Paltar növüdür və arxa (dal) sözündən əmələ gəlib. “Arxaya geyilən” (çiyinə salınan) mənasını verir. Sözün başqa mənasıda var və rus dilindəki “чересседельник” anlamına uyğun gəlir: təkatlı arabada atın sağ və sol tərəfində arabanın iki qolu olur. Bu qolları yuxarıda saxlamaq üçün atın belindən keçən qayışa bərkidirlər. Qayış atın belini yaralamasın deyə altına yəhərəbənzər bir şey qoyurlar, buna “arxalıq” deyirlər.