ata-qız
ata-oğul
OBASTAN VİKİ
Nənə
Nənə sözünün bir neçə mənası ola bilər : Atanın, yaxud ananın anası; nəvəsi olan qadın. Bəzi yerlərdə anaya deyilir. Yaşlı və hörmətli qadın, yaxud yaşlı qadına hörmətlə müraciət.
Nənə Xatun
Nənə Xatun (1857-1955) — qəhrəman türk qadını. 1955-ci ildə BMT tərəfindən ilin anası seçilmişdir. == Həyatı == Nənə Xatun 1857-ci ildə Ərzurumda anadan olub. 1877-ci il noyabrın 8-dən 9-na keçən gecə, Osmanlı vətəndaşı olan erməni silahlı dəstələri Ərzurumun Əziziyə hərbi qarnizonundakı türk əsgərlərini yuxudaykən hamısını qılıncdan keçirirlər. Nəticədə səhər hücuma keçən rus əsgərləri heç bir çətinliklə qarşılaşmadan qarnizonu tuturlar. Bu xəbəri eşidən ərzurumlular silahı olan silahını, silahı olmayan isə balta, bel, yaba ilə silahlanıb qarnizona doğru hərəkət etdilər. Onların arasında Nənə Xatun da var idi. Qarnizonu ələ keçirən rus əsgərləri, gələnlərə atəş açır. Atəşə məhəl qoymayan caamat dəmir qapını sındırır və əlbəyaxa vuruş başlayır. Rus ordusu, baltalı-yabalı xalq qarşısında ancaq yarım saat tab gətirə bilir və 2300-ə yaxın itki verən rus və ermənilər qarnizondan qaçır.1955-ci ildə ilin anası seçilən Nənə xatun 98 il ömür sürdü.
Qarı Nənə
Qarı Nənə — Azərbaycan folklorunda mifik xarakter. Fars folklorunda isə Nəne Sərma adlı eyni xarakter var.
Böyük Nənə
Böyük Nənə, Kraliça Nənə və ya Maronların Nənəsi (təq. 1685, Qana – təq. 1733) — Yamaykanın Milli Qəhrəmanı, 18-ci əsrdə Yamaykalı Maronların liderlərindən biri. O, "Küləkli Maronlar" adlı əvvəllər kölələşdirilmiş afrikalılardan ibarət cəmiyyətə rəhbərlik edirdi. 18-ci əsrin əvvəllərində Nənənin rəhbərliyi altında Küləkli Maronlar, Birinci Maron müharibəsi kimi tanınan Yamayka Koloniyasında Britaniya hakimiyyətinə qarşı uzunmüddətli partizan müharibəsi aparmışdır. Onun haqqında bilinənlərin çoxu şifahi tarixdən əldə edilir, yazılı mənbə kasaddır. Maron əfsanəsinə görə, Kraliça Nənə Asante xalqından idi və indiki Qanada anadan olub. Xalq qəbuluna görə və ən azı bir sənədli mənbəyə görə, o, heç vaxt kölə olmamışdır. Lakin Yamaykaya kölə kimi gəldiyinə inanılsa da, necə gəldiyi dəqiq bilinmir.
Ata
Ata — insanın kişi valideyni. İnsan canlılardan fərqli olaraq öz valideynlərini şüurlu surətdə qəbul edir. Atanın adı şəxsi ada tərkib hissə kimi daxildir. Ata adı müəyyən hallarda nəvədən başlayaraq sonrakı nəsillər üçün soyad əsası kimi də qəbul edilə bilər. İslamda atanın və ananın ehtiramını saxlamaq vacibdir. Bu barədə Qurani-Kərimdə qeyd olunur: "Rəbbin yalnız Ona ibadət etməyi və valideynlərə yaxşılıq etməyi (onlara yaxşı baxıb gözəl davranmağı) buyurmuşdur. Əgər onların biri və ya hər ikisi sənin yanında (yaşayıb) qocalığın ən düşgün çağına yetərsə, onlara: "Uf!" belə demə, üstlərinə qışqırıb acı söz söyləmə. Onlarla xoş danış! Onların hər ikisinə acıyaraq mərhəmət qanadının altına salıb: "Ey Rəbbim!
Mazan nənə türbəsi
Mazan nənə türbəsi — Cəbrayıl rayonunun Xudayarlı kəndində yerləşir. İnşa olunma tarixi məlum deyil. Z.İ.Yampolski qəbri madərşahlıq dövrünün yadigarı hesab etmişdir. == Əfsanə donu == El arasında Cəbrayıl rayonu ərazisindəki Diri dağa verilən ad da Nuh peyğəmbərlə əlaqələndirilir. Babalardan belə bir əfsanə qalmışdır: İnsanlar dağın sinəsində əkin-biçinlə məşğuldur. Mazan oğlan ətrafda oynayır, nənəsi çörək salır. Elə bu zaman Nuh tufanı, daşqın başlayır. Bunu görən nənə Mazana deyir ki, çıxsın dağın başına. Nənə özünün dağa çıxa bilməyəcəyini hiss etdiyi üçün çörəyi yarımçıq qoya bilməyəcəyini bəhanə edir. Oğlan çətinliklə dağın zirvəsinə qalxır və suyun getdikcə yaxınlaşdığını görür.
Zibeydə Nənə (film)
== Məzmun == Film Quba rayonu sakini, yaşı 100-ü ötən, iki əsr şahidi, qocaman xalça ustası Zibeydə Şeydayeva haqqındadır.
Ak Ata
Alma-Ata
Almatı (qaz. Алматы; 1921-ci ilədək — Vernı, orta əsrlərdə — Almatu) — Qazaxıstanın ən böyük şəhəri və 1927-1997-ci illərdə ölkənin paytaxtı. Əhalisi 2 milyon nəfərdir). Qazaxıstanın cənub şərqində yerləşən Almatı şəhəri, 1854-cü ildə Rusların şərqdə sərhəd qalası olaraq qurduqları şəhərdir və 2020-ci il 1 sentyabr statistikasına əsasən 1.955.080 nəfər əhalisi ilə Orta Asyanın ən inkişaf etmiş beynəlmiləl şəhəridir. Bir çox ticarət mərkəzi, restoranları, otelleri və kazinoları ilə varlı həyat tərzi ilə seçilir. Öncəki adı Alma Ata olan şəhər Alatau Dağları platosunda yerləşir. Bütün Qazaxıstanda olduğu kimi, Almatıda da ana dil qazaxca və ruscadır. Qazaxıstanın 1991-ci ildə Sovet İttifaqından müstəqillik əldə etməsindən sonra, Almatı şəhəri Qərb bazarlarına açılıb, çox sürətli inkişaf etmişdir. Almatı köhnə paytaxt olmasına baxmayaraq (indiki paytaxt Astana şəhəridir), hələ də ölkənin mədəni, iqtisadi və ticarət mərkəzi olaraq qalır. == Təbiəti == Almatı şəhəri qış turizmi üçün ideal yerdir.
Alma Ata
Alma Ata - türk və Mərkəzi Asiya mifologiyalarında xüsusilə qazax əfsanələrində adı çəkilən əfsanəvi övliya. == Xüsusiyyətləri == Bir rəvayətə görə yer üzündə ilk alma ağacını yer üzündə o tikmişdir. Qazaxıstanın paytaxtı Almatının adı buradan gəlir və almalı (və ya almanın yayıldığı yer) deməkdir. Onsuz da bu şəhərin eks adı da Alma Atadır. Yaxın bir zamana qədər də bu şəhərin adı rəsmi olaraq da Alma Ata idi. Almanın varlığı ilk insana qədər uzandığı üçün Alma Ata'nın haradasa ilk insan ilə ortaq bir keçmişin məhsulu olduğu qarşıya sürə bilər. Alma sözcüyü əmr kipinde mənfi quruluşda "Alma!" şəklində də ələ alınsa, almanın qadağan bir meyvə olduğu bir daha aydın olacaq. Lakin bu qadağa o biri dünyaya aid olduğu, bu dünyada isə kənar aləmin tam tərsi bir məntiq etibarlı olduğu üçün ən müqəddəs və ən məşhur ağac ilə meyvəsi almadır. == Türk mifologiyasında alma == Alma, türk və altay xalq inancında və mifologiyasında müqəddəs bir meyvədir. Alma, Olma, Ulma, Ulmo olaraq da deyilər.
Asif Ata
Əfəndiyev Asif Qasım oğlu (Asif Ata - İnam Ata; 25 sentyabr 1935, Çaykənd – 6 iyun 1997, Bakı) — filosof, Mütləqə İnam dünyabaxışının, təliminin yaradıcısı, ruhaniyyatçı. == Həyatı == Asif Ata (İnam Ata) 1935-ci il sentyabrın 25-də Qərbi Azərbaycanın Çəmbərək (Krasnoselsk) rayonunun Çaykənd kəndində, müəllim ailəsində anadan olmuşdur. Əslən Qaraqoyunlu soyundandır. Babaları ruhanı olmuşlar. İlk təhsilini doğulduğu kənddə almış, orta təhsilini Gəncə şəhərində davam etdirmiş, 1951-ci ildə Ağstafa şəhərində başa vurmuşdur. Mətbuatda ilk dəfə 1952-ci ildə "Azərbaycan pioneri" jurnalında dərc olunan "Məktəb xatirələri" şeiri ilə çıxış etmişdir. 1952-1957-ci illərdə Moskvadakı M.Qorki adına Dünya Ədəbiyyatı İnstitutunda oxuyub. Təhsil illərində müstəqil olaraq dünya tarixini, ədəbiyyatını, fəlsəfəsini, dinlərini, musiqisini, incəsənət tarixini – bir sözlə, özünəcən insanlığın yaradıb ortaya qoyduğu bütün dəyərli bilikləri mənimsəyib. M.F.Axundov adına Rus dili və Ədəbiyyatı İnstitutunda, Dillər Universitetində, Bakı Musiqi Akademiyasında, Bakı Dövlət Universitetində Qərb ədəbiyyatı, rus ədəbiyyatı, estetika, fəlsəfə, incəsənət tarixi fənlərindən mühazirələr oxuyub. Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Hüquq İnstitutunda baş elmi işçi vəzifəsində işləmişdir (1969-1975.
Ata Atacanov
Ata Atacanov (1922-1989) — Türkmənistan yazıçısı. == Həyatı == Yazıçı, şair, dramaturq Ata Atacanov 1922-ci ilin dekabırın 15-də Türkmənistanın Marı vilayətinin ikinci Gökcə obasında qulluqçu ailəsində dünyaya gəlmişdi. Yeddi yaşından başlayaraq ana-atasının təhti-tərbiyəsində təlim-tərbiyələnib, sonra obalarındakı məktəbdə oxumuşdu. 1934-1938-ci illər Daşkənddəki pedaqoji texnikumda, 1938-1939-cu illər Aşqabaddakı pedaqoji institutda, 1949-1952-ci Ali partiya məktəbində, 1959-1960-cı illər Ali ədəbiyyat kursunda oxuyub, yazıçılığının inçə sirlərini əxz etmişdi. Şair əvvəlcə müəllımliklə, sonra jurnalistika ilə məşğul olmuşdu. Marı vilayətinin “Lenin bayrağı” qəzətində, radio müxbiri, “Yaş kommunist” qəzətinin redaktorının sahə redaktorı, sonra Krasnovodsk vilayət qəzətində, daha sonra “Sovet Türkmənistanı” qəzətinin redaktorı vəzifələrində, “Sovet ədəbiyyatı” jurnalının şöbə müdiri, redaktorının ədəbi işçisi vəzifələrində çalışmışdı. Yazıçı dörədicilik işinə 1941-ci ildə başlamışdı. İlkinci qoşqusı “Təzə il gəldi” adı ilə Taqtabazarın rayon qəzətində çap edilmişdi. Onun “Xoş qal əziz obam”, “Ölməcək coya”, “Yeniş”, “Yar sarı uç guşum”, “Çıkda sərət yollara”, “Nəbəlli qəhrəman” adlı bir neçə qoşquları Böyük vətənpərvərlik barədədir. A.Atacanovın “Alma yenə gülləyər”, “Türkmənistan baharı”,“Arzılı mehman”, “Ədimmə edim”, “Sallançagım səhra mənim”, “Aylı ağşam” adlı kitablarının müəllifidir.
Ata Atakişiyev
Ata Atakişiyev (14 dekabr 1954, Bakı – 29 sentyabr 1997) — Azərbaycanın mahir klarnet ifaçısı. == Həyatı == Ata Atakişiyev 1954-cü il dekabr ayının 14-də Bakıda dünyaya göz açıb. 1963-68-ci illər ərzində klarnet sahəsində musiqi təhsili alır. O, 1971-ci ildə 31 saylı orta məktəbi bitirir.1975-ci ildə ailə həyatı qurur. Ata Atakişiyev 1978-ci ildən başlayaraq efirə çıxır və bununla da məşhurluğun pik nöqtəsinə çatır. Ata Atakişiyevin 1 oğlu və iki nəvəsi var. == Yaradıcılığı == Ata Atakişiyev artıq 60-cı illərin sonu 70-ci illərin əvvəllərində el şənliklərinə dəvət alır, dövlət tədbirlərində iştirak edirdi. Məşhurluq ona “Klarnetin Atası” adını qazandırmışdı. Müasirlərinin sözlərinə görə, Ata artıq 20 yaşında sənətin zirvəsini fəth edə bilmişdi. Daha çox paytaxtda və Abşeron ərazisində populyarlıq qazanmış Ata Atakişiyev, deyilənlərə görə, ayın 30 günü toy sifarişi alarmış.
Ata Holding
Ata Holdinq — 2003-cü ildən Azərbaycanda fəaliyyət göstərmiş şirkətlər qrupudur. Tərkibində 17 şirkət var idi. Sahibi isə türkiyəli iş adamı Əhməd Erəntok idi. == Haqqında == "AtaHolding" 2003-cü ilin sentyabr ayında fəaliyyətə başlamışdır. İlk öncə maliyyə sektorunda fəaliyyət göstərən holdinq qısa müddətdən sonra sənaye, turizm, İT və xidmət sahələrində şirkətlərini yaradaraq böyüməyə başlayıb. "AtaHolding" iqtisadiyyatın müxtəlif sahələrində investisiya qoyuluşunu, maliyyə vəsaitlərinin, habelə intellektual sərvətlərin idarə olunmasını və korporativ idarəetməni həyata keçirir. “AtaHolding”-in maliyyə sektorunda “AtaSığorta” ASC, “AtaLizinq” ASC, turizm sektorunda “AtaTurizm” MMC, "AtaTravel" MMC və 5 ulduzlu “Excelsior Hotel Baku” oteli, sənaye sektorunda "Şəmkir Quşçuluq” MMC və informasiya texnologiyaları sahəsində “AtaTexnologiya” MMC şirkətləri fəaliyyət göstərib. Holdinq və onun törəmə təsərrüfat cəmiyyətlərində beynəlxalq audit şirkəti tərəfindən maliyyə təsərrüfat fəaliyyətinin auditi keçirilir. “AtaHolding” şirkətlər qrupu Azərbaycanda BMHS-ə uyğun Konsolidə hesabat hazırlamış və müvafiq olaraq beynəlxalq audit şirkəti tərəfindən bu hesabat audit olunmuşdur. Holdinq Beynəlxalq mühasibat uçotu standartlarına uyğun uçot sistemini və Beynəlxalq Daxili Audit standartlarına uyğun Daxili nəzarət sistemini təşkil etmişdir.
Ata Holdinq
Ata Holdinq — 2003-cü ildən Azərbaycanda fəaliyyət göstərmiş şirkətlər qrupudur. Tərkibində 17 şirkət var idi. Sahibi isə türkiyəli iş adamı Əhməd Erəntok idi. == Haqqında == "AtaHolding" 2003-cü ilin sentyabr ayında fəaliyyətə başlamışdır. İlk öncə maliyyə sektorunda fəaliyyət göstərən holdinq qısa müddətdən sonra sənaye, turizm, İT və xidmət sahələrində şirkətlərini yaradaraq böyüməyə başlayıb. "AtaHolding" iqtisadiyyatın müxtəlif sahələrində investisiya qoyuluşunu, maliyyə vəsaitlərinin, habelə intellektual sərvətlərin idarə olunmasını və korporativ idarəetməni həyata keçirir. “AtaHolding”-in maliyyə sektorunda “AtaSığorta” ASC, “AtaLizinq” ASC, turizm sektorunda “AtaTurizm” MMC, "AtaTravel" MMC və 5 ulduzlu “Excelsior Hotel Baku” oteli, sənaye sektorunda "Şəmkir Quşçuluq” MMC və informasiya texnologiyaları sahəsində “AtaTexnologiya” MMC şirkətləri fəaliyyət göstərib. Holdinq və onun törəmə təsərrüfat cəmiyyətlərində beynəlxalq audit şirkəti tərəfindən maliyyə təsərrüfat fəaliyyətinin auditi keçirilir. “AtaHolding” şirkətlər qrupu Azərbaycanda BMHS-ə uyğun Konsolidə hesabat hazırlamış və müvafiq olaraq beynəlxalq audit şirkəti tərəfindən bu hesabat audit olunmuşdur. Holdinq Beynəlxalq mühasibat uçotu standartlarına uyğun uçot sistemini və Beynəlxalq Daxili Audit standartlarına uyğun Daxili nəzarət sistemini təşkil etmişdir.
Ata adı
Ata adı (xüsusi ədəbiyyatda patronim kimi də istifadə olunur) — ata adından uşağa verilən nəsil adının bir hissəsi. Patronim adlarının variasiyası onun daşıyıcılarını daha uzaq əcdadlarla babalar, ulu babalar və s. ilə əlaqələndirə bilər. Familiyaların tətbiq olunmasından əvvəlki dövrdə ata adı müasir soyadlarla eyni sosial funksiyanı yerinə yetirirdi, yəni bir şəxsin daha dəqiq müəyyənləşdirilməsinə xidmət edirdi. Müasir Azərbaycan dilində ata adından sonra insanın cinsini müəyyənləşdirən sözlər də istifadə olunur. Ad formulasının tərkibində ata adı üçlü funksiyanı yerinə yetirir: ad daşıyıcını adaşından fərqləndirərək adı tamamlayır, ailə çevrəsindəki qohumluq əlaqələrini (ata - oğul) aydınlaşdırır və ehtiram (nəzakət forması) bəsləyir. == Variantlar == === Ərəbcə === İbn (ابن və ya بن: bin, ben, bəzən ismin qrammatik halını göstərmək məqsədilə ibni və ya ibnu; mənası – oğul) — ərəblərdə və ərəb dilindən istifadə edən xalqlarda şəxsin kimin oğlu olduğunu (bir növ soyadını) bildirmək üçün atasının adından əvvəl işlədilən söz. Nümunə kimi, İbn Məsud (Məsudun oğlu), İbn ən-Nədim (Nədimin oğlu) və s. Xilafət tərkibinə daxil olduqdan sonra Azərbaycanın bir çox elm, incəsənət və mədəniyyət xadimi də adlarında ibn sözundən istifadə etmişlər (məsələn, İbn Məkki əl-Bərdəyi, Əhməd ibn Əyyub əl-Hafiz Naxçıvani və s.).
Ata pərəstiş
Ata pərəstiş — dinin bəzi ibtidai formalarının ayrılmaz hissəsi, zoolatriya növü ata (atlara) pərəstişidir. == Ümumi məlumat == Ata pərəstişin ortaya çıxmasının dəqiq tarixi və yeri hələ müəyyənləşdirilməyib. Bu pərəstiş nisbətən gəncdir, təqribən altı min yaşında, günəşə, aya və s. ibadət isə daha qədimdir. Pərəstişin gəncliyi, kultun yalnız atın əhliləşdirilməsindən sonra ortaya çıxması ilə müəyyən edilir. Bundan sonra bu heyvan insan həyatına güclü təsir göstərməyə başlayır. Pərəstiş atlar üçün həm müsbət, həm də mənfi nəticələri doğurmuşdur. Bəzi hallarda tanrı olaraq onlara qurban verilir, digər hallarda özləri də qurban olaraq kəsilir. Sadə döyüşçülər, nəcib aristokratlar və hətta keçmiş dövrlərdəki krallar üçün at hər şey sayılırdı. Qida, geyim, güc və sərvət təmin edir, insanları xilas edir, hətta öz şücaətlərinin və cəsarətlərinin təcəssümü, seçilmənin simvolu, güc atributu və s.
Ata qətli
Ata qətli — öz atasını öldürmə, daha geniş mənada valideynlərindən hər hansı birini öldürmə. Əksər cəmiyyət qanunları və dinlərə görə valideynin qətli dəhşətli cinayət və ya günah hesab edilir. Məsələn, Roma Respublikasında vaxtilə ata qətli vətəndaş haqqında ölüm hökmü çıxarılmasına səbəb olan yeganə cinayət olub.
Ay Ata
Ay Dədə ya da Ay Ata, altayların inancında Ay ilahı olaraq görülə biləcək bir müqəddəs varlıqdır və göy aləminin 6-cı yanında oturur. Bu inanca görə Ay Dədə insanların ilk babası və Gün Ana ilk nənəsidir. Ay, uşaqlara Ay Dədə olaraq tanıdılır. Yuxu vaxtının simvoludur. Uşağa, yatağına yatarsan, Ay Dədə sənə nağıl izah edəcək deyilir və uşağın yanında ya nağıl kitabı oxunur, ya da adam tərəfindən bilinən bir nağıl izah edilər. Memlüklər (Köləmənlər) dövründə misirdə yaşamış türk tarixçisi Aybek-üd Devâdârî'nin türklərin mənşəyi üzərinə izah etdiyi Ay Ata'nın əfsanəsində mağarada törəmə motivi iştirak edər. Bu əhvalata görə türklərin ilk atası olan Ay Ata, bir mağarada ortaya çıxmışdır. Bu mağara Ay Atanın doğumuna (Aybek-üd Devâdârî'nin ifadəsiylə) bir "ana rəhmi" vəzifəsi etmişdir. Bozqurd əfsanəsindəki qurdun yaralı türkü qaçırıb bəslədiyi mağara da belə bir Ata mağarasıdır və hər il bu mağarada mərasimlər edilərdi. Ata mağarası inancı və ənənəsi köhnə dövrlərdə türklər arasında çox geniş yayılmışdır.
Ayaz Ata
Ayaz Ata — türk, altay və Orta Asiya mifologiyalarında, xüsusilə qazaxlarda və qırğızlarda soyuq ilahı. Santa Klaus ilə də qaynaşmış vəziyyətdədir. Müxtəlif Türk dillərində Ayas Xan və ya "Ağ Ayas" olaraq adı keçər. Azərbaycan türkcəsində "Şaxta Baba" olaraq da bilinir. Ay İşığından yaradılmışdır. Soyuq havaya səbəb olar. Buğa bürcünün altı ulduzu göyün altı dəliyidir və oradan soyuq hava üfləyər. Beləcə qış gəlir. Ayaz bütün türk coğrafiyasında yandırıcı soyuq mənasını verər ki, ayın göydə rahtalıqla görüldüyü açıq havalarda meydana gəldiyi üçün Ay Tanrısının (və ya ona bağlı Ayas Xanın) göndərdiyi düşünülmüşdür. Bir növ Noel Baba olaraq düşünülə bilər.
Aydın Ata
Aydın Ata - türk mifologiyasında əfsanəvi ozan. Aşıq Aydın olaraq da bilinir. Musiqiçilərin, şairlərin, aşiqlərin, ozanların atasıdır. İnsanların rüyalarına girib şairlik və ozanlıq qabiliyyəti verir. Yuxusuna girdiyi kəslər onu işıqlı bir işıq huzmesi içində görərlər. Müqəddəs işıq (nur) şəklindəki bu işıqlı suyu və safı işarələr. Qeyri-adi gücləri vardır. Türkmən və özbək inanclarında musiqiçilərin, şairlərin və şamanların hamısının "Aşıq Aydın" nəslindən gəldiyi fərz edilər. Aşıq Aydının məzarı, günümüzdə belə ziyarət yeri olaraq hörmət görür. Əlbəttə ki, bu məzarın əslində ona aid olub olmaması mübahisələri, və ya bu məzardan fərqli yerlərdə bir neçə dənə olması digər müqəddəs şəxslərin məzarlarında da sıx rast gəlinən bir vəziyyətdir.
Ayı Ata
Ağ Ata
Ağac Ata
Barak Ata
квинтэссе́нция неиму́щий неформа́лы остроклю́вый перфора́торщица проколу́пывать спонтировать хво́рост бо́чечка отпла́та пеленгова́ние противолежа́щий противоторпе́дный comprimario contra down-pillow haeres smooth over spoliatory subatomic with выбриться клейкость отрицать рикошет