ASFALTSIZ
ASILILIQ
OBASTAN VİKİ
Asılı dərə
Asılı dərə - 1) dibi əsas dərənin dibi ilə bir səviyyədə birləməyib, ondan bir qədər yüksəkdə qurtaran, yan dərə; 2) dənizin sıldırımlı sahilində dəniz səviyyəsindən bir qədər yüksəkdə birdən qurtaran dərə. Dənizin abrazisiyaı nəticəsində yaranır.
Asılı gətirmələr
ASILI GƏTİRMƏLƏR – Müvəqqəti və daimi axınlar vasitəsi ilə torpağın (yer səthinin) yuyulması nəticəsində suda asılı halda olan hissəciklər. Bu hissəciklər son nəticədə çökərək allüvial çöküntülər əmələ gətirir.
Asılı hissəciklər
Havada olan asılı hissəciklərin insan sağlamlığına neqativ təsir göstərməsi hələ çox yüzilliklər bundan əvvəl qeyd edilmişdir. Lakin son illərin tədqiqatları nəticəsində asılı hissəciklərin insanlar üçün ciddi təhlükəli olması təsdiq edilmişdir. Atmosferdə yüksək miqdarda asılı hissəciklərin mövcudluğu ilə əlaqədar sutkalıq ölüm hadisələrinin çoxalması dəqiq müəyyən edilmişdir. Asılı hissəciklər dedikdə, hər şeydən əvvəl atmosferdə mövcud olan bərk hissəciklər, havaya bilavasitə daxil olan atmosfer aerozolları və qazların kimyəvi çevrilmələri prosesində əmələ gələn bərk hissəciklər nəzərdə tutulur, axırıncı törəmə asılı hissəciklər adlandırılır. Kömür, neft və benzinin yandırılması iri asılı hissəcikləri (uçucu kül) əmələ gətirir. Xırda hissəciklər yanma zamanı buxarlanan maddələrin kondensasiyası nəticəsində əmələ gəlir. Törəmə asılı hissəciklər, həmçinin atmosfer havasında mövcud olan kükürd və azot oksidlərinin reaksiyası nəticəsində peyda olur. Mühüm asılı hissəciklər sulfat, nitrat ionları, ammonyak ionları, üzvi aerozollar, bərk kömür, müxtəlif metallar və başqalarından ibarətdir. Belə ki, havada dezinteqrasiya aerozolları (məs. sement zavodlarında) və metalların kondensasiya aerozolları (metallurgiya zavodlarında əmələ gəlir) ola bilər.
Asılı ərazi
Asılı ərazi, asılı sahə və ya asılılıq — suveren bir dövlət olaraq tam siyasi müstəqillik və ya suverenliyə sahib olmayan, ancaq siyasi olaraq onu idarə edən dövlətin inteqral ərazindən kənarda olan ərazi.
Ross asılı ərazisi
Ross ərazisi (ing. Ross Dependency) — Antarktidada yerləşən Yeni Zelandiyaya mənsub olan ərazi. Departament 60 °C.e., 160° ş.u. və 150° q.u. arasında yerləşir. Ərazi öz adını britaniyalı dənizçi, Ross dənizini açılışını edən Ceyms Rossun şərəfinə adlandırılmışdır. Əraziyə Viktoriya Torpağı, Ross şelf buzlağı, Ross adası, Balleni adaları, Skott adası və Ruzvelt adası daxildir. == Elmi stansiya == Skott (Yeni Zelandiya) və Mak-Merdo (ABŞ) qütb stansiyaları fəaliyyət göstərir. Bu ərazidə yeganə daimi fəaliyyət göstərən stansiya Mak-Merdodur. Burada hava limanı fəaliyyət göstərir.
Maşından-asılı proqram təminatı
Maşından-asılı (ing. machine-dependent, rus. машинно-зависимы) — müəyyən kompüterlə bağlı olan və onun spesifik və ya unikal xüsusiyyətini gerçəkləşdirən proqram və ya qurğu. Maşından-asılı proqramları, yaxud qurğuları başqa bir kompüterdə asanca (əgər, ümumiyyətlə, mümkündürsə) istifadə etmək olmur. Maşından-asılı olan yüksək səviyyəli dillər maşının bütün imkanlarından tam istifadə etməyə, aydın və asanlıqla oxunan proqramlar yazmağa imkan verirlər.Bu dillərdə operatorlar və ifadələr istifadəçi üçün daha rahat şəkildə yazırlar.Onlara misal olaraq PL/M dilinin göstərmək olar.Bununla belə bu dillər konkret quruluşdan çox asılıdır və bu səbəbə görə praktikada geniş yayılmışdır. Maşından-asılı olmayan yüksək səviyyəli dillərin yaxud alqoritmik dillərin tərkibində maşından asılı olan operatorlar iştirak etmir. Bu dillərə Alqol, Fortran, BASIC, Fokal, PL/1, Paskal və s. daxildir. Alqoritmik dillərin əsas üstünlüyü proqramçının yüksək əmək məhsuldarlığı, proqramların asanlıqla bir maşından digərinə keçirilməsi, proqramlardan asanlıqla istifadə etmək imkanının olmasıdır. Maşın dilində yazılmış xüsusi proqram-transiyator alqoritmik dildə təsvir edilən alqoritmin simvolik təsvirini emal edir və proqramı avtomatik olaraq maşın dilinə çevirilir.
Cənubi Amerika dövlətlərinin və asılı ərazilərinin siyahısı
Cənubi Amerika — Şimali Amerika ilə birlikdə Amerika qitəsini təşkil edən materik. Cənubi Amerikada 12 dövlət və 3 asılı ərazi var. Bu dövlətlərdən cəmi ikisinin dənizə çıxışı yoxdur. İki asılı ərazi isə ada dövlətdir. Cənubi Amerikanın ərazisinə görə ən böyük ölkəsi Braziliya, ən kiçik ölkəsi isə Surinamdır. == Dövlətlər == Cənubi Amerika ölkələrinin siyahısı (paytaxtları, rəsmi dilləri, valyutaları, əraziləri, əhaliləri, ÜDM-ləri (2008-ci ilin nəticələri), bayraqları və xəritədəki yerləri gösətilməklə).
Asılıkul gölü
Aslıkul (Asılıkul, başq. Асылыкүл, Асыулыкүл) — Başqırdıstan Respublikasının ən böyük gölü. Davlekanovo şəhərindən 27 km şimal-qərbdə yerləşir. Göl Belebeev yaylası ilə Tabulak, Ulutau, Belekey-Kaqaç, Bolşoy Nor, Malıy Nor və Zaytulyaktau dağları arasında yerləşir. Karst məşəllidir. Qidalanması qarışıqdır. Burada yağış suları, yeraltı sular və qar suları bərabər paylanmışdır. Suyu şorluğa meyillidir, yüksək minerallaşmaya məruz qalmışdır. == Coğrafiyası == Gölün yatağı Ulutau, Tubuldak, Ulu-Karaqaç Belekey-Karaqaç zirvələri arasında yerləşir. Cənub sahili sıldırımlı olub 210–370 arası metr hündürlüyə malikdir.
Asılılıq
Asılılıq — mənfi nəticələrinə baxmayaraq, mükafatlandırıcı stimullara məcburi cəlb olunma ilə xarakterizə olunan beyin pozuntusu halıdır. Asılılıq insanın fiziki, ruhi və sosial həyatına mənfi təsir göstərir. Asılılıq fərdlər və bütövlükdə cəmiyyət üçün ’’həddindən artıq yüksək maliyyə və insan itkisi’’ yaradır. Amerika Birləşmiş Ştatlarında cəmiyyət üçün ümumi iqtisadi xərclər bütün diabet və xərçəng növlərindən daha çoxdur. == Asılılıq növləri == Asılılıq deyildiyi zaman insanların istifadə etdiyi maddələrin növündən bəhs olunur. Aşağıdakı növləri var: Texnologiya asılılığı Alkaqol asılılığı Qumar asılılığı Kokain asılılığı Tütün asılılığı Siqaret asılılığı Eroin asılılığı Ekstazi asılılığı Uçucu maddə asılılığı Amfetamin asılılığı Metamfetamin asılılığı Tərəfdaş aslılığı Alışveriş aslılığı Uşaq və gənclərdə maddə asılılığı Cinsi aslılıq Marixuana asılılığı Tiryək asılılığı Münasibət asılılığıDavranış aslılıqları aşağıda göstərilir.
Qıcıqlanma və enerjidən asılılıq
Qıcıqlanma və enerjidən asılılıq- İstənilən canlı orqanizm ətraf mühitlə qırılmaz surətdə bağlıdır. == Ümumi məlumat == Məlumdur ki, təbiətdə canlı orqanizmlər mühitin əlverişsiz amillərinin təsirinə daima məruz qalırlar. Həmçinin ətraf mühitdən özünə zəruri olan maddələri çıxarırlar. Təkamül prosesində canlı orqanizmlərdə qıcıqlanma yəni xarici təsirlərə seçmə reaksiyası yaranmış və möhkəmlənmişdir. Ətraf mühit şəraitinin hər-hansı dəyişikliyi orqanizmdə qıcıqlanma yaradır. Orqanizmin xarici qıcıqlandırıcılara cavab reaksiyası onun həssaslığının göstəricisi rolunu oynayır. Bundan başqa,canlı orqanizmlər enerjidən asılılıq qabiliyyətinə də malikdirlər. Enerjinin daxil olması üçün açıq olan bu sistemlər yalnız onlara kənardan fasiləsiz olaraq enerji və materiya daxil olduğu şəraitdə dayanıqlıdır. Canlı orqanizm ətraf mühitdən enerji və materiya qəbul etdiyi müddətdə mövcuddur (yaşayır).
İnternet-asılılıq
İnternet-asılılıq (en. Internet аddiction) – psixi nasazlıq, daima İnternetə bağlanmaq arzusu və vaxtında İnternetdən çıxmanın istifadəçi üçün çox çətin olmasıdır. İnternet-asılılıq müasir dövrdə çox geniş müzakirələrə səbəb olsa da, onun statusu hələlik qeyri-rəsmidir. Belə ki, İnternet-asılılıq bir xəstəlik kimi psixi xəstəliklər təsnifatına (DSM-IV) daxil edilməmişdir. İnternet-asılılıq anlayışı ilk dəfə 1994-cü ildə psixiator Kimberli Yanq tərəfindən söylənilmişdir. 1997-1998-ci illərdə bu problemlə əlaqədar tədqiqat və məsləhətçi-dioqnostik xidmətlər yaradılmışdır.
Smartfon asılılığı
Xətti qeyri-asılılıq
Xətti cəbrdə xətti asılılıq — xətti fəzanın alt çoxluğunun malik ola biləcəyi xüsusiyyətdir. Xətti bir asılılıqla, sıfır elementə bərabər olan bu çoxluğun elementlərinin qeyri-trivial xətti birləşməsi var. Belə birləşmə olmadıqda, yəni yeganə belə xətti birləşmənin əmsalları sıfıra bərabər olduqda, çoxluq xətti qeyri-asılı adlanır. == Nümunə == R 3 {\displaystyle \mathbb {R} ^{3}} vektorlar ( 1 , 0 , 0 ) {\displaystyle (1,0,0)} , ( 0 , 1 , 0 ) {\displaystyle (0,1,0)} Və ( 0 , 0 , 1 ) {\displaystyle (0,0,1)} xətti asılı deyil, çünki tənlik belədir: a 1 ⋅ ( 1 , 0 , 0 ) + a 2 ⋅ ( 0 , 1 , 0 ) + a 3 ⋅ ( 0 , 0 , 1 ) = ( 0 , 0 , 0 ) a i ∈ R {\displaystyle a_{1}\cdot (1,0,0)+a_{2}\cdot (0,1,0)+a_{3}\cdot (0,0,1)=(0,0,0)\quad a_{i}\in \mathbb {R} } yalnız bir - trivial həlli var. Vektorlar ( 1 , 0 , 0 ) {\displaystyle (1,0,0)} və ( 5 , 0 , 0 ) {\displaystyle (5,0,0)} isə xətti asılıdır ( 1 , 0 , 0 ) ⋅ 5 = ( 5 , 0 , 0 ) , {\displaystyle (1,0,0)\cdot 5=(5,0,0),} deməli, − 5 ⋅ ( 1 , 0 , 0 ) + 1 ⋅ ( 5 , 0 , 0 ) = ( 0 , 0 , 0 ) . {\displaystyle -5\cdot (1,0,0)+1\cdot (5,0,0)=(0,0,0).} == Xüsusiyyətləri == 0 ∈ M ⇒ M {\displaystyle 0\in M\Rightarrow M} xətti asılıdır. M {\displaystyle M} xətti qeyri-asılıdır ⇒ {\displaystyle \Rightarrow } M ′ {\displaystyle M'} hamısı üçün xətti qeyri-asılıdır M ′ ⊆ M {\displaystyle M'\subseteq M} . M {\displaystyle M} xətti asılıdır ⇒ {\displaystyle \Rightarrow } M ′ {\displaystyle M'} hamısı üçün xətti asılıdır M ′ ⊇ M {\displaystyle M'\supseteq M} .
İnternet asılılığı
İnternet-asılılıq (en. Internet аddiction) – psixi nasazlıq, daima İnternetə bağlanmaq arzusu və vaxtında İnternetdən çıxmanın istifadəçi üçün çox çətin olmasıdır. İnternet-asılılıq müasir dövrdə çox geniş müzakirələrə səbəb olsa da, onun statusu hələlik qeyri-rəsmidir. Belə ki, İnternet-asılılıq bir xəstəlik kimi psixi xəstəliklər təsnifatına (DSM-IV) daxil edilməmişdir. İnternet-asılılıq anlayışı ilk dəfə 1994-cü ildə psixiator Kimberli Yanq tərəfindən söylənilmişdir. 1997-1998-ci illərdə bu problemlə əlaqədar tədqiqat və məsləhətçi-dioqnostik xidmətlər yaradılmışdır.

Digər lüğətlərdə

испу́ганный лгун перещеми́ть пле́чики прогоре́лый расфасо́вщик состоя́ньице трио́стренник кла́няться одним ду́хом опу́тывать посо́лочный самоуве́ренно там чу́дик скудный differentia drawing-compasses dubious exaltation Gilbert Islands pitchpipe prophylaxy smidgen смежить