ARXAYIN

zərf
1. Xatircəm, rahat, sakit, dinc, qayğısız. Arxayın oturmaq. Arxayın oturub işləmək. Arxayın gedə bilərsən. –
□ Arxayın olmaq – xatircəm olmaq, əmin olmaq, nigarançılıqdan qurtarmaq.
Mahmud arxayın ola biləcəyini yəqin etdi. Ə.Əbülhəsən.

Arxayın etmək (salmaq) – xatircəm etmək, əmin etmək, nigarançılıqdan qurtarmaq, qəlbən rahat etmək. Vaqif Kazımın ehtiyatkarlığına heyrət edərək, ürəkdən güldü, sonra onu arxayın edib yola saldı. Çəmənzəminli. Ayna.
Ayazı bir daha arxayın etdi. Ə.Məmmədxanlı.

2. Asudə, rahat. Bu gün işim yoxdur, arxayınam.
3. Bir şeyə tamamilə inanmış, əmin olmuş, şübhə etməyən, əmin. Mən bunun belə olacağına tamamilə arxayın idim. İşin öhdəsindən gələ biləcəyinə arxayın deyiləm.

Синонимы

  • ARXAYIN 1. ARXAYIN, ARXAYINCA, DİNC, ƏMİN, XATİRCƏM, QAYĞISIZ, RAHAT, SAKİT 2. arxayın bax asudə 3. arxayın bax əmin 1
  • ARXAYIN asudə — rahat
  • ARXAYIN xatircəm — rahat — sakit — dinc — qayğısız

Антонимы

  • ARXAYIN ARXAYIN – NİGARAN Bu məsələ barəsində də arxayın ola bilərsən, dostum! (C.Əmirov); Zəng etdim ki, nigaran qalmayasınız (C

Этимология

  • ARXAYIN Sözün kökü arxa kəlməsidir (“müdafiəçi” deməkdir), arxayın “müdafiəçisi olan” mənasını əks etdirir. Arxaç sözü də bununla bağlıdır: “gündən müdafiə ol
ARXASIZLIQ
ARXAYINCA

Значение слова в других словарях

вы́болтать ликёр приме́та прожда́ться рантье́ расчёсываться антрепренёрство мазохи́стка петлю́ровец прогно́стика психохирурги́ческий дерба condyloma cutback eco-activity heliolatry hospitage organelle pediculosis simurgh terebra voyageur дифференцирование поддавки подчернить