ARI₁
1. Zərqanadlılar fəsiləsindən olub bal hasil edən cücü. Arı beçəsi (cavan arı). Arı pətəyi, səbəti, təknəsi (arıları saxlamaq üçün xüsusi qutu). Arı şanı (arıların təknədə mumdan hördükləri göz-göz yuvacıqlar). Arı vızıltısı. Bal arısı.
2. Bəzən bütün arı pətəyi, arı dəstəsi mənasında işlənir; pətəkxana. Yayda arıları yaylağa köçürürlər. Arı qəhrin çəkməyən balın qədrini bilməz. ( Ata. sözü ).
◊ Arı yuvası – çox qələbəlik haqqında.
Arı yuvasına çöp soxmaq – birisini hirsləndirmək, acıqlandırmaq; hiddətə, narazılığa, etiraza səbəb olmaq.