at-at
at-eşşək
OBASTAN VİKİ
Dəvə
Dəvə (lat. Camelus) – dəvəkimilər fəsiləsinə aid heyvan cinsi. == Növləri == İkihürgüclü dəvə (Camelus bactrianus) Birhürgüclü dəvə (Camelus dromedarius) †Camelus gigas (fossil) †Camelus hesternus (fossil) †Camelus sivalensis (fossil) †Suriya dəvəsi == Şəffaf göz qapağı == Dəvələrin gözləri qum fırtınalarından qorunmaq üçün 3 qapaqlıdır. Lakin məlum olduğu kimi, göz qapaqlarımızı yumduqda kənar mühiti görə bilmərik. Ona görə, səhrada uzun yol qət edən dəvə qum fırtınası olduqda gözü görmədən yoluna davam edə bilməz. Bu şəffaf göz qapaqları eynək kimi heyvanın gözlərini qumdan qoruyur, həm də gözləri qapalı ikən işığı görməsini təmin edir. Uzun, sıx yaradılmış kirpiklər də lazımi ehtiyacı ödəyir. Bundan əlavə, gözlərin ətrafındakı möhkəm sümüklər həm zərbələrə, həm də günəş şüalarına qarşı gözü qoruyur. == Həzm sistemi == Dəvələrin həzm sistemi səhradakı məhdud qida müxtəlifliyinə uyğun yaradılmışdır. Dəvələr yem tapmadıqda qida hesab olunmayan kauçuk, tikan kimi maddələr yeyirlər.
.at
.at — Avstriyanın internet kodu.
At
At (lat. Equus) — Təkdırnaqlılar dəstəsinin atlar (lat. Equidae) fəsiləsinin yeganə müasir cinsi. == Təsnifatı == 7 müasir və 1 nəsli kəsilmiş növü var. === Müasir növləri === Prjevalski atı (Equus przewalskii) növü Vəhşi at (Equus ferus) növü Ev atı (Equus ferus caballus) yarımnövü Eşşək (Equus asinus) növü Qulan (Equus hemionus) növü Düzənlik zebri (Equus quagga) növü Dağ zebri (Equus zebra) növü Səhra zebri (Equus grevyi) növü === Nəsli kəsilmiş növü === Kvaqqa (Equus quagga) növüZooloji təsnifata görə atlar fəqərəlilər şöbəsinə, məməlilər sinfinə, təkdırnaqlılar dəstəsinə, ataoxşarlar (ekvidlər) ailəsinə və əsil atlar növünə mənsubdurlar. Ekvidlər ailəsinə həmçinin ulaqlar, zebrlər və yarım ulaqlar növləri də daxildirlər. Professor B. O. Kovalyovski qazıntılar nəticəsində tapılan təkdırnaqlılar içərisində keçid formalarının olmasını sübut edərək, bunların təkamül nəticəsində meydana gəlməsini göstərmişdir. Onun fikrincə həyat şəraiti dəyişdikcə bunlarda dəyişmiş, bir formadan-digər formaya, yəni şəraitə uyğun bir formaya düşmüşlər. Atların ən qədim əcdadı hesab edilən Eohippus meşə heyvanı olmaqla üçüncü dövrün ikinci epoxasında (Eosepdə) köhnə və Yeni dünyanın müstəqil iqlim, yumşaq tropik bitki, rütubətli və bataqlıq yerlərdə yaşamışlar. Milyon illər davam edən təkamül nəticəsində 30 sm boylu Eohippus dəyişmiş onun barmaqları atrofiyaya uyğarayaraq nəhayət 100–120 sm boylu iliohippus adlanan tək dırnaqlı bir forma meydana gəlmişdir.
Birhürgüclü dəvə
Birhürgüclü dəvə (lat. Camelus dromedarius) — dəvə cinsinə aid heyvan növü. Təbii halda birhürgüclü dəvələrə rast gəlinməsi mümkün deyil. Əsasən, Afrika və Ərəbistan yarımadasında yayılmışdır.
Dəvə (oyun)
Dəvə - Azərbaycanda ən çox yazqabağı (bayramqabağı) günlərdə, eləcə də digər vaxtlarda, əsasən uşaq və gənclər arasında, geniş şəkildə oynanılan qədim oyunlarından biridir. == Ümumi məlumat == Dəvə oyunu ilaxır çərşənbələrdə, Novruz bayramı günlərində, eləcə də digər şənliklərdə meydan tamaşaçıları sırasına daxil olan məzhəkəli oyunlardan biridir. == Oyunun qaydaları == Özünü dəvə görkəminə salmış məzhəkəçi boynundan zınqırov asır. Əl-ayağını hisə verib qaraldır, belinə süpürgə bağlayıb meydana çıxır. O, lağlağı sözlərlə, him-cimlə, cürbəcür məzəli hərəkətlərlə tamaşaçıları əyləndirir. == Mənbə == Novruz bayramı ensklopediyası. Bakı-2008 (Şərq-Qərb). səh.60.
Dəvə Göz
Dəvə Göz şimal-qərbi İranda, Xoy şəhərindən 15 km cənub-qərbdə və Dizaj Diz şəhərindən 1,5 km şimalda yerləşən qədim yaşayış yeridir.
Dəvə karvanı
Dəvə karvanı - Dəvələrdən istifadə olunmaqla əmtəənin bir nöqtədən digərinə aparılması ilə baş tutan nəqiliyyat vasitəsi. Heyvanlar vasitəsi ilə təşkil edilən karvanlar arasında ən çox üstünlük veriləni dəvə karvanları olmuşdur. Belə ki, dəvələr açıq səhra şəraitində 5 km/saat sürətlə gündəlik 10 saat məsafə qət edə bilirlər. İri və güclü bir dəvə özü ilə birlikdə 300 kiloqrama yaxın yükü də aparmağa qadiridir. Dəvələrin sərt hava şəraitinə və susuzluğa davamlı olmaları səbəbindən orta əsrlərdə Şimali Afrika və Ərəbistan yarımadasında insanların əsas əlaqə və ticarət vasitələri kimi istifadə olunmuşdur. XX əsrdə motorlu avtomobillərin kütləvi istehsalı səbəbindən dəvə karvanlarından istifadə azalmışdır. Buna baxmayaraq Şimali Afrikanın bir çox bölgələrində XX əsrin sonlarına qədər dəvə karvanlarından geniş istifadə olunmuşdur.
Dəvə əti
Dəvə əti (ing. Camel meat) - Müxtəlif dünya mətbəxlərindən istifadə olunan ət çeşidi. Dəvə ətindən qədim zamanlardan isitifadə edilib. İslam dini dəvə ətini müsəlmanlar üçün halal sayır. Dəvə əti əksər ölkələrin mətbəxində əsas qida vasitəsi sayılır. Buna səbəb isə uzaq səfərlərə çıxan zaman ətin uzun müddət saxlanıla bilməsi olub. Dəvələr uzun müddət aclığa və susuzluğa davam gətirə bilən heyvanlardandır.Ərəbistan yarımadasında yaşayan insanların gündəlik həyatlarında dəvənin mühüm rolu olduğu məlumdur. Səyyahlar dəvənin dözümlülüyündən həm nəqliyyat vasitəsi kimi, həm də qida vasitəsi kimi istifadə ediblər. Dəvə ətinin bütün dünya mətbəxlərinə yayılmasında səyyahların əhəmiyyətli dərəcədə rolunun olduğu güman olunmaqdadır. Qədim zamanlarda İran və Romada dəvə ətindən delikates kimi istifadə edilib.
İkihürgüclü dəvə
İkihürgüclü dəvə (lat. Camelus bactrianus) — dəvə cinsinə aid heyvan növü. Təbii halda ikihürgüclü dəvələr 800 baş qalmışdır. Ona görə də onlar beynəlxalq Qırmızı kitaba düşmüşdür. Dəvələrin hamiləlik dövrü 13 aydır. Doğumdan 1 saat qabaq dəvələr sürüdən ayrılır və 1 bala doğur. Yeni doğulmuş balalar çox zəif olur. Dəvələr balalarını 1 ilə qədər südlə bəsləyirlər. Balalar 1,5-2 aydan sonra ot yeməyə başlayırlar.
AT&T
AT&T – (ing. American Telephone and Telegraph Company, azərb. Amerkan Telefon və Teleqram Şirkəti) ABŞ-də yerləşən bir telekomunikasiya şirkətidir. Aleksandr Bell tərəfindən qurulan Bell Telefon Şirkəti ilə birləşən AT&T, dünyanın ən böyük telefon şirkətidir. Qanuni səbəblərə görə Bell Sistemləri (köhnə adı Bell Telefon) və AT&T ayrılıblar.
AT klaviaturası
AT klaviaturası (ing. AT keyboard) IBM PC/AT kompüterlərinin dəstinə daxil edilmiş 84 klavişli klaviatura. Sonradan IBM-in genişləndirilmiş klaviaturası (101/102 klavişli) ilə əvəz edilmiş AT klaviaturası PC klaviaturası ilə, demək olar ki, eynidir, ancaq bəzi özəllikləri var: sağ yuxarı küncdə yerləşən əlavə <Sys Req> klavişinə malikdir, <Enter> klavişinin ölçüləri bir qədər böyüdülüb, klavişlərin yerləşməsi bir qədər dəyişdirilib, belə ki, <Escape> klavişi sol yuxarı küncdən sağ yuxarı küncə, tərs əyik cizgi (\) isə sol aşağı küncdən sağ yuxarı küncə köçürülüb. Orijinal PC klaviaturasından fərqli olaraq, bu cür yerləşmə standart yazı makinasındakı kimi olduğundan yığım üçün daha əlverişlidir. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
At (Unix)
At — Unix əməliyyat sistemlərində hər hansı işi gələcəkdə bir dəfə çağırmaq üçün istifadə olunan komandadır.
At (şahmat)
At — Şahmat fiquru Atın gedişi iki cür hərəkətdən ibarətdir: şaquli və ya üfüqi xətt üzrə bir xanaya, sonra başlanğıc xanadan uzaqlaşaraq diaqonal üzrə digər xanaya hərəkət edir.
At antilop
At antilop (lat. Hippotragus) — cütdırnaqlılar dəstəsinin boşbuynuzlular fəsiləsinə aid cins.
At askaridi
At askaridi (lat. Parascaris equorum) — heyvanlar aləminin yumru qurdlar tipinin xromadoreyalar sinfinin askaridkimilər dəstəsinin askaridlər fəsiləsinin parascaris cinsinə aid heyvan növü. == Haqqında == At askaridi atların nazik bağırsağında parazitlik edir. Bunlarda bədən qurdvarı formada olub, ucları sivridir. Dişi fərdlərdə bədənin hər iki ucu düz, erkək fərdlərdə isə arxa uc qarın tərəfə dogru qarmaq kimi əyilmişdir. Dişi fərdlər erkəklərə nisbətən uzun olur. Bədənin ön tərəfində ağız dəliyi terminalı yerləşir. O Üç kutikulyar dodaqla əhatə olunmuşdur. Daxili orqanlar ilk bədən boşluğunda yerləşir. İlk bədən boşluğu maye ilə dolu olur.
At gücü
At gücü (a. g.) — güc ölçü vahidi, 1 a.g. = 735,5 Vt. Dünyada “at gücü” ölçü vahidinin bir neçə ölçüsü vardır. Bir çox ölkələrdə “at gücü” anlayışı avtomobil və elektrik mühərriklərinin güclərinin təyin olunması üçün istifadə edilməkdədir. Belə ki, 100 atlıq avtomobil deyincə, 100 dənə atın çıxardığı güc şəklində başa düşülür. At gücü adətən avtomobilləri tanıdarkən istifadə edilir, ancaq bu anlayışın təməli daha çox keçmişlə bağlıdır. At gücü, (ingiliscə tərcüməsi Horse Power və ya qısaca HP) anlayışını ilk dəfə 1782-ci ildə istifadə edən James Wattdır. Bu mühəndis ixtira etdiyi buxarlı maşınları satarkən müştəriyə maşının gücü haqqında məlumat verməli idi və o zamanlarda maşınlar çox inkişaf etməmiş olduğu üçün güc deyincə insanların ağlına atlar gəlməkdə idi. James Wattda bu yolu izlədi və gücün simvolu halına gələn atlarla və onların gücləri ilə maraqlanmağa başladı.
At paxlası
At paxlası (lat. Vicia faba) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin lərgə cinsinə aid bitki növü.
At qripi
At qripi (ing. Eastern equine encephalitis virus) – Togaviridae fəsiləsinə aid virus növü. Atları öldürən bu virus nadir hallarda insan da ölümünə səbəb olur. Kanadanın Nova Skotiya əyalətində ağcaqanadlardan virusa yoluxan bir at ölüb. əyalətin baytar həkimi Rob Kerr məsələ ilə bağlı açıqlama verib. O deyib ki, həmin at "Eastern equine encephalitis" adlanan at qripindən ölüb. Bu qrip növü atlarda beyin iltihabına yol açır. Bu virus elmə çoxdan məlumdur, Amerika Yoluxucu Xəstəliklərə Nəzarət və Mübarizə Mərkəzində qeydiyyata alınıb və öyrənilib. "Quş qripi"nə yoluxmuş toyuq və quşları sancan ağcaqanadlar əsas daşıyıcıdır. Virus atdan ata keçmir.
At təlimi
At təlimi, At tərbiyəsi (fr. dresaj tələffüzü: ˈdrɛsɑʒ/, tərbiyə, təlim etmək mənasınıdadır) atçılıq idmanının bir növü. Atı idarə etmək bacarığının ən ali forması, ali atsürmə məktəbi. Yarışlar zamanı at və süvari tərəfindən atsürmə, elementləri: yorğa, ispan yürüşü, pasaj, düzgün duruş, yerində sayma nümayiş etdirilir. Çapar bu zaman müxtəlif templərdə atın məşq hazırlığını, onun atletikliyini, hərəkətləri icra etmək, qamətin düzgün saxlanılması bacarığını nümayiş etdirməlidir. Bu yarışma iki: həvəskar və peşəkar formada keçirilir. At təlimi ya dresaj olimpia idman növüdür. == Arena == İki cür: kişik və standart meydança mövcuddur. Hər bir meydança arena çərçivəsində hərəkətlərin harada icra olunacağını bildirmək üçün hərflərlə işarələnmişdir. Kişik arena 20m en və 40 m uyunluğa malikdir.
At yarışı
At yarışı, ən qədim və ən məşhur idmanlardan biridir. İlk at yarışları, köhnə Türk dövlətlərində keçirilmişdir. Hititler, Asurlular, Romalılar və Misirlilərin at yarışları təşkil etdiyi bilinməkdədir. Homeros E.Ə. 9-cu ya da 8-ci əsrdə yazdığı İlyada adlı əsərində atlı araba yarışlarından danışır. Şimali Afrikalı, Çinli, Fars və Ərəb minicilərin də yarışlar etdiyi bilinməkdədir. İlk nizamlı yarışlar, 17-ci əsrdə İngiltərə Kralı II. Çarlz dövründə edildi. 1665-də Şimali Amerikada ilk rəsmi at yarışı təşkil edildi. At yarışları, bu günki beynəlxalq formasını 19-cu əsrin ortalarına doğru qazanmağa başladı. İndiki vaxtda ən məşhur İngilis maneəli yarışı, Liverpuldakı Aintree qaçış sahəsində edilən Böyük Milli Yarışdır. İndiki vaxtda at yarışları safkan ya da yarımkan atlarla edilər.
At şabalıdı
Adi atşabalıdı (lat. Aesculus hippocastanum) — bitkilər aləminin sabunağacıçiçəklilər dəstəsinin sabunağacıkimilər fəsiləsinin atşabalıdı cinsinə aid bitki növü. == Ümumi məlumat == Dünya florasının tərkibində fəsilənin 18–20-ə qədər növünə təsadüf edilir. Bu növlərin içərisində mədəni halda əkilib becərilən növlərdən biri də atşabalıdı — Aesculus hippocastanum L. hesab edilir. Atşabalıdı ilə adi şabalıd morfoloji və generativ xüsusiyyətlərinə görə bir-birinə oxşar olmalarına baxmayaraq, fərqli cəhətləri də çoxdur. Birincisi bu iki bitki ayrı-ayrı fəsilələrə aiddir, atşabalıdının meyvəsi acımtıl olduğu halda, adi şabalıdın meyvəsi yeməlidir. Aesculus L. cinsinin növləri ən çox Balkan yarımadasında, şimali Amerika ərazilərində, şərqi Asiyada, Himalayda, keçmiş SSRİ ərazilərində yayılmışdır. Qafqazda, o cümlədən Azərbaycanda mədəni halda 1 növünə rast gəlinir. Atşabalıdı mədəni halda ən çox Ukraynada əkilib becərilir. Burada hər il 190 tona yaxın toxum, 10 tonlarla yarpaq xammalı toplanıb müalicəvi preparatların hazırlanmasına sərf edilir.
At əti
At əti — Atın qida kimi istifadə olunan əti. == İstehsalı == At əti qida məhsulu kimi istehsal edən ölkələrin çoxusunda, atları inəklərlə oxşar üslubda kəsirlər. Böyük sallaqxanalarda onları mənzil bolt tapança ilə gicəllətdirib, ölənə qədər qanı tökürlər. Yemək istehsalı az sənayeləşdirilmiş olan ölkələrdə, atları lazım olanda bir-bir, açıq havada, istehlak olduğları kəndlərdə və ya istehlak olduğları yerlərə yaxın kəsirlər.2009-cu ildə, Britaniyanın kənd təsərüfatı saytı dünya ölkələrin at əti istehsalı miqrdarından məlumat verib: *Eşşəkləri daxil edərək == Ölkələrə görə == === Qazaxıatan və Qırğızıstan === Qazaxıstan ilə Qırğızıstanda, əhalinin köçəri köklərinə görə, at əti qidalanmanın böyük hissəsidir. Atın fərqli hissələrdən qazı, jal və sucuk kimi malları hazırlayırlar. === Yaponiya === Yapon mətbəxində bişməmiş at ətinə çəhrayı ətinə görə sakura (桜) və ya sakuraniku (桜肉, sakura albalı növüdür, niku isə ət deməkdir) deyirlər. Onu saşimi şəkildə, soy sousu ilə, bəzən sousa zəncəfil və soğan əlavə edərək. === Cənubi Koreya === Cənubi Koreyada at ətini adətən yemirlər. Fəqət əsasən boyun hissədən gələn at əti Cənubi Koreyanın Cecu adasında delikates sayılır. Adətən soy sousu və hind küncütü yağı ilə yeyilir.
At əvəliyi
At əvəliyi (lat. Rumex confertus) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin qırxbuğumkimilər fəsiləsinin əvəlik cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Çoxillik ot bitkisi olub, hündürlüyü 60-150 sm-ə bərabərdir. Gövdəsi çılpaq, şırımlı olub, yuxarı hissəsi budaqlanandır. Yarpaqları saplaqlı, çətirşəkilli, gövdənin aşağı hissəsinin yarpaqları uzunsov üçbucağabənzər-yumurtaşəkilli, əsası ürəkşəkilli, künclu, uzunluğu 2,5 sm, eni isə 12-13 sm, yuxarı hissəsinin yarpaqları isə yumurtavari-neştərşəkilli olub, əksər yarpaqları kiçikdir. Yarpaqlarının əsasən aşağı hissəsi damarlı və xırda tükcüklüdür. Çiçəkləri demək olar ki, yarpaqsız, sıx, ensiz silindrik, 6 bölümlü olmaqla, yaşıl rənglidir. Meyvələri 3 bölümlü, oval, qəhvəyi fındıqcadır. Qısa şişkinlikli kökümsovları yastı, zəif budaqlanan kökə çevrilir. Çəmənliklərdə, otlu çay kənarlarında, meşə talalarında, otlaq, əkin yerlərindəki alaq otları içərisində rast gəlinir.
Kiçik At
Kiçik At (lat. Equuleus) — göyün şimal yarımkürəsində balaca bürc.
Marenqo (at)
Marengo — Fransa imperatoru Napoleon Bonapartın atı. Ata Napoleonun Avstraliyalılara qarşı İtaliyada qələbə qazandığı Marengo müharibəsinə görə Marengo adı verilmişdir. Skleti bu gün Sandhurst Hərbi Akademiyasının muzeyində nümayiş etdirilən Marengo haqqında İngilis mənbələrində saysız-hesabsız əfsanələr danışılır. Austerlitz, Jena, Vagram müharibələrində imperator Napoleon Bonapartı daşımış, bir ara Vyana ilə Semmering arasındakı 80 km yolu ac-susuz keçmiş və ta Moskvaya qədər gedib-qayıtmışdır bu at. Fransız mənbələrinə görə, O, həqiqətən də imperatorun çox sevdiyi bir at olmuşdur. amma bunların hamısını etməmişdi. Napoleon Bonapartın tanınan atlarının sayı 100-ü keçirdi. Aralarında III Səlimin hədiyyə etdiyi, hazırda doldurulmuş olaraq, Muzeydə larmede olan ağ ayğır "Vizir" də vardı. Amma heç birinin şöhrəti Marengonun şöhrəti ilə eyni deyildir. Napoleonun müharibələri dedikdə ağıla gələn ilk at həmişə Marengo oldu.
без оста́тка деавториза́ция намо́тчик недоразви́ться не́сколько прогресси́вка соматоло́гия уча́стница глянцеви́тый еду́н КПД наколо́ть наподда́ть пошатну́ть эруди́т enrank introductory para-university San Antonio vinegarish безразличие выгнить неполноправный поднять правовед