arxeoqrafiya
arxeoloji
OBASTAN VİKİ
Arxeologiya
Arxeologiya (yun. arxayos — qədim, loqos — bilik "köhnə haqqında bilik") deməkdir. Arxeologiya qədim maddi mədəniyyət nümunələrini öyrənən elm olub, tarix fənninə kömək edir. İlk ibtidai insanların meydana gəlməsi, inkişaf etməsi və formalaşması tarixinin öyrənilməsi arxeologiya elminin ən əsas vəzifələrindən biridir. Arxeologiya elmi insanlığın uzaq keçmişini maddi mədəniyyət qalıqları vasitəsilə öyrənir. Arxeoloji abidələr və qədim əşyalar əsas arxeoloji mənbələr olub tarixi proseslərin araşdırılmasında mühüm rol oynayır və tarixin digər tədqiqat obyektlərindən, o cümlədən yazılı mənbələrdən öz spesifikliyi ilə fərqlənir. Arxeoloji mənbələr. Arxeoloji mənbələr öz xarakterinə və daşıdığı informasiyanın növünə uyğun olaraq xüsusi qrupa aid edilir və aşağıdakı növlərə bölünür: Əmək alətləri Silahlar Məişət əşyaları Dini-inanc xarakterli əşyalar Bəzək əşyaları Arxeoloji abidələrə qədim yaşayış məskənləri, qəbirlər, qayaüstü rəsmlər- petroqliflər aid edilir. == Azərbaycanda arxeologiyanın tarixi == Azərbaycan tarixinin öyrənilməsində, xalqın təşəkkülü və formalaşması prosesinin izlənilməsində arxeologiya elminin rolu son dərəcə böyükdür. Bəşər cəmiyyətinin bütün dövrlərinə aid zəngin abidələr diyarı olan Azərbaycan hələ kecən əsrdən dünyanın müxtəlif ixtisas sahiblərinin diqqətinin cəlb etmişdir.
Tell (arxeologiya)
Tell zamanla torpaqla örtülmüş və təpəyə çevrilmiş köhnə yaşayış məntəqələrinə verilən addır. Tellər, ümumiyyətlə, üst-üstə yığılmış çoxfazalı məskunlaşma çöküntüləridir və müasir dövr ilə müqayisədə ən yaxını yuxarıda olmaqla ən qədim dövrə qədər uzanan təbəqələşmə nümayiş etdirir. Onların hündürlüyü 1–40 metr, eni isə 1000–1500 metr ola bilər. Onlar sivilizasiyaların öyrənilməsində mühüm istinadlardırlar.
Eksperimental arxeologiya
Eksperimental arxeologiya (həmçinin eksperiment arxeologiyası adlanır) qədim mədəniyyətlər zamanı mövcud olan əşyalar və ya texnologiyaları sınaqdan keçirməyə cəhd edən bir tədqiqat sahəsidir. Arxeologiyanın bu sahəsində qədim tikililər və ya artefaktlar kimi arxeoloji materiallara əsaslanan bir sıra metodlar, üsullar, təhlillər və yanaşmalardan istifadə edilir. Eksperimental arxeologiyanın əsas formalarından biri yalnız tarixi dəqiqlikli texnologiyalardan istifadə etməklə tarixi strukturların surətlərinin yaradılmasıdır. Bu sahəni bəzən "yenidənqurma arxeologiyası" da adlandırırlar. Lakin yenidənqurma dedikdə keçmişdə mövcud olan bir şeyin dəqiq surətinin yaradılması nəzərdə tutulur. Eksperimental arxeologiya isə əslində müasir insanın keçmiş haqqında təsəvvürü nəticəsində yaradılan əşya və ya tikilidir. Bu baxımdan yanaşdıqda "keçmişin işlək konstruksiyası" arxeoloji cəhətdən daha düzgün termindir. Son illərdə eksperimental arxeologiya haqqında BBC-də "Mümkün Olmayanları Qurmaq" və PBS-də "İtirilmiş İmperatorluqların Sirləri" adlı sənədli filmləri nümayiş etdirilmişdir. == Eksperimental arxeologiya sahəsinə aid nümunələr == === Qədim Butser Ferması === Qədim Butser Ferması eksperimental arxeologiyanın ən erkən nümunələrdən biridir. Bu ferma qədim zamanlarda istifadə olunan tikinti texnologiyası, bunlardan istifadə və tikinti zamanı istifadə olunan materiallar barəsində olan nəzəriyyələri sınaqdan keçirmək üçün İngiltərədə yaradılmışdır.
Sualtı arxeologiya
Sualtı arxeologiya — suyun altında aparılan arxeoloji tədqiqatları əhatə edir.Bu sahənin qəbulu sualtı ərazilərə daxil olmaq və işləməkdəki çətinliklər və arxeologiyanın sualtı ərazilərə tətbiqi ilkin olaraq gəmi qəzası zamanı xilas edcilərin inkişaf etdirdiyi bacarıq və alətlərdən irəli gəldiyi üçün nisbətən gec bir inkişaf yolu keçmişdir. Nəticədə sualtı arxeologiya əvvəlcə özünü həqiqi arxeoloji tədqiqat kimi təsdiqləmək üçün mübarizə apardı. 1980-ci illərin sonlarında universitetlər fənni tədris etməyə başlayanda və alt fənn üçün nəzəri və praktiki baza möhkəm qurulduqda bu dəyişdi. Sualtı arxeologiyanın indi dəniz arxeologiyası da daxil olmaqla bir sıra formaları var: keçmiş insan həyatının, davranışlarının və mədəniyyətlərinin və onların dənizdə, ətrafında, mənsəblərdə və çaylarda fəaliyyətlərinin elmi əsaslı öyrənilməsi. Bu, ən çox duzlu və ya şirin suda, ətrafında və ya altında tapılan və ya su ilə örtülmüş çöküntünün altında basdırılmış qalıqlardan istifadə etməklə həyata keçirilir. Son illərdə sualtı aviasiya arxeologiyası adı altında su altında qalan İkinci Dünya Müharibəsi sahələrinin və su altında qalan təyyarələrin tədqiqi də əsas fəaliyyət kimi ortaya çıxmışdır. Sualtı arxeologiyanın tədqiqat sahəsi yalnız gəmi qəzalarının tədqiqi ilə məhdudlaşmır. Port Royal və İsgəndəriyyəni dağıdan zəlzələlər və ya kontinental miqyasda daha geniş yayılmış iqlim dəyişiklikləri kimi yerli seysmik hadisələr səbəbindən dəniz səviyyəsindəki dəyişikliklər, bir vaxtlar quruda olan bəzi insan işğal sahələrinin indi su altında qalması deməkdir. Son buz dövrünün sonunda Şimal dənizi böyük düzənlik idi və antropoloji material, eləcə də mamont kimi heyvanların qalıqları bəzən trol gəmiləri tərəfindən çıxarılır. Həmçinin, bəşər cəmiyyətləri həmişə sudan istifadə etdiyinə görə, bəzən bu cəmiyyətlərin su altında qurduqları tikililərin qalıqları (məsələn, körpülərin özülləri, körpülər və limanlar) quru torpaqda izlər itirildikdə hələ də mövcud vəziyyətdə qalır.
Adana Arxeologiya Muzeyi
Adana Arxelogiya Muzeyi — Türkiyədə, Adana vilayətində yerləşən və arxeoloji əsərlərin sərgiləndiyi muzey. Muzey 1924-cü ildə yaradılmışdır. == Tarixi == İlk illərdə Polis Dairəsində xidmət göstərən muzey 1928-ci ildə Daşkörpü bölgəsindəki Cəfərpaşa Məscid Mədrəsəsinə, daha sonra Qurukörpü Yunan kilsəsinə daşındı. 1935-ci ildə muzeyə etnoqrafiya salonu əlavə edildi. 1950-ci ildə muzey Etnoqrafiya Muzeyinin binasına köçürüldü. 1966-cı ildə isə Mədəniyyət Parkında yeni muzey binasının inşasına başlanıldı. 1972-ci ildə bu bina xidmətə verildi. Alyanaqzadə Həlil Kamil Bəy və Ali Rza Yalman muzeyin inkişafında böyük rol oynamış müdirlərdir. == Sərgilənənlər əsərlər == Adana Arxeoloji Muzeyində Tarsus-Gözlügüllə, Mersin-Yümüktəpə, Milis, Qaratəpə, Soyuqsutəpə və başqa arxeoloji qazıntı yerlərində tapılan və Adana tarixi ilə əlaqədar əsərlər nümayış olunur. Bunlar tarix öncəsi, Hitit, Assuriya, Finikiya, Frig, Ellen, Roma və Bizans dövrlərinə aid heykəl, kitabə, stel, memarlıq parçaları kimi daş əsərlər, bişmiş torpaqdan düzəldilmiş müxtəlif qablar, silindir və maqma möhürləri, dəmir pullar və digər tarixi əşyalardır.
Hatay arxeologiya muzeyi
Hatay arxeologiya muzeyi və ya Antakya arxeologiya muzeyi — antik dövrə aid əsərlərin toplandığı bir incəsənət muzeyidir. == Qədim arxeologiya muzeyi == Antakya Cümhuriyyət dövründə Asi çayı kənarında və körpü yaxınlığında yer alırdı. Aktiv olduğu dövrdə dünyanın ən böyük üçüncü mozaika muzeyi və mozaika eksponat kolleksiyasına malik idi. Muzeydə Hitit, Helenistik, Roma və Bizans dövrlərinə aid olan və Hərbiye, Antakya, Atçana, Seleukia Pieria ilə İsgəndəriyyədən tapılmış eksponatlar nümayiş etdirirdi. Bu əsərlərin əksəriyyəti, 1932-1939 illər arasında aparılan qazıntı işləri nəticəsində aşkar edilmişdir. Dövründə dünyanın ən böyük ikinci arxeologiya muzeyi ünvanını daşıyan Hatay arxeologiya muzeyinin tikinti işlərinə 1934-cü ildə başlanılıb. Bu tikinti işləri 1932-ci ildə Antakya və ətrafında başlayan qazıntı işlərindən ruhlanaraq və Fransız arxeoloqu M. Prostun tövsiyəsi ilə başlanılmışdır. Muzey binası 1938-ci ildə tamamlanıb, və bir il sonra Hatay, Türkiyə Cümhuriyyətinin bir vilayəti oldu. Muzey 23 iyul 1948-ci il tarixində xidmətə açıldı. 1975-ci İldə muzey yenidən təmir olunub.
Naxçıvan mədəniyyəti (arxeologiya)
Naxçıvan mədəniyyəti, Qızılvəng mədəniyyəti və ya Boyalı Qablar mədəniyyəti - əsasən Naxçıvan MR ərazisində yayılmış Tunc və İlk Dəmir dövrlərində (e.ə. II minillik – I minilliyin əvvəlləri) aid arxeoloji mədəniyyət. 1896, 1904 və 1926-cı illərdə Qızılvəng məbədi yaxınlığında Naxçıvan mədəniyyətinə aid daş qutu qəbir abidələri aşkar olunmuşdur. Naxçıvan mədəniyyətini səciyyələndirən əsas saxsı məmulatı həndəsi naxışlarla, insan, heyvan, quş rəsmləri, müxtəlif piktoqrafik işarələrlə bəzədilmiş və yüksək sənətkarlıqla hazırlanmış boyalı qablardır. Naxçıvan mədəniyyəti üçün erkən şəhər (Kültəpə, Qədim Naxçıvan, Oğlanqala, Qazançı qalası, Govurqala, Qalacıq), yaşayış yerləri (Şortəpə, Nəhəcir, Meydantəpə, Kərki, Vayxır, Dəmirçilər və s.) , siklopik tikililər, istehkamlar, torpaq və daş qutu qəbirlər, kurqanlar xarakterikdir. Naxçıvan mədəniyyəti dörd inkişaf mərhələsi keçmişdir: 1-ci mərhələ: e.ə. 20-17-ci əsrlər 2-ci mərhələ: e.ə. 17-15-ci əsrlər 3-cü mərhələ: e.ə. 14-11-ci əsrlər 4-cü mərhələ: e.ə. 10-7-ci əsrlər 1896, 1904 və 1926-cı illərdə Qızılvəng monastırı yaxınlığında Naxçıvan mədəniyyətinə aid daş qutu qəbirlər abidələri aşkar olunmuşdur.
İstanbul Arxeologiya Muzeyi
İstanbul Arxeologiya Muzeyi müxtəlif mədəniyyətlərə aid olan bir milyondan artıq əsərlə dünyanın ən böyük muzeyləri arasındadır. Türkiyənin muzey binası olaraq tikilmiş ən qədim binasıdır. XIX əsrin sonlarında rəssam və muzeyşünas Osman Hamdi bəy tərəfindən İmperiya muzeyi olaraq inşa edilmişdir və 13 iyun 1891-ci ildə açılışı baş tutmuşdur. Muzeyin kolleksiyasında Balkan yarımadasından Afrikaya, Anadolu və Mesopotamiyadan Ərəb Yarımadasına və Əfqanıstana qədər, Osmanlı İmperiyasına daxil olan bütün mədəniyyətlərə aid əsərlər mövcuddur. Muzey üç əsas binadan ibarət olduğu üçün "İstanbul Arxeologiya Muzeyləri" olaraq adlandırılır. Arxeologiya Muzeyi (əsas bina) Qədim Şərq Əsərləri Muzeyi Çinilii Köşk Muzeyi Osmanlı İmperiyasından Türkiyə Cümhuriyyətinə miras qalan bir qurum olan İstanbul Arxeologiya Muzeyi Türkiyədəki ilk muzeyşünaslıq işlərini özündə birləşdirir. Qeyd etmək yerinə düşər ki, Osmanlı İmperiyasında tarixi əsərlərin toplanmasına olan maraq Fateh Sultan Mehmedin dövründən başlanıb. Lakin sistemli bir şəkildə muzeyşünaslığın inkişafı İstanbul Arxeologiya Muzeyinin 1869-cu ildə "Muzeyi-Hümayun" yəni, İmperiya Muzeyi olaraq qurulması ilə əlaqədardır. Aya İrini Kilsəsində o günə qədər toplanmış arxeoloji əsərlərdən ibarət olan Muzey-i Hümayun İstanbul Arxeologiya Muzeyinin bünövrəsini təşkil edir. Dövrün Maarif naziri Saffet Paşa muzeyin işləri ilə yaxından maraqlanmış, muzeyə əsər qazandırmaq üçün şəxsən özü də çox əmək sərf etmişdir.
Alanya Arxeologiya Muzeyi
Alanya Arxeologiya Muzeyi — Türkiyənin Alanya şəhərində yerləşən arxeoloji muzey. Muzey arxeoloji və etnoqrafik eksponatların nümayiş olunduğu 2 hissəyə bölünür. Burada çoxsaylı keramika, mərmər, tunc və şüşə məmulatları, həmçinin Ellinistik, Roma və Bizans dövrlərinə aid mozaikalar var. II-ci əsrə aid olan, hündürlüyü 52 sm. (20 düym) çatan Heraklın tunc heykəli xüsusi diqqət çəkir. 1967-ci ildə yaradılmış muzey 2012-ci ildə təmir edilmişdir. == Tarixi == Muzeyin əsası 1967-ci ildə qoyulub. Muzeyin açılışı zamanı eksponatlar Ankaradakı Anadolu Mədəniyyətləri Muzeyi tərəfindən təmin edilib. Bu əsərlər erkən tunc dövrü, Urartu, Frigiya və Lidiya dövrlərinə aiddir. 2 bölmədə arxeoloji və etnoqrafik artefaktlarla bağlı eksponatlar nümayiş etdirilir.
Bursa arxeologiya muzeyi
Bursa arxeologiya muzeyi (türk: Bursa Arkeoloji Müzesi) — eramızdan əvvəl 3000-ci illərə aid Bizans dövrünün sonuna qədər Bitinya və Misiya bölgələrinə aid əsərlər nümayiş etdirən arxeoloji muzey. 1904-cü ildə İstanbul Arxeologiya Muzeyinin filialı kimi qurulan muzey İstanbul Arxeologiya Muzeyi (1899) və Konya Arxeologiya Muzeyindən (1902) sonra Türkiyənin 3-cü ən qədim muzeyidir. Bu gün Bursa Mədəniyyət Parkı daxilində yerləşir. Mədəniyyət və Turizm Nazirliyinə tabe olan muzeydə 25 min sənət əsəri saxlanılır, onlardan 2 minə yaxını nümayiş etdirilir. == Tarixi == E. ə. 3000-ci ildən Bizans dövrünün sonuna qədər olan dövrlərə aid Vifiniya və Misiya bölgələrində tapılan tapıntılar 1904-cü ildən Bursa İdadi-i Mülkîsinin (Bursa oğlanlar üçün lisey) bir hissəsində toplanmağa başlamışdır. Sultan II Əbdülhəmid-in taxta çıxmasının ildönümü olan 1 sentyabr 1904-cü ildə Bursa Təhsil Müdiri Əzmi bəyin (Akalın) səyləri və qubernatorluğun təsdiqi ilə Liseyin binasının bir hissəsində İmperator Muzeyinin şöbəsi açıldı. Muzeyin ilk kataloqu fransız arxeoloqu Qustav Mandel tərəfindən hazırlanmışdır. 1908-ci ildə nəşr olunan bu fransız kataloqu 189 səhifədən ibarət idi. Muzey 1929-cu ilə qədər yerləşdiyi Liseyin rəhbərliyi tərəfindən idarə olunub.
Arxeologiya və Etnoqrafiya Muzeyi
Azərbaycan Dövlət Arxeologiya və Etnoqrafiya Muzeyi AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun nəzdində fəaliyyət göstərir. == Haqqında == Azərbaycan memarı Mikayıl Hüseynovun adını daşıyır. Muzey iki hissədən — "Arxeologiya" və "Etnoqrafiya" bölmələrindən ibarətdir. "Etnoqrafiya" bölməsində XIX əsrin sonu, XX əsrin əvvəllərinə aid etnoqrafik materiallarla yanaşı eləcə də qədim dövlətlərin tarixi və maddi mədəniyyəti, Azərbaycanın qədim dövr incəsənəti, azərbaycanlıların ulu əcdadlarının həyat tərzi, təsərrüfatı, mənəvi mədəniyyəti əks olunub. "Arxeologiya" bölməsində Azərbaycanın tarixi inkişafı, qədim daş dövrünün inkişaf mərhələlərini əks etdirən arxeoloji tapıntılar var. 2008-ci ildə muzeydə bərpa işləri aparılıb və muzey eksponatların sayını 2000-ə qədər artırıb. == Muzey binası == Muzey binası XX əsrin əvvəllərində inşa edilmiş və "Zincirli Ev" olaraq adlandırılmışdır. 1920-ci ildə binanın sahibi Hacı Məmmədhüseyn Məmmədov idi. 1928-ci ildə Məlikov qardaşları bina aldı. 1930-cu ildə Azərbaycan Gümrük İdarəsi binaya mal kaçakçılığından məhkəmə tərəfindən el qoydu, eyni il Nəriman Narimanov adına bir dikiş fabriki quruldu.
Tacikistan Milli Arxeologiya Muzeyi
Tacikistan Milli Arxeologiya Muzeyi (tac. Осорхонаи миллии бостоншиносии Тоҷикистон) — Tacikistanın paytaxtı Düşənbədə yerləşir. Muzey xüsusilə Pəncəkənd freskaları ilə məşhurdur. Tacikistan Milli Arxeologiya Muzeyi 1934-cü ildə SSRİ Elmlər Akademiyasının Tacikistan bazasının Xalq Təsərrüfatı Nailiyyətləri və Ekspedisiya Tədqiqatları Sərgisi əsasında yaradılmışdır. Həmin dövrdə muzeydə cəmi 530 eksponat var idi. Zamanla muzeyin kolleksiyası arxeoloji və etnoqrafik tapıntılarla, o cümlədən keramika, metal, silahlar, zərgərlik, numizmatika, əlyazmalar, heykəltəraşlıq, məişət əşyaları, tikmələr, Tacikistan xalqlarının təsviri incəsənəti və mədəniyyəti abidələri ilə doldu. Muzeydə region tarixinin müxtəlif dövrlərinə aid tək və təsadüfi tapıntıların toplandığı numizmatika şöbəsi yaradılmışdır. Əvvəlcə muzeyin bütün kolleksiyası Tacikistan SSRİ Elmlər Akademiyasının Tarix İnstitutunun dar otaqlarında və zirzəmilərində (anbarlarında) yerləşirdi. Tacikistan Respublikası müstəqillik əldə etdikdən sonra müxtəlif qeyri-hökumət təşkilatları və xarici ölkələrin səfirlikləri muzeyin təchiz olunması üçün qrantlar ayırmağa başlayıblar. 4 aprel 1996-cı ildə muzey 2001-ci ildə açılmış Tacikistan Elmlər Akademiyasının Tarix, Arxeologiya və Etnoqrafiya İnstitutunun nəzdində Tacikistanın Milli Qədim Əsərlər Muzeyi adlandırıldı.
Sofiya Milli Arxeologiya Muzeyi
Sofiya Milli Arxeologiya Muzeyi — Bolqarıstanın paytaxtı Sofiya şəhərində yerləşən arxeoloji muzey. Sofiya Milli Arxeologiya Muzeyi Balkan yarımadasının ən zəngin arxeoloji kolleksiyalarından birinə sahibdir. Bolqarıstanda ilk akademik institutdur. Muzeydə çalışan alim və mütəxəssislərin işləri, müntəzəm və xilasetmə arxeoloji qazıntıları, çöl axtarışları və müşahidələri geniş şəkildə əhatə olunur. Tapıntılar xronoloji ardıcıllıqla olaraq erkən paleolitdən son Osmanlı dövrünə qədər olan dövrü əhatə edir. Muzey Balkanların ən zəngin kolleksiyalarından birinə malikdir, o cümlədən Panagurisht və Valchitrandan olan dünyaca məşhur Frakiya dövrü xəzinələri. Muzeydə əvvəlcə Koca Mahmut Paşa Məscidi kimi tanınan şəhərin ən böyük və ən qədim keçmiş Osmanlı məscidi yerləşirdi. Məscidin tikintisi 1451-ci ildə baş vəzir Vəli Mahmud paşanın dövründə başlamış və 1494-cü ildə tamamlanmışdır. Muzeyi olan arxeoloji institutun yaradılması ideyası 1840-cı illərdə sürgün edilmiş bolqar ziyalıları arasında yaranmışdı. 1869-cu ildə yarandıqdan dərhal sonra Bolqarıstan Ədəbiyyat Cəmiyyəti üçün əsas prioritetlərdən biri oldu.
AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu
Arxeologiya və Antropologiya İnstitutu - Azərbaycan Milli Elmlər Akademiyasının strukturuna daxil olan elmi təşkilat. == Tarixi == İnstitut 8 iyul 1993-cü ildə yaradılmışdır. İşçilərinin ümumi sayı 269 nəfərdir. 1974-cü ildə Tarix İnstitutunun müvafiq şöbələri əsasında institutun nəzdində Arxeologiya və Etnoqrafiya Sektoru yaradılmış, 1993-cü ildən isə həmin Sektor Azərbaycan EA tərkibində müstəqil Arxeologiya və Etnoqrafiya İnstitutuna indiki Arxeologiya və Antropologiya İnstitutuna çevrilmişdir. 2024-cü ildə Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə Arxeologiya və Etnoqrafiya İnstitutu Arxeologiya və Antropologiya İnstitutu adlandırılmışdır. === Əsas fəaliyyət istiqamətləri === Azərbaycanda Arxeologiya və Antropologiya elmləri sahəsində fundamental və innovasiya xarakterli elmi tədqiqatların həyata keçirilməsidir. === Əsas elmi nəticələr === Azərbaycan arxeoloqlarının uzun illər ərzində apardıqları tədqiqatlar nəticəsində ölkəmizin dünyada ən qədim insan məskənlərindən, erkən sivilizasiya mərkəzlərindən biri olması maddi faktlarla sübuta yetirilmişdir. Aparılan araşdırmalar nəticəsində müəyyən edilmişdir ki, Azərbaycanda qədim insanlar hələ iki milyon il əvvəl məskunlaşmışdır. Erkən əkinçilik mədəniyyətlərinə aid yaşayış məskənləri, tunc dövrünün yaşayış yerləri, şəhər tipli abidələri, yüzlərlə qəbirləri, antik və orta əsrlərə aid şəhərlər və s. çoxsaylı abidələr qazılıb tədqiq edilmişdir.Aparılan araşdırmalar Azərbaycanın qədim dövr tarixinin bir sıra qaranlıq səhifələrinə işıq salmış və bu elmi nailiyyətlər vətənimizin tarixinin yazılması üçün mühüm əhəmiyyət kəsb edən maddi faktların aşkara çıxarılması ilə nəticələnmişdir.
Arxeologiya və Etnoqrafiya Muzeyi (Bakı)
Azərbaycan Dövlət Arxeologiya və Etnoqrafiya Muzeyi AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun nəzdində fəaliyyət göstərir. == Haqqında == Azərbaycan memarı Mikayıl Hüseynovun adını daşıyır. Muzey iki hissədən — "Arxeologiya" və "Etnoqrafiya" bölmələrindən ibarətdir. "Etnoqrafiya" bölməsində XIX əsrin sonu, XX əsrin əvvəllərinə aid etnoqrafik materiallarla yanaşı eləcə də qədim dövlətlərin tarixi və maddi mədəniyyəti, Azərbaycanın qədim dövr incəsənəti, azərbaycanlıların ulu əcdadlarının həyat tərzi, təsərrüfatı, mənəvi mədəniyyəti əks olunub. "Arxeologiya" bölməsində Azərbaycanın tarixi inkişafı, qədim daş dövrünün inkişaf mərhələlərini əks etdirən arxeoloji tapıntılar var. 2008-ci ildə muzeydə bərpa işləri aparılıb və muzey eksponatların sayını 2000-ə qədər artırıb. == Muzey binası == Muzey binası XX əsrin əvvəllərində inşa edilmiş və "Zincirli Ev" olaraq adlandırılmışdır. 1920-ci ildə binanın sahibi Hacı Məmmədhüseyn Məmmədov idi. 1928-ci ildə Məlikov qardaşları bina aldı. 1930-cu ildə Azərbaycan Gümrük İdarəsi binaya mal kaçakçılığından məhkəmə tərəfindən el qoydu, eyni il Nəriman Narimanov adına bir dikiş fabriki quruldu.
Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutu
Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutu — Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin strukturuna daxil olan elmi qurum. Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutu Heydər Əliyevin 7 avqust 2002-ci il tarixli "Azərbaycan MEA Naxçıvan Bölməsinin təsis edilməsi haqqında" sərəncamına müvafiq olaraq, Naxçıvan Regional Elm Mərkəzinin Arxeologiya və Etnoqrafiya şöbəsi əsasında yaradılmışdır. Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbovun 06 dekabr 2005-ci il tarixli sərəncamına əsasən Naxçıvan Muxtar Respublikası ərazisindəki tarix və mədəniyyət abidələrinin qorunması və pasportlaşması işi sistemli şəkildə davam etdirilməklə başa çatdırılmışdır. Haliyədə 1200-dən artıq abidə qeydə alınmış və pasportlaşdırılmışdır. Bu abidələrdən 800-dən artığı indiyədək elm aləminə məlum olmamış, ilk dəfə olaraq elmi dövriyyəyə daxil edilmişdir. Aparılan tədqiqatlarla yanaşı 2008-ci ildə Institutun həyatında mühüm hadisə kimi "Naxçıvan abidələri" ensiklopediyası, 2010-cu ildə isə "Naxçıvanın tarixi atlası" çap olunmuşdur. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun Sərəncamına əsasən 2013-2015-ci illər ərzində "Naxçıvan tarixi" çoxcildliyinin hazırlanması işi əsasən İnstitutun əməkdaşları tərəfindən həyata keçirilmişdir. Tədqiqatlar zamanı Ovçulartəpəsində aparılan arxeoloji araşdırmalar Eneolit dövründən Kür-Araz mədəniyyətinə keçidi, o cümlədən Naxçıvanın qədim mədəniyyətlərinin Şimali Mesopotamiya və Şərqi Anadolu ilə əlaqələrini öyrənməyə imkan verir. Ovçulartəpəsindəki araşdırmalar Eneolit dövrünün sonunda qəbilə quruluşunun dağıldığını, sosial bərabərsizliyin meydana çıxdığını göstərir. Oğlanqala yaşayış yerində aşkar olunan arxeoloji materialların təhlili Dəmir dövründə Naxçıvanda dövlətlərin olduğunu təsdiq edir.
Amasya Arxeologiya və mumiya muzeyi
Amasya Arxeologiya və mumiya muzeyi və ya Amasya muzeyi — 1958-ci ildə qurulan etnoqrafiya, arxeologiya və mumiya muzeyi. Türkiyənin şimalında, Amasyada yerləşən bu milli muzeydə, şəhərdə və ətrafında tapılmış arxeoloji əsərlər, eləcə də bölgənin tarixi və mədəniyyəti ilə bağlı etnoqrafik əşyalar nümayiş etdirilir. 1958-ci ildə yaradılmış muzeydə 11 müxtəlif sivilizasiyaya aid arxeoloji, etnoqrafik tapıntılar, sikkələr, möhürlər, əlyazmalar və mumiyalar da daxil olmaqla, təxminən 24.000 eksponat var. == Tarixi == 1925-ci ildə Sultan II Bəyazid kompleksi daxilində mədrəsənin 2 otağında bir neçə arxeoloji əsər və İslam dövrünə aid bəzi mumiyaların bir yerdə saxlanması nəticəsində muzey anbarı yaradılmışdır. Muzeyin rəsmi açılışı 1958-ci ilin iyununda baş tutdu. Eksponatların sayının artması səbəbindən sərgi üçün daha çox yer tələb olunduğu üçün eksponatlar 1962-ci ildə Göymədrəsə məscidində, XIII-cü əsr Səlcuqlu dövrünə aid monumental binaya köçürüldü. 1977-ci il martın 22-də muzey yeni, müasir binasına köçürüldü. 14 iyun 1980-ci ildə eksponatların xronoloji ardıcıllıqla düzülməsindən sonra, muzey hazırkı formasını alaraq ictimaiyyətə açılmışdır. == Muzey == Muzey 3 mərtəbəli binada yerləşir. Zirzəmidə anbar, laboratoriya və xidməti otaqlar var.
AMEA Arxeologiya və Antropologiya İnstitutu
Arxeologiya və Antropologiya İnstitutu - Azərbaycan Milli Elmlər Akademiyasının strukturuna daxil olan elmi təşkilat. == Tarixi == İnstitut 8 iyul 1993-cü ildə yaradılmışdır. 1974-cü ildə Tarix İnstitutunun müvafiq şöbələri əsasında institutun nəzdində Arxeologiya və Etnoqrafiya Sektoru yaradılmış, 1993-cü ildən isə həmin Sektor Azərbaycan EA tərkibində müstəqil Arxeologiya və Etnoqrafiya İnstitutuna indiki Arxeologiya və Antropologiya İnstitutuna çevrilmişdir. 2024-cü il 19 yanvar tarixindən isə institutun adı Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı ilə Arxeologiya və Antropologiya İnstitutu kimi təsdiq olunmuşdur. == İnstitutun rəhbərləri == == Əsas elmi istiqamətləri == İnstitutun fəaliyyətinin əsas məqsədi arxeologiya və antropologiya elmləri sahəsində Azərbaycanın zəngin maddi-mədəni irsinin öyrənilməsinə yönəlmiş fundamental elmi tədqiqatların təşkili və aparılması olduğu üçün institutun əsas fəaliyyət istiqamətləri buna uyğun müəyyənləşdirilmişdir. İnstitut Azərbaycan arxeologiyasının tarixi və nəzəriyyəsi, sosial və fiziki antropoloji tədqiqatlar, məhkəmə arxeologiyası, numizmatik və epiqrafik tədqiqatlar, Xəzər arxeologiyası, daş, tunc, dəmir dövrü arxeologiyasının müxtəlif problemləri, antik və ilk orta əsrlər, İslam dövrü arxeologiyası, Alban dövrü arxeologiyası istiqamətləri üzrə tədqiqatlar aparır. == Struktur bölmələri == Daş dövrü şöbəsi Neolit və Xalkolit dövrü arxeologiyası şöbəsi Tunc dövrü arxeologiyası şöbəsi Orta və son Tunc dövrü arxeologiyası sektoru Dəmir dövrü arxeologiyası şöbəsi Antik dövr və Alban arxeologiyası şöbəsi İlk orta əsrlər dövrü arxeologiyası şöbəsi İslam dövrü arxeologiyası şöbəsi Etnoarxeologiya şöbəsi Məhkəmə arxeologiyası şöbəsi Xəzər arxeologiyası şöbəsi Numizmatika və epiqrafika şöbəsi Antropologiya şöbəsi Arxeoloji irsin tarixi və nəzəriyyəsi şöbəsi Yeni tikili sahələrinin arxeoloji tədqiq şöbəsi Çöl tədqiqatlarının monitorinqi və qiymətləndirilməsi şöbəsi Elmi fond və ekspozisiya şöbəsi Arxeoloji texnologiya və ölçü-layihə şöbəsi Arxeoloji abidələrin qeydiyyatı və pasportlaşdırılması şöbəsi Fiziki antropologiya laboratoriyası Traseoloji və eksperimental arxeoloji laboratoriya == Elmi şura == Sədr: T.ü.f.d. Fərhad Eldar oğlu Quliyev Sədr müavini : T.e.d. Zaur Həsən oğlu Həsənov Katib: T.ü.f.d. Ellada Abubəkir qızı Üzvləri: Tarix elmləri doktoru, professor Cəfərov Əsədulla Qüdrət oğlu Tarix elmləri doktoru, professor Cəbiyev Qafar Cəfər oğlu Tarix elmləri doktoru, professor Seyidov Abbas Qadir oğlu Antropologiya elmləri doktoru, professor Məmmədli Əliağa Əyyub oğlu Tarix elmləri doktoru, professor Müseyibli Nəcəf Ələsgər oğlu Tarix elmləri doktoru, professor Məmmədov Arif Məhəmməd oğlu Tarix üzrə fəlsəfə doktoru, dosent Quliyev Akif Arif oğlu Tarix üzrə fəlsəfə doktoru, dosent Əliyev Təvvəkkül Rəsul oğlu Tarix üzrə fəlsəfə doktoru, dosent Aşurov Səfər Hüseyn oğlu Tarix üzrə fəlsəfə doktoru, dosent Ağayev Qəhrəman Hüseyn oğlu Tarix üzrə fəlsəfə doktoru, dosent Alməmmədov Xəqani İmran oğlu Tarix üzrə fəlsəfə doktoru, dosent Сəlilov Bəxtiyar Məzahim oğlu Tarix üzrə fəlsəfə doktoru, dosent İbrahimli Bəhlul İmran oğlu Tarix üzrə fəlsəfə doktoru, dosent Mustafayev Mikayıl Mübariz Tarix üzrə fəlsəfə doktoru, dosent Hüseynov Müzəffər Maqsud oğlu Tarix üzrə fəlsəfə doktoru, dosent Əliyev Taleh Vasif oğlu Tarix üzrə fəlsəfə doktoru, dosent Alışov Natiq Əbülfət oğlu Tarix elmləri doktoru, professor Cəfərov Hidayət Fərrux oğlu Tarix elmləri doktoru, dosent Mahmudova Vəfa Əzbər qızı Tarix elmləri doktoru, dosent Dostiyev Tarix Meyrut oğlu İqtisadiyyat üzrə fəlsəfə doktoru Şıxəliyev İlqar Yavər oğlu Tarix üzrə fəlsəfə doktoru, dosent Qasımov Pərviz Paşa oğlu Tarix üzrə fəlsəfə doktoru, dosent Eminli Ceyhun Tofiq oğlu Tarix üzrə fəlsəfə doktoru, dosent Cəfərova Elmira Bahadur qızı Babayev Faiq İlyas oğlu Mustafayeva Nigar Vüqar qızı == Əsas elmi nəticələr == Arxeologiya və Antropologiya İnstitutunun arxeoloqlarının uzun illər ərzində apardıqları tədqiqatlar nəticəsində Azərbaycanın ən qədim insan məskənləri, erkən əkinçilik mədəniyyətləri, yaşayış məskənləri, tunc dövrünün yaşayış yerləri, şəhər tipli yaşayış məskənləri, yüzlərlə qəbirlər abidələri, antik və orta əsrlərə aid şəhərləri və başqa istiqamətlər üzrə əhəmiyyətli elmi nəticələr əldə edilmişdir.
AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutu
Arxeologiya və Antropologiya İnstitutu - Azərbaycan Milli Elmlər Akademiyasının strukturuna daxil olan elmi təşkilat. == Tarixi == İnstitut 8 iyul 1993-cü ildə yaradılmışdır. İşçilərinin ümumi sayı 269 nəfərdir. 1974-cü ildə Tarix İnstitutunun müvafiq şöbələri əsasında institutun nəzdində Arxeologiya və Etnoqrafiya Sektoru yaradılmış, 1993-cü ildən isə həmin Sektor Azərbaycan EA tərkibində müstəqil Arxeologiya və Etnoqrafiya İnstitutuna indiki Arxeologiya və Antropologiya İnstitutuna çevrilmişdir. 2024-cü ildə Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə Arxeologiya və Etnoqrafiya İnstitutu Arxeologiya və Antropologiya İnstitutu adlandırılmışdır. === Əsas fəaliyyət istiqamətləri === Azərbaycanda Arxeologiya və Antropologiya elmləri sahəsində fundamental və innovasiya xarakterli elmi tədqiqatların həyata keçirilməsidir. === Əsas elmi nəticələr === Azərbaycan arxeoloqlarının uzun illər ərzində apardıqları tədqiqatlar nəticəsində ölkəmizin dünyada ən qədim insan məskənlərindən, erkən sivilizasiya mərkəzlərindən biri olması maddi faktlarla sübuta yetirilmişdir. Aparılan araşdırmalar nəticəsində müəyyən edilmişdir ki, Azərbaycanda qədim insanlar hələ iki milyon il əvvəl məskunlaşmışdır. Erkən əkinçilik mədəniyyətlərinə aid yaşayış məskənləri, tunc dövrünün yaşayış yerləri, şəhər tipli abidələri, yüzlərlə qəbirləri, antik və orta əsrlərə aid şəhərlər və s. çoxsaylı abidələr qazılıb tədqiq edilmişdir.Aparılan araşdırmalar Azərbaycanın qədim dövr tarixinin bir sıra qaranlıq səhifələrinə işıq salmış və bu elmi nailiyyətlər vətənimizin tarixinin yazılması üçün mühüm əhəmiyyət kəsb edən maddi faktların aşkara çıxarılması ilə nəticələnmişdir.
Xəzər Universiteti Tarix və Arxeologiya Departamenti
AMEA Naxçıvan Bölməsi Arxeologiya və Etnoqrafiya muzeyi
AMEA Naxçıvan Bölməsinin "Arxeologiya və Etnoqrafiya muzeyi" – 2008-ci ildən fəaliyyət göstərir. Naxçıvan bölgəsinin ən qədim zamanlardan müasir dövrədək tariximizdən soraq verən arxeoloji, tarixi, etnoqrafik, memarlıq və mədəniyyət abidələrimizi qorumaq, öyrənmək, təbliğ etmək, gələcək nəsillərə çatdırmaqdır. == Tarixi == Naxçıvan Muxtar Respublikasında muzey işinin inkişafına göstərilən diqqət və qayğının nəticəsidir ki, burada müxtəlif sahələr üzrə təşkil olunmuş 30-dan çox muzey fəaliyyət göstərir. Son dövrlərdə bu siyahıya əlavə edilən Naxçıvanqala Tarix-Memarlıq Muzey Kompleksi, Əlincəqala Tarix-Mədəniyyət Muzeyi, Naxçıvan Bayraq Meydanı Muzeyi, həmçinin Naxçıvan MR Ali Məclisi Sədri tərəfindən imzalanmış 2017-ci il tarixli Sərəncama əsasən yaradılacaq Naxçıvan Duz Muzeyi tariximizin yadigarlarının qorunması və təbliğinin inkişaf dinamikasından xəbər verir. Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsində yaradılmış Arxeologiya və Etnoqrafiya muzeyi də məhz bu inkişafın təzahürlərindən biri kimi meydana çıxmışdır. Azərbaycan Respublikasında ayrıca olaraq arxeologiya və etnoqrafiya sahəsi üzrə təşkil olunmuş 3 muzeydən biri, muxtar respublikada isə bu sahədə yeganə olan Arxeologiya və Etnoqrafiya muzeyi AMEA Naxçıvan Bölməsinin Arxeoloji xidmət şöbəsinin materialları əsasında təşkil olunmuşdur. 2008-ci ildə Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun nəzdində fəaliyyətə başlayan bu muzey Bölmə əməkdaşlarının apardıqları çöl tədqiqat işlərinin materialları bazasında formalaşdırılmışdır. Muzey materiallarının toplanması və sistemləşdirilməsi AMEA-nın müxbir üzvləri V. B. Baxşəliyev, H. Q. Qədirzadə və H. Y. Səfərlinin təşkilatçılığı ilə həyata keçirilmişdir. Arxeoloji xidmət şöbəsinin fondu I Kültəpə, Sədərək, Ovçulartəpəsi, Ərəbyengicə, II Kültəpə, Qız qala, Xaraba-Gilan, Şahtaxtı, Oğlanqala və digər abidələrin materialları əsasında formalaşdırılmışdır. Bununla yanaşı, muzeydə muxtar respublika ərazisindəki abidələrdə araşdırma aparan digər tədqiqatçılar tərəfindən təqdim olunan maddi-mədəniyyət nümunələri də vardır.
AMEA Naxçıvan Bölməsinin Arxeologiya və Etnoqrafiya muzeyi

Gəncə Qala Qapıları-Arxeologiya və Etnoqrafiya Muzeyi Abidə Kompleksi
Gəncə Qala Qapıları-Arxeologiya və Etnoqrafiya Muzeyi Abidə Kompleksi — Gəncə şəhərində yerləşən 2014-cü ildə istifadəyə verilmiş muzey kompleksi. == Haqqında == Gəncə Qala Qapıları-Arxeologiya və Etnoqrafiya Muzeyi Abidə Kompleksinin inşasına 2012-ci ilin yanvarında başlanılmışdır. Kompleks 2014-cü ildə fəaliyyət göstərməyə başlayıb. Tarixi Gəncə qalasının beş qapısı olmuşdur. Yaradılmış abidə kompleksi şəhərin "Məqbərə qapısı" adlanan qapılarının bərpa olunan variantıdır. Gəncə-Bakı magistral yolunun hər iki tərəfində inşa edilən, ümumi uzunluğu 50 metr, bürclərinin hündürlüyü 22 metr olan qalanın əsas hissəsi beşmərtəbəli, baş sütun hissəsi ilə birlikdə yeddimərtəbəlidir. Qarşıda 75 metr hündürlüyündə dövlət bayrağı ucaldılmış, ətrafında park salınmışdır. Abidə kompleksinin sağ cinahında Gəncənin gerbi yaradılmışdır. Uzunluğu 62 metr olan yeraltı tunel hər iki qalanı birləşdirir. Bakıdan gələn yolun sağ cinahında xronoloji ardıcıllıqla İran-Turan müharibəsinin əks olunduğu pannolarda türk sərkərdəsi Əfrasiyabın fars hökmdarı Keyxosrovu məğlub etməsi və romalıların Gəncəyə hücumu, usta Bəndərin rəhbərliyi ilə gəncəlilərin xarəzmlərə, Cavad xanın isə ruslara qarşı mübarizə səhnələri, sol cinahda isə Nuru paşanın rəhbərliyi ilə Qafqaz İslam Ordusunun Gəncəyə gəlişi, 1920-ci ilin mayında bolşevizmə qarşı tarixi Gəncə üsyanı və nəhayət, Heydər Əliyevin Gəncədə vətəndaş müharibəsinin qarşısını alması əks olunmuşdur.
Arxeologiya və Etnoqrafiya İnstitutu
Arxeologiya və Antropologiya İnstitutu - Azərbaycan Milli Elmlər Akademiyasının strukturuna daxil olan elmi təşkilat. == Tarixi == İnstitut 8 iyul 1993-cü ildə yaradılmışdır. İşçilərinin ümumi sayı 269 nəfərdir. 1974-cü ildə Tarix İnstitutunun müvafiq şöbələri əsasında institutun nəzdində Arxeologiya və Etnoqrafiya Sektoru yaradılmış, 1993-cü ildən isə həmin Sektor Azərbaycan EA tərkibində müstəqil Arxeologiya və Etnoqrafiya İnstitutuna indiki Arxeologiya və Antropologiya İnstitutuna çevrilmişdir. 2024-cü ildə Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə Arxeologiya və Etnoqrafiya İnstitutu Arxeologiya və Antropologiya İnstitutu adlandırılmışdır. === Əsas fəaliyyət istiqamətləri === Azərbaycanda Arxeologiya və Antropologiya elmləri sahəsində fundamental və innovasiya xarakterli elmi tədqiqatların həyata keçirilməsidir. === Əsas elmi nəticələr === Azərbaycan arxeoloqlarının uzun illər ərzində apardıqları tədqiqatlar nəticəsində ölkəmizin dünyada ən qədim insan məskənlərindən, erkən sivilizasiya mərkəzlərindən biri olması maddi faktlarla sübuta yetirilmişdir. Aparılan araşdırmalar nəticəsində müəyyən edilmişdir ki, Azərbaycanda qədim insanlar hələ iki milyon il əvvəl məskunlaşmışdır. Erkən əkinçilik mədəniyyətlərinə aid yaşayış məskənləri, tunc dövrünün yaşayış yerləri, şəhər tipli abidələri, yüzlərlə qəbirləri, antik və orta əsrlərə aid şəhərlər və s. çoxsaylı abidələr qazılıb tədqiq edilmişdir.Aparılan araşdırmalar Azərbaycanın qədim dövr tarixinin bir sıra qaranlıq səhifələrinə işıq salmış və bu elmi nailiyyətlər vətənimizin tarixinin yazılması üçün mühüm əhəmiyyət kəsb edən maddi faktların aşkara çıxarılması ilə nəticələnmişdir.
Arxeologiya və Etnoqrafiya Muzeyi (Ufa)
Arxeologiya və Etnoqrafiya Muzeyi (R. Q. Kuzeev adına Etnoqrafik Araşdırmalar İnstitutu Ufa Elmi Mərkəzi balansındadır.) — Cənubi Uralın arxeologiya və etnoqrafiyasına həsr edilmiş, akademik tədqiqat müəssisəsinə daxil olan dövlət muzeyi. Rusiya Elmlər Akademiyasının Ufa Federal Araşdırma Mərkəzinin Tarix, Dil və Ədəbiyyat İnstitutu nəzdində 1976-cı ildə fəaliyyətə başlamışdır. Muzey Ponosovoy-Molla binasında yerləşir. Binanın özü XX əsrin əvvəllərinə aid memarlıq və şəhərsalma abidəsi sayılır. Muzey Başqırdıstan Respublikası, Ufa şəhəri, Karl Marks küç. 6 ünvanında yerləşir. == Tarixi == Ufa şəhərində Akademik Arxeologiya və Etnoqrafiya Muzeyinin təşkil olunmasının təşəbbüskarı tanınmış alim-etnolog, tarix elmləri doktoru, Rusiya Elmlər Akademiyasının müxbir üzvü Rail Kuzeev olur. Muzeyin təsis olunması haqqında qərar 20 yanvar 1976-cı ildə verilir. Muzey ziyarətçilər üçün tam olaraq açılır. Muzey 1999-cu ildən Rusiya Elmlər Akademiyasının Ufa Federal Araşdırma Mərkəzinin R. Q. Kuzeev adına Etnoqrafik Araşdırmalar İnstitutunun balansındadır.
Arxeologiyada CBS
CİS və ya Coğrafi İnformasiya Sistemləri — son illər arxeologiya üçün vacib vasitə halını almışdır. CİS və arxeologiya kombinasiyası mükəmməl bir ikili formalaşdırır və arxeologiya zamanla insan davranışının (məkan daxilində) işlənməsinə gətirib çıxarır. Arxeologiya tarixi hadisələrin ortaya çıxmasını coğrafiya, zaman və mədəniyyət çərçivəsində dəyərləndirir, arxeoloji tədqiqatların nəticələri məkan anlayışı baxımından zəngindir. CİS geniş miqyaslı məlumatları coğrafi dəyərləndirmə işində peşəkardır. Bu sürətli, doğru və mali bir vasitə olmasını təmin edir. CİS-in sahib olduğu imkanlar məlumat toplama, depolama və çağırma məsələlərində istifadəçiyə daha aydın bir görüntü təkllif edir. CİS arxeologiyada vacib ola bilər, ancaq CİS arxeologiyada xəritə formalaşdırmaqdan daha çox, fərqli məlumat növlərini birləşdirib analiz etmək və yeni məlumatlar yaratmaq üçün istifadə edilməlidir. CBS-nin arxeologiyada tətbiqi arxeoloqların sadəcə məlumat toplamaq və vizuallaşdırmaqlarını deyil, məkanla əlaqəli düşüncə vasitələrini də dəyişdirmişdir. == Tədqiqatda == Tədqiqat və sənədlərin qorunması arxeologiya üçün vacibdir və bu tədqiqatlar sahə işləri ilə faydalı və həssas bir formada CİS ilə həyata keçirilir. CİS-in istifadə olunduğu arxeoloji qazıntılarda və tədqiqatlarda CİS bir qərar vermə vasitəsi kimi istifadə edilə bilər.
Arxeologiyada CİS

Digər lüğətlərdə