ARZU Sona danışdıqca Malik ürəkdən sevinir, sanki çoxdan xəyalında bəslənən arzuları çiçək açırdı (M.İbrahimov); AMAL (tənt.) [Ruzbeh:] Bizi bir soxulcana çevirib ki, yemək-yemək və sürünməkdən başqa bir amalımız qalmayıb (M.İbrahimov); ANIŞ (qəd.) Gecə-gündüz anışım budur; Gözüm huri Pəhləvandan ayrılsın (Qoşma); ARZUMAN (köhn.) Şükr Allaha arzumana yetişdim (M.P.Vaqif); DİLƏK Onların hər birinin diləyi ova rast gəlmək idi (S.Rəhimov); EŞQ (şiddətli arzu) Sözün eşqilə, qəlbilə yaşayar aləmdə insanlar (S.Vurğun); ƏMƏL (şiddətli arzu) Mən bir əməl arxasınca qaçmağı; Dürlü-dürlü ürəklərdən öyrəndim (M.Müşfiq); İLLƏT Dedik, qoy yaşasın, nə minnəti var? Bəlkə çil toyuğun bir illəti var! (S.Vurğun); İSTƏK Çıraq tutdu, qədim şəhər; Muradına, istəyinə (M.Rahim); KAM Kamına çatmayaydı; Səni yaradırdısa, meni yaratmayaydı (M.Rahim); MƏQSƏD Zəhra: Məqsədimə çatdım (A.Şaiq); MƏRAM Qoy nə olur olsun, qızım, oğlum, o balaca balalarım aclıq çəksinlər, qoy mən məramıma yetişməyim (N.Nərimanov); NİYYƏT ..Ürəyindən keçən niyyət gözlərində oxundu (Ə.Cəmil); TƏMƏNNA Süleyman Rüstəmin səndən budur ancaq təmənnası: “Oyan xalqım!” – deyib Təbrizdə çek eşq ilə car bülbül (S.Rüstəm).