir.
Ardıcıllıq (biologiya)
Molkulyar biologiyada ardıcıllıq biopolimerin tərkibində kovalent rabitələrlə əlaqələnmiş monomerlərin bir ölçülü düzülməsidir. Həm də bioloji makromolekulun əsas quruluşunu ifadə edir. DNT və zülal ardıcıllığı ən geniş istifadə olunan terminlərdir.
Bizim Layiqli Ardıcıllarımız (1972)
Bizim layiqli ardıcıllarımız qısametrajlı sənədli filmi rejissor Kamil Mirzəyev tərəfindən 1972-ci ildə çəkilmişdir. "Peşətexfilm" Studiyasında istehsal edilmişdir. Kinooçerk Azərbaycanın ət və süd sənayesi üçün kadrlar hazırlayan Bakıdakı 25 saylı peşə-texniki məktəbinin işindən danışır. == Məzmun == Kinooçerk Azərbaycanın ət və süd sənayesi üçün kadrlar hazırlayan Bakıdakı 25 saylı peşə-texniki məktəbinin işindən danışır. Filmin çəkilişləri ət kombinatında, çay fabrikində və məktəbin özündə aparılmışdır. == Mükafat == 1972-ci ildə Bakıda SSRİ-nin yaradılmasının 50 illiyinə həsr olunmuş Respublika baxışında film Azərbaycan Kinematoqrafçılar İttifaqı, AHİŞ və Azərbaycan LKGİ MK-nın III dərəcəli Diplomuna və Mükafata layiq görülmüşdür.
Bizim layiqli ardıcıllarımız (film, 1972)
Bizim layiqli ardıcıllarımız qısametrajlı sənədli filmi rejissor Kamil Mirzəyev tərəfindən 1972-ci ildə çəkilmişdir. "Peşətexfilm" Studiyasında istehsal edilmişdir. Kinooçerk Azərbaycanın ət və süd sənayesi üçün kadrlar hazırlayan Bakıdakı 25 saylı peşə-texniki məktəbinin işindən danışır. == Məzmun == Kinooçerk Azərbaycanın ət və süd sənayesi üçün kadrlar hazırlayan Bakıdakı 25 saylı peşə-texniki məktəbinin işindən danışır. Filmin çəkilişləri ət kombinatında, çay fabrikində və məktəbin özündə aparılmışdır. == Mükafat == 1972-ci ildə Bakıda SSRİ-nin yaradılmasının 50 illiyinə həsr olunmuş Respublika baxışında film Azərbaycan Kinematoqrafçılar İttifaqı, AHİŞ və Azərbaycan LKGİ MK-nın III dərəcəli Diplomuna və Mükafata layiq görülmüşdür.
Escape-ardıcıllıq
Escape-ardıcıllıq – ESC idarəedici simvolu ilə (ASCII yığınında onluq kodu 27, onaltılıq isə 1Bh) başlayan və arxasında bir və ya bir neçə simvol olan simvollar ardıcıllığı; bu simvolların birləşməsi qurğuya və ya proqrama verilən göstəriş və ya komanda əmələ gətirir. Escape-ardıcıllıqlardan çox zaman printerə komanda (məsələn, növbəti simvolları yarımqalın şriftlə çap etmək) vermək üçün istifadə edilir.
Fundamental ardıcıllıq
Fundamental ardıcıllıq ( x n ) {\displaystyle (x_{n})} ədədi ardıcıllığı aşağıdakı şərti ödəyirsə, o, fundamental ardıcıllıq adlanır: "ixtiyari müsbət ε {\displaystyle \varepsilon } ədədi üçün elə n 0 {\displaystyle n_{0}} nömrəsi var ki, ixtiyari n > n 0 {\displaystyle n>n_{0}} və ixtiyari p ∈ N {\displaystyle p\in N} üçün ∣ x n + p − x n ∣< ε {\displaystyle \mid x_{n+p}-x_{n}\mid <\varepsilon } olur.
Habbl ardıcıllığı
Xabbl ardıcıllığı — 1936-cı ildə Edvin Xabbl tərəfindən təklif olunmuş qalaktikaların təsnifatı. İndiyədək daha ətraflı təsnifatlanma variantlarının olmasına baxmayaraq, Xabbl təsnifatı hələ də aktuallığını qoruyub saxlamışdır.
Tam ədəd ardıcıllıqlarının ensiklopediyası
Tam ədəd ardıcıllıqlarının ensiklopediyası (ing. On-Line Encyclopedia of Integer Sequences, OEIS) — tam saylı ardıcıllıqları özündə saxlayan internet-ensiklopediyadır. Müəllif və başqa hüquqları — Sloan Neyliyə aiddir. 2012-ci ilin yanvar ayında 200 mindən çox ardıcıllığı özündə saxlayırdı.
Xabbl ardıcıllığı
Xabbl ardıcıllığı — 1936-cı ildə Edvin Xabbl tərəfindən təklif olunmuş qalaktikaların təsnifatı. İndiyədək daha ətraflı təsnifatlanma variantlarının olmasına baxmayaraq, Xabbl təsnifatı hələ də aktuallığını qoruyub saxlamışdır.

Значение слова в других словарях

вбу́хнуть всхолми́ть лавчу́шка мужеуби́йство прозанима́ться птицеперераба́тывающий руби́льник филиро́вочный антипати́чный ре́бя соло́менная вдова сраже́нье Чечора Babylon bandsman cachaca coastward gallop off liver-wing race-card squeeze play subgroup tentacle далеко продемонстрировать