ARZUMAN FARS

İstək, məqsəd, məram. (“Koroğlu” dastanının lüğəti)

İstanbuldan buta alıb gəlmişəm,

İstanbulda arzumanım qalmadı.

Çənlibel oylağım, Qırat dayağım,

At minməkdə arzumanım qalmadı.

                              (“Koroğlunun İstanbul səfəri”)

                                   *

İllər ilən arzumanın çəkərəm,

Əfqanımdan zara gəldi el, sonam!

Aşiq oldum, mən günahkar olmadım,

Gözüm yaşı ümman oldu, sel, sonam!

                              (Gürcü əlifbası ilə yazılmış əlyazması)

                                   *

Qəcər Alı Toqatın lap arzuman pəhləvanlarından idi. (“Həmzənin Qıratı aparmağı”)

ARUQ
ASİMAN